Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   10   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
27
çəkdirdik. Sonra o, otağa günəş  şüalarının düşməyinə 
baxmayaraq, bir şam yandıraraq stolun üzərinə qoydu, bir 
siqaret də yandırıb dərindən bir qullab vurmaqla şəkilini 
çəkməyimi dedi. Onun millət dərdi çəkdiyini, siyasi dərnəklər 
olarsa onun üzvü olacağını  eşidəndə  mən heyrətləndim. 
Oxuduğu bir çox əsərlərdən söhbət açdıq. Arif Abdullazadənin 
“Bir ovuc torpaq” romanının süjeti onu çox düşündürdüyünü 
qeyd etdi. B.Vahabzadənin “Gülüstan” müqaviləsi haqda 
yazdığı poemanı təhlil etdik. 
       H.Əliyevin təşəbbüsü ilə SSRİ-nin qabaqcıl ali 
məktəblərinə göndərilən tələbələrdən biri kimi 1983-cü ildə 
ikinci kursu bitirdikdən sonra məni Moskva Mərkəzi Dövlət 
Bədən Tərbiyəsi İnstitutuna göndərdilər. Həmin dövrdən 1990-
cı illərə qədər Bünyamin haqqında heç bir məlumatım olmadı. 
Lakin sonradan mətbuatdan, televiziyadan aldığım məlumata 
əsasən bildim ki, o Nehrəmdə yaşayır, deputatdır, xalq 
hərəkatının öncüllərindəndir. 
        Bünyaminin həyatı enişli-yoxuşlu, şirinli-acılı olub. Lakin  
mart 1964-də dünyaya gələn Bünyamin həyatın bu əzab və 
keşməkeşləri qarşısında əyilməyərək, sınmayaraq həyata vəsiqə 
aldı. 50 illik yubileyini qeyd etdiyimiz Bünyaminə bu vəsiqə 
doğmadır,  əzizdir, müqəddəsdir.  Elmə maraq və müəllimlik 
bu müqəddəslikdə, ucalıqda  əsas yer tutur. O, uzun müddət 
bütün dəvətlərə və çağrışlara baxmayaraq doğulduğu Nehrəmdə  
müəllim işləmişdir. Hazırda isə  uşaqlıq çılğınlığından haqq 
yoluna gələrək nəhayət ki, Bakı  şəhərində    yaşamağa qərar 
verib və yenə müəllim işləyir. 
        Müəllim sözü bu gün sadəcə hörmət kimi başa düşülsə də 
müəllimə, müəllim sənətinə  hər zaman böyük zəka sahibləri 
yüksək qiymət vermiş, cəmiyyətin aparıcı qüvvəsi sayılan 
müəllimi öz ziyası ilə zülmətə nur saçan və canlılara həyat 
verən günəşlə, bağbanla, memarla müqayisə etmiş
valideynlərindən üstün tutmuşlar.  Şairləri, yazıçıları, rəs-
Böyük Azərbaycan yolçusu 
 
 
28
samları, heykəltaraşları, mühəndisləri, kosmonavtları, pəh-
ləvanları  həmin səviyyəyə müəllimləri qaldırmışdır. Hər bir 
insan müəllim adlanan bir şəxsiyyətin təlim – tərbiyə körpü-
sündən keçib həyata vəsiqə alır.  
        Kimliyindən asılı olmayaraq o kəs ki, sənə yazmağı, oxu-
mağı, sənəti öyrədir, elm adlanan nəhəng bir sarayın açarını sə-
nə ərmağan edir, deməli o adam səninçün müqəddəs olmalıdır. 
Bəs onda, müəllimin özü və ya adı gələndə belə bir şəxsiyyətə 
ehtiram göstərərək niyə ayağa durmayasan? 
        Rəvayətə görə, həddən artıq sərt və amansız olan Teymur-
ləngin vəziri bir gün gecikir. Teymurləng qəzəblənib səbəbini 
soruşur. Vəzir  şahın qarşısında baş  əyib deyir: “Qibleyi-aləm, 
mən gələndə müəllimimi gördüm. İstəmədim ki, onu keçim ar-
xam müəllimimə düşsün, ona görə  də, bir az gecikdim, əfv 
edin”. Rəvayətdəki hikmətə bir bax! Fatehlər fatehi Teymur-
ləng belə müəllim adına, müəllimə hörmətə görə vəzirini bağış-
layır, onu cəzalandırmır. 
        Bünyamin də, hər zaman öz müəllimlərinə hörmət və ehti-
ramla yanaşan, həyatındakı nailiyyətlərində onların əməyini xü-
susi qiymətləndirən şəxslərdəndir. Hər zaman öz müəllimlərini 
qiymətləndirən Bünyamin müəllimlərinə qoyduğu sayqı  və 
sevgini indi öz şagirdlərində görür. Onun keçdiyi ömür yolunun 
zirvəsindən neçə-neçə  şagirdinin həyatında onun zəhmətinin, 
məsləhətinin, şair təbiətli bir insanın qətiyyətinin izləri görünür. 
        Bu  günlərdə yubileyini qeyd etdiyimiz özü və düşüncəsi 
gənc Bünyamin müəllimi 50 yaşı münasibəti ilə təbrik edirəm, 
ona can sağlığı, ailə  səadəti,  şəxsi həyatında yeni-yeni 
nailiyyətlər arzulayıram.       


Böyük Azərbaycan yolçusu 
 
 
29
 
 
 
 
CABBAR HÜSEYNQULU 
OĞLU HƏSƏNOV 
 
Tibb elmləri namizədi
Azərbaycan İmplantoloqlar 
cəmiyyətinin sədri, 
İmplant-Dent klinikasının 
baş həkimi 
 
 
 
 
ADI İLƏ ÇAĞRILMAYAN QƏHRƏMAN 
 
        Həyatımız bir su kimi axıb gedir və bir gün bir çayın 
axaraq sonunda dənizə qarışıb itdiyi kimi əbədiyyətə qovuşur. 
Və bu həyatı  hərə bir cür, bildiyi, bacardığı  və xarakterinə 
uyğun  şəkildə yaşayır. Təbii ki, burada ətraf mühit, insanlar, 
şərait, bəxt, qismət, tale də öz rolunu oynayır. 
      Deyirlər insan yolda tanınır. Amma bir insanın tanınması 
üçün ən azı onun yola çıxması lazım. Digər bir deyim də var – 
dostunu çətin gündə  sına. Çox doğru deyilmiş, hər  şey 
qaydasında olarkən hamı yaxşı görünür. Amma çətin anlarda, 
fərqli anlarda insanlar da fərqli davranışa sahib olur. Belə ki, 
mən Bünyamin bəyi uşaqlıqdan, orta məktəbdən tanıyıram. O 
da bizim hər birimiz kimi (ən azından mənim nəzərimcə) dərsə 
davam edir, sinifdən sinfə adlayaraq böyüyürdü. Bir az əvvəl 
qeyd etdiyim kimi həyatımızda və ölkəmizdə  hər  şey sabit və 
Böyük Azərbaycan yolçusu 
 
 
30
stabil olduğu üçün insanlar da təxminən eyni görünürdü. Bir-
birindən çox da fərqlənməyən həyat tərzi və yaşam. 
        Məktəbi bitirdik, şagirdlər məzun oldu və  hərə bir 
tərəfə dağıldı. Məlum olduğu kimi mənim taleyimə Tibb 
İnstitutu, Bünyamin bəyin taleyinə isə  Bədən Tərbiyəsi 
İnstitutu qismət olmuşdu. Tələbəlik illərində ara-sıra rastlaşsaq 
da mən onun həyat tərzini, nə ilə  məşğul olduğunu (gizli ya 
aşkar), necə yaşadığını bilmirdim və  mənə elə gəlirdi ki, o da 
hər kəsin yaşadığı tələbəlik həyatını yaşayır. Lakin illər sonra, 
Sovet  İttifaqı dağılmağa başlayanda bir çox gizlinlərin aşkara 
çıxması ilə əlaqədər olaraq bizlərə aydın oldu ki, o bizlər kimi 
standart tələbə  həyatı yaşamamışdır. Üzvü olduğu gizli 
təşkilatın Azərbaycan həqiqətlərini açması, bizim kim 
olduğumuzu, böyük və ya kiçik qardaşın kim olduğunu və ya 
ümumiyyətlə bunların qardaş olub olmadığını, tariximizi, 
dünyəvi və  tarixi  dost  və düşmənlərimizi, vətənimizin 
bölünməsini, bölünərək paylanmasını, paylaşdırılaraq 
zəiflədilməsini və ən sonunda qurtuluş yollarını ona anlatması 
onu dəyişmiş  və içinə  vətən sevgisi, mübarizlik, qorxmazlıq 
rüşeymi qoymuşdu.  İçində olan bu hisslər isə onu rahat 
buraxmırdı. Sadəcə bu rüşeymin böyüməsi və inkişaf etməsi 
üçün uyğun zaman və mühit lazım idi. İllər ötdü keçdi, 
tələbələr təhsilini bitirib geri döndü. Bu artıq 1980-ci illərin 
sonlarına, Qorbaçovun məşhur yenidənqurma illərinə  təsadüf 
edirdi. Artıq sovetlər birliyi laxlayır, ermənilər qımıldanır, 
Qarabağdan qeyri-adi səslər eşidilirdi. Hər kəsin şaşırıb qaldığı 
bir vaxtda küləyin hardan əsdiyini duyanlar vardı. Sadə insanlar 
da, rəhbərlik  də nələr baş verdiyindən xəbərsizdi. Ona görə də 
nə edəcəklərini bilmirdilər. Hər zaman olduğu kimi rəhbərlikdə 
olan  şəxslər özündən yuxarı instansiyadan göstərişlər 
gözləyirdi. Təbii ki, bu göstərişlər də  ən yuxarılarda 
hazırlanmış ssenari əsasında gəlirdi. Elə buna görə  də sadə 
insanları, xalqı qane etmirdi. Amma xalqın arasında 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə