Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) GammaMedPlus aparatının radioaktiv mənbəyi hansıdır?



Yüklə 1,44 Mb.
səhifə15/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   ...   7   8   9   10   11   12   13   14   15

904) GammaMedPlus aparatının radioaktiv mənbəyi hansıdır?
A) J-131

B) Co-60


C) Sr-90

D) Cs-137

E) İr-192
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
905) Terabalt qamma terapevtik aparatının radioaktiv mənbəyi hansı elementdir?
A) İr-192

B) Sr-90


C) Cs-137

D) J-131


E) Co-60
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
906) Hoçkin və Qeyri-Hoçkin limfoması, nefroblastoma və disherminomanın şüa müalicəsinə həssaslığı necədir?
A) Yüksək radiohəssasdırlar

B) Aşağı radiohəssasdırlar

C) Radiorezistentdirlər

D) Nisbi radiohəssasdırlar

E) Orta radiohəssasdırlar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
907) Aşağıdakılardan hansı xəstəlik zamanı kraniospinal şüa müalicəsi aparmağa ehtiyac yoxdur?
A) IV mədəciyin ependimoması ( WHO grade III)

B) Ependimoma

C) Kraniofaringioma

D) Medulloblastoma

E) Kəskin limfoblast leykoz ( neyroleykoz )
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
908) Teraqam qammaterapevtik cihazında nə zaman İMRT aparmaq olar?
A) Xüsusi proqram təminatı olarsa

B) Cərrahi əməliyyatdan sonra aparılarsa

C) Olmaz

D) Upgrade aparılarsa

E) Radioaktiv mənbəyi dəyişdirilərsə
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
909) Toxumalarda şüa təsirindən əmələ gələn, 5% və ondan çox hallarda gec fəsadlar yaradan cəmi doza hansı dozadır?
A) Normal toxumaların tolerantlıq dozası

B) Şiş toxumasının tolerantlıq dozası

C) Tumorosid doza

D) Patoloji toxumaların tolerantlıq dozası

E) İzoeffektlə hesablanan doza
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.44
910) Şüa müalicəsində 95% izodoza sahəsinə daxil olan həcm necə adlanır?
A) Normal toxumaların tolerantlıq dozası

B) Minimal şüalanma sahəsi

C) Şiş toxumasının tolerantlıq dozası

D) OAR


E) Maksimum şüalanma sahəsi
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
911) Distasion və boşluq- toxumadaxili-orqandaxili şüalanmadan birlikdə istifadə edilməsi şüa müalicəsinin hansı növünə aiddir?
A) Kombinəolunmuş

B) 3DCRT


C) İMRT

D) Müştərək

E) Kompleks
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh.50
912) Aşağıdakı hansı xəstəliyin müalicəsində 131-yod-metayodobenzilquaniddən (I-131 MIBG) istifadə olunur?
A) Kapoşi sarkoması

B) Qalxanvari vəzin xərçəngi

C) Kraniofaringioma

D) Feoxromositoma

E) Pineal şişlər
Ədəbiyyat: İ.H.İsayev, E.H.Quliyev. Bəzi nadir onkoloji xəstəliklərin diaqnostika və müalicəsi, Bakı, 2003, səh. 35
913) Radionuklid kapsulların şişlə təmasda və ya yaxın məsafədə terapevtik istifadəsi necə adlanır?
A) Braxiterapiya

B) İMRT


C) Konvensional şüa müalicəsi

D) İMRT


E) 3DCRT
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 1-6.
914) Hansı müalicə növünün LDR, MDR və HDR tipləri mövcuddur?
A) 3DCRT

B) Braxiterapiya

C) İGRT

D) İMRT


E) YFRT
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
915) Hansı müalicə növü üçün doza gücü 12 qr/saat –dan yuxarıdır?
A) LDR

B) MDR


C) Pulsasiyaedici

D) HDR


E) YFRT
Ədəbiyyat: The GEC ESTRO Handbook of Brachytherapy 2002.page 103-116
916) Uşaqlıq boynu xərçənginin 1a,1b,2a,2b,3a,3b mərhələsində hansı şüa müalicəsi növü tətbiq edilməlidir?
A) Müştərək şüa müalicəsi

B) İMRT


C) İGRT

D) 3DCRT


E) YFRT
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина 1989.стр. 240-260.
917) Uşaqlıq cismi xərçənginin 2a mərhələsində miometrial invaziya ≤50 %, yüksək differensasiyalı xərçənglərdə cərrahi əməliyyatdan sonra hansı müalicə aparmaq məsləhət görülür?
A) 3DCRT

B) İMRT


C) YFRT

D) İGRT


E) Braxiterapiya
Ədəbiyyat: NCCN practice quidelines in Oncology 05.01.2008.
918) Vulva xərçənginin II-III mərhələsində hansı müalicədən istifadə olunur?
A) Yalnız cərrahi müalicə

B) Palliativ müalicə

C) Kompleks müalicə

D) Etiotrop müaslicə

E) Kombinə olunmuş müalicə
Ədəbiyyat: Бохман Я.В. Руководство по Онкогинекологии Медицина 1989.стр.155-160.
919) Qida borusunun boyun şöbəsinin xərçənginin şüa müalicəsi zamanı , onurğa beyninin şüalanmasını azaltmaq məqsədi ilə nədən istifadə olunur?
A) Pazvari filtrlərdən

B) İndeferent məlhəmlərdən

C) Antihipoksantlardan

D) Radiomodifikatorlardan

E) Kortikosteroidlərdən
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, 5 том, Москва 1985, стр. 290
920) Aşağıdakı hansı orqanın bədxassəli şişlərinin şüa müalicəsindən sonrakı effektivliyini qiymətləndirmək üçün, minimal müayinə metodu kimi rentgenoloji və endoskopik müayinələrlə müəyyən nəticəyə gəlmək olar?
A) Onurğa beyni

B) Beyin kötüyü

C) Yumşaq toxumalar

D) Sümük


E) Qida borusu
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 185
921) Aşağıdakılardan hansı xəstəliyin radikal şüa müalicəsi aparıldıqda şüa reaksiyası kimi yalnız hiperemiya və epidermitə rast gəlinər?
A) Qida borusu xərçəngi

B) Said nahiyə dərisi bazalioması

C) Ağciyərin mediastinal formalı xərçəngi

D) Düz bağırsaq xərçəngi

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: İ.H.İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları”, Bakı 2001, s 285
922) Kiçik çanaq nahiyəsinin 4 sahədən olmaqla aparılan şüa müalicəsi hansı texnika adlanır?
A) OOX

B) XOB


C) KOX

D) BOX


E) FOX
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.197
923) Aşağıdakı hansı xəstəliyin çoxsaylı sümük metastazları olduqda sistem müalicə kimi radioaktiv Stronsium istifadə edilir?
A) Ağciyər xərçəngi

B) Düz bağırsaq xərçəngi

C) Prostat vəzi

D) Qalxanvari vəz

E) Süd vəzi xərçəngi
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.201
924) Hansı xəstəliyin braxiterapiyası zamanı daimi implantasiya üçün radioizotop Yoddan istifadə olunur?
A) Düz bağırsaq xərçəngi

B) Prostat vəzi xərçəngi

C) Yumurtalıq xərçəngi

D) Süd vəzi xərçəngi

E) Ağciyər xərçəngi
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.203
925) Aşağıdakı hansı xəstəliyin distansion şüa müalicəsi zamanı sidik kisəsi və düz bağırsaq boş olmalıdır?
A) Düz bağırsaq xərçəngi

B) Süd vəzi xərçəngi

C) Sidik kisəsi xərçəngi

D) Ağciyər xərçəngi

E) Heç birində
Ədəbiyyat: Гранов А.М., Винокуров В.Л. Лучевая терапия в онкогинекологии и онкоурологии, 2002, с.225
926) Hansı varianda əməliyyatönü şüa müalicəsi zamanı sidik kisəsi xərçəngi olan xəstəyə şüa müalicəsi başa çatdıqdan bir gün sonra cərrahiyyə əməliyyatı aparılmalıdır?
A) BMD-1-2 Qr, CMD-36-38 Qr, 20 gün müddətinə aparıldıqda

B) BMD-2-3 Qr, CMD-16-18 Qr, 3-4 gün müddətinə aparıldıqda

C) BMD-14-16 Qr, CMD-16-18 Qr, 3-4 gün müddətinə aparıldıqda

D) BMD-1-2 Qr, CMD-6-8 Qr, 3-4 gün müddətinə aparıldıqda

E) BMD-4-6 Qr, CMD-16-18 Qr, 3-4 gün müddətinə aparıldıqda
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 343
927) Hansı varianda əməliyyatönü şüa müalicəsi zamanı sidik kisəsi xərçəngi olan xəstəyə şüa müalicəsi başa çatdıqdan bir ay sonra cərrahiyyə əməliyyatı aparılmalıdır?
A) BMD-8 Qr, CMD-40-60 Qr aparılarsa

B) BMD-6 Qr, CMD-40-60 Qr aparılarsa

C) BMD-4Qr, CMD-40-60 Qr aparılarsa

D) BMD-2Qr, CMD-40-60 Qr aparılarsa

E) BMD-2Qr, CMD-20-25 Qr aparılarsa
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 345
928) Hansı halda qırtlaq şişlərinin şüa müalicəsini bir sahədən aparmaq olar?
A) Heç bir halda

B) Şişin olçüsü 1sm-dən az olduqda

C) Şiş bağüstü nahiyədə olduqda

D) Şiş səs bağları nahiyəsində olduqda

E) Şiş bağaltı nahiyədə olduqda
Ədəbiyyat: Линденбратен Л.Д., Лясс Ф.М. “Медицинская радиология”, Москва, 1979, 338 с.
929) Maksilyar sinusun xərçəngində istifadə olunan klassik fraksiyalı şua mualicəsində birdəfəlik mənbə dozası (BMD) neçə Qr təşkil edir?
A) 2,2-2,5Qr

B) 0,5-1,0Qr

C) 2,5-3,0Qr

D) 2,0-2,2Qr

E) 1,0-1,1Qr
Ədəbiyyat: İsayev İ.H. “Bədxassəli şişlərin şua müalicəsinin əsasları” Bakı, 2001, 158 s.
930) Qırtlaq-udlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranmış şüa reaksiyaları hansı müddət ərzində “erkən” reaksiya hesab olunur?
A) 5 ay

B) 2 ay


C) 1 ay

D) 3 ay


E) 6 ay
Ədəbiyyat: C.Ə.Əliyev İ.H.İsayev “Bədxassəli şişlərin müalicəsinin nəticələri, onların fəsadları, xəstənin həyat keyfiyyətinin qiymətləndirilməsi kriteriyalarının müasir klassifikasiyaları və onların praktikada tətbiqi”(metodik tovsiyələr), Bakı, 2009, 22 s.
931) Qırtlaq-udlaq xərçəngi ilə xəstələrdə radioterapiyadan sonra yaranan reaksiyalardan hansı “ümumi” hesab olunur?
A) Şüa larinqiti

B) Arıqlama

C) Şüa dermatiti

D) Şua ezofaqiti

E) Mukozit
Ədəbiyyat: C.Ə.Əliyev İ.H.İsayev “Bədxassəli şişlərin müalicəsinin nəticələri, onların fəsadları, xəstənin həyat keyfiyyətinin qiymətləndirilməsi kriteriyalarının müasir klassifikasiyaları və onların praktikada tətbiqi”(metodik tovsiyələr), Bakı, 2009, 22 s.
932) Qırtlaq-udlağın bədxassəli şişlərinin hansı mikroskopik forması daha çox rast gəlinir?
A) Differensə olunmayan xərçəng

B) Adenokarsinoma

C) Adenokistoz karsinoma

D) Yastıhuceyrəli xərçəng

E) Karsinoid
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 222.
933) Aşağıda sayılan qırtlaq-udlaq şişlərindən hansı xoşxassəli hesab olunur?
A) Xondrosarkoma

B) Leyomiosarkoma

C) Onkositoma

D) Carsinoma in situ

E) Adenokistoz karsinoma
Ədəbiyyat: Е.С. Киселева “Лучевая терапия злокачественных опухолей”, Москва 1996, стр. 224.
934) V20 aşağıda gösrərilən hansı mənanı bildirir?
A) 20 faizdən az doza alan ağciyər həcmi

B) Bütün variantlar doğrudur

C) 20 faiz şüa alan ağciyər həcmi

D) 20 Qr və ondan artıq şüa alan xəstənin ağciyərinin həcminin faizi

E) Voltajı 200 kw-dan çox olan rentgenterapiya cihazını
Ədəbiyyat: Branislav Jeremic – “Advances in Radiation Oncology in Lung Cancer“Springer-Verlag Berlin Heidelberg 2005, p 70
935) Aşağıdakı hansı tip müalicə üsulu ilə ağciyər xərçənginin radikal şüa müalicəsi 12 gün ərzində tamamlanır?
A) İGRT

B) 3DCRT


C) İMRT

D) CHART


E) YFRT
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 193.
936) Multilif kollimatorlu xəttli sürətləndiricinin köməyi ilə ağciyər xərçənginin hansı növ müalicəsini həyata keçirmək olar?
A) Yaxın fokuslu rentgenterapiya

B) HDR braxiterapiya

C) 3DCRT

D) LDR barxiterapiya

E) MDR braxiterapiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004, стр – 192.
937) Mediastinal forma ağciyər xərçəngi olan xəstənin şüa terapiyası zamanı CMD-30- 40 Qr hüdudunda olduqda əksər hallarda hansı şüa reaksiyası meydana gəlir?
A) Şüa mieliti

B) Şüa pulmoniti

C) Şüa perikarditi

D) Şüa ezofagiti

E) Şüa miokarditi
Ədəbiyyat: А.Х.Трахтенберг, В.И. Чиссов «Клиническая Онкопульмонология» Москва 2000, с404
938) Hansı orqanın klassik rejimdə qamma şüalanmasının tolerant dozası 80 Qr-dir?
A) Sümük

B) Bazu kələfi

C) Görmə çarpazı

D) Görmə siniri

E) Miokard
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 48
939) Bekkerel beynəlxalq sistemdə hansı vahiddir?
A) Yarımparçalanma dövrünün vahidi

B) Radioaktiv maddənin aktivlik vahidi

C) Sadalananların heç biri

D) Ekspozisiya dozasının vahidi

E) Udulma dozasının vahidi
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 13
940) Aşağıdakılardan hansı kvant selidir?
A) Elektronlar

B) Pi mezonlar

C) Karbon ionları

D) X şüaları

E) Neytronlar
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 26
941) Prostat vəzi , düz bağırsaq, sidik kisəsi, uşaqlıq boynu xərçənglərinin şüa müalicəsi haqqındakı hansı fikir doğrudur?
A) Preoperasion şüa müalicəsi aparmaq olmaz

B) Radikal dozaya qədər şüa müalicəsi aparıldıqda şüa rektiti inkişaf edə bilər

C) 3DCRT aparmaq mümkün deyil

D) YFRT ilə effekt almaq mümkündür

E) İMRT müalicəsi zamanı şüa fəsadları daha çox rast gəlinə bilər
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 509
942) Aşağıdakı hansı cihazla qida borusu və ağciyərin bədxassəli şişlərinin müalicəsini aparmaq olmaz?
A) AQAT

B) Rum-7


C) Teraqam

D) Rokus-M

E) Clinac DHX
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 251
943) Radiasion onkologiyada karsinogenez nədir?
A) Hamısı

B) Heç biri

C) Şüa fəsadlarının digır orqanlara təsiri

D) Döldə yaranan patoloji dəyişikliklər

E) Şüa müalicəsindən 10 il və ondan sonrakı dövrdə ikinci onkoloji xəstəliklərin yaranması
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 527
944) Şüa sistitinin baş verməsi aşağıda göstərilən hansı halda az gözlənilir?
A) Prostat vəzi xərçəngi

B) Düz bağırsaq xərçəngi

C) Uşaqlıq cismi xərçəngi

D) Qida borusu xərçəngi

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 183
945) Piqment kserodermiyası hansı qrup xəstəliklərə aiddir?
A) İn situ xərçəng

B) Obliqat xərçəngönü

C) Hamısı

D) Fakultativ xərçəngönü

E) Heç biri
Ədəbiyyat: İ.H. İsayev “Bədxassəli şişlərin şüa müalicəsinin əsasları “ Səh 226
946) Baş beynin bütün xoşxassəli şişləri – nevrinomalar, meningiomalar, hipofizin kiçik ölçülü adenomalarında şüa müalicəsinin aşağıda göstərilən hansı növü aparıldıqdan effektivlik daha yüksək olar?
A) Stereotaktik radiocərrahiyyə

B) İGRT


C) 3DCRT

D) İMRT


E) HDR barxiterapiya
Ədəbiyyat: Cəmil Ə. Əliyev İsa H. İsayev BƏD XASSƏLİ ŞİŞLƏRİN ŞÜA MÜALİCƏSİ: NƏZƏRİ ƏSASLARI, TƏTBİQİ, NƏTİCƏLƏRİ, Bakı, 2012 ( Səh.60)
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə