Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə30/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
Biznes əlaqələri 80 SUAL

53. LİZİNQ MÜQAVİLƏSİ.
Liziq müqaviləsi lizinq verən, lizinq alan və lizinq predmetinin satıcısı (təchizatçısı) arasında lizinq müqaviləsinin bağlanılması üçün müqavilələr toplusunu müəyən edir. Lizinq predmeti istənilən qeyri-istehlak vasitəsi, o cümlədən biznes və digər əmlak kompleksləri, binalar, tikililər, avadanlığlar, nəqliyyat vasitələri və daşınan və daşınmaz əmlak vasitələri ola bilər.
Tipik lizinq müqaviləsi aşağıdakı formada olur:
1. İstifadəçi lizinq şirkətinə ona lazım olan avadanlığı haqqında məlumat verir.
2. Lizinq şirkəti, təklif olunan proyektin həqiqiliyini təsdiq etdiyi halda lizinq müqaviləsinin predmeti olan avadanlığı istehsalçı-şirkətdən və ya avadanlığı satan digər fiziki və ya hüquqi tərəfdən alır.
3. Lizinq şirkəti (lizinq verən) müqavilə predmetinin sahibkarı olduğu andan etibarən əvəzində lizinq ödənişləri əldə edərək, müqavilə predmetini gələcəkdə geri almaq şərti ilə (müqavilə əsasında razılaşdırılmış) müvəqqəti olaraq icarəyə verir.
54. FAKTORİNQ ƏMƏLİYYATI VƏ ONUN İŞTİRAKÇILARI.
Faktorinq əməliyyatı iqtisadiyyatın müasir inkişaf mərhələsində bankların apardıqları vasitəçilik əməliyyatlarından biridir.
Faktorinq 2000-ci il sentayabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının mülki məcəlləsində öz əksini tapıb. Faktorinq fəaliyyətə yeni başlayan və sürətlə inkişaf edən şirkətlər üçün olduqca əlverişlidir. Bu xidmətdən istifadə edən firmalar inkişaf prosesində vəsait qıtlığı problemini aradan qaldırır və debitor borcları ilə məşğul olmaq kimi ağır bir işdən azad olurlar.
Müştərilərin mal-material dəyərlilərinə, görülmüş xidmətlərə görə faktorinqin iştirakçıları aşağıdakılardan ibarət olur:
1. Faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarının faktorinq şöbəsi və ixtisaslaşdırılmış faktorinq şirkəti;
2. Malgöndərən və ya malsatan;
3. Malalan.
55.FAKTORİNQİN FORMALARI.
Borcların tipindən asılı olaraq faktorinqinqin aşağıdakı formaları var:
- malgöndərənin faktorinqi;
- mal alanın faktorinqi.
Malgöndərənin faktorinqin predmeti mallarla hesablaşmalarda yaranmış debitor borclardır. Bu, faktorinqin daha geniş yayılmış formasıdır. Ona görə ki, əksər təsərrüfat sahələrində tərəflər arasında münasibət, təsərrüfat əlaqələri məhz bu əməliyyatlarla başlayır.
Malalan (ödəyicinin) faktorinqin predmeti malsatanlarla hesablaşmada yaranmış kreditor borcudur. Malalanın (ödəyicinin) dövriyyə vəsaiti çatışmadıqda belə kreditor borcları yaranır.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə