Biznes əlaqələri


Sahibkarlıq subyektləri arasında müqavilə münasibətləri



Yüklə 83,27 Kb.
səhifə3/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   2   3   4   5   6   7   8   9   ...   38
Biznes əlaqələri 80 SUAL

5. Sahibkarlıq subyektləri arasında müqavilə münasibətləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə əqdlərin ən çox yayılmış növüdür. Müqavilə ikitərəfli və ya çoxtərəfli əqddir.
Müqavilənin ən əsas xüsusiyyətlərindən biri müqavilə azadlığının təmin olunmasıdır. Mülki qanunvericilik müqavilə azadlığını təmin edən aşağıdakı bir sıra qaydaları nəzərdə tutur:
1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
2. Müqavilə bağlayarkən tərəf seçilməsi azaddır.
3. Tərəflər müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə bağlaya bilərlər.
4. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
Müqavilənin digər bir xüsusiyyəti isə onun məzmununu təşkil edən şərtlərinin mühüm, adi və təsadüfi olmaqla üç yerə bölünməsidir. O şərtlər mühüm hesab olunur ki, müqavilənin bağlanması üçün zəruri və kifayət edicidir. Müqavilənin bağlanmış sayılması üçün onun bütün mühüm şərtləri mütləq razılaşdırılmalıdır.
Müqavilənin əsas xüsusiyyətlərindən biri də onun forması ilə bağlıdır. Müqavilə əqdlərin bir növü olduğuna görə ona əqdlərin formaları haqqında ümumi qaydalar tətbiq edilir. əqdlər şifahi və yazılı formada bağlanır. Şifahi bağlanan əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, faks, internet, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
Vətəndaşlar və hüquqi şəxslər arasında çox vaxt tipik müqavilə blanklarından istifadə olunur. Çoxsaylı mülki-hüquqi müqavilələri daha yaxşı başa düşmək üçün onların növlər üzrə bölgüsünü həyata keçirmək tələb olunur.


Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə