Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə29/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
Biznes əlaqələri 80 SUAL

50. LİZİNQ FƏALİYYƏTİ.
Lizinq anlayışı yeni deyil. Tarixçilər və iqtisadçıların sözlərinə görə, lizinq anlaşmaları hələ e.ə. 2000 ildə qədim Şumer dövlətində bağlanılırdı. Hal-hazırda bazar iqtisadiyyatına malik ölkələrdə təsərrüfat subyektləri tərəfindən istehsalın texniki təchizatı zamanı lizinq əməliyyatlarına üstünlük verilir. Bir çox hallarda lizinq sahibkarın adını gizlətmək, kreditorları aldanmaya uğratmaq kimi qeyri qanuni işlər üçün də istifadə olunurdu. Lizinq özündə maşın, avadanlığ, nəqliyyat vasitələri, tikinti və kənd təsərrüfatı texnikası, radio və televiziya vasitələri, hesablama texnikası, müxtəlif istehsalat qurğuları, həmçinin intellektual mülkiyyət hüquqları – lisenziya, proqram təminatı və s. kimi vasitələrin orta və uzun müddətli icarəsini birləşdirir.
51. LİZİNQ MÜNASİBƏTLƏRİNİN OBYEKTİ VƏ SUBYEKTİ.
Lizinq əməliyyatında əsasən bir neçə subyekt iştirak edir:
1. Lizinq verən - lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
2. Lizinq alan - lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.
3. Mülkiyyət satıcısı (təchizatçı) - lizinqin predmeti olan istehsal olunmuş əmlakı müəyyən müddət ərzində imzalanmış alqı-satqı müqaviləsinə əsasən lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
Bundan əlavə saazişdə mütləq lizinqin obyektinin istehsalçısı (lakin lizinq verən deyil), həmçinin lizinq verən tərəf olmayan, lakin yalnız maliyyə əməliyyatlarını yerinə yetirən şirkət - dəyərin istehsalçısı iştirak edir. Buna lizinq əməliyyatlarını yerinə yetirmək üçün kredit resurslarına ehtiyyacı olan lizinq şirkətini misal çəkmək olar.
52.LİZİNQİN NÖVLƏRİ.
Qanunvericiliyə əsasən lizinqin əsasən 2 forması mövcuddur. Daxili və beynəlxalq. Daxili lizinq zamanı lizinq verən, lizinq alan və təchizatçı Azərbaycan rezidentləri olmalıdır. Beynəlxalq lizinq zamanı isə lizinq verən və ya lizinq alan Azərbaycan rezidenti olmur.
Lizinqin müddət kriteriyası baxımından 3 növü mövcuddur:
1. Uzunmüdətli icarə – 3 və daha artıq ilə qədər.
2. Ortamüddətli icarə – 1 ildən 3 ilə qədər.
3. Qısamüddətli icarə – 1 ilə qədər.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə