Fəaliyyət
Necə fəaliyyət göstərəcəksiniz?
Biznesiniz gündən-günə necə irəliləyir və ya irəliləyəcək? Biznesiniz istehsal sənayesinə aiddirsə,
istehsal
prosesini, görüntüsünü və s. təsvir edin.
Pərakəndə işdirsə, mal, mağaza dekorasiyasına,
görüntüyə, iş saatına yanaşmaları müəyyənləşdirin. Biznesiniz xidmət sahəsindədirsə, bu xidmətin
göstərilməsində aid olan maddələri qeyd edin.
İnqridientlər, komponentlər, və s. məhsulun detalları daxil olmaqla, necə hazırlandığını izah etməklə
yanaşı, hazırki istehsal
gücünün nə olduğunu, necə artırıla biləcəyini və bunu hansı kapital və ya
əlavə əməliyyat xərcləri hesabına reallaşdırmaq mümkün ola biləcəyini izah edin.
Əməliyyatın kritik
elementlərini müəyyənləşdirin, məsələn, yüksək keyfiyyətli səviyyələrə qısa
çatdırılma müddəti və potensial çatışmazlıqların öhdəsindən gəlmək üçün nəyə ehtiyacınız ola bilər.
Satınalma qərarları
da daxil olmaqla, lazım olan əsas qərarları izah edin. Təchizatçılarla hansı
əlaqələr qurduğunuzu izah edin.
Dostları ilə paylaş: