Böyük Azərbaycan yolçusu
161
Bu təmtəraq nə həvəsdi?
Hər tərəfdə bəhsə-bəhsdi.
Qəbir əbədi məhbəsdi!
Duyun, məhbəs də Vətəndi!
Olmuşsada alın yazım,
Keçsə burda yaz, payızım.
Məhbussada atan, qızım,
Öyün, məhbəs də Vətəndi!
Dərdimizi çözər kimi,
Ömrümüzü bəzər kimi.
Məhbəsi də məzar kimi,
Geyin, məhbəs də Vətəndi!
Bütün ağrı-acısıyla,
Alçağıyla, ucasıyla,
Bağlı qapı-bacasıyla,
Öyün, məhbəs də Vətəndi!
Xoş arzular puç olsa da,
“Qiymətimiz” heç olsa da,
Hüququmuz “kiçilsə” də,
Bəyim, məhbəs də Vətəndir!
Məni övlad, ya qulun san!
Sən ULULARDAN ULUSAN!
Tək bir ağızdan, ULUSUM,
Deyin, məhbəs də VƏTƏNDİ!
Bakı 1997
Böyük Azərbaycan yolçusu
162
11. Həbsxana haqqında
düşüncəm
Məhbəs
Zindan yaman ağır olur.
Qorxulu bir nağıl olur.
Tərpənən baş yağır olur,
Üstündə min qapazı var.
Bura yollar çox asandı.
Burdan çıxan qan qusandı.
Çoxda ki, hamı insandı,
İnsanlığın ən azı var.
Gündüzlər gecə görünür,
Cavanlar qoca görünür.
Ölüm çox uca görünür,
Onun da əlçatmazı var.
Diri üçün məzarlıqdı.
Biri üçün bazarlıqdı.
Nə kartlıqdı, nə zərlikdi,
Ofsun, falın batmazı var.
Kiminin gözləri qızıb.
Kimi taleyindən bezib.
İnan alnındakın pozub,
Yazar, başqa cür yazı var.
Bakı 1997
Böyük Azərbaycan yolçusu
163
12. Bizdə biri həbs olunanda məhkəmə qərarında da,
kütləvi
informasıya vasitələrində də yazılır və deyilir ki, azadlıqdan
məhrum edildi. Məncə bu çox yanlışdır. Bir insanı azadlıqdan
kimsə məhrum edə bilməz. Çünki, mənim düşüncəmə görə
AZADLIQ hərəkət sərbəstliyi yox, düşüncə sərbəstliyidir.
Düşüncəsində azad olmayan insan hərəkətlərində sərbəst ola
bilməz. Düşüncəsindəki azadlıq isə insanın təhsil və mədəni
səviyyəsinə, dünyagörüşünə bağlıdır. Bir insanın düşüncəsinə
sədd çəkmək, qadağa qoymaq və ya onu sınırlamaq
kimsənin
gücü daxilində deyil. Düzdür insanlıqdan kənar yollarla və
beyinyuma üsulu olan təbliğat və təsir yolları ilə insanların
düşüncəsini çərçivəyə salır, onu istədikləri düşüncə sahibi bir
insan kimi (manqurt, sadist, satanist, komsomol, nurçu və s.)
hazırlayırlar. Amma bu uzunmüddətli, çoxmərhələli və böyük
əmək tələb edən prosesdən sonra
yenə də onun düşüncəsinə
sədd çəkmək, qadağa qoymaq mümkün deyil. Qadağa qoyulan,
sınırlanan, sədd çəkilən və ya çərçivəyə salınan bizim hərəkət
sərbəstliyimizdir. Həbs olunan zaman da bizim AZADLIĞI-
MIZI yox, hərəkət sərbəstliyimizi əlimizdən alırlar. Mən hər
zaman həbsdə olmadığım dövrlərdə də, həbsdə olduğum
dövrdə də düşüncəmdə, fikirlərimdə AZAD idim,
amma həbs
olunandan sonra hərəkət sərbəstliyim çox sınırlandı, çərçivəyə
salındı.
13. Azərbaycanda “parçala höküm sür” siyasəti ilə hər
addımda qarşılaşırıq. Gah yerlibazlıq və tayfabazlıq təbliğatı
yaymaqla, gah sünni-şiə təəssübkeşliyinə cəhd etməklə, gah da
Heydər Əliyev-Elçibəy və ya iqtidar-müxalifət qarşıdurması
yaratmağa cəhd etməklə buna nail olmağa çalışırlar. “Parçala
höküm sür” siyasətinin başqa formaları isə bunlardır:
- Azərbaycanın azadlığının və müstəqilliyinin alınmadığı,
verildiyi fikrini formalaşdırmaqla xalqda mübarizə ruhunu
öldürmək.
Böyük Azərbaycan yolçusu
164
- Xalq hərəkatını və sərhəd hərəkatını müxtəlif yerlərə və
adamlara bağlamaqla xalqı parçalamaq, gücünü azaltmaq və ya
öz gücünə inamını zəiflətmək.
- Həqiqətən xalqını sevən, milli
maraqlar və dövlətçilik
mövqeyindən çıxış edən, ölkəmizdə və dünyada gedən pro-
sesləri qiymətləndirən və reallıqlara uyğun hərəkət edən, gizli
təşkilatdan belə yetişib gələrək öz bilik, bacarıq və qabiliyyəti
ilə qabağa çıxmış bir çox çağdaşımız olan siyasətçini xalqın
gözündən salmaq və ləkələmək.
Nə yazıq ki, indiki halda bəzən buna nail olurlar. Amma
xalqımız tükü-tükdən seçən xalqdır. Mən əminəm ki, xalqımız
ona qarşı oynanılan bütün bu oyunları pozacaq, xalqımızın ca-
nına, qanına və malına yerikləyənlərin iştahı qursağında qala-
caq. Nə azadlıq və müstəqilliyimizi əlimizdən ala biləcəklər, nə
Heydər Əliyev və Elçibəy tərəfdarları,
sünni-şiə, ya da iqtidar
müxalifət qarşıdurması yaratmağa nail olacaqlar, nə də
yerlibazlıq və tayfabazlıq təbliğatı ilə bizi parçalamağa gücləri
yetəcək. Mən inanıram ki, tezliklə bu gün bir çox siyasi qrup-
laşmalar tərəfindən sistemli olaraq hadisələrin mərkəzindən kə-
narlaşdırılmağa çalışılan Neymət Pənahlının, İbrahim İbrahim-
linin, Asəf Quliyevin,
Qurban Məmmədovun, Sərdar Əlibəy-
linin və b. milli maraqlarımız üçün nə qədər sağlam və etibarlı
insanlar olduğu, daxili və xarici bir çox qüvvələr tərəfindən hər
addımda sıxışdırılmağa, təcrid edilməyə çalışılan Qüdrət Hə-
sənquliyevin, Fərəc Quliyevin, Fazil Mustafanın, Əli Məsim-
linin dövlətçilik mövqeyi baxımından nə qədər faydalı olduq-
ları ortaya çıxacaq.
14. Biz İranın Azərbaycana qarşı təxribat, şantaj və
sabotajlarla müşayiət olunan qərəzli münasibətinə qarşı çıxaraq
deyəndə ki, İran Azərbaycanın azadlığını istəmir və qəti olaraq
müstəqil dövlət olmasının əleyhinədir o zaman Azərbaycanın
daxilində bir çox qüvvələr İranın bu münasibətini Əbülfəz Elçi-
bəyin və Naxcıvan Xalq Cəbhəsi rəhbərlərinin Azərbaycanın