Biznesin məqsədləri Biznes məqsədlərinin təbiəti



Yüklə 39,09 Kb.
səhifə3/4
tarix30.12.2023
ölçüsü39,09 Kb.
#165048
1   2   3   4
3. Biznesin məqsədləri

Qeyri-iqtisadi məqsədlər
Biznesdə sosial məsuliyyət anlayışının qəbul edilməsi ilə, biznesin iqtisadi maraqları ilə yanaşı cəmiyyətin mənafelərinə xidmət etməyin zəruriliyi müəssisə məqsədlərində öz əksini tapmışdır. Bir müəssisənin fəaliyyətinə təsir göstərən və bu fəaliyyətlərdən təsirlənən hər seqment kimi sosial maraqlı tərəflər də, müəssisə fəaliyyətindən müsbət nəticələr əldə etməyi ümid edirlər. Müəssisənin iqtisadi məqsədlərinin böyük töhfə verdiyi yüksək rəhbərliyi və səhmdarları bir kənara qoyaraq, fərqli maraqlı tərəfləri ayrı-ayrılıqda qiymətləndirərək məqsədlərinə nəzər salsaq, aşağıdakıları qeyd edə bilərik:

  • İşçilər əvvəlcə yüksək əmək haqqı, sonra iş zəmanəti, yaxşı iş şəraiti, yüksəliş, təqdir edilmə və mükafatlandırma fürsəti arzulayırlar. Bu məqsədlərin müəssisənin iqtisadi məqsədləri ilə zidd olduğu aydındır. Çünki bu məqsədlərə çatmaq üçün istifadə ediləcək mənbələr müəssisənin iqtisadi məqsədlərinin reallaşma dərəcəsini azaldacaqdır. Lakin bu məqsədlər işçilərin məhsuldarlığını və əhval-ruhiyyəsini artıraraq ümumi fəaliyyətə müsbət təsir göstərəcəkdir. Bundan əlavə, həvəsləndirici əmək haqqı sistemləri ilə istehsal və satış üçün mükafat sistemi inkişaf etdirmək bu məqsədlərin iqtisadi məqsədlərlə uyğunlaşdırılmasını təmin edəcəkdir. Bundan əlavə, təhsil inkişaf etdirmə fəaliyyətləri ilə işçilərin peşə səviyyələrini yüksəltməsini təmin etmək bu müddətə kömək edəcək bir başqa vacib məsələdir.

  • Müəssisənin istehsalı üçün tələb olunan xammal və köməkçi materiallarla ara malları tədarük edən şəxslər və ya təşkilatlar olaraq tədarükçülər, davamlı olaraq müəssisə ilə iş aparmaq, yüksək qiymətlərlə mal və ya xidmət təmin etmək, ödəmələri nağd və ya mallar çatdırılan zaman almaq kimi məqsədlər daşıyırlar.

  • Satıcılar, müəssisənin mallarını və ya xidmətlərini (satıcı, distribyutor və ya filial) keyfiyyətli məhsulu ucuz qiymətə, yaxşı satış və ödəmə şərtləri ilə almaq istəyəcəkdir. Müəssisələr satıcılardan təminat, satış zəmanəti və ya ilkin ödəniş gözləyərkən, satıcılar satışdan sonra malların qiymətini ödəmək və ya hissə-hissə ödəmək istəyəcəklər. Başqa sözlə, iki qrupun məqsədləri ziddiyyət təşkil edəcəkdir. Bununla birlikdə, müəssisələr bəzi satış qiymətlərinə xüsusi endirim tətbiq etmək kimi satıcılar üçün bəzi motivasiyaedici tədbirlər alaraq ümumi maraqlarını inkişaf etdirə bilərlər.

  • Müştərilər davamlı olaraq əlverişli bir qiymətə keyfiyyətli məhsul və ya xidmət alaraq məmnunluq istəyirlər. Müştəri olmadan bir müəssisə ola bilməyəcəyi üçün, müəssisələrin müştərilərin məqsəd və mənafelərinə məhəl qoymaması mümkün deyil. Bu səbəbdən müştərilərin üstünlükləri, qavrayışları və gəlir səviyyəsi yalnız mal və xidmət istehsalında deyil, həm də qiymət, marketinq və satışda da nəzərə alınmalıdır.

  • Cəmiyyət müəssisədən mal və xidmətlər istehsal etmə müddətində cəmiyyətin mənafelərinə diqqət yetirməyi, dövlət və ictimaiyyət qarşısında vəzifələrini yerinə yetirməyi, ətraf mühiti qorumağı, təhlükəsiz məhsullar satmağı, işçilərinə yaxşı münasibət göstərməsini, ədalətlə, müştərilərinə qarşı dürüst olmaq, yeni iş imkanları yaratmaq və sərmayə qoymaq, təhsil və sənətə dəstək verməyi gözləyir. Xülasə olaraq, bunların hamısı müəssisənin sosial məsuliyyətləridir və bu faktlar müasir biznes anlayışında iqtisadi məqsədlərlə zidd görünsə də, müəssisələrin yerinə yetirməli olduqları ən vacib tapşırıqlardan biri kimi qəbul edilir.




Yüklə 39,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə