Məhsul və ya xidmət Məhsul və ya xidmət nədir? Mətn məntiqi olaraq işinizin tam bir izahatını təşkil etməlidir. Bənzər iş prinsipləri istehsal, satış və
xidmət sənayesindəki firmalar üçün tətbiq olunur, baxmayaraq ki, metodlar dəyişə bilər.
Məhsulun fiziki görünüşünü təsvir edin. Müştərilər və sektor tərəfindən necə qəbul edildiyini təsvir
edin. Əvvəlсədən məhsulunuzun xüsusi üstünlüyünü və ya UST (unikal satış təklifi) deyilən
maddənin nə olduğunu izah edin: keyfiyyəti, texnologiya, xüsusi xüsusiyyətləri, əlçatanlığı, xərci və
s. Məhsul, təbiətinə görə yüksək texniki bir maddədirsə oxucuya çox ətraflı məlumat verməyin, sonda
əlavə edin. Patent və ya başqa bir qoruma alıb-almadığınızı və ya müraciət edib-etmədiyinizi qeyd
edin. Spesifik xüsusiyyətləri isə əlavə olaraq axırda (apendiks hissəsində) əlavə edə bilərsiniz.
Texnologiya Məhsulun çatdığı texniki inkişaf mərhələsini göstərin. Məhsul çeşidi genişləndirilə bilərmi və əgər
belədirsə, hansı yeni sahələrə və hansı qiymətə? Pul toplamaqda məqsəd, bu fəaliyyətin
maliyyələşdirilməsidirsə, bunu xüsusi vurğulayın. Eynilə, nağd pula ehtiyac duyduğunuz səbəbi də
qeyd edin. Məsələn, istehsal müəssisələri tikmək.
Texniki inkişafların həm spesifik, həm də ümumi aspektlərinə nəzər yetirin. Hədəfləriniz nədir və
yeni texnologiya və texniki inkişaf planlarınıza nə qədər təsir edəcək? Tədqiqat və inkişaf işiniz üçün
nə qədər vacibdir və nə qədər xərcləməli olacaqsınız? Bu, maliyyə və insan resurslarınızdan nə
qədərini tələb edəcək?
Rəqabət Ətrafda nələr baş verdiyinə baxın. Rəqibləriniz kimdir və məhsulunuz onların istehsal etdikləri ilə
müqayisədə necədir? Texnoloji inkişaflar nələrdir və onlar sizə necə təsir edəcək? Yenidən işlənmiş
və ya ikinci və üçüncü nəsil məhsullar hazırlamağınız üçün fürsətləri, təzyiqləri və ya aktuallığı
öncədən təxmin etməyə çalışın.