Bölmə Cərrahi anatomiya və operativ cərrahiyyə, şişlərin morfologiyası, şişlərin mərhələlər üzrə təsnifatının ümumi prinsipləri



Yüklə 1,44 Mb.
səhifə6/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#41653
növüСправочник
1   2   3   4   5   6   7   8   9   ...   15

298) Hansı orqanın bədxassəli şişlərinin şüa müalicəsinin planlamasında kompyuter tomoqrafik simulyasiya edildikdə per os kontrast maddənin verilməsi GTV-ni daha aydın çəkməyə imkan verər?
A) Süd vəzi

B) Maksilyar sinus

C) Qida borusu

D) Dəri xərçəngi

E) Qirtlaq xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
299) Vakkum döşəklərindən hansı lokalizasiyalı şişlərin şüa müalicəsinin planlaşdırılması zamanı istifadə etmək məsləhət deyil?
A) Baş beyin şişləri

B) Nefroblastoma

C) Onurğa beyni şişləri

D) Mədəaltı vəz

E) Yoğun bağırsaq
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
300) Hansı halda xəstənin şüa müalicəsinin topo-dozimetrik hazırlığı zamanı tatuaj marker qoyulmur?
A) Baş beyin şişlərində

B) Mədə xərçəngi

C) Ağciyər xərçəngi

D) Yumşaq toxuma şişlərində

E) Süd vəzi xərçəngində
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
301) Hansı orqanın şişlərinin şüa müalicəsi zamanı dehidratatasion terapiyaya daha çox ehtiyac yaranır?
A) Aşağı ətrafların

B) Dəri


C) Baş beyin

D) Yuxarı ətrafların

E) Yoğun bağırsaq
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
302) Hansı orqanın bədxassəli şişlərinin şüa müalicəsi yüksək enerjili elektronlarla da aparıla bilər?
A) Qida borusu

B) Dəri


C) Mədəaltı vəz

D) Mədə


E) Düz bağırsaq
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
303) Hansı cihazın köməyi ilə yaxınfokuslu rentgenterapiya aparılır?
A) Rum-7

B) Teraqam

C) Clinac DHX

D) Rokus-M

E) AQAT-B
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
304) Aşağıdakı hansı orqanın kiçik dozada belə şüalanması zamanı fəsad yarana bilər?
A) Büllur

B) Düz bağırsaq

C) Görmə siniri

D) Oturaq siniri

E) Mədə
Ədəbiyyat: G. Gordon Steel “ Basic Clinical Radiobiology “ London 2001.
305) Hansı xəstəliyin radikal şüa müalicəsi zamanı cəmi mənbə dozası daha az olar?
A) Hockin limfoması

B) Qırtlaq xərçəngi

C) Ağciyər xərçəngi

D) Burun-udlaq xərçəngi

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, səh 415
306) Aşağıdakılardan hansının şüa müalicəsi zamanı effekt daha az alına bilər?
A) Mədənin adenokarsinoması

B) Hockin limfoması

C) Dərinin bazalhüceyrəli xərçəngi

D) Dərinin yastı epitel xərçəngi

E) Qırtlağın yastı epitel xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh182
307) Avropa terapevtik onkoloqlar cəmiyyətinin abbreviaturası hansıdır?
A) E.S.T.R.O

B) E.O.R.T.C

C) W.H.O.

D) R.T.O.G

E) N.W.T.S.
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 555
308) Hansı xəstələrin şüa müalicəsiönü hazırlığı daha çox diqqət tələb edir?
A) Dəri xərçəngi

B) Ayaq pəncəsinin sinovial sarkoması

C) Baş beyin

D) Bazal hüceyrəli xərçəng

E) Qamış sümüyünün osteomieliti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 156
309) Xəstədə ağciyərlərə şüa müalicəsindən 2-3 ay sonra təngnəfəslik, quru öskürək qeyd olunursa bu nə ilə əlaqədar ola bilər?
A) Portal hipertenziya

B) Denis-Draş sindromu

C) Şüa ezofagiti

D) Şüa perikarditi

E) Şüa pulmoniti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 522
310) Aşağıdakı hansı xəstəliyin şüa müalicəsi zamanı regionar limfa düyünlərinin şüalandırılmasına ehtiyac olmur?
A) Düz bağırsaq xərçəngi

B) Ağciyərin mərkəzi xərçəngi

C) Dərinin bazalhüceyrəli xərçəngi( bazalioma)

D) Nefroblastoma

E) Burun-udlaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 446
311) Hansı xəstəliyin şüa müalicəsi zamanı regionar limfa düyünləri şüalandırılmır?
A) Qalxanvari vəzinin papilyar xərçəngi

B) S-vari bağırsaq xərçəngi

C) Hockin limfoması

D) Baş beyinin meningioması

E) Düz bağırsaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 121
312) Hansı xəstəliyin radikal şüa müalicəsi ilə 95%- dən çox sağalmaya nail olmaq mümkündür?
A) Mədə xərçəngi

B) Qida borusu xərçəngi

C) Bazalioma

D) Mədəaltı vəzin xərçəngi

E) Qırtlaq-udlaq xərçəngi
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
313) Hansı xəstəliyin müalicəsində iltihabəleyhi rentgenterapiya aparmaq müsbət effekt verir?
A) Osteomielit

B) Plazmositoma

C) Kəskin leykemik leykoz

D) Liposarkoma

E) Hockin limfoması
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 258
314) Qırtlağın hansı nahiyəsinin yastı epitel xərçəngi şüa müalicəsinə daha yaxşı tabe olur?
A) Hamısı

B) Bağaltı şöbə

C) Səs bağları

D) Heç biri

E) Bağüstü şöbə
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 141
315) Şüa müalicəsi zamanı yol verilə biləcək xətaları aşkara çıxarmaq və həmçinin onların korreksiyası üçün Clinac-DHX xəttli sürətləndiricisində hansı əlavə üsuldan istifadə olunur?
A) Planning Target Volume

B) Portal vision

C) Emageon solutions

D) SSD


E) High Dose Rate
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
316) PTV nədir?
A) İntensity Modulated Radiotherapy

B) Kliniki hədəf həcmi

C) Planlaşdırılan hədəf həcmi

D) Şişin görünən həcmi

E) İmage Guide Radiotherapy
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
317) Hansı xəstəliyin müalicəsində radioaktiv Yod effektlidir?
A) Mədənin adenokarsinoması

B) Yoğun bağırsağın adenokarsinoması

C) Qırtlağın yastı epitel xərçəngi

D) Qaraciyərin hepatosellulyar xərçəngi

E) Qalxanvari vəzin follikulyar xərçəngi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
318) Ağciyərin xırdahüceyrəli xərçənginin baş beyinə çoxsaylı metastazları zamanı hansı şüa müalicəsinin aparılması daha effeklidir?
A) Qamma knife

B) İGRT


C) Baş beyinin total şüalandırılması

D) Cyber knife

E) İMRT
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
319) Hansı şişin şüa müalicəsi zamanı onurğa beyninin də şüalandırılması vacibdir?
A) Baş beyinin oliqodendroqlioması

B) Baş beyinin meningioması

C) Baş beyinin medulloblastoması

D) Hipofizin adenoması

E) Kraniofaringioma
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 466
320) Aşağıdakı hansı cihaz şüa müalicəsi aparılmadığı zaman daha təhlükəsiz hesab olunur?
A) Rokus-M

B) Clinac-DHX

C) Gammamed+

D) Teraqam

E) AQAT-B
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001.səh 63
321) Hansı formalı şişlərdə şüa terapiyasının sutkalıq bölünmə rejimindən istifadə etmək daha effektlidir?
A) Multisentrik inkişaflı

B) Radiohəssas

C) Tez inkişaf edən

D) Regionar metastazları olan

E) Yerli yayılmış
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
322) Cərrahi əməliyyatönü şüa müalicəsini təyin etməkdə hansı kriteriya ən vacibdir?
A) Şişin histoloji növü

B) Xəstənin yaşı

C) Uzaq metastazların olması

D) Şişin yerli yayılma dərəcəsi

E) Şişin dağılması
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
323) Hansı kliniki hal qida borusu xərçənginin radikal şüa müalicəsi üçün əks göstərişdir?
A) Qida borusu divarlarının perforasiyası

B) I-II mərhələli disfagiya

C) Xroniki bronxit

D) Xəstənin ahıl yaşı

E) Şişin boyun nahiyəsində yerləşməsi
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
324) Aşağıdakılardan hansı şişin görünən həcminin beynəlxalq abbreviaturasıdır?
A) PTV

B) GTV


C) CMD

D) CTV


E) KQB
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
325) Qalxanvari vəzin medulyar xərçənginin radioaktiv yodla müalicəsi aparılarsa effekt necə olar?
A) 90% effekt

B) 80% effekt

C) Yüksək effekt

D) 50% effekt

E) Effekt vermir
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
326) Şüa müalicəsinin topo-dozimetrik hazırlığı zamanı dozanın bərabər paylanmasını təmin etmək üçün nədən istifadə etmək məqsədəuyğundur?
A) Termoplastik maskalardan

B) Vakkum döşəklərdən

C) Tatuajdan

D) Pazvari filtrlərdən

E) Foton dəstəsindən
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
327) Şüa müalicəsində PTV-nin ölçülərini real 3D əhatə etmək üçün nəyin olması vacibdir.
A) Multilif kolimatorun

B) Çoxkanallı braxiterapiaya cihazının

C) Co-60 mənbəyinin

D) Dəridə qoyulmuş markaerlərin

E) Qurğuşun blokların
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
328) Varian firmasının Clinac-DHX xəttli sürətləndirici cihazında hansı müalicəni aparmaq mümkündür?
A) Dərin rentgenterapiya

B) 3D konform şüa müalicəsi

C) Yaxınfokuslu rentgenterapiya

D) Braxiterapiya

E) Neytrontutucu terapiya
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
329) İMRT nədir?
A) İnterpolated Multiple Radiotherapy

B) İmage Multiple Radiosurgery

C) İntensity Modulated Radiotherapy

D) İnterpolated Multiple Radiosurgery

E) İmage Multiple Radiotherapy
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
330) Aşağıda göstərilən hansı yanaşı xəstəlik olduqda xəstəyə şüa müalicəsi əksgöstəriş sayılır?
A) Kompensə olunan ürək qüsuru

B) Babasil

C) Aktiv vərəm

D) Şəkərli diabet

E) Arterial hipertoniya
Ədəbiyyat: Perez and Brady. Principles and Practise of Radiaton Onkology 2003
331) Aşağıdakılardan hansı şüa müalicəsinin fəsadı sayıla bilər?
A) Osteoradionekroz

B) Anafilaktik reaksiya

C) Portal hipertenziya

D) Anafilaktik şok

E) Hiperqlikemik koma
Ədəbiyyat: Michael Joiner, Albert van der Kogel - Basic Clinical Radiobiology, 4th Edition, 2009, səh.179
332) Aşağıdakılardan hansı şüa müalicəsindən yaranmır?
A) Epiteliit

B) Epidermit

C) Anafilaktik reaksiya

D) Teleangioektaziya

E) Fibroz
Ədəbiyyat: Michael Joiner, Albert van der Kogel - Basic Clinical Radiobiology, 4th Edition, 2009, səh.122
333) Qrammaterapiya zamanı normal toxumaları qorumaq üçün istifadə olunan bloklar əsasən hansı metaldan hazırlanır?
A) Gümüş

B) Mis


C) Qurğuşun

D) Alüminium

E) Qızıl
Ədəbiyyat: Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition, 2008, səh.167
334) Yerli yayılmış və erkən udlaq-qırtlaq xərçəngində hansı müalicə metodu ən effektli sayıla bilər?
A) Cərrahi+şüa müalicəsi

B) Adyuvant şüa müalicəsi

C) Eyni zamanda aparılan kimyəvi-şüa müalicəsi

D) Radikal şüa müalicəsi

E) Neoadyuvant şüa müalicəsi
Ədəbiyyat: Eric K. Hansen, Mack Roach - Handbook of Evidence-Based Radiation Oncology, 2nd Edition, 2010, səh.145-162
335) Prostat vəzi xərçəngi zamanı palliativ şüa müalicəsi hansı hallarda aparılır?
A) Sümüklərdə tək-tək MTS

B) Hormonterapiya ilə birlikdə

C) Radikal cərrahi müalicədən sonra

D) Cərrahi müalicədən əvvəl

E) Sümüklərdə çoxsaylı MTS
Ədəbiyyat: A.M. Qranov, V.L. Klinokurov” лучевая терапия в онкогинекологии и онкоурологии» Sankt- Peterburq, 2002
336) Prostat vəzi xərçəngi zamanı ən çox tətbiq edilən distansion şüaalanma dozası hansıdır?
A) CMD- 96-100 Qr

B) CMD- 45-50 Qr

C) CMD- 70-74 Qr

D) CMD- 90-96 Qr

E) CMD- 40-42 Qr
Ədəbiyyat: A.M. Qranov, V.L. Klinokurov” лучевая терапия в онкогинекологии и онкоурологии»
337) Şüa patomorfozu deyildikdə nə əsas götürülür?
A) Xəstəliyin proqnozu

B) Leykositoz

C) İonlaşdırıcı şüaların təsiri nəticəsində konkret toxumalarda morfoloji dəyişikliklər

D) Metastazların təyini

E) Bəd xassəli prosesdən ölən xəstələrin sayı
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
338) Qalxanvari vəzin follikulyar xərçənginin metastazlarında hansı növ şüa müalicəsi daha effektivdir?
A) Radioaktiv İ 131 izotopu

B) Protonlarla şüa müalicəsi

C) Distansion qamma şüalanma

D) Fotonlarla şüa müalicəsi

E) Elektronlarla şüa müalicəsi
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
339) Radioterapiya zamanı inkişaf edən “ ümumi reaksiyalara” nə daxildir?
A) Şüa epiteliiti

B) Şüa dermatiti

C) Kserostomiya

D) Perixondrit

E) Əsəbilik
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
340) Selikli qişalarda inkişaf edən şüa reaksiyası necə adlanır?
A) Radioepiteliit

B) Şüa xorası

C) Şüa epidermiti

D) Eritema

E) İndurativ ödem
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
341) Göstərilən hansı şişlərin ionlaşdırıcı şüaların təsirinə həssaslığı yüksəkdir?
A) Seminoma

B) Qırtlaq şişləri

C) Sidik kisəsi şişləri

D) Damar- birləşdirici toxuma şişləri

E) Rabdomiosarkoma
Ədəbiyyat: İ.H.İsayev Bədxassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı-2001
342) Burun-udlaqda şişlərin morfoloji olarag strukturunu 75% hallarda təşkil edir:
A) Adenokarsinoma

B) Müxtəlif dərəcəli yastı hüceyrəli xərçəng

C) Adenokarsinoma və Hoçkin limfoması

D) Hoçkin limfoması və müxtəlif dərəcəli yastı hüceyrəli xərcəng

E) Hoçkin limfoması
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, s. 131
343) Beyin şişlərinin total şüalanması zamanı hansı kəskin reaksiyalar baş verir?
A) Ürək bulanma, qusma, baş agrıları

B) Epidermit

C) Şüa ezofaqiti

D) Şüa faringiti və epidermit

E) Şüa laringiti
Ədəbiyyat: İ.H.İsayev. Bəd xassəli şişlərin şüa müalicəsinin əsasları, Bakı, 2001, s. 463
344) Servikal kanala sirayətlə (II mərhələ) uşaqlıqcisimi xərçəngində uşaqlığın artımlarla birlikdə genişləndirilmiş ekstirpasiyası cərrahi əməliyyatından sonra hansı şüa müalicəsinin aparılması məqsədəuyğundur?
A) Şüa terapiyası məqsədəuyğun deyil

B) Şüa terapiyası + Rentgenterapiya

C) Cərrahi müdaxilədən sonrakı müştərək şüa terapiyası

D) Kiçik çanağın CMD 30 qr xarici şüalanması

E) Kiçik çanağın CMD 40 – 45 qr xarici şüalanması
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
345) III mərhələli(T2N2M0) vulva xərçənginin müalicə üsulu hansıdır?
A) Rentgenterapiya + genişləndirilmiş vulvoektomiya

B) Şüa müalicəsi + genişləndirilmiş vulvoektomiya + qasıq-bud limfadenektomiyasi

C) Genişləndirilmiş vulvoektomiya + cərrahi müdaxilədən sonrakı şüalanma

D) Genişləndirilmiş vulvoektomiya + qasıq-bud limfadenoektomiyası

E) Genişləndirilmiş vulvoektomiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
346) 65 yaşlı xəstədə başın tüklü hissəsində 2 sm ölçülü hərəkətli dəri xərçəngi. Müalicə taktikası:
A) Kimyaterapiya

B) Yaxınfokuslu rentgenoterapiya

C) Distansiyalı qammaterapiya

D) Braxiterapiya

E) Lazer destruksiya
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
347) 25 yaşlı xəstədə boyun körpücüküstü zonaların divararalığı və sağ qalça qasıq limfa düyününün zədələnməsi ilə Hockin limfoması III B mərhələ, qarışıq hüceyrəli variant, pisməqamlı proqnoz. Hansı müalicə məqsədəuyğundur?
A) Şüa terapiyası məqsədəuyğun deyil

B) Radikal proqramla bütün qrup limfa düyünlərə , böyrəküstü vəzlərə şüa müalicəsi

C) Kimyaterapiyadan sonra qalan zədələnmə ocaqlarına sümük iliyi və qaraciyərə şüa müalicəsi

D) Yaxınfokuslu rentgenterapiya kimyaterapiya ilə eyni vaxtda

E) Kimyaterapiyadan sonra bütün əvvəlki zədələnmə ocaqlarına şüa müalicəsi
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
348) Qeyri-Hockin limfomalarında zədələnmə zonalarına şüa terapiyasının ümumi dozası neçə olmalıdır?
A) 56 – 66 qr

B) 36 – 40 qr

C) 25 – 30 qr

D) 65 qr –dan çox

E) 20 – 25 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
349) Qeyri – Hockin limfomasında şüa terapiyasında CMD?
A) 65 qr –dan çox

B) 10 – 20 qr

C) 75 qr –dan çox

D) 36 – 40 qr

E) 20 – 25 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
350) Süd vəzi xərçənginin ödemli infiltrativ forması IV mərhələsində hansı müalicə məqsədəuyğundur?
A) Kimyaterapiya

B) Kompleks müalicə

C) Müştərək şüa müalicəsi

D) Şüa terapiyası

E) Cərrahi müalicə
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
351) Süd vəzi xərçənginin sümüklərə çoxsaylı metastazlarının şüalandırılması və xəstənin kafi vəziyyətində ən qısamüddətli şüa müalicəsində hansı BMD məqsədəuyğundur?
A) 3.5 qr

B) 3 qr


C) 2.2 qr

D) 25 qr


E) 8 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
352) Süd vəzisi xərçənginin I mərhələsində (şişin xarici lokalizasiyası) ən optimal müalicə taktikası hansıdır?
A) Şüa + radikal mastektomiya

B) Ancaq hormonoterapiya

C) Kimyaterapiya

D) Ancaq şüa

E) Radikal rezeksiya + şüa
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
353) Bütün sayılanlardan şüa terapiyasının ağırlaşmalarına aid olmayanı hansıdır?
A) Metastazların əmələ gəlməsi

B) Zəiflik

C) Yuxunun pozulması

D) Leykopiniya

E) Ürəkbulanma, qusma
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
354) Qeyri – Hockin limfomasında baş-beyin qatlarının və onurğa beyininin spesifik zədələnməsinə görə baş beyin total şüalanması zamanı hansı CMD məqsədəuyğundur?
A) 30 qr

B) 20 qr


C) 50 – 60 qr

D) 70 qr – dan artıq

E) 10 qr
Ədəbiyyat: Halperin E.C., Perez C.A. Bradi, L.W. Perez and Brady's Principles and Practice of Radiation Oncology, 5th Edition©2008 Lippincott Williams & Wilkins
355) 80 yaşlı xəstədə II A mərhələdə qida borusunun orta döş şöbəsinin xərçəngi. Məqsədəuyğun müalicə?
A) Kimya- rentgen terapiyası

B) Cərrahi müdaxilədən əvvəlki şüa terapiyası ilə kombinə olunmuş müalicə

C) Cərrahi

D) Cərrahi müdaxilədən sonrakı şüa terapiyası ilə kombinə olunmuş müalicə

E) Radikal proqram ilə müstəqil şüa terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
356) Xəstə14 yaşında. Diaqnoz: Bazu sümüyünün diafizinin Yuinq sarkoması: müalicə taktikası?
A) Şüa terapiyası

B) Kimyaterapiya

C) Kimyaterapiya +cərrahi +braxiterapiya

D) Kimyaterapiya + şüa terapiyası

E) Hormonterapiya + cərrahi əməliyyat
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
357) 43 yaşlı xəstədə I A mərhələ qırtlağın yastı hüceyrəli buynuzlaşan xərçəngi sol səs büküşünün zədələnməsi ilə. Hansı müalicə üsulu daha optimaldır?
A) Dərin rentgenterapiya

B) Larinqektomiyadan sonra şüa terapiyası

C) Cərrahi müalicədən əvvəlki şüa terapiyası

D) Braxiterapiya

E) Distansiyalı şüa terapiyası
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
358) 60 yaşlı xəstədə IV A mərhələdə qırtlağın yastı hüceyrəli buynuzlaşmayan xərçəngi, infiltrativ formada perixondit əlamətləri ilə. Hansı müalicə üsulu daha optimaldır?
A) Kimyaterapiya

B) Cərrahi müdaxilədən əvvəlki rentgenterapiyası ilə kombinə olunmuş müalicə

C) Larinqektomiya

D) Cərrahi müdaxilədən sonra şüa terapiyası ilə kombinə olunmuş müalicə

E) Radikal proqramda müstəqil tam şüa terapiya kursu
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985
359) İonlaşdırıcı şüalanma kanserogenliyə malikdir?
A) Portal hipertenziyası olan şəxslərdə

B) Sübut olunmayıb

C) Yalnız digər faktorlarla birlikdə

D) İstənilən dozada

E) Kanserogenliyə malik deyil
Ədəbiyyat: Kiselyova Y.S. Bəd xassəli şişlərin şüa terapiyası, 1996
360) Aşağıdakı sayılan şişlərin hansı daha radiohəssas sayılır?
A) Mədənin adenokarsinoması

B) Limfasarkoma

C) Liposarkoma

D) Osteogen sarkoma

E) Angiosarkoma
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
361) Aşağıdakı sayılan şişlərdən ən çox radiorezistent sayılır?
A) Seminoma

B) Osteogen sarkoma

C) Kiçik hüceyrəli ağ ciyər xərçəngi

D) Yuinq şişi

E) Yastı hüceyrəli buynuzlaşmayan xərçəng
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
362) Şişin radiohəssaslığına hansı faktor təsir göstərmir?
A) Şişin ölçüsü

B) Şişin böyümə forması

C) Şişdə oksigen gərginliyi

D) Ağciyərin tuberkuloması

E) Şiş hüceyrələrinin differensasiyası
Ədəbiyyat: B.Baxşiyev “Radiodiaqnostika və radioterapiya”, Bakı – 2004
363) Şüa terapiyasında şiş və normal toxumanın radiohəssaslığının modifikasiyasında aşağıdakılardan hansı istifadə olunmur?
A) Kortikosteroidlər

B) Qısamüddətli hipoksiya

C) Süni hiperqlikemiya

D) Hiperbarik oksigenasiya

E) Lokal hipertermiya
Ədəbiyyat: Г. А. Зедгенидзе “Клиническая рентгено-радиология”, Москва 1985


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə