Biznes əlaqələri


Danışıqların təyin olunmuş vaxtda başlanmamasına yol verilməsi



Yüklə 83,27 Kb.
səhifə7/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   2   3   4   5   6   7   8   9   10   ...   38
Biznes əlaqələri 80 SUAL

Danışıqların təyin olunmuş vaxtda başlanmamasına yol verilməsi təkcə gecikənlərin mədəni səviyyəsinin aşağı olmasını göstərmir, bu həm də firmanın pis təşkil olunmasını, partnyora qarşı hörmətsizliyiişlərdə məsuliyyətsizliyini ifadə edir. Bütün bunlar da firma haqqında həddən artıq qeyri-qənaətbəxş təəssürat yarada bilər. Gecikməyə heç bir məşğulluq haqq qazandıra bilməz və göstərilən hər bir səbəb, sadəcə olaraq partnyorları daha da qıcıqlandıracaqdır. Əgər gecikmə halı baş veribsə, yaxşısı budur üzrlə kifayətlənəsiniz.
Daha erkən gəlməyin arzu olunmadığı onunla əlaqədardır ki, bu, gələnlərin öz vaxtlarını planlaşdıra bilməmələrini ifadə edir və bu da planlaşdırdığı işi vaxtından əvvəl dayandırmalı olan qəbuledici tərəfin qıcıqlanmasına səbəb olur. Xarici firmalar erkən gəlmiş qonaqları yol gözləyən dilənçilərin vəziyyətinə qoyaraq onları qəbul etməyə tələsmir. Kontragentin nümayəndələri və ya partnyorla görüş adətən aparılmalı olan danışıqların iştirakçılarına yox, kiçik personala tapşırılır.
Qəbuledici tərəfin danışıqlardakı iştirakçıları qonaqlar gələnədək artıq danışıqlar aparılmalı olan otaqda olmalıdırlar. Qonaqlar daxil olarkən iştirakçılar yalnız qonaqlarla salamlaşır, lakin dərəcə və tutduqları vəzifələrini təqdim etmirlər.
İştirakçıların qarşılıqlı şəkildə təqdim olunması hər kəsin danışıqlar masası arxasında əyləşməsindən və rəhbərlərin bir-birilə salamlaşmasından sonra baş verir. Sonra rəhbərlərdən hər hansı biri öz iştirakçılarını soyadı və vəzifəsini bildirməklə təqdim edir. Təqdim olunduqca, iştirakçılar öz vizit kartlarını partnyorlara verirlər. Yeri gəlmişkən, əgər istəyirsinizsə ki, sizin vizit kartlarınızı atmasınlar və standart klasserlərdə saxlasınlar, yaxşı olar ki, standart ölçüdə (90x50 mm) vizit kartları sifariş edəsiniz. İşgüzar insanlar kartı onun təmsil etdiyi firma və ya təşkilatı, şəxsin soyadını, adını, atasının adını, tutduğu vəzifəsini və dərəcəsini göstərməklə sadə tərtibatla təchiz etməlidirlər. Kartın aşağı hissəsində firma və ya təşkilatın ünvanı və telefonu, faks və başqa rabitə vasitəsinin nömrəsi göstərilməlidir. Qızılla çap və ya rəngli fon – vizit kartının sahibinin nüfuzunu çox çətin ki, artırsın.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə