Biznes əlaqələri


Layihə maliyyələşdirməsinin



Yüklə 83,27 Kb.
səhifə22/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
Biznes əlaqələri 80 SUAL

Layihə maliyyələşdirməsinin əsas komponentlərinə aşağıdakilar daxildir:
- iqtisadiyyatın özəl sektorunda investisiya prosesinin dövlət dəstəyinin təşkili;
- investisiya layihə fəaliyyəti çərçivəsində malların, işlərin və xidmətlərin alınma prosedurları və texnologiyaları;
- investisiya layihəsi ilə bağlı risklərin idarə edilməsi;
- konsessiya razılaşmaları əsasında investisiya layihələrinin reallaşdırması;
- investisiya layihələrinin maliyyələşdirilmə üsulları və metodları.

34. Barter sövdələşmələri
Barterbirbaşa pulsuz mübadilə, əmtəəni əmtəəyə dəyişmək və yaxud istehlak dəyəri, iqtisadi təyinatı müxtəlif olan məhsul və ya məhsul qrupunun dəyərlərinin bərabərliyi şərtilə onların baş-başa mübadiləsidir, dəyəri ödənilmədən, lakin ekvivalent məbləğdə məhsulların qarşılıqlı dəyişdirilməsidir.
Barter əməliyyatı – xarici iqtisadi əlaqələrin inkişaf etdiyi, həmçinin böhran və valyuta məzənnəsinin qeyri-sabitliyi şəraitində dövlətlər, firma və müəssisələr arasında, öz ehtiycalarını ödəmək üçün, birbaşa və həmdə natural şəkildə əmtəələrin mübadilə formasıdır.
Barter sövdələşmələri, müəyyən dəyərli malların bərabər dəyərli digər mallara pul ödənişini yerinə yetirmədən mübadiləsini nəzərdə tutur. Dünya təcrübəsində barter sövdələşmələri köməkçi rolunu oynayırlar və ümumi mal dövriyyəsinin ancaq 2%-ni təşkil edirlər. Barterin növü kimi çıxış edən qarşılıqlı təçhizat barterdən onunla fərqlənir ki, bir sahibkarın digər sahibkara verdiyi məhsulun növü bilinir, ikinci sahibkarın aldığı məhsula görə ödəməli olduğu məhsul isə əvvəlcədən müəyyən olunmur, sonradan müqaviləyə əlavə ilə dəqiqləşdirilir.
35. Ticarət sahəsində sazişlərin bağlanılması formaları
Ticarət sahəsində sazişlərin bağlanılması formalarını birja və birjadan kənar bazarlar baxımından iki hissəyə ayırmaq mümkündir.
Birjadan kənar bazarlarda yalnız real əmtəə üzrə sazişlər bağlanıldığı halda, birja bazarlarında iki əsas növ sazişlər bazğlanır: real əmtəə üzrə saziş və fyuçers (müddətli) sazişləri.
Real əmtəə üzrə sazişlər əmtəənin satıcıdan alıcıya həqiqi keçidi ilə, yəni real əmtəənin birja anbarlarından birinə təhvil-təslimi ilə başa çatır.
Müddətli göndəriş ilə sazişlər adətən nağd mal ilə saziş adlanır (“spot”- cash, spot). Birjada nagd şəkildə satılan mal, birjanın anbarlarından birində yerləşməlidir və saziş bağlanandan sonra təcili alıcıya verilməlidir (“müddətli” termini altında birja qaydalarından asılı olaraq bir gündən 15 günə qədər müddət başa düşülür). Bu cür sazişlər şərtləşdirilmiş nağd malın təcili göndəriş ilə ikitərəfli sazişi özündə əks etdirən spot müqaviələləri əsasında bağlanırlar. Göndərilməsi təxirə salınmaqla mal sazişləri adətən müddətli və yaxud “forvard” adlanırlar.



Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə