Biznes əlaqələri


Beynəlxalq istehsal əməkdaşlığı



Yüklə 83,27 Kb.
səhifə16/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   12   13   14   15   16   17   18   19   ...   38
Biznes əlaqələri 80 SUAL

24. Beynəlxalq istehsal əməkdaşlığı
Beynəlxalq istehsal kooperasiyası – müxtəlif ölkələrin eyni və ya müxtəlif sahələrdə hüquqi şəxs olan, lakin bir-biri ilə istehsal prosesləri ilə bağlı olan subyektlərin gündəlik əmək əlaqələrinin bilavasitə birliyidir. Beləliklə, beynəlxalq istehsal kooperasiyası onun üzvlərini konkret istehsal məqsədlərinin vəhdəti ilə bağlayır.
Beynəlxalq istehsal əməkdaşlığının aşağıdakı formalarını fərqlənqdirmək olar:
- ixtisaslaşma və kooperasiya əsasında istehsal və satışın birgə əlaqələndirilməsi;
- müəssisələrdə birgə sahibkarlıq (birgə müəssisə);
- podrat tikinti;
- elmi-tkexniki əməkdaşlıq.
Beynəlxalq istehsal əməkdaşlığının xarakterik əlamətləri aşagıdakılardır:
- tərəfdaşlar arasında iqtisadi münasibətlərin uzunmüddətliyi, sabitliyi və müntəzəmliyi;
- istehsal kooperasiyasının bilavasitə subyektləri qismində müxtəlif ölkələrin sənaye müəssisələrinin (firmalarının) mövcudluğu;
- kooperasiyanın baş obyektləri kimi hazır məmulatların, komponentlərin, digər ayrı ayrı məhsulların və müvafiq texnologiyaların müqavilə qaydasında təsbit edilməsi;
- razılaşdırılmış proqramlar çərçivəsində tapşırıqların bölünməsi, tərəfdaşlar arasında müqavilə məqsədlərindən irəli gələn istehsal ixtisaslaşmasının təsbit edilməsi;
- tərəfdaşlar arasında qarşılıqlı və ya birtərəfli məhsul tədarükü və beynəlxalq əməkdaşlıq çərçivəsində istehsal proqramlarını uyğun satışının əlaqələndirilməsi.
25. Lisenziyalaşmanın mahiyyəti və tərəfləri
«Lisenziya» termini latın sözü olub, tərcümədə «hər hansı bir hərəkəti etmək üçün icazə» mənasını verir. Lisenziyalarla ticarətinin tarixi adi əmtəələrlə ticarətdən xeyli sonra meydana gəlmişdir. Belə ki, lisenziya əsasında elmi-texniki nailiyyətlərlə ticarət, başlanğıcını ilk lisenziya müqavilələrinin bağlandığı XVIII əsrdən götürür. XIX əsrin 2-ci yarısına qədər nisbətən inkişaf etmiş ölkələrdə daxili lisenziya ticarəti kifayət qədər artmışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq ölkələrarası lisenziyə ticarəti sürətlə inkişaf etməyə başladı.
Lisenziyalaşmanın tərəfləri. Mövcud qanunvericiliyə görə lisenziya mübadiləsində intellektual mülkiyyətin sahibi, lisenziya verən, lisenziar, intellektual mülkiyyətdən istifadə etməyə lisenziya alan isə lisenziat adlanır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə