Biznes əlaqələri


Müxtəlif əməliyyatlar üzrə sahibkarın mülkiyyət hüququndan irəli gələn bütün maliyyə və operativ risklər üzrə xərclərin sahibkara həvalə edilməsi. 3



Yüklə 83,27 Kb.
səhifə21/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
Biznes əlaqələri 80 SUAL

2. Müxtəlif əməliyyatlar üzrə sahibkarın mülkiyyət hüququndan irəli gələn bütün maliyyə və operativ risklər üzrə xərclərin sahibkara həvalə edilməsi.
3. Qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində edilmiş səhvlər istisna olmaqla, idarəetmə icraçısının fəaliiyyət dövründə məsuliyyətdən azad olunması.
4. Mülkiyyəti idarə etmə müddəti. Adətən idarə etmə müqaviləsi beş, on və ya iyirmi il olur.
5. İdarəetmə mükafatı. İdarəetmə mükafatının həcmi ümumi gəlirin və ya xalis mənfəətin ölçülərinə əsaslanaraq təyin edilir.
6. Müqavilənin dayandırılması şərtləri. Ən azı müqavilənin dayandırılmasının dörd variantı mövcuddur. Bu zaman üstünlüklər ya sahibkara, ya da idarə edən şirkətə verilir:
-tərəflərdən biri aşkar edilmiş pozuntular haqqında xəbərdarlıq aldıqdan sonra qanunvericilikdə təyin edilmiş vaxt ərzində müqavilənin şərtlərini yerinə yetirmir;
- tərəflərdən biri müflis elan edilərək əmlakını kreditorlara verir;
- tərəflərdən biri lisenziyadan məhrum olunur;
- müqavilə iki tərəfli razılıq əsasında ləğv edilir.
33. Layihə maliyyələşdirməsi
İstənilən biznes layihəsinin həyata keçirilməsi üçün ilkin şərt maliyyə resurslarının mövcudluğudur, belə olan halda layihə, ya təşəbbüskarın öz vəsaiti, ya da kənar maliyyələşmələr hesabına icra oluna bilər.
maliyyə resurslarının cəlb edilməsinin iki əsas forması mövcuddur – borc və səhmdar. Birinci halda biznesin gəlirli və ya ziyanlı olmasından asılı olmayaraq borc aldıqda, təşəbbüskar mütəmadi olaraq faizlərin ödənməsi və əsas pulun qaytarılması öhdəliyini daşıyır. İkinci halda isə əlavə səhmdar cəlb etməklə mənfəətdə pay iştirakçılarının sayı çoxalır.
Layihə maliyyələşdirməsinin əsasında prinsipial olaraq iştirakçıların arasında əməkdaşlığın və layihənin risklərinin bölünməsi ideyası durur. Bu halda layihənin təşəbbüskarı (bəzən o sponsor adlandırılır), layihə risklərinin müəyyən hissəsini şəxsi vəsaitləri hesabına təmin etməlidir – adətən 30-40%-ə qədər, borc maliyyələşdirməsinin təşkilatçısı isə maliyyələşdirmənin (bank krediti, qiymətli kağızların yerləşdirilməsi, istiqraz vərəqələrinin buraxılışı və s) tələb edilən həcminin qalmış hissəsini təmin etməlidir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə