Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə39/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
161 
Bu təmtəraq nə həvəsdi? 
Hər tərəfdə bəhsə-bəhsdi. 
Qəbir əbədi məhbəsdi! 
Duyun, məhbəs də Vətəndi! 
 
Olmuşsada alın yazım, 
Keçsə burda yaz, payızım. 
Məhbussada atan, qızım, 
Öyün, məhbəs də Vətəndi! 
 
Dərdimizi çözər kimi, 
Ömrümüzü bəzər kimi. 
Məhbəsi də məzar kimi, 
Geyin, məhbəs də Vətəndi! 
 
Bütün ağrı-acısıyla, 
Alçağıyla, ucasıyla, 
Bağlı qapı-bacasıyla, 
Öyün, məhbəs də Vətəndi! 
 
Xoş arzular puç olsa da, 
“Qiymətimiz” heç olsa da, 
Hüququmuz “kiçilsə” də, 
Bəyim, məhbəs də Vətəndir! 
 
Məni övlad, ya qulun san! 
Sən ULULARDAN ULUSAN! 
Tək bir ağızdan, ULUSUM, 
Deyin, məhbəs də VƏTƏNDİ!                     
                                         Bakı 1997  
 
Böyük Azərbaycan yolçusu 
 
 
162
11. Həbsxana haqqında düşüncəm 
 
          Məhbəs   
 
Zindan yaman ağır olur. 
Qorxulu bir nağıl olur. 
Tərpənən baş yağır olur, 
Üstündə min qapazı var. 
 
Bura yollar çox asandı. 
Burdan çıxan qan qusandı. 
Çoxda ki, hamı insandı, 
İnsanlığın ən azı var. 
 
Gündüzlər gecə görünür, 
Cavanlar qoca görünür. 
Ölüm çox uca görünür, 
Onun da əlçatmazı var. 
 
Diri üçün məzarlıqdı. 
Biri üçün bazarlıqdı. 
Nə kartlıqdı, nə zərlikdi, 
Ofsun, falın batmazı var. 
 
Kiminin gözləri qızıb. 
Kimi taleyindən bezib. 
İnan alnındakın pozub, 
Yazar, başqa cür yazı var. 
                               Bakı 1997 
 
    


Böyük Azərbaycan yolçusu 
 
 
163 
     12. Bizdə biri həbs olunanda  məhkəmə qərarında da, kütləvi 
informasıya vasitələrində  də yazılır və deyilir ki, azadlıqdan 
məhrum edildi. Məncə bu çox yanlışdır. Bir insanı azadlıqdan 
kimsə  məhrum edə bilməz. Çünki, mənim düşüncəmə görə 
AZADLIQ hərəkət sərbəstliyi yox, düşüncə  sərbəstliyidir. 
Düşüncəsində azad olmayan insan hərəkətlərində  sərbəst ola 
bilməz. Düşüncəsindəki azadlıq isə insanın təhsil və  mədəni 
səviyyəsinə, dünyagörüşünə bağlıdır.   Bir insanın düşüncəsinə 
sədd çəkmək, qadağa qoymaq və ya onu sınırlamaq kimsənin 
gücü daxilində deyil. Düzdür insanlıqdan kənar yollarla və 
beyinyuma üsulu olan təbliğat və  təsir yolları ilə insanların 
düşüncəsini çərçivəyə salır, onu istədikləri düşüncə sahibi bir 
insan kimi (manqurt, sadist, satanist, komsomol, nurçu və s.) 
hazırlayırlar. Amma bu uzunmüddətli, çoxmərhələli və böyük 
əmək tələb edən prosesdən sonra yenə  də onun düşüncəsinə 
sədd çəkmək, qadağa qoymaq mümkün deyil. Qadağa qoyulan, 
sınırlanan,  sədd çəkilən və ya çərçivəyə salınan bizim hərəkət 
sərbəstliyimizdir. Həbs olunan zaman  da bizim AZADLIĞI-
MIZI yox, hərəkət sərbəstliyimizi  əlimizdən alırlar. Mən hər 
zaman  həbsdə olmadığım dövrlərdə  də, həbsdə olduğum 
dövrdə  də düşüncəmdə, fikirlərimdə AZAD idim, amma həbs 
olunandan sonra hərəkət sərbəstliyim çox sınırlandı, çərçivəyə 
salındı. 
       13.  Azərbaycanda “parçala höküm sür” siyasəti ilə  hər 
addımda qarşılaşırıq. Gah yerlibazlıq və tayfabazlıq təbliğatı 
yaymaqla, gah sünni-şiə təəssübkeşliyinə cəhd etməklə, gah da 
Heydər  Əliyev-Elçibəy və ya iqtidar-müxalifət qarşıdurması 
yaratmağa cəhd etməklə buna nail olmağa çalışırlar. “Parçala 
höküm sür” siyasətinin başqa formaları isə bunlardır: 
- Azərbaycanın azadlığının və müstəqilliyinin alınmadığı, 
verildiyi fikrini formalaşdırmaqla xalqda mübarizə ruhunu 
öldürmək. 
Böyük Azərbaycan yolçusu 
 
 
164
- Xalq hərəkatını  və    sərhəd hərəkatını müxtəlif yerlərə  və 
adamlara bağlamaqla xalqı parçalamaq, gücünü azaltmaq və ya 
öz gücünə inamını zəiflətmək. 
- Həqiqətən xalqını sevən, milli maraqlar və dövlətçilik 
mövqeyindən çıxış edən, ölkəmizdə  və dünyada gedən pro-
sesləri qiymətləndirən və reallıqlara uyğun hərəkət edən, gizli 
təşkilatdan belə yetişib gələrək öz bilik, bacarıq və qabiliyyəti 
ilə qabağa çıxmış  bir çox  çağdaşımız olan siyasətçini xalqın 
gözündən salmaq və ləkələmək.  
       Nə yazıq ki, indiki halda bəzən buna nail olurlar. Amma 
xalqımız tükü-tükdən seçən xalqdır. Mən əminəm ki, xalqımız 
ona qarşı oynanılan bütün bu oyunları pozacaq, xalqımızın ca-
nına, qanına və malına yerikləyənlərin iştahı qursağında qala-
caq. Nə azadlıq və müstəqilliyimizi əlimizdən ala biləcəklər, nə 
Heydər Əliyev və Elçibəy  tərəfdarları, sünni-şiə, ya da iqtidar 
müxalifət qarşıdurması yaratmağa nail olacaqlar, nə  də 
yerlibazlıq və tayfabazlıq təbliğatı ilə bizi parçalamağa gücləri 
yetəcək. Mən inanıram ki, tezliklə bu gün bir çox siyasi qrup-
laşmalar tərəfindən sistemli olaraq hadisələrin mərkəzindən kə-
narlaşdırılmağa çalışılan Neymət Pənahlının, İbrahim İbrahim-
linin, Asəf Quliyevin, Qurban Məmmədovun, Sərdar  Əlibəy-
linin  və b. milli maraqlarımız üçün nə qədər sağlam və etibarlı 
insanlar olduğu, daxili və xarici bir çox qüvvələr tərəfindən hər 
addımda sıxışdırılmağa, təcrid edilməyə çalışılan Qüdrət Hə-
sənquliyevin, Fərəc Quliyevin, Fazil Mustafanın,  Əli Məsim-
linin  dövlətçilik mövqeyi baxımından nə qədər faydalı olduq-
ları ortaya çıxacaq. 
       14.  Biz  İranın Azərbaycana qarşı  təxribat,  şantaj və 
sabotajlarla müşayiət olunan qərəzli münasibətinə qarşı çıxaraq 
deyəndə ki,  İran Azərbaycanın azadlığını istəmir və qəti olaraq  
müstəqil dövlət olmasının  əleyhinədir o zaman Azərbaycanın 
daxilində bir çox qüvvələr İranın bu münasibətini Əbülfəz Elçi-
bəyin və Naxcıvan Xalq Cəbhəsi rəhbərlərinin Azərbaycanın 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə