Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Dərman və cərrahi müalicə ilə sağalması mümkün olmadığı hallarda osteomiletlərə hansı müalicəni müvəffəqiyyətlə tətbiq etmək olar?



Yüklə 1,44 Mb.
səhifə14/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   ...   7   8   9   10   11   12   13   14   15

830) Dərman və cərrahi müalicə ilə sağalması mümkün olmadığı hallarda osteomiletlərə hansı müalicəni müvəffəqiyyətlə tətbiq etmək olar?
A) İMRT

B) Braxiterapiya

C) İGRT

D) Yaxın fokuslu rentgenterapiya



E) Fotodinamik terapiya
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
831) Portal vision nə səbəbə tətbiq olunur?
A) Şüa reaksiyalarını azaltmaq üçün

B) Dozanın artırılmasına nəzarət etmək üçün

C) Şüa müalicəsi zamanı yol verilə biləcək xətaları aşkara çıxarmaq üçün

D) Udulma dozasını təyin etmək üçün

E) İMRT aparılması üçün
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
832) Aşağıdakı hansı halda baş beyinin total şüalanması məqsədəuyğundur?
A) Hipofizin adenoması zamanı

B) Meningioma zamanı

C) Beyindaxili Grade II şişlərdə

D) Baş beyinə çoxsaylı metastaz olduqda

E) Kraniofaringioma zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
833) Baş beyinin medulloblastoması zamanı baş beyinlə yanaşı hansı orqanın PTV- yə salınması zəruridir?
A) Retroorbital sahə

B) Sfenoidal sinusun

C) Çənə sümüklərinin

D) Kəllə sümükləri

E) Onurğa beyni
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 466
834) Tez inkişaf edən şişlərin şüa müalicəsi zamanı şüa müalicəsinin hansı rejimindən istifadə etmək məqsədəuyğundur?
A) Fotodinamiki şüa müalicəsindən

B) LDR braxiterapiyadan

C) Sutkalıq bölünmə rejimindən

D) HDR braxiterapiyadan

E) YFRT- dən
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
835) Qida borusu divarlarının perforasiyası zamanı şüa müalicəsinin hansı növündən istifadə etmək olar?
A) İMRT

B) İGRT


C) 3DCRT

D) Braxiterapiya

E) Şüa müalicəsi əksgöstərişdir
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
836) Şüa müalicəsi zamanı pazvari filtrlərdən istifadə nəyə imkan yaradır?
A) Dozanın bərabər paylanmasına

B) Şişin parçalanmasının qarşısını almağa

C) Portal vision görüntülərini dəqiqləşdirməyə

D) Toxumaların dərinliyini təyin etməyə

E) Şüa reaksiyalarının erkən yaranmasını aşkarlamağa
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
837) Xəttli sürətləndiricidə multilif kollimatorun olması nəyə imkan yaradır?
A) GTV-ni daha aydın konturlamağa

B) CTV-nin konturlarını təyin etməyə

C) Patomorfozun dərəcəsini təyin etməyə

D) PTV-nin ölçülərini tam geometrik əhatə etməyə

E) Apoptozun təyinini asanlaşdırmağa
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
838) Aşağıdakı hansı cihaz vasitəsi ilə 3DCRT aparmaq mümkündür?
A) Rokus-M

B) Ortovoltage rentgenterapiya

C) Clinac DHX

D) Teraqam

E) AQAT-B
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
839) Osteoradionekrozu aşağıdakılardan hansı doğru ifadə edir?
A) Portal hipertenziya zamanı üzə çıxır

B) Şüa müalicəsinin fəsadı kimi qəbul edilə bilər

C) Yuxarı boş venanın sıxılması sindromunun yaranmasını azaldır

D) Anafilaktik reaksiyanın təsirindən yaranır

E) Hiperbarik oksigenasiya yaranmasına şərait yaradır
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
840) İonlaşdırıcı şüaların təsirindən konkret toxumalarda yaranan morfoloji dəyişiklik necə adlanır?
A) Süni hiperqlikemiya

B) Hiperbarik oksigenasiya

C) Breqq piki

D) Şüa patomorfozu

E) Sadalananların heç biri
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
841) Aşağıdakı hansı halda radioaktiv Yod131 izotopu ilə müalicə effektli sayılır?
A) Qalxanvari vəzin follikulyar xərçənginin metastazlarında

B) Düz bağırsaq xərçənginin lokoregional metastazlarında

C) Ağciyərin qeyri kiçik hüceyrəli xərçəngində

D) Yuinq sarkomasının ağciyər metastazları zamanı

E) Medulloblastomanın kraniospinal metastazları zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
842) Radioterapiya zamanı yarana bilən əsəbilik şüa reaksiyalarının hansı növünə aid edilir?
A) Erkən

B) Yerli


C) Ümumi

D) Heç birinə

E) Gec
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
843) Radioepitelit nədir?
A) Selikli qişalardan inkişaf edən şüa reaksiyaları

B) Toxumalarda yaranan fibroz

C) Dəridə yaranan erkən fəsad

D) Sadalananların heç biri

E) Teleangioektaziyalar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
844) Seminomaların ionlaşdırıcı şüalara qarşı həssaslığı hansı variantda düzgün göstərilmişdir?
A) Yüksək

B) Orta yüksək

C) Rezistent

D) Çox yüksək

E) Nisbi yüksək
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
845) Tüpürcək vəzi xərçənginə BMD-4Qr olmaqla 35 Qr şüa müalicəsindən sonra hansı müalicənin aparılması məqsədəuyğundur?
A) Radioaktiv Yod ilə müalicə

B) 3DCRT


C) Dərin rentgenterapiya

D) YFRT


E) Cərrahi əməliyyat
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
846) Aşağıdakı hansı halda ürəkbulanma, qusma, başağrıları kimi fəsadlar daha çox müşahidə oluna bilər?
A) Sadalananların heç birində

B) Paranazal sinusların bədxassəli şişlərinin şüa müalicəsi zamanı

C) Baş beyinin total şüalandırılması zamanı

D) Qırtlaq xərçənginin şüa müalicəsi zamanı

E) Pankreas xərçənginin şüa müalicəsi zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
847) Aşağıdakı hansı xəstəliyin II mərhələsində cərrahi və şüa müalicəsinin effektliyi eynidir?
A) Hockin limfoması

B) Düz bağırsaq xərçəngi

C) Ağciyərin xırdahüceyrəli xərçəngi

D) Prostat vəzi xərçəngi

E) Osteogen sarkoma
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
848) Aşağıdakı hansı halda BMD-8 Qr şüa müalicəsi aparmaq mümkündür?
A) Qeyri Hockin limfoması zamanı

B) Baş beyində çoxsaylı metastazlar zamanı

C) Süd vəzi xərçənginin sümüklərə çoxsaylı metastazı zamanı

D) Ağciyərin xırda hüceyrəli xərçəngi zamanı

E) Anal kanala sirayəti olan düz bağırsaq xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
849) Hansı dozada ionlaşdırıcı şüalanma kanserogenliyə malikdir?
A) 2,1 Qr

B) 12 Qr


C) 1,2 Qr

D) İstənilən dozada

E) 21 Qr
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
850) Şüa terapiyası zamanı aşağıdakılardan hansı normal toxumaların müdafiəsi üçün müsbət effekt verə bilər?
A) Arterial hipertoniyanın olması

B) Portal hipertenziyanın olması

C) Şüa müalicəsinin bölünmüş kursu

D) Konvensional radioterapiya

E) Hipoxrom anemiyanın olması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
851) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı CMD-10,8 Qr olması tövsiyyə olunur?
A) Hockin limfomalarında

B) Peyroni xəstəliyi zamanı

C) Pinealoblastomalarda

D) Vilms şişi (FH- variantında)

E) Qreyvs xəstəliyi zamanı
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
852) Şüalanmanın iki üsülu istifadə olunmaqla aparılan şüa müalicəsi necə adlanır?
A) İMRT

B) 3DCRT


C) Müştərək şüa müalicəsi

D) Kompleks müalicə

E) Kombinəolunmuş müalicə
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
853) Şişin tam reqressiyasının əldə olunması üçün aparılan şüa müalicəsi aşağıdakılardan hansıdır?
A) Boşluqdaxili şüa müalicəsi

B) Toxumadaxili şüa müalicəsi

C) Palliativ şüa müalicəsi

D) Radikal şüa müalicəsi

E) Simptomatik şüa müalicəsi
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
854) Aşağıda göstərilən hansı xəstəlikdə kraniospinal şüa müalicəsi aparıla bilər?
A) Kəskin limfoblast leykoz

B) Kraniofaringioma zamanı

C) Baş beyinin fibrilyar astrositoması

D) Hipofizin adenoması

E) Gicgah sümüyünün fibroz displaziyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
855) Kompleks simptomatik müalicə ilə nəyə nail olmaq olar?
A) CTV- nin ölçülərinin dəyişməsinə

B) Sadalananların hamısına

C) Şüa reaksiyalarının müalicəsinə

D) Şişin yayılmasının qarşısının alınmasına

E) Metastatik şişlərin kiçilməsinə
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
856) Aşağıdakı hansı cihazın köməyi ilə İMRT aparmaq olar?
A) Clinac DHX

B) GammaMedPlus

C) AQAT-B

D) Rum-7


E) Teraqam
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
857) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı xəstəliyin mərhələsindən asılı olmayaraq regionar limfa düyünləri PTV- yə daxil edilməlidir?
A) Sadalananların heç birində

B) Burun-udlaq xərçəngi

C) Meningiomalar

D) Kəskin limfoblast leykoz

E) Bazaliomalar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
858) Qırtlaq xərçəngi olan xəstənin radikal şüa müalicəsi zamanı I etapda CMD- 40 Qr şüa müalicəsi aparılıbsa, II etapda şüa müalicəsi neçə Qr -ə qədər çatdırılmalıdır?
A) 70

B) 90


C) 96

D) 80


E) 20
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
859) Aşağıda göstərilən hansı xəstəlik zamanı 20 Qr doza radikal doza hesab edilir?
A) Ağciyərin kiçik hüceyrəli xərçəngi

B) Hockin limfoması

C) Peyroni xəstəliyi

D) Yuinq sarkoması

E) Qeyri- Hockin limfoması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
860) Aşağıdakı hansı aparatda SSD 80 sm-dir?
A) Teraqam

B) Gulmay Medical Ortovoltage X-Terapy

C) GaMMaMedPlus

D) RTA-40

E) Rum-7
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
861) Əgər xəstəyə cərrahi əməliyyatdan sonra distansion şüa müalicəsi aparılarsa bu müalicəni aşağıdakılardan hansı düzgün ifadə edir?
A) Braxiterapiyadır

B) Etiotrop müalicədir

C) Kombinəolunmuş müalicədir

D) Kompleks müalicədir

E) Müştərək müalicədir
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
862) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı verilən doza 21,6 Qr olmalıdır?
A) PNET şişi

B) Yuinq sarkoması

C) Vilms şişi ( UH)

D) Hockin limfoması

E) Heç biri
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
863) Aşağıdakı hansı aparatın SSD-si 100 sm-dir?
A) Clinac DHX

B) RTA-40

C) GammaMedPlus

D) Aqat-B

E) Rum-7
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
864) Şüa müalicəsinin planlaması zamanı istifadə olunan DİQİTAYZER masası nə üçün istifadə olunur?
A) KT şəkillərində GTV-ni görmək üçün

B) Braxiterapiyanın aparılmasını asanlaşdırmaq üçün

C) KT şəkillərin planlama sisteminə keçirilməsi üçün

D) KT şəkillərinin kontrastını təyin etmək üçün

E) 3DCRT planlamasını başlamaq üçün
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
865) Ölçüsü 2 sm olan dəri xərçənginin mərhələsi hansıdır?
A) II

B) I


C) İn situ

D) III


E) IV
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
866) Aşağıdakı hansı xəstəliyin müalicəsi zamanı USM aparatı ilə şüa müalicəsi zamanı vizualizasiya yaradılır?

A) Beyindaxili şişin 3DCRT- si

B) Hockin limfoması İMRT- si

C) Dəri xərçənginin rentgenterapiyası

D) Qida borusu xərçənginin 3DCRT-si

E) Prostat vəzi xərçəngi braxiterapiyası


Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
867) Aşağıda göstərilən hansı xəstəlik zamanı yaxınməsafəli rentgenterapiya effekt verə bilər?
A) Divararalığının limfoması

B) Bud sümüyünün Yuinq sarkoması

C) Baş beyinin meningioması

D) Ayaq darağı sümüyünün osteomieliti

E) Qamış sümüyünün osteosarkoması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
868) Şüa terapiya şöbəsində personalın aldığı şüalanma dozasını bilmək üçün nədən istifadə olunur?
A) Qamma kameralardan

B) Udulma dozasını ölçməklə

C) Heç biri ilə

D) Bioloji metodikadan

E) İndividual dozimetrlərdən
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
869) Portal visionun tətbiqi nə üçündür?
A) Şüa müalicəsinin keyfiyyətinə nəzarət etmək üçün

B) GTV-nin ölçülərini dəqiqləşdirmək üçün

C) Aparatın işə salınması üçün

D) Patoloji toxumanın sıxlığını təyin etmək üçün

E) Toxumalara radikal dozanın çatdırılması üçün
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
870) Brachivision planlama sisteminin köməyi ilə hansı müalicə növünün müalicə planını qurmaq olar?
A) İMRT

B) YFRT


C) Stereotaktik radiocərrahiyyə

D) Braxiterapiya

E) 3DCRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
871) Aşağıdakı hansı variantda portal vision edildikdə yol verilən xəta 5 mm-dən çox olmamalıdır?
A) Ağciyər xərçəngi

B) Qida borusu döş şöbəsi xərçəngi

C) Maksilyar sinusun xərçəngi

D) Düz bağırsaq xərçəngi

E) Uşaqlıq boynu xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
872) Xəstəyə 3DCRT planlaması aparılan zamanı breastborddan aşağıdakı hansı xəstəlik zaman istifadə rtmək məqsəduyğundur?
A) Peritonarxası nahiyə şişləri

B) Uşaqlıq cismi xərçəngi

C) Süd vəzisi xərçəngi

D) Uşaqlıq boynu xərçəngi

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
873) 3DCRT zamanı Portal vision səhvlərini korreksiya etmək üçün hansı proqramdan istifadə olunur?
A) TimePlanner

B) Offline Review

C) Focal Sim

D) RTchart

E) Xio
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
874) Aşağıdakı hansı cihazın ionlaşdırıcı şüa mənbəyi Kobalt-60 radioaktiv elementidir?
A) GammaMedPlus

B) Clinac DHX

C) RTA-40

D) Teraqam

E) Rum-7
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
875) Focal Sim proqramı vasitəsi ilə hansı işi icra etmək mümkündür?
A) Şüa müalicəsinin keyfiyyətinə nəzarət etmək

B) Portal vision səhvlərini aşkarlamaq

C) Hədəfin və risk orqanlarının konturlarını qurmaq

D) Braxiterapiya planını qurmaq

E) Fiziklər tərəfindən planın qurulması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
876) Xio proqramı vasitəsi ilə aşağıda göstərilən hansı işi icra etmək mümkündür?
A) Portal vision etmək

B) Fiziklər tərəfindən planın qurulması

C) Braxiterapiya planını qurmaq

D) Rentgenterapiya aparmaq

E) Offline review etmək
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
877) Aşağıdakı hansı proqram vasitəsi ilə xəstələrin şüa seanslarının sayını təyin etmək olar?
A) Terabalt

B) Focal Sim

C) RT chart

D) Eclipse

E) Xio
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
878) Hansı proqram vasitəsi ilə xəstələrin vaxt cədvəlini qurmaq mümkündür?
A) Xio

B) Focal


C) Brachivision

D) TimePlanner

E) Eclipse
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
879) Aşağıdakı hansı proqramın köməyi ilə həkimlər 3DCRT üçün lazım olan hədəfin və risk orqanlarının konturlarını çəkə bilərlər?
A) RT chart

B) TimePlanner

C) Offline Review

D) Eclipse

E) Brachivision
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
880) Eclipse planlama sistemi hansı firmanın məhsuludur?
A) Varian

B) Siemens

C) Toshiba

D) Philips

E) Elekta
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
881) KT simulyasiya edildyi zaman alınan görüntülər hansı formatda olur?
A) DİCOM

B) MPEG


C) RAR

D) JPEG


E) MP4
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
882) Cərrahi əməliyyyatdan sonra qalıq şiş müəyyən edilərsə, həkim qalıq şişi hansı struktur kimi götürməlidir?
A) Risk orqanı

B) GTV


C) CTV

D) PTV


E) Qonşu orqan
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
883) Nəm epidermit dərinin neçənci dərəcəli şüa reaksiyasına aiddir?
A) III

B) II


C) I

D) IV


E) I və II
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
884) Aşağıdakı hansı xəstəlikdə yaxın fokuslu rentgenterapiyanın dozası 50 Qr olmalıdır?
A) Qida borusu xərçəngi

B) Bazalioma

C) Beyindaxili şiş

D) Düz büğırsaq xərçəngi

E) Hockin limfoması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
885) Aşağıdakı hansı kəşf Bekkerelin adı ilə bağlıdır?
A) 3DCRT-nin kəşfi

B) Süni izotopların alınması

C) Atom nüvəsinin parçalanması

D) Təbii radioaktivliyin kəşfi

E) X şüalarının kəşfi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
886) Aşağıdakı hansı halda radikal şüa müalicəsi aparıldığı zaman CMD 60 Qr olmalıdır?
A) Qeyri-Hockin limfoması

B) Peyroni xəstəliyi

C) Hockin limfoması

D) Rezidual beyin şişi

E) Qreyvs xəstəliyi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
887) Adron dəstələrlə şüalanma necə adlanır?
A) X şüalar

B) Pi mezonlar

C) Karbon ionları

D) Betta şüalar

E) Alfa şüalar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
888) Aşağıdakı hansı xəstəliyin müalicəsində kompleks müalicə daha effektlidir?
A) Heç biri

B) Kolorektal xərçəng

C) Dəri xərçəngi

D) Bazaliomalar

E) Ziyillər
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
889) Aşağıdakı hansı xəstəliyin müalicəsində immunterapiya əsas yerlərdən birini tutur?
A) Böyrək xərçəngi

B) Uşaqlıq cismi xərçəngi

C) Mədə xərçəngi

D) Uşaqlıq boynu xərçəngi

E) Bazaliomalar
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
890) Aşağıdakı hansı şüa müalicəsi növündə lokal yox, bütün bədənə təsir etmək mümkündür?
A) J131 ilə müalicədə

B) 3DCRT


C) İMRT

D) Braxiterapiya

E) İGRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
891) Aşağıdakı hansı xəstəliyin müalicəsində kimyaradioterapiya daha effektlidir?
A) Peyroni xəstəliyi

B) Bazaliomalar

C) Dəri xərçəngi

D) Burun-udlaq xərçəngi

E) Qreyv xəstəliyi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
892) Aşağıdakı hansı müalicə növündə kiçik həcmlərə yüksək doza verilir?
A) İMRT

B) İGRT


C) YFRT

D) Braxiterapiya

E) 3DCRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
893) Reparasiya, Reoksigenasiya, Repopulyasiya, Redistribusiya. Bunlar radiobiologiyanın hansı qanunu adlanır?
A) R

B) 2R


C) 4C

D) 4R


E) 4F
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
894) γ, e - bu şüaları hansı cihazın köməyi ilə əldə etmək olar?
A) GammaMedPlus

B) ClinacDHX

C) RTA- 40

D) Rum- 7

E) Teraqam
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
895) Toxumadaxili şüa müalicəsi hansı növ müalicəyə daxildir?
A) İGRT

B) 3DCRT


C) YFRT

D) İMRT


E) Braxiterapiya
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
896) 1895-ci ildə hansı şüalar kəşf olunmuşdur?
A) Neytronlar

B) Alfa şüalar

C) Karbon ionları

D) Pi mezonlar

E) X şüaları
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
897) Sidik kisəsi xərçənginin histoloji olaraq anaplastik variantı şüa müalicəsinə həssaslığı necədir?
A) Aşağı

B) Yüksək

C) Rezistent

D) Nisbi aşağı

E) Orta yüksək
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
898) Aşağıdakı hansı radioaktiv maddənin yarımparçalanma dövrü 5,3 ildir?
A) Co-60

B) Sr-90


C) J-131

D) Cs-137

E) İr-192
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
899) Kimyaterapiyanın və radioterapiyanın eyni zamanda aparılması necə adlanır?
A) Müştərək şüa müalicəsi

B) Kombinəolunmuş müalicə

C) Konkurrent kimyaradioterapiya

D) Palliativ müalivə

E) Radikal müalicə
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
900) Lipoma zamanı şüa müalicəsinin hansı növündən istifadə etmək olar?
A) Braxiterapiya

B) Göstəriş yoxdur

C) 3DCRT

D) YFRT


E) İMRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
901) Qanaxma, anemiya və ağır mərhələli şəkərli diabet zamanı hansı halda preoperasion şüa müalicəsi aparmaq olar?
A) Simptomatik müalicə icra edilərsə

B) Əks göstərişdir

C) Endokrinoloqun kontrolu altında olarsa

D) Şişin şüaya həssaslığı yüksək olarsa

E) Qan və trombosit kütləsi köçürüldükdə
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
902) Aşağıdakı hansı xəstəliyin I mərhələsində yaxınfokuslu rentgenterapiya aparmaq olar?
A) Hockin limfoması

B) Leykoz

C) Qaraciyərin hemangioması

D) Anal kanalın xərçəngi

E) Alt dodağın qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
903) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi bir sahədən aparıla bilər?
A) IV mədəciyin şişi

B) Hipofizin adenoması

C) Kraniofaringioma

D) Meningeal şişlər

E) Alt dodağın qırmızı haşiyəsi xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə