Biznes əlaqələri


Tərəflərin mövqeyi və maraqları



Yüklə 83,27 Kb.
səhifə8/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
Biznes əlaqələri 80 SUAL

12. Tərəflərin mövqeyi və maraqları
Danışıqları kim aparır. Müəyyən edilmiş intizam qaydalarına uyğun olaraq işgüzar danışıqları rəhbərlik tərəfindən təyin edilmiş şəxs aparır və o, danışıqların hazırlanması və həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Firmanın yerdə qalan nümayəndələri susmalı və aparıcı tərəfindən müəyyən məsələ ilə bağlı söz verildikdə öz fikrini bildirməlidir. Xorla çıxışlardan qaçmaq lazımdır, çünki danışıqların aparıcısı firma üçün ən əlverişli kompromisə nail olunması üçün problemin mərhələlərlə müzakirəsini əvvəlcədən fikrən müəyyən edir.
Danışıqlarda təşəbbüs qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ən mühüm əhəmiyyət kəsb edir. Danışıqlardakı təşəbbüs çox halda danışıqların aparıcısının təcrübəsindən, müzakirələrin və yekunların vurulmasının əsasına qoyulmalı olan sənədlərin layihələrinin əvvəlcədən dəqiq olaraq işlənməsindən asılıdır.

13. Biznes danışıqların strategiyası
Danışıqlar aparmaq bacarığı – danışmaq yox, kontragenti dinləmək bacarığıdır. Təcrübəli kommersantlar çox vaxt ayrı-ayrı sual və replikalarla kontragenti danışdırmağa çalışırlar ki, bu da onlara əvvəlcədən onun mövqeyini təhlil etməyə və əks dəlillərin mümkün variantları haqqında düşünməyə imkan verir.
Danışıqların tərcüməçi vasitəsilə aparılması. Əgər aparıcı və danışıqların bütün iştirakçıları xarici dildə sərbəst danışırlarsa, yəni xarici dildə düşünürlərsə, onda danışıqları tərcüməçisiz aparmaq olar. Əgər aparıcı müvafiq sözləri axtarmalı və feli hansı zamanda işlətməyi düşünməli olursa, onda yaxşısı budur ki, danışıqlar tərcüməçinin köməyilə həyata keçirilsin.
Qabaqlayıcı çıxış. Təəssüf ki, kommersantlar elə situasiyalara düşürlər ki, firma bu zaman öhdəliyin pozulmasına görə tam günahkar olur və zərərlərin ödənilməsini ultimativ formada tələb etməyə, ola bilsin ki, hətta gələcək əməkdaşlıqdan imtina etməyə hazır olan hirslənmiş kontragentlə görüşmək lazım gəlir.


14. «Pablik rileyşnz»-in mahiyyəti və məzmunu 15. İctimai rəy və pablik rileyşnz.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə