Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 

insanların onu niyə çox sevməsinin  əsas səbəbini də tapdım. 
Bünyamin müəllimdə  əsas və vazkeçilməz keyfiyyət olan 
dürüstlük, böyüyə hörmət, kiçiyə qayğı, dediyi sözün sahibi 
olmaq, haqsızlıq və saxtakarlıq etməmək, eyni zamanda cəsur 
və qorxmaz olmaq kimi xüsusiyyətlər onu tanıyanlara sevdirən 
əsas xüsusiyyətlərdir. 
         Bünyamin müəllimin keçdiyi yol çox enişli-yoxuşlu olub. 
Həyat onun başına sığal çəkməyib,  əksinə öz sərt və  şıltaq 
üzünü ona daha sərt göstərib.  Amma onu məğlub edə bilməyib. 
Mən Bünyamin müəllimlə birinci tanışlıqdan sonra onun 
haqqında soruşduqda mənə onun Naxçıvan Muxtar 
 
Respublikasına necə deputat seçilməsi, deputat fəaliyyəti, 
torpaqlarımızın qorunması  uğrunda apardığı mübarizə  və s. 
haqqında müsbət mənada çox şey danışdılar. Bünyamin 
müəllim haqqında deyilən bütün müsbət fikirlərə baxmayaraq 
mən onu daha yaxından tanıdıqca məndə ona hörmət və 
məhəbbət daha da artdı. Bugün bizim aramızda böyük yaş fərqi 
olmasına baxmayaraq mən onu özümə dost bilirəm. Çünki, 
yaxınlıq etdiyimiz bu qısa vaxt ərzində  mən Bünyamin 
müəllimin nəcib və müsbət əməllərini, Vətənimizə, Millətimizə 
və Dövlətimizə bağlılığını gördükcə, onun həyatını araşdırdıqca 
mənə aydın oldu ki, Bünyamin Qəmbərli təkcə Nehrəm 
kəndinə  və ya Naxçıvan torpağına deyil, bütövlükdə  hər yönü 
ilə Azərbaycan xalqına layiq bir insan, bir ziyalı ömrü yaşayıb. 
         Bütün  yuxarıda deyilənləri yekunlaşdıraraq demək 
istəyirəm ki, Bünyamin müəllim, 50 yaşın mübarək olsun. 
Sənin bütün çətinliklərinə baxmayaraq sınmadığın, bugünədək 
şərəflə yaşadığın bu həyatda, bütün varlığınla sevdiyin və 
uğrunda  canını verməkdən belə  çəkinmədiyin bu vətəndə 
yaşamağa haqqın daha çoxdur. Bundan sonrakı  həyat 
fəaliyyətində  sənə yeni-yeni uğurlar diləməklə, yeni zirvələr 
fəth etməni, ömrünün müdrik vaxtında Uca Tanrıdan sənə 
möhkəm can sağlığı və uzun ömür arzulayıram! 
Böyük Azərbaycan yolçusu 
 
 
8
 
 
 
 
MUXTAR KAZIMOĞLU 
 
AMEA Folklor İnstitutunun 
Direktoru, f.e.d. 
 
 
 
 
 
ŞAİR TƏBİƏTLİ CƏNGAVƏR 
 
          Keçən  əsrin 80-ci illərində Bakıda yaşca, peşəcə  fərqli 
adamların az-çox bir araya gəlməsində çayxanaların xüsusi rolu 
vardı. Çayxana həvəskarı oldun - olmadın, çayxanaya getməli, 
orada dost-tanışla görüºməli, dərdləşməli olurdun. Mənə qalsa,  
mən çayxana həvəskarı olmayanlar sırasında idim. Bunun belə 
olduğunu universiteti bitirib üç il kənddə müəllim işləyən vaxt 
özüm üçün aydınlaşdırmışdım. Kənddəki tay-tuşlarım hərdən 
məni çəkib çayxanaya aparsalar da, orada çox duruş  gətirə 
bilmirdim. Başı  nərdə, dominoya və  şahmata qarışan tay-
tuşlarımla uzağı yarım saatdan sonra xudahafizləşib evə 
gedirdim. Bakıda isə vəziyyət başqa cür idi. Burada ünsiyyətdə 
olduğumuz  dost-tanışın çayxanalarda nərd, domino və şahmat 
oynamaqla işi yox idi. Onların işi  ədəbiyyatdan, tarixdən, 
siyasətdən milli məsələ üstündə danışmaq idi. Yəni nədən 
danışılır-danışılsın, söhbət gəlib milli məsələ üstünə  çıxırdı. 
Sən söhbətə qoşulmasaydın belə,  durub getmək istəmirdin,  
çünki söhbət maraqlı, danışılanlar  cəlbedici idi.  


Böyük Azərbaycan yolçusu 
 
 

O vaxt Bədən Tərbiyə  İnstitutunda tələbə olan 
Bünyamin Qəmbərli ilə  mənim tanış olmağımda da, yəqin ki,  
Bakı çayxanalarının   rolu olub . Onunla ilk dəfə ya çayxanada, 
ya da hardasa başqa bir yerdə “çayxana dostlarım”dan birinin 
vasitəçiliyi ilə  görüşmüşəm. Aramızdakı yaş  və peşə  fərqi 
ünsiyyətimizə mane ola bilməyib. Qısa bir zamanda bir-
birimizə isinişməyimizin   bir səbəbi “antisovet” əhvali-
ruhiyyədə köklənməyimiz idisə, başqa bir səbəbi də  xasiyyətcə 
az-çox oxşar olmağımız idi. O vaxt olduğu kimi, indinin 
özündə  də insanlara münasibətdə xasiyyət-xarakter məsələsi 
məndən ötrü çox vacibdir. Kəlməbaşı “millət, millət” deyən,  
amma üç qəpiklik adamlığı olmayan kəslərlə oturub-durmaq 
məndən ötrü o vaxt da  məşəqqət idi, indi də  məşəqqətdir. 
Bünyamin Qəmbərli heç də “millət, millət” demirdi. O, daha 
çox sual verirdi, dünənimizin, bu günümüzün qaranlıq 
nöqtələrini özü üçün aydınlaşdırmaq istəyirdi. Verilən suallar, 
suallar müqabilində nələrisə özü üçün aydınlaşdırmaq cəhdləri 
ədəb-ərkan çərçivəsində olurdu. Bünyamin Qəmbərli böyük-
kiçik yeri bilirdi, onun danışıq və davranışında utancaqlıq  
qarışıq bir ifal olurdu. 
Bu gün yaşı  əllini haqlamış Bünyamin Qəmbərlinin 
həmin ədəb-ərkan və ifalı qoruyub saxlaması adamı sevindirir. 
Sevinirsən ki, namərdlik qarşısında əyilməyən cəngavər dostun 
zərif bir ürək sahibidir. Bu zərif ürək sahibi zəng vurub 
deyəndə ki, “şeirlərimi oxumaq üçün sənə vermək istəyirəm”, 
mən zərrə  qədər təəccüblənmədim. Çünki Bünyamin 
Qəmbərlinin  şair təbiətli olduğunu mən çoxdan bilirdim. Onu 
da bilirdim ki, şair təbiətli adam şeir yaza da bilər, yazmaya da 
bilər. Bünyamin Qəmbərli şeir yazırsa, demək, onu  dost kimi 
bir az  da yaxından tanımaq imkanı qazanırsan. Bünyamin 
Qəmbərlinin səninlə olan söhbətlərini onun  öz-özü ilə olan 
daxili söhbətləri (yəni  şeirləri) hesabına bir də götür-qoy 
edirsən, sənin indiyə  qədər tanıdığın Bünyamin Qəmbərlini 
Böyük Azərbaycan yolçusu 
 
 
10
onun  − ilk dəfə oxumağa başladığın  −  şeirlərində axtarmağa 
başlayırsan. Görürsən ki, çoxusu keçən  əsrin 80-ci illərində 
yazılan bu şeirlərdə Bünyamin Qəmbərli sənin o vaxt tanıdığın 
Bünyamin Qəmbərlidir. Ürəyi Vətən eşqi ilə döyünən, öz 
xoşbəxtliyini Vətənin xoşbəxtliyində görən Bünyamin 
Qəmbərli... 
 
                                                               24 noyabr 2013-cü il 
 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə