Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə25/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
Biznes əlaqələri 80 SUAL

39. Fyuçers kontraktı
Fyuçers.
Fyuçers kontraktı, şəxsə müəyyən bir əmtəəni, müəyyən bir qiymətlə təyin olunan tarixdə satın almaq və ya satmaq öhdəliyini daşımağa vadar edən bir sazişdir. Məsələn, bir şəxs üç aydan sonra müəyyən bir gündə 200 ton B malının, tonunu 10.000 man-dan satmaq öhdəliyi ilə bir fyuçers kontraktını tərtib etdiyini fərz edək. Malın təhvil verilməsi vaxtı gəldikdə, kontraktı tərtib edən şəxs, həmin gün malın bazar qiyməti nə qədər olarsa olsun, o malı kontrakt sahibinə qabaqcadan təyin olunmuş qiymətlə satmaq məcburiyyətindədir. Kotraktın ilk dəfə tərtib olunduğu və alıcı ilə satıcı arasında mübadilə edildiyi zaman müəyyən bir məbləğin ödənilməsi baş verməz. Bu səbəbə fyuçers kontraktı, kontraktın bugünkü bazar dəyərini sıfıra endirəcək şəkildə tərtib olunur.
Fyuçers kontraktları, müxtəlif əmtəə, qiymətli metallar, valyuta və çeşidli qiymətli kağızlar və birja indeksi üzərindən hazırlana bilər. Bu kontraktlar fyuçers birjaları deyilən birjalarda fəaliyyət göstərirlər.
40.Forvard kontraktı
Forvard.
Forvard kontraktı, iki tərəf arasında müəyyən olunan, gələjəkdəki tarixdə təyin olunan qiymətdən əmtəənin alqı-satqısını rəsmiləşdirən bir razılaşma kimi tərif edilir.
forvard kontraktları fyuçers kontraktları kimi gələcəkdə təyin olunmuş müddətdə keçiriləcək alqı-satqı üçün indidən saziş bağlamağa imkan verir. Lakin buna baxmayaraq, hər iki sənəd və bu sənədlərin dövriyyədə olduğu bazarlar bir-birilərindən müəyyən cəhətlərlə fərqlənirlər. Həmin cəhətlər aşağıdakı şəkildə səciyyələndirilə bilər:
1. Forvard kontraktları fəaliyyət formasına görə «adlı» müqavilə hesab olunur.
2. Forvard kontraktları, kontraktın predmeti olan əmtəənin cinsi, keyfiyyəti, miqdarı və müddəti baxımından tərəflərə tam sərbəstlik verir və olduqça elastikdir.
3. Forvard kontraktlarında, kontraktın icra olunacağı məkan baxımından heç bir məhdudiyyət qoyulmadığı halda, fyuçers kontraktı yalnız təşkilatlandırılmış birjalarda hazırlanmalı, birjanın bütün qaydalarına üyğun olaraq alınıb satılmalıdır.
4. Birjada fəaliyyət göstərmək məjburiyyətinin olması səbəbindən fyuçers kontraktlarında bazar meylini izləmək imkanı vardır.
5. Forvard kontraktlarının likvidliyi çox aşağıdır, tərəflər daha çox spot, yəni real bazarda mövjud olan malın sahibləridir.
6. Forvard bazarlarında təçhiz etmə məcburiyyəti vardır.
7. Forvard kontraktlarında tərəflər bir-birilərini yaxşı tanımalı və bir-birilərinə etibar etmək məcburiyyətindədirlər
8. Forvard kontraktlarında standartlaşdırılmış bir təminat məbləği yoxdur və məcburi də deyildir.
9. Forvard kontraktlarında, hesabların gündəlik uçotu metodu və marja sistemi yoxdur.
10. Forvard kontraktlarına dair əməliyyatların aparılması üçün vasitəçiyə ehtiyac yoxdur.
11. Forvard kontraktlarının ikinji kateqoriyalı bazarı mövjud deyildir.
12. Forvard kontraktlarının tərtibatı və icrası üçün, ümumiyyətlə, ölkə daxilində müəyyən bir hüquqi baza fomalaşdırılmır, əməliyyatlar mövcud olan ticarət qanunlarına görə tənzimlənir.
13. Forvard kontraktlarında əməliyyat müxtəlifliyi məhduddur. də
14. Fyuçers bazarlarında standartlaşdırma amilinin olmasından tərəflər daha çox qiymət mövzusunda danışıqlara diqqət yetirirlər. Forvard bazarlarında isə qiymət qədər, keyfiyyət, tədarük müddəti və s. mövzular əhəmiyyət kəsb edir.
15. Forvard bazarlarında aparılan əməliyyatların həcmi fyuçers bazarlarında aparılan əməliyyatların həcmindən qat-qat aşağıdır.
16. Fyuçers bazarlarında, müştəri ən çox 1 il qabağı düşünərək maliyyə riskini azaldacaq əməliyyatları keçirə bilər.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə