Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə19/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
Biznes əlaqələri 80 SUAL

Sənaye nümunələri. Sənaye nümunələri (industrial design) məhsulunun, məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həllin vasitəsi ilə tətbiq edilir.
Əmtəə nişanları. Əmtəə nişanı (trademark) müxtəlif şikətlərin eynicins əmtəələrinin fərqləndirilməsi üçün müəyyən qaydalarla qeydiyyata alınmış nişanlardır. Əmtəə nişanları adətən hərfi və ya qrafiki təsvirdən ibarət olur.
Nou-hau. Patent lisenziyaları ilə yanaşı, ixtira üzərində xalis inhisara malik olan sahibkar tərəfindən nou-hau ya verilən qeyri-patent lisenziyalarda mövcüddur. Nou-hau termini ilk dəfə ABŞ-da tətbiq edilmişdir və «necə etmək» mənasını daşıyır.
"Nou-hau"ya aşağıdakılar aiddir:
- predmetlər: patentləşdirilməmiş sənaye nümunələri, maşınlar, instrumentlər, ehtiyyat hissələri və s;
- texniki sənədlər: düsturlar, hesablamalar, sxemlər, patentləşdirilməmiş ixtira sənədləri və s;
- instruksiyalar: istehsal prosesi və məhsulun istifadəsi üçün izahatlar, praktiki məsləhətlər və s.
30. Lisenziya müqavilələri və lisenziyanın qüvvədə olduğu müddət
Lisenziya müqavilələri. Bütün müqavilərlərdə olduğu kimi lisenziya müqavilələrində də tərəflərini – lisenziar və lisenziatın vəzifə və öhdəlikləri öz əksini tapır:
Lisenziarın vəzifələri ilk növbədə müqavilə predmetindən asılıdır və bütün hallarda o, lisenziatın ona verilən imkanlarından istifadə etməsini təmin etməlidir.
Lisenziar müqavilə predmeti olan ixtiranın yeni olmasına məsuliyyət daşıyır. Yəni müqavilə bağlanana qədər və müqavilə müddəti ərzində həmin ixtiradan istifadə hüququ olmayan tərəflər ondan istifadə edə bilməzlər.
Lisenziyanın qüvvədə olduğu müddət. Lisenziya müqaviləsi konkret müddətə bağlansa da, bu müddətin uzadılması və ya yeni müqavilənin bağlanması, həmçinin müqavilənin pozulması şərtləri də orada öz əksini tapmalıdır. Müqavilə müddəti müqavilə predmetinin tərəflərə mənfəət gətirməsini təmin edən müddətdən asılıdır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə