Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə9/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   5   6   7   8   9   10   11   12   ...   38
Biznes əlaqələri 80 SUAL

«Pablik rileyşnz» cəmiyyətlə əlaqələr müəssisənin və ya təşkilatın əlaqə qurduğu ya da qura biləcəyi kəslərin anlayış, simpatiya və dəstəyini əldə etmək və bunu davam etdirmək üçün etdiyi davamlı və təşkilatlanmış bir rəhbərlik funksiyasıdır. Tərifinə görə, təşkilatların kütlələrlə ünsiyyət qurmaq məqsədiylə icra etdikləri, pro-aktiv və re-aktiv olaraq irəli sürülən, cəmiyyətin maraqları əsas alınaraq davam etdirilən nizamlı fəaliyyətlərdir. Müasir dünyada bu əlaqə "PR(Public Relations )"adıyla ifadə edilir.
Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmişləri aşağıdakılardır: PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantına görə, PR – firmanın mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin firmaya yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
"Public Relations”təşkilat və onun publikası arasında qarşılıqlı əlaqələri, qarşılıqlı anlaşmanı, qarşılıqlı tanınmanı və əməkdaşlığı dəstəkləmək üçün; problemlərin və ya mübahisəli məsələlərin həll edilmə prosesinin idarə edilməsini həyata keçirmək üçün; ictimai rəyin öyrənilməsində və ona münasibət göstərilməsində rəhbərliyə kömək etmək üçün; ictimai maraqlara xidməti məsələlərində rəhbərliyin məsuliyyətini müəyyən etmək və vurğulamaq üçün; rəhbərliyin vaxt tələblərinə görə effektiv dəyişməsinə kömək etmək üçün; inkişaf tendensiyalarını qabaqcadan görməyə kömək edərək, qabaqcadan xəbərdarlıq sistemi kimi çıxış etmək üçün; ünsiyyətin etik normalarına əsaslanan elmi metodlardan öz əsas vasitələri kimi istifadə etmək üçün var olan xüsusi idarəetmə funksiyasıdır.
İctimai rəy.
"ictimai rəy" anlayışı individlərin müəyyən problemə baxışlarının məcmusunu bildirir.
İctimai rəyin konseptini daha yaxşı anlamaq üçün, onu iki məlum komponentə bölmək gərəkdir — ictimaiyyət və fikir.
ictimai rəyöz aralarında uyğun gələn problem haqqında insanların təsəvvüründə yaradılan xüsusi razılıqdır. İnsanın təsəvvürünə, yəni onun bu problem haqqında düşüncəsinə və bu problemə münasibətinə təsir etmək cəhdi, PR təcrübəsinin ilkin mahiyyətini təşkil edir.
Respondentlərin əhəmiyyətli hissəsinin eyni istiqaməti və hislərin intensivliyini daim göstərən, vaxtın uzunluğunu bildirən fikir sabitliyidir. İnsanların fikir obyekti haqqında bilik həcminin hansı dolğunluğa malik olduğunu göstərən informasiyadır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə