Biznesin məqsədləri Biznes məqsədlərinin təbiəti



Yüklə 39,09 Kb.
səhifə2/4
tarix30.12.2023
ölçüsü39,09 Kb.
#165048
1   2   3   4
3. Biznesin məqsədləri

Biznesin məqsədləri
Müəssisələrin əsas məqsədi mənfəət əldə etmək və qazanclarını maksimum dərəcədə artırmaq olsa da, qazanc xaricində bəzi inkişaf etməkdə olan sosial-iqtisadi strukturlarla əlaqəli olaraq digər məsələlərin də məqsəd olaraq təyin edilməsinin lazım olduğu ortaya çıxdı. Bu andan etibarən müəssisələrin məqsədlərini iqtisadi və qeyri-iqtisadi məqsədlərə bölmək mümkündür. Müəssisələrin iqtisadi və qeyri-iqtisadi məqsədləri Şəkil 1-də ümumiləşdirilmişdir.

Şəkil 1. Müəssisənin məqsədləri





İqtisadi məqsədlər
İqtisadi məqsədlər, müəssisənin sahiblərinin nail olmaq istədiklər məqsədlərdir. Bu məqsədlərin müəyyənləşdirilməsində müəssisə sahiblərinin gözləntiləri aktiv rol oynayır. Ümumiyyətlə, bütün müəssisələrin iqtisadi məqsədlərini üç başlıq altında qruplaşdırmaq mümkündür:

  • Gəlirlilik, pay sahiblərinin müəssisəyə qoyduqları kapitala görə əldə etmək istədikləri gəliri ifadə edir. Bu gəlir nə qədər yüksək olarsa, biznes o qədər sərfəlidir. Bir müəssisədə nəzərdən keçiriləcək ilk məsələ əlbətdə qazanılacaq qazancdır. Mənfəət, müsəsisə sahiblərini, menecerləri və digər işçiləri hərəkətə keçirən ən vacib motivdir. Çünki müəssisənin gəlirliliyi nə qədər yüksəkdirsə, müəssisə sahibləri, menecerləri və işçiləri üçün də o qədər yüksək gəlir əldə edilir. Bu səbəbdən mənfəət və gəlirlilik həm müəssisələrin qurulmasında həm də fəaliyyətlərinin davamında bir səbəb-nəticə əlaqəsi kontekstində ortaya çıxır.

  • Böyümə, biznes idarəçiliyində kəmiyyət və keyfiyyətcə yaxşılaşma deməkdir. Başqa sözlə, böyümə ya istehsal miqdarı, satış gəlirləri, məhsul müxtəlifliyi, işçilərin sayı və kapital həcmində ədədi bir artım ilə və ya keyfiyyət baxımından müəssisə faktorlarının inkişafı ilə əlaqədardır. Hansı formada olursa olsun, böyümə bugünkü işdə uğur qazanmağın əsas tələblərindən biridir. Daim dəyişən və inkişaf edən bir mühitdə fəaliyyət göstərən müəssisələr bu dəyişən və inkişaf edən ətraf mühit şərtləri ilə birlikdə böyüməli və inkişaf etməlidir. Əks təqdirdə, müəssisələr fərqində olmadan kiçiləcək və rəqabət edə bilməyəcəklər. Buna görə böyümə müəssisələrin varlığını davam etdirmək üçün vacib bir vasitədir.

  • Davamlılıq, müəssisənin uzun müddət varlığını davam etməsi ilə əlaqədardır. Bir müəssisənin əsas məqsədi yaşamaqdır. Davamlılıq göstərməyən heç bir müəssisə, heç kəs üçün etibarlı bir gəlir mənbəyi ola bilməz. Lakin davamlılığa yalnız mənfəət və böyümə ilə nail olmaq olmaz. Rəqabət şəraitində, davamlı dəyişən şərtlər altında işləyən bir müəssisə digərlərinə nisbətən daha az gəlirliliyini artırdıqda və daha az böyüməyə nail olduqda, rəqiblərinin öhdəsindən gələ bilməyəcək və biznes həyatından ayrılma nöqtəsinə gələ bilər. Bundan əlavə, davamlılıq ixtisaslı işçi qüvvəsinə sahib olmaq baxımından vacib bir meyardır. Çünki hər bir işçi iş təhlükəsizliyi olan bir iş yerində işləmək istəyir. Bundan əlavə, mal və xidmət təmin etməkdə müəssisələrin mərkəz nöqtəsi olan müştərilər, dəyişikliyi izləyərək və yeniliklər edərək davamlılığını qoruyan müəssisələrə daha çox üstünlük verəcəklər.




Yüklə 39,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə