Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Toxumalara sirayət edən ionlaşdırıcı şüalar atomlar ilə qarşılıqlı əlaqəyə girdikdə hansı proseslər və hansı ardıcıllıqla baş verir?



Yüklə 1,44 Mb.
səhifə2/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   15

67) Toxumalara sirayət edən ionlaşdırıcı şüalar atomlar ilə qarşılıqlı əlaqəyə girdikdə hansı proseslər və hansı ardıcıllıqla baş verir?
A) Bioloji effektlər

B) Qarşılıqlı elektrik təsiri, fiziki-kimyəvi dəyişikliklər, bioloji effektlər

C) Fiziki-kimyəvi dəyişikliklər, nüvə çevrilmələri

D) Bioloji effektlər, qarşılıqlı elektrik təsiri

E) Kimyəvi dəyişikliklər, bioloji effektlər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.30
68) İonlaşdırıcı şüaların təsirindən hüceyrələrdə neçə formada zədələnmə baş verir?
A) 3 formada-letal, subletal və potensial letal zədələnmə

B) 1 formada-letal zədələnmə

C) 4-5 formada-letal, subletal, potensial letal, subletal potensial letal zədələnmə,qeyri-letal zədələnmə

D) Ancaq qeyri-letal

E) 2 formada-letal, subletal zədələnmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.33
69) Radioterapiya Berqone və Tribondeau fenomeni nədir?
A) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər:əgər onların differensiyası nə qədər yüksəkdirsə

B) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər onların mitotik aktivliyi zəifdirsə dəyişiklik olmayacaq

C) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər hüceyrələr nə qədər zəif surətlə bölünürlərsə o qədər az məhv olarlar

D) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər:əgər onların mitotik aktivliyi zəif və differensiya dərəcəsi yüksəkdirsə

E) Rentgen şüalari hüceyrələrə böyük intensivliklə təsir edirlər: əgər hüceyrələrin bölünmə aktivliyi daha yüksəkdirsə, hüceyrələr yaşama dövründə nə qədər çox bölünürlərsə və hüceyrələrin morfologiyası və funksiyaları nə qədər az təyin olunursa o qədər çox məhv olarlar
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.34
70) Şüalanmanın hüceyrəyə təsirini xarakterizə edən 4 bioloji proseslər hansılardırlar?
A) Reoksigenasiya, repopulyasiya, reparasiya, restavrasiya

B) Reoksigenasiya,repopulyasiya ,reparasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması

C) Reoksigenasiya, reduksiya, reparasiya, rekanalizasiya

D) Reduksiya,repopulyasiya və hüceyrələrin bölünmə siklinə görə paylanması,rekanalizasiya

E) Repopulyasiya, regenerasiya, reduksiya, rekanalizasiya
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35-40
71) Reoksigenasiya nədir?
A) Şiş hüceyrələrinin oksigen ilə məhvi

B) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının azalması

C) Şüalanmadan sonra hipoksik hüceyrə populyasiyasının azalması və toxumanın oksigenlə təminatının artması

D) Şiş hüceyrələrinin spontan məhvi

E) Hər bir şüa franksiyasından sonra oksigenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.35
72) Repopulyasiya nədir?
A) Normal şiş hüceyrələrinin spontan məhvi

B) Sağalma nəticəsində çoxalan normal hüceyrə franksiyasının sayı

C) Şiş hüceyrələrinin qeyri-spontan məhvi

D) Şiş hüceyrələrinin qeyri-spontan məhvi və çoxalan normal hüceyrə franksiyasının sayı

E) Şüalanmadan sonra sağ qalan və nəsli davam etdirmək qabiliyyətini saxlayan klonogen hüceyrələrin artması nəticəsində toxumaların, o cümlədən şişin yenidən inkişaf etməsinə- (repopulyasiyasına) residivinə səbəb olan bioloji prosesdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.37
73) Reparasiya nədir?
A) Şüa təsirindən sağ qalmış hüceyrələrin hipoksik zonalardan pis oksigenlə təmin olunmuş sahələrə miqrasiyası

B) Şiş və normal toxumaların birinci radiasion zədələnmə məhsulları

C) Şiş və normal hüceyrə cütlüyünün bərpasında fərq

D) Hüceyrələrinin şüa zədələnmədən bərpa prosesi

E) Radiasion letal, subletal və potensial letal zədələnmə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.39
74) Hüceyrələr hansı bölümdə siklində radiasiyada daha həssasdırlar?
A) M fazası

B) G0 fazası

C) S fazası

D) G1 fazası

E) G2 fazası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.40-41
75) Radioterapevtik interval nədir?
A) Şiş və normal hüceyrələrinin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kənardan idarə olunması

B) Şiş toxumasının ionlaşdırıcı şüaların təsirindən maksimum inaktivasiyası və paralel olaraq normal toxumaların zədələnməsinin minimuma çatdırması

C) Hüceyrələrin sitokinetik parametrləri

D) Hüceyrələrin sitokinetik parametrləri və onların kənardan idarə olunması

E) Şiş və normal toxumaların radiohəssaslığın idarə edilməsi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.41-42
76) Şüa müaləcəsində kanserosid doza nədir?
A) Fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası

B) Şiş toxumasının tam məhvi üçün lazım olan şüalanma dozası

C) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozası

D) Şüa dozasının və fraksiyalar arasındakı vaxtın dəyişdirilməsi

E) Şiş və normal toxumaların tam məhvi üçün lazım olan şüalanma dozası
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
77) Hansı toxumaların radiohəssaslığı daha yüksəkdir?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

D) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
78) Hansı toxumaların radiohəssaslığı nisbi yüksəkdir?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

D) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

E) Əzələ və sinir toxuması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
79) Hansı toxumaların radiohəssaslığı orta yüksəkdir?
A) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi

B) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

C) Əzələ və sinir toxuması

D) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

E) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi,
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
80) Hansı toxumaların radiohəssaslığı nisbi aşağıdır?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması, spermatogen epitel

B) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi

C) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, xondro- və osteosidlər

D) Əzələ və sinir toxuması

E) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, süd vəzisi, , limfoid toxuma
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
81) Hansı toxumaların radiohəssaslığı aşağıdır?
A) İnterstesial birləşdirici toxuma, neyroqliai toxuma, damarlarla zəngin inkişaf edən qığırdaq və sümük toxuması

B) Piy vəzi, ağız boşluğu, sidik kisəsi epitelisi, göz billuru, mədə, yoğun bağırsaq vəziləri, limfoid toxuma

C) Əzələ və sinir toxuması

D) İnkişafdan dayanmış qığırdaq və sümük toxuması, tüpürcək vəzi, böyrək, qara ciyər epitelisi, spermatogen epitel

E) Limfoid, sümük iliyi, spermatogen epiteriy, yumurtalıq folikullarının epitelisi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.46
82) Radiomodifikasiya nədir?
A) Normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi agentlərin köməyi ilə idarə olunması

B) Şiş və normal toxumaların ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının fiziki agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi

C) Hər bir şüa franksiyasından sonra oksgenlə təmin olunmuş hüceyrələr məhv olduğu üçün toxumada hipoksik hüceyrə populyasiyasının sayının artması

D) Şiş və normal toxumaların, müxtəlif orqanlar və tam orqanizmin ionlaşdırıcı şüaların təsirinə cavab reaksiyasının kimyəvi, fiziki və digər agentlərin köməyi ilə idarə olunması- zəifləndirilməsi və ya gücləndirilməsi

E) Normal toxumaların tam məhvi üçün lazım olan şğalanma dozasının hesablanması
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.43
83) Normal toxumaların tolerantlıq dozası nədir?
A) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

B) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaratmayan cəmi doza nəzərdə tutulur

C) Toxumalarda şüa təsirindən əmələ gələn, 25% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

D) Toxumalarda şüa təsirindən əmələ gələn, 10% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur

E) Toxumalarda şüa təsirindən əmələ gələn, 2% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza nəzərdə tutulur
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.44
84) Aşağıdakılardan hansı şüa müalicəsində radiomodifikator kimi istifadə edilmir?
A) Oksibaroradioterapiyadan

B) Hipertermiyadan

C) Elektronakseptor birləşmələrdən

D) Hormonlardan

E) Hiperqlikemiyadan
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
85) Şüa müalicəsində maksimum şüalanma sahəsi dedikdə nə nəzərdə tutulur?
A) 75% izodoza sahəsinə daxil olan həcm

B) 95% izodoza sahəsinə daxil olan həcm

C) 50% izodoza sahəsinə kənarda olan həcm

D) 72% izodoza sahəsinə daxil olan həcm

E) 50% izodoza sahəsinə daxil olan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.58
86) Onkoradioloqlar radioterapiya zamanı hansı 5 şüalanma həcmlərini əsas götürürlər?
A) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin həcmi və şüalanan həcm

B) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm

C) Şişin böyük həcmi, şişin klinik həcmi, şişin planlaşdırılan həcmi, hədəfin bölünmüş həcmi və şüalanmayan həcm

D) Şişin klinik həcmi, şişin planlaşdırılmayan həcmi, hədəfin həcmi, ətraf toxumaların həcmi və şüalanan həcm

E) Şişin klinik həcmi, planlaşdırılmayan həcmi, hədəfin həcmi və şüalanan həcm
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.60
87) Şüa müalicəsi kursu qarşıya qoyulan məqsəddən asılı olaraq hansı məqsədlə aparıla bilər?
A) Ancaq palliativ və simptomatik

B) Ancaq palliativ

C) Radikal, palliativ və simptomatik

D) Ancaq simptomatik

E) Ancaq radikal və simptomatik
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.76
88) Onkoradioloqiyada xəstələrə şüa müalicəsinə hazırlıq və müalicə hansı ardıcıllıqla aparılır?
A) Diaqnozun qoyulması, topometrik, dozimetrik hazırlıq və şüa müalicəsi seansları

B) Diaqnozun qoyulması, şüa müalicəsi seansları

C) Diaqnozun qoyulması, dozimetrik hazırlıq və şüa müalicəsi seansları

D) Diaqnozun qoyulması, topometrik hazırlıq və şüa müalicəsi seansları

E) Topometrik hazırlıq və şüa müalicəsi seansları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.79-82
89) Klinik dozimetriya nədən ibarətdir?
A) Dozimetriya planlaşdırması birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir

B) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrin seçilməsi, şüanın növü, müalicənin metodikasını və əsas parametrlərini, o cümlədən, birdəfəlik, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir

C) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrini təyin etməkdən ibarətdir

D) Dozimetriya planlaşdırması şüalanma sahəsi və ya sahələrinin seçilməsi, birdəfəlik mənbə dozasini təyin etməkdən ibarətdir

E) Dozimetriya planlaşdırması şüanın növü, cəmi mənbə dozasini təyin etməkdən ibarətdir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.81-82
90) Aşağıdakılardan hansı müştərək şüa müalicəsidir?
A) Proton və qamma şüalanmasından birlikdə istifadə edilməsi

B) Neytron terapiyası

C) Distasion və boşluq, toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi

D) Radioaktiv yodla müalicəsi

E) Boşluq və toxumadaxili şüalanmadan birlikdə istifadə edilməsi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p. 424
91) Şişin yerli yayılmış mərhələsində operasiyaönü şüa müalicəsi nə məqsədlə aparılır?
A) Xəstələrin subyektiv halının yaxşılaşması məqsədi daşıyır

B) Limfodisseksiya aparılmasına ehtiyyac azalır

C) Xəstələrdə operasiya zamanı qanaxma riskini azaldır

D) Şişin ölçülərinin kiçilməsi və operabel mərhələyə keçməsi, eyni zamanda orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsinə şərait yaradır

E) Ancaq orqansaxlayıcı radikal müdaxilə aparılması imkanının yüksəlməsini məqsədi ilə aparılır
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
92) Böyük fraksiyalı cərrahi əməliyyatönü radioterapiya hansı cəmi mənbə dozasında aparılır və operasiya şüa müalicəsindən necə gün sonra aparılır?
A) Birdəfəlik mənbə dozası 1.22-3Qr olmaqla, hər gün, 45-50gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

B) Birdəfəlik mənbə dozası 4-5Qr olmaqla, hər gün,CMD-35-40gr, 4-5 fraksiya 2-5 gündən sonra həyata keçirilir

C) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, gündə 2 dəfə,25-30gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

D) Birdəfəlik mənbə dozası 1.44-5Qr olmaqla, hər gün, 55-60gr, operasiya 2-4 həftədən sonra həyata keçirilir

E) Birdəfəlik mənbə dozası 1.4-5Qr olmaqla, hər gün, 50-55gr, operasiya 10-14 həftədən sonra həyata keçirilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.85
93) İntraoperasion şüalanma aparılmasında məqsəd nədir və bu metod nə zaman həyata keçirilir?
A) Cərrahi əməliyyat vaxtı normal toxumaların zədələnməsini minimuma etdirməklə patoloji prosesi böyük dozada şüalandırmaq, residivlərin müalicəsində, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

B) Qanaxma təhlükəsi olduqda operasiyanın həcmini azaltmaq məqsədi ilə

C) Ancaq şişin redisivi olduqda, normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindəi distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman

D) Ancaq normal toxumalarda müxtəlif çapıq və ya fibroz dəyişikliklər səbəbindən distasion şüalanmanın imkanlarının aşağı olduğu zaman, böyük dozada müalicə imkanı yaradır

E) Müalicə vaxtı və operasiyanın həcmini azaltmaq məqsədi ilə vəziyyəti ağır olan xəstələrdə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.86
94) Cərrahi əməliyyatdan sonra aparılan şüa müalicəsində məqsəd nədir?
A) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə, operasiyaönü şüa müalicəsindən sonrakı radiasiya dozanın artırılması üçün

B) Cərrahi əməliyyatönü şüa müalicəsindən sonra dozanın artırılması

C) Şərti radikal cərrahi müdaxilədən sonra operasiya sahəsində qalan və ya qala bilən şiş hüceyrələrinin məhv edilməsidir

D) Radikal cərrahi müdaxilədən bir il sonra remissiyada olan xəstələrə

E) Leykositoz və hərarəti olan xəstələrdə simptomatik məqsədi ilə
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.87
95) Müalicəvi şüa patomorfozu nədir?
A) İonlaşdırıcı şüaların şiş toxumasında yaratdığı morfoloji dəyişikliklər

B) İonlaşdırıcı şüaların orqanizmdə yaratdığı mikroskopik və morfoloji dəyişikliklər

C) İonlaşdırıcı şüaların birləşdirici toxumasında yaratdığı morfoloji dəyişikliklər

D) İonlaşdırıcı şüaların qayda yaratdığı morfoloji dəyişikliklər

E) İonlaşdırıcı şüaların qayda və birləşdirici toxumada yaratdığı morfoloji dəyişikliklər
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.89-90
96) Dodaq qırmızı haşiyəsinin şişlərinin hansı mərhələsində radikal şüa müalicəsi təyin edilir?
A) Heç birində

B) I və II mərhələ

C) I-IV mərhələ

D) III-IV mərhələ

E) II-IV mərhələ
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100
97) Dodaq qırmızı haşiyəsinin şişlərinin radikal şüa müalicəsi (T1-2N0M0) hansı dozada təyin edilir?
A) Birinci patoloji ocaq-35-40 Qr, reqionar limfa düyünləri 65-70Qr

B) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 35-40Qr

C) Birinci patoloji ocaq-40-45 Qr, reqionar limfa düyünləri 65-70Qr

D) Birinci patoloji ocaq-65-70 Qr

E) Birinci patoloji ocaq-65-70 Qr, reqionar limfa düyünləri 65-70Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.100-102
98) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərində aşağıdakı metodlardan hansı daha yüksək effekt verər?
A) Braxioterapiyavə radioaktiv yod

B) Braxioterapiya

C) Radioaktiv yod

D) Teleqammaterapiya

E) Müştərək şüa müalicəsi
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.110-120
99) Ağız-udlaq nahiyyəsinin bədxassəli şişlərinin şüa müalicəsi neçə sahələrdən həyata keçirilə bilər?
A) 5-6 sahələrdən

B) 1-3 sahədən

C) 1 sahədən+radiomodifikatorlar

D) Əvvəl, sonra 5-6 3 sahədən

E) KT simulyasiyaya əsasən fərdi seçilir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.126
100) Ağız-udlaq nahiyyəsinin bədxassəli şişlərində radioterapiyadan sonra 5 il yaşayan xəstələrin sayı neçə faiz təşkil edir?
A) 90-98 % təşkil edir

B) 15-20 % təşkil edir

C) 99 % dən çox təşkil edir

D) Heç kəs yaşamır

E) 85-90 % təşkil edir
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.128
101) Ağız-udlaq nahiyəsinin bəd xassəli şişlərində hansı fraksiyalı radioterapiya daha effektlidir?
A) Hiperfraksiyalı

B) Dinamik rejimi

C) Klassik

D) Multifraksiyalı

E) Surətləndirilmiş hiperfraksiyalı
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins, p.920
102) Burun-udlaq şişlərində şüa müalicəsi aparıldıqda birinci şişin- hədəfin sərhədləri necədir?
A) Yuxarı- beyincik, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

B) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları

C) KT simulyasiyaya əsasən fərdi seçilir

D) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın arxa kənarı, arxa- onurğa beyni və yan-yuxarı çənə boşluğunun daxili divarları

E) Yuxarı- beyin əsası, aşağı- alt çənənin küncü, ön- göz yuvası və xoananın ün kənarı, arxa-boyun fəqərələri cisimləri və yan-yuxarı çənə boşluğunun daxili divarları
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
103) Burun-udlaq şişlərində regionar limfa düyünlərində metastaz olduqda radikal şüa müalicəsi hansı dozada aparılır?
A) Birinci şiş- 35-40 Qr, regionar zona- 55-60 Qr

B) Tək regionar zona- 55-60 Qr

C) Birinci şiş- 65-70 Qr, regionar zona- 35-40 Qr

D) Birinci şiş- 65-70 Qr, regionar zona- 75 Qr

E) Birinci şiş- 65-70 Qr, regionar zona- 55-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.132
104) Burun-udlaq şişlərində müasir multimodal terapiya nəticəsində prosesin I-II mərhələsində 5-illik yaşama göstəricisi?
A) 20-30%

B) 10-15%

C) 70% və ondan çox

D) 5%-dan az

E) 90-95%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.134
105) Dil xərçəngində optimal radikal şüa müalicəsi necədir?
A) Elektronlarla şğalanma 40 Qr dozada

B) Distansiyalı qammaterapiya 60 Qr dozada

C) Distansion statik 25-30 Qr+toxumadaxil 45-50 Qr

D) Distansiyalı qammaterapiya 60 Qr+ elektronlarla 40 Qr dozada

E) Toxumadaxil 55-60 Qr
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.116
106) Dil şişlərinin distansion şüalanmasının aparılması üçün hədəfin sərhədləri necədir?
A) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi

B) Yuxarıdan 2,0 sm beyin əsasından aşağı, alt-dilaltı sümük, arxa üst çənə bucağı, ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu

C) Arxadan dilin kökü, yuxarıdan damaq, aşağıdan dilin alt səthi, yan- alt çənənin horizontal qolu

D) KT simulyasiyaya əsasən fərdi seçilir

E) Yuxarıdan 3,5 sm damaq əsasından aşağı, alt-dilaltı sümük, arxa alt çənə bucağı,ön alt çənə alveolyar çıxıntısı və yan- alt çənənin horizontal qolu
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.115
107) Qırtlaq-udlağın bədxassəli şişlərin şüa müalicəsində birinci şişin- hədəfin sərhədləri necədir?

A) KT simulyasiyaya əsasən fərdi seçilir

B) Yuxarı qırtlaq qapağının səthi, udlağın ağız hissəsinin arxa divarı; aşağı yemək borusunun giriş hissəsi

C) Yuxarı qırtlaq qapağının yan səthi, udlağın ağız hissəsinin ün divarı; ; yemək borusunun giriş hissəsi

D) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; yemək borusunun orta hissəsi

E) Yuxarı qırtlaq qapağının yuxarı səthi, udlağın ağız hissəsinin arxa divarı; yemək borusunun aşağı hissəsi


Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.138
108) Qırtlaq-udlaq şişlərində multimodal müalicədən sonra 5 il yaşayan xəstələrin sayı neçə faiz təşkil edir?
A) 0%

B) 95-100%

C) 85-90%

D) 1-2%


E) 20-25%
Ədəbiyyat: İ.H.İsayev Bəd xassəli şişlərin şüa müalıcəsinin əsasları, Bakı, 2001, səh. 140
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə