Biznes əlaqələri


Layihənin reallaşdırılması üçün əlaqələrin müəyyənləşdirilməsi



Yüklə 83,27 Kb.
səhifə11/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
Biznes əlaqələri 80 SUAL

18. Layihənin reallaşdırılması üçün əlaqələrin müəyyənləşdirilməsi
Layihənin məzmunundan asılı olaraq tərəfdaşlıq əlaqələrinin istiqaməti və formaları müəyyənləşdirilir.
Bütövlikdə tərəfdaşlıq əlaqələri üç əsas istiqamətdə inkişaf etmişdir:
- təçhizatçılarla əlaqələr;
- istehlakçılarla əlaqələr;
- digər tərəfdaşlıq əlaqələri (konsaltinq, audit, təhsil və s.)
Təchizatçılarla əlaqələrin aşağıdakı şəkildə müəyyənləşdirilməsi məqsədə uyğun hesab edilir:
1. Müəssisənin məhsulu vaxtında istehsal etməsi məqsədilə operativ fəaliyyət göstərən idarəetmə sisteminin yaradılması;
2. Təchizat strategiyasının və siyasətinin tərtib olunması və həyata keçirilməsi;
3. Təchizat şöbəsinin büdcəsinin tərtib və idarə olunması;
4. Nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsi üçün lazımı materialların miqdarının müəyyənləşdirilməsi və siyahısının hazırlanması;
5. Cari və gələcək istehsal üçün məhsul ehtiyaclarının dəyərləndirməsi məqsədilə məhsul bazarının və çatdırılma sisteminin analizi;
6. Təchizatçılarla danışıqlar aparan və müqavilələr imzalayan zaman müəssisəni təmsil etmək;
7. Təchizatçıların təklif etdiyi məhsulların keyfiyyətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi və əməkdaşlıq üçün şirkətin maraqlarına və fəaliyyət standardlarına uyğun təchizatçıların seçilməsi;
8. Məhsulun alınması üçün təkliflərin hazırlanması və rəhbərliyə çatdırılması;
9. Alınmış məhsulla bağlı istehsal şöbəsi tərəfindən edilmiş şikayətlərin təchizatçı tərəfə çatdırılması və problemin aradan qaldırılması üçün danışıqların aparılması;
10. Qalıq materialların idarə olunması ilə bağlı tədbirlər sisteminin qurulması;
11. Sifarişlərin həyata keçirilməsi və məhsulun vaxtında çatdırılmasının yoxlanılması;
12. Əsas və potensial təchizatçılarla sıx əlaqələrin qurulması;
13. Yeni materiallarda və xidmətlərdə yaranmış çatışmamazlıqların istifadəçilər və təchizatçılarla müzakirə olunması və problemin aradan qaldırılması və bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi;
14. Təchizatçılarla mövcud müqavilələrin saxlanılması yolu ilə daha sərfəli qiymətə məhsulların alınması;
15. Sifariş olunmuş və əldə edilmiş məhsullarla bağlı sənədlərin qorunması və məlumatların bazaya daxil edilməsi.
Sahibkar, öz fəaliyyəti dövrində əməkdaşlığın müxtəlif formalarını təklif etməyə bacarmalı və yaxud da tərəfdaş tərəfindən təqdim edilmiş əməkdaşlıq formasına hazır olmalıdır. Bu baxımdan sahibkarın tərəfdaşlıq əlaqələrinin formaları haqqında dəqiq məlumatı olmalıdır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə