Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri


) Offline Review nə üçün istifadə olunur?



Yüklə 1,44 Mb.
səhifə8/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

436) Offline Review nə üçün istifadə olunur?
A) Xəstənin üzanmasını rahatlamaq üçün

B) CMD- ni artırmaq üçün

C) Dozanın hansı dərinliyə verildiyini bilmək üçün

D) GTV- ni təyin etmək üçün

E) Portal vision səhvlərini korreksiya etmək üçün
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 525
437) Teraqam cihazının radioaktiv mənbəsi hansı elementdir?
A) İr-192

B) Co-60


C) Fe-56

D) Cs-137

E) J-131
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 361
438) Daxili orqanların Portal visionu zamanı yol verilən maksimal xəta nə qədər olmalıdır?
A) 4,1-dən – 5 sm-ə qədər

B) 2,2 -dən – 2.5 sm-ə qədər

C) 3,6-dan- 4,2 sm-ə qədər

D) 2,8-dən – 3 sm-ə qədər

E) 1 sm-ə qədər
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 194
439) Hansı proqram vasitəsi ilə həkimlər xəstələrin konturlamasını icra edə bilərlər?
A) Focal

B) Portal vision

C) Terabalt

D) Braxivision

E) Offline Review
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 297
440) Baş beyin şişi olmuş bir xəstə cərrahi əməliyyatdan sonra qalıq şiş qaldığı halda həkim hansı strukturu simulyasiya zamanı GTV kimi götürməlidir?
A) Görmə çarpazı

B) Büllur

C) Görmə siniri

D) Onurğa beynini

E) Qalıq şişi
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 158
441) Hansı preparat radiosensibilizator kimi istifadə oluna bilər?
A) 5- flüorurasil

B) Gentamisin

C) Aktovegin

D) Aspirin-kardio

E) Sulfokamfokain
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 171
442) Aşağıdakı hansı preparat radiomodifikator kimi istifadə edilə bilər?
A) Famotidin

B) Amboksol

C) Seftriakson

D) Solkoseril

E) Metronidazol
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 189
443) Hansı qeyri onkoloji xəstəlik zamanı şüa müalicəsi aparıla bilər?
A) Katarakta

B) Mədə xorası

C) Enterokolit

D) Osteomielit

E) Osteoporoz
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 237
444) Yaxınfokulu rentgenterapiya zamanı hansı filtrdən istifadə edilir?
A) Sr

B) Cu


C) Zn

D) Fe


E) Al
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 611
445) Şüa terapiyası və hormonoterapiyanı birlikdə aparmaq olarmı?
A) Bəli

B) Xeyr


C) Hormonoterapiyadan sonra

D) Şüalanmadan əvvəl

E) Şüalanmadan sonra
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
446) Dəridə III dərəcəli şüa reaksiyası hansıdır?
A) Nəm epidermit

B) Quruluq

C) Hiperemiya

D) Qaşınma

E) Psoriaz
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
447) Sadalananlardan hansı təbii radioaktiv izotoplara aiddir?
A) Yod, qızıl

B) Nikel


C) Natrium

D) Radium, radon

E) Xrom, dəmir
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
448) Xəstədə alın dərisinin bazalioması, yaxınfokuslu rentgenterapiyada maksimal doza?
A) 8000 – 9000 rentgen

B) 6000 – 6500 rentgen

C) 3000 rentgen

D) 100 rentgen

E) 4000 rentgen
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
449) Radioaktivlik kim tərəfindən kəşf olunub?
A) Küri

B) Bekkerel

C) Tarxanov

D) Rentgen

E) Rezerford
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
450) Xəstədə beyindaxili şiş – astrositoma, cərrahi müdaxilə - şişin kəsilib götürülməsi icra olunub, qalıq şişə şübhə var. Şüa terapiyası hansı dozada aparılacaq?
A) 40 qr

B) 30 qr


C) 10 qr

D) 35 qr


E) 60 qr
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
451) Sadalananlardan hansı ümumi şüa reaksiyalarına aiddir?
A) Zəiflik, ürəkbulanma

B) Fibroz

C) Epidermit

D) Sistit

E) Ezofaqit
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
452) Palliativ şüa terapiyasının məqsədi nədir?
A) Şişin tam məhvi üçün

B) Xəstəni sağaltmaq

C) Şişin böyüməsini artırmaq üçün

D) Düzgün cavab yoxdur

E) Xəstənin vəziyyətinin yaxşılaşdırılması
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
453) Skeletin sümüklərinin müayinəsində istifadə olunan radionuklid hansıdır?
A) Düzgün cavab yoxdur

B) Qızıl


C) Stronsiy

D) Gümüş


E) Yod
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
454) Yerli şüa reaksiyalarına aiddir?
A) Epidermit

B) Ürəkbulanma

C) Hemoqlobinin azalması

D) EÇS-nin yüksəlməsi

E) Leykopeniya
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
455) Karbon ionları dəstəsi hansı şüalanmaya aiddir?
A) Adron dəstələr

B) Neytron dəstələri

C) Qamma şüala

D) Alfa şüalar

E) Beta şüalar
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
456) Dəri xərçənginin müalicəsində əsasən hansı növ şüa terapiyasıdan istifadə olunur?
A) Qamma – şüalanma

B) Rentgen terapiya

C) Boşluqdaxili şüalanma

D) Xətti gücləndirici

E) Düzgün cavab yoxdur
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
457) Qalxanabənzər vəzin müalicəsində istifadə olunan izotop hansıdır?
A) Qızıl

B) Selen


C) Brom

D) Kobalt

E) Yod
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
458) Qida borusu xərçənginin şüa terapiyası zamanı ən təhlükəli ağırıaşma hansıdır?
A) Pnevmonit

B) Disfagiya

C) Ezofagit

D) Mediastinit

E) Stomatit
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
459) Dəri xərçənginə yaxın məsafəli rentgenterapiya cəmi mənbə dozası hansı miqdarda verilir?
A) 9500-10000 Rt

B) 300-500 Rt

C) 9000-9500 Rt

D) 12000-14000 Rt

E) 6000-7000 Rt
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
460) Kolorektal xərçəngi olan xəstələrdə hansı müalicə metodu daha effektivdir?
A) İmmunoterapiya

B) Kompleks müalicə

C) Kimyaterapiya

D) Cərrahi

E) Şüa terapiyası
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
461) Qida borusu xərçənginin hansı makroskopik formaları şüa terapiyası üçün proqnostik daha əlverişlidir?
A) Ekzo-endofit

B) Fərqi yoxdur

C) Ekzofit

D) Endofit

E) İnfiltrativ
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
462) Qalxanvari vəzin follikulyar xərçənginin sümüklərə metastazları olduqda hansı radiopreparatlardan sistem müalicə məqsədi ilə istifadə oluna bilər?
A) Tc 99

B) I 131


C) Cs 127

D) İr 192

E) Olunmur
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
463) Burun-udlaq xərçəngi olan xəstələrdə hansı müalicə metodu əsas sayılır?
A) Kimyaradioterapiya

B) Kimyaterapiya

C) Simptomatik terapiya

D) Cərrahi əməliyyat

E) Şüa terapiyası
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
464) Braxiterapiya metodunda distansion qama terapiyadan fərqli olaraq?
A) Kiçik həcmlərə yüksək doza verilir

B) Böyük həcmlərə yüksək doza verilir

C) Böyük həcmlərə kiçik doza verilir

D) Kiçik həcmlərə kiçik doza verilir

E) Heç bir doza verilmir
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
465) Süd vəzi xərçəngi zamanı T3N2M0 mastektomiyadan sonra qoltuqaltında 18 limfa düyünündən 5-də metastazlar aşkar olunarsa hansı zonalara şüa terapiyası aparılmalıdır?
A) Yalnız döş qəfəsi divarına

B) Döş qəfəsi divarına, supraklavikulyar, intraklavikulyar , qoltuqaltı

C) Döş qəfəsi divarına, supraklavikulyar

D) Boyun-körpücüküstü limfa düyünlərinə

E) Yalnız qoltuqaltı
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
466) Uşaqlıq boynu xərçənginin yerli yayılmış mərhələlərində əsas müalicə metodu hansıdır?
A) Kimyaterapiya

B) Şüa terapiyası

C) Hormonterapiya

D) Dərin rentgenterapiya

E) Kimyaradioterapiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
467) Ağciyər xərçəngində regional limfa düyünlərində metastazlar varsa, hansı müalicə taktikası seçilməlidir?
A) Yalnız cərrahi

B) Braxiterapiya, kimya terapiya

C) Hormonterapiya

D) Əvvəl şüa, sonra kimya terapiya

E) Kimyaradioterapiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
468) Aşağıdakılardan hansı radiobiologiyanın “4R”-nə daxildir?
A) Reparasiya, Repopulyasiya, Redistribusiya, Rekanalizasiya

B) Reparasiya, Repopulyasiya, Redistribusiya, Rekanalizasiya

C) Repopulyasiya, Rekanalizasiya, Repopulyasiya, Rehidratasiya

D) Reoksigenasiya, Repopulyasiya, Redistribusiya, Rekanalizasiya

E) Reparasiya, Reoksigenasiya, Repopulyasiya, Redistribusiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
469) Aşağıdakı hansı xəstəliyin radikal şüa müalicəsi zamanı verilən CMD daha azdır?
A) Hockin limfoması

B) Ağciyərin qeyri kiçik hüceyrəli xərçəngi

C) Uşaqlıq boynu xərçəngi

D) Qırtlaq xərçəngi

E) Qeyri Hockin limfoması
Ədəbiyyat: Jane Dobs., et.c. Practical Radiotherapy Planning.2003 səh 461
470) Tibbi xəttli gücləndiricilərlə hansı növ ionlaşdırıcı şüa ala bilərik?
A) γ, e

B) α, β, γ

C) α, γ

D) α, Ω


E) α, Ω
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
471) Aşağıdakılardan hansı kontakt şüa müalicəsinə aid deyil?
A) Distansion şüa müalicəsi

B) Applikasion metod

C) Boşluqdaxili braxiterapiya

D) Toxumadaxili şüa müalicəsi

E) Orqandaxili radioterapiya
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
472) Braxiterapiya zamanı ən çox istifadə olunan radioaktiv maddə hansıdır?
A) Te99

B) Ir192


C) Co59

D) Fe 45


E) I131
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
473) Sadalananlardan hansı şüa terapiyasının metodlarına aid deyil?
A) Şişdaxili və ya toxumadaxili şüalandırma

B) Muştərək şüa terapiyası

C) Boşluqdaxili şüalandırma

D) Xarici şüalandırma

E) Boşluqxarici şüalandırma
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
474) Rentgen şüaları neçənci ildə kəşf olunub?
A) 1895

B) 1870


C) 1880

D) 1901


E) 1900
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
475) Sidik kisəsi xərçənginin hansı histoloji variantı şüa terapiyasına daha həssasdır?
A) Yastı hüceyrəli

B) Adenokarsinoma

C) Keçid hüceyrəli

D) Anaplastik

E) Papilloma
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
476) Co 60 radioaktiv preparatının yarımparçalanma dövrü nə qədərdir?
A) 5,3 il

B) 2.2 il

C) 10 il

D) 2 il


E) 9,2 il
Ədəbiyyat: М.И. Давыдов «Энциклопедия Клинической Онкологии» Москва – 2004
477) Palliativ şüa terapiayasının hansı rejimindən praktikada daha çox istifadə olunur?
A) 1x1.8 Qr, 4x5Qr, 5x8 Qr

B) 2x44 Qr, 10x3 Qr, 8x6Qr

C) 3x1,2 Qr, 6x1,8Qr, 5x4 Qr

D) 10x3 Qr, 4x5Qr, 5x4 Qr

E) 1x2 Qr, 4x2Qr, 7x4 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
478) Alt dodağın xərçənginin III mərhələsində şüa terapiyasının hansı metodundan istifadə edilir?
A) dərin rentgenterapiya

B) inrestitial braxiterapiya

C) distansion qamma terapiya

D) müştərək şüa terapiyası

E) boşluqdaxili braxiterapiya
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
479) Adətən hipofraksiyalı şüa terapiayası zamanı birdəfəlik mənbə dozası neçə olur?
A) 1,2 Qr, 1,3 Qr, 1,5 Qr

B) 1,2Qr, 2 Qr, 2.2 Qr

C) 3Qr, 4 Qr, 5Qr

D) 9 Qr, 10 Qr, 11 Qr

E) 1,2 Qr, 0,4 Qr, 0,5 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
480) Adətən hiperfraksiyalı şüa terapiaysı zamanı birdəfəlik mənbə dozası neçə olur?
A) 0,25 Qr, 0,44 Qr, 0,55 Qr

B) 1,1 Qr,0,2 Qr, 0,3 Qr

C) 4,1Qr, 5,2 Qr, 6Qr

D) 1,2 Qr, 1,3 Qr, 1,5 Qr

E) 7,1 Qr, 9,2 Qr, 11 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
481) Onkoloji xəstələrin neçə faizi müalicənin bu və ya digər etapında şüa terapiyasına məruz qalır?
A) 80%

B) 5%


C) 20%

D) 30%


E) 10%
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
482) Şiş toxumasında olan hipoksik hüceyrələr hansı şüalanma növünə daha çox həssasdırlar?
A) Pi mezonlar və Ω şüaları

B) α şüaları

C) Neytron dəstələri

D) Ω şüaları

E) Radiodalğaları
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
483) Radiobioloji nöqteyi nəzərdən onurğa beyninin şüa zədələnmələrinin əmələ gəlməsi üçün hansı doza tələb olunur?
A) 45-50 Qr

B) 22-31 Qr

C) 12 – 22 Qr

D) 7- 8,3 Qr

E) 10- 10,8 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
484) Konkurrent kimyaradioterapiya nə deməkdir?
A) Cərrahi əməliyyatdan öncə kimyaradioterapiya

B) Əvvəlcə radioterapiyanın sonra kimyaterapiyanın aparılması

C) Əvvəlcə kimyaterapiyanın sonra radioterapiyanın aparılması

D) Kimyaterapiyanın və radioterapiyanın eyni zamanda aparılması

E) Cərrahi əməliyyatdan sonrakı kimyaradioterapiya
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s
485) Hansı halda qamma – cihazları yaşayış evlərində yerləşdirmək olar?
A) Yaxşı müdafiə olarsa

B) Otağın küncündə olarsa

C) Heç bir halda

D) Düzgün cavab yoxdur

E) Zirzəmidə saxlanma şərti ilə
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
486) Xəstənin hansı üzv və toxumaları I növbədə ionlaşdırıcı şüalanmadan müdafiə olunmalıdır?
A) Qalxanabənzər vəzi

B) Sümük iliyi, qonadlar

C) Dəri

D) Mədəaltı vəzi



E) Süd vəzisi
Ədəbiyyat: Киселева Е.С. Лучевая терапия злокачественных опухолей , 1996
487) Aşağıdakılardan hansı hallarda süd vəzisi xərçəngində şüa müalicəsi təyin edilir?
A) Bütün variantlar düzgündür

B) Cərrahi müdaxilə mümkün olmayan halda

C) Şişin operativ vəziyyətə salınması üçün

D) Operativ müdaxilənin ablastikliyini təmin etmək məqsədi ilə

E) Cərrahi müdaxilədən imtina edən zamanı
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
488) Şüa müalicəsindən süd vəzisi xərçənginin müstəqil müalicə metodu kimi nə vaxt istifadə edilir?
A) Süd vəzisi xərçənginin I – II mərhələsində

B) Cərrahiyyə əməliyyatına əks göstəriş olan zamanı

C) Süd vəzisi xərçənginin II mərhələsində

D) Süd vəzisi xərçənginin III mərhələsində

E) Süd vəzisi xərçənginin II – III mərhələsində
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
489) Kişilərin süd vəzisi xərçəngi zamanı şüa müalicəsinə göstəriş olduqda həmin zonaya neçə Qr şüa müalicəsi aparmaq məsləhət görülür?
A) 15 – 20 Qr

B) 45 – 50 Qr

C) 20 Qr

D) 10 Qr


E) 20 – 30 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
490) )Aşağıdakılardan hansılar uşaqlıq boynunun xərçəngində şüa müalicəsinə tam əks-göstərişdir?
A) İltihabı proses, hamiləlik

B) Babasil xəstəlikləri

C) Bronxit

D) Tonzilit

E) Qastrit
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
491) Aşağıdakılardan hansında radioterapiya adekvat müalicə üsulu kimi istifadə oluna bilər?
A) Osteoxondrozda

B) Xondromada

C) Fibromada

D) Yuinq sarkomasında

E) Lipomada
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
492) Aşağıda göstərilən hansı xəstəlikdə radioterapiya məqsədə uyğun deyil?
A) Bədxassəli osteoblastoklastomada

B) Histiositoz X

C) Osteomada

D) Yuinq sarkomasında

E) Retinulosarkomada
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
493) Aşağıdakılardan hansı variantda ən çox radiohəssas şişlər göstərilmişdir?
A) Fibroma

B) Fibrosarkoma

C) Xondrosarkoma

D) Yuinq sarkoması

E) Lipoma
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
494) Hoçkin limfomasında zədələnmə zonasına şüa müalicəsinin cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 35 – 40 Qr

B) 20 – 25 Qr

C) 60 Qr –dən yuxarı

D) 45 – 60 Qr

E) 25 – 30 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
495) Baş beynin bədxassəli qliomasının şüa terapiyasında cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 40 – 46 Qr

B) 60 – 64 Qr

C) 25 – 30 Qr

D) 30 – 36 Qr

E) 10 – 15 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
496) Alt dodağın qırmızı haşiyəsi xərçənginin yaxın fokuslu rentgenterapiyasında cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 30 – 40 Qr

B) 20 – 30 Qr

C) 10 – 20 Qr

D) 40 – 50 Qr

E) 60 – 65 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
497) Dərinin yastı hüceyrəli xərçənginin radikal şüa müalicəsi zamanı cəmi mənbə dozası nə qədər olmalıdır?
A) 40 Qr

B) 30 Qr


C) 10 Qr

D) 60 Qr


E) 20 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
498) Aşağıdakılardan hansı cərrahi müdaxilədən əvvəlki şüa terapiyasına əks – göstəriş ola bilər?
A) Qrip

B) Miqren

C) Tromboblebit

D) Qanaxma, anemiya, ağır mərhələdə şəkərli diabet

E) Hipertoniya
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
499) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində şüa terapiyasının əsas hansı üsulundan istifadə olunur?
A) Yaxın məsafəli rentgenterapiya

B) Müştərək şüa terapiyası

C) Distansiyalı qammaterapiya

D) Toxumadaxili şüa terapiyası

E) Boşluqdaxili şüa terapiyası
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
500) Alt dodağın qırmızı haşiyəsi xərçənginin I mərhələsində yaxınfokuslu rentgenterapiya adətən neçə sahədən aparılır?
A) 2 sahədən

B) 4 sahədən

C) 3 sahədən

D) 1 sahədən

E) 5 sahədən
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
501) Aşağıdakılardan hansı qırtlaq xərçəngi zamanı şüa terapiyasına əks-göstərişdir?
A) Öskürək

B) Udqunmanın çətinləşməsi

C) Qırtlağın kəskin stenozu

D) Afoniya

E) Arıqlama
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
502) Qida borusu xərçəngi olan xəstələrdə radikal şüa terapiyası zamanı cəmi mənbə doza (CMD) birincili şişdə neçə Qr olmalıdır?
A) 50 – 55 Qr

B) 20 – 30 Qr

C) 30 – 40 Qr

D) 65 – 70 Qr

E) 40 – 50 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
503) Aşağıdakılardan hansı qida borusu xərçəngi olan xəstələrdə şüa terapiyasının ən ağır ağırlaşması sayılır?
A) Qanaxma ilə nəticələnən şişin dağılması

B) Ezofaqit

C) Epidermit

D) Hiperemiya

E) Ümumi zəiflik
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
504) Qamma terapiya cihazlarında əsasən hansı radioaktiv izotopdan istifadə olunur?
A) C 131

B) Ct 90


C) P 32

D) Au 198

E) Co 60
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
505) Aşağıdakılardan hansı rentgen şüalarını xarakterizə edir?
A) Pi – mezonlardır

B) Elektron selidir

C) α hissəciklərdir

D) Neytronlardır

E) Kvant selidir
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
506) Orta yaşlı xəstədə Hockin limfomasının şüa terapiyası zamanı birdəfəlik mənbə dozası neçə olmalıdır?
A) 2,2 – 3,5 Qr

B) 3,5 – 3,6 Qr

C) 2,6 – 3,0 Qr

D) 1,4 – 3,6 Qr

E) 1,8 – 2,0 Qr
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
507) Uşaqlarda qarın boşluğu orqanların şüalanması zamanı onurğa sütununda hansı fəsadlar əmələ gələ bilər?
A) Skolioz, lordoz, kifoz

B) Skolioz

C) Fəsadsız keçir

D) Lordoz

E) Kifoz
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
508) Ağciyər xərçənginə görə radikal şüa müalicəsindən sonra sonra ağ ciyərdə nə inkişaf edə bilər?
A) Pnevmoniya, fibroz, pulmonit və tənəffüs çatmamazdığı

B) Pulmonit

C) Tənəffüs çatmamazdığı

D) Fibroz

E) Pnevmoniya
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
509) Mədə və yoğun bağırsağın xərçənginin şüa müalicəsindən sonra mədə-bağırsaq sistemində hansı dəyişikliklər inkişaf edə bilər?
A) Dəyişiksiz keçir

B) Enterit

C) Qastrit, enterit, hepatit

D) Hepatit

E) Qastrit
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
510) Uşaqlarda hansı şiş xəstəlikləri yüksək radiohəssasdırlar?
A) Hoçkin və Qeyri-Hoçkin limfoması, nefroblastoma, disherminoma

B) Osteosarkoma və Yuinq sarkoması

C) Neyroblastoma

D) Qeyri-Hoçkin limfoması

E) Hepatoblastoma
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.
511) Burun-udlaq xərçənginin müalicəsində hansı nahiyələrə şüa müalicəsi aparılır?
A) Burun-udlaq və boyun-körpücüküstü limfa düyünlər

B) Körpücüküstü limfa düyünləri

C) Körpücükaltı limfa düyünlər

D) Boyun-körpücüküstü limfa düyünlər

E) Burun-udlaq
Ədəbiyyat: İ.H.İsayev «Bədxassəli şişlərin şüa müalicəsinin əsasları», Bakı, 2001, 625 s.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə