Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə27/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
Biznes əlaqələri 80 SUAL

44.KONSESSİYA RAZILAŞMASI.
Konsessiya və ya konsessiya razılaşması — dövlət və özəl sektor arasında əməkdaşlığının bir formasıdır.. Bu zaman dövlət, öz mülkiyyətini effektiv idarə edilməsi üçün qarşılıqlı sərfəli şərtlərlə özəl sektorun himayəsinə ötürür. Konsessiya razılaşması, konsedentin konsessiyaçıya təbii resursların, infrastruktur obyektlərinin, müəssisələrin, avadanlıqların istismarına hüququn transferini nəzərdə tutur. Konsessiya razılaşmasının obyektləri ilk növbədə ictimai cəhətdən əhəmiyyətli obyeklərdir, bunlara dəmir yolları, yaşayış kommunal xidmətləri obyektləri və başqa infrastruktur tikintilər, həmçinin ictimai nəqliyyat sistemləri, səhiyyə, təhsil, mədəniyyət və idman obyektləri aiddir. Qeyd olunan sahələrin maliyyələşdirilməsi üçün özəl və dövlət sektorunun əməkdaşlığının inkişaf etdirilməsi vacib amillərdəndir.
45.KONSESSİYA MÜQAVİLƏLƏRİNİN DÖVLƏR VƏ ÖZƏL SEKTOR ÜÇÜN ÜSTÜNLÜKLƏRİ.
Konsessiya müqavilələrinin dövlət üçün üstünlükləri:
- konsessiyalar, dövlət xərclərinin azalmasına şərait yaradır, (bununlada dövlətin əlavə maliyyə yüklənməsini aradan qaldırır;)
- konsessiyalar, dövlət və konsessiyaçı arasında kifayət qədər sabit, sərt, uzunmüddətli hüquqi rəsmiləşdirilmiş əlaqələr qurur;
- konsessiya müqavilələri, dövlət üçün strateji əhəmiyyətli olan obyektlər üzərində nəzarətin itməməsi şərti ilə, yerli və xarici kapitalı lazımi sahəyə cəlb etməyə imkan verir.
Konsessiya müqavilələrinin özəl sektor üçün üstünlükləri:
- konsessiyaçı, əlverişli şərtlərlə, dövlət aktivlərinin uzunmüddətli idarə etmə imkanını əldə edir;
- konsessiyaçının partnyoru kimi dövlət çıxış edir, bu halda konsessiyaçı sərmayə qoyaraq, öz vəsaitinin qaytarılmasına yüksək zəmanət əldə edir;
- bəzi hallarda, dövlət, müəyyən sahələrdə xidmətin keyfiyyətinin yüksəldilməsi şərtilə, büdcədən konsessiyaçıya əlavə ödəmələr edir və s.
46.FRANÇAYZİNQİN NÖVLƏRİ.
Françayzinqin üç əsas növü mövcuddur:
1. Əmtəə fraçayzinqi. ABŞ-da birinci françayzinqlər maşın və benzinin satış üsulu kimi XX əsrin əvvəllərində məhşurlaşdı. O dövrdə françayzinqlər paylayıcılar (distribyutorlar) səviyyəsində təşkil olunmuşdu.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə