Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə10/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
39
burada yığışırdı. Başlıca hədəfimiz Azərbaycanın bütövlüyü idi 
(o vaxtlar daha çox Vahid Azərbaycan deyimini işlədirdik) və 
düşünürdük ki, Bütövlük istəyiriksə, bu hədəfə ürəkdən 
bağlanacaq və bu yolda çalışacaq milli şüurlu gənclik 
yetişdirməliyik  (“kommunizm nağılı” danışan yaşlılara çox da 
inanmırdıq).  
 1977-ci 
ilin 
sonlarında tələbə dostum Arif Acalovla 
Əbülfəz müəllimgilə getdik və o vaxtdan şəxsi tanışlığımız 
başladı. Bir qədər sonra Kələkidə  Əbülfəz müəllimin toyu 
həyatda gördüyüm ən gözəl toylardan biri kimi yaddaşıma həkk 
olundu...   
 
Üç-dörd il içərisində  təşkilat az-çox oturuşdu, bir 
çoxumuz müəllim olduğumuz üçün gənclərdə,  ən çox da orta 
məktəb  şagirdlərində milli şüur yetişdirməyə yönəlik işlərimiz 
getdikcə gücləndi və  fəaliyyətimiz yavaş-yavaş genişləndi. 
Orda-burda yeri düşdükcə apardığımız ümumi təbliğatı bir yana 
qoysaq, orta məktəblər və  bədii  ədəbiyyat sistemli fəaliyyət 
göstərdiyimiz başlıca sahə idi (Təbii ki, ehtiyat tədbirlərini 
qətiyyən unutmurduq!)  
 
Sıralarımızda gözəl  şairlər az deyildi: İnqilab Orxan, 
Mehman Qaraağac (Allah rəhmət eləsin! Bir namərdin 
gülləsinə tuş oldu), Əhliman  Ərəfsəli (Allah rəhmət eləsin! 
1994-cü ildə ürəyi dözmədi)... Rəhmətlik Asifin Naxçıvan 
Pionerlər sarayına, mənim də Naxçıvan Dövlət Pedaqoji 
İnstitutuna işə girməyimiz gənclərlə işi daha da yeyinlətdi. Asif 
Pionerlər sarayında bir şeir dərnəyi yaratmışdı  və bizlər də 
tanıyıb-bildiyimiz, görüb-eşitdiyimiz istedadlı  şagirdləri o 
dərnəyə göndərirdik. Şərurda isə eyni işi dəyərli dostumuz şair 
İnqilab Orxan gördü və bu iki şeir dərnəyi bizim gizli 
təşkilatımızın ilk açıq bazası halına gəldi. O dərnəklərdə yetişib 
təşkilata qoşulan gənclərdən biri də, dəyərli Bünyamin bəy, sən 
idin. Hələ orta məktəbi bitirməmişdin və artıq  şeirlərində 
Arazdan danışır, Təbriz həsrətindən söz açırdın... Təbii ki, şeir 
Böyük Azərbaycan yolçusu 
 
 
40
yazan başqa gənclər də çox idi və onların içərisində  Qəzənfər 
Oğuzbəyi, indi Haqqın rəhmətinə qovuşmuş rəhmətlik jurnalist 
Elçin Səlcuğu, bir də bir az sonra fəallaşmış Heydər Oğuzu 
daha çox xatırlayıram. 
 Artıq Naxçıvandakı rayonların hamısında bölmələr 
yaradılmışdı. Naxçıvan  şəhərində Kazım Teymurlu, Qılman 
Əhmədov,  Əsgər Məmmədov, Asəf Quliyev, Məmməd 
İsmayılov, İlyas Axundov, Babək rayonunda İbrahim İbrahimli, 
Salman Hüseynov, Culfada Bayram Muradov, Əhliman 
Ərəfsəli (Allah rəhmət eləsin!), Fətəli  İmanov, Ordubadda 
Hüseyn Həsənov,  Şəmil Məmmədov, Fətəli Ağayev, Rəfail 
Məhərrəmov, Hüseyn Məmmədov,  Şərurda  İnqilab Orxan, 
Mehman Qaraağac (Allah rəhmət eləsin!), Hüseyn Məmmədov, 
Muxtar Rzayev, Yusif Rzayev, Hüseyn Cəfərov (Allah rəhmət 
eləsin!), Şahbuzda Fərzuq Seyidbəyli və başqaları təşkilata ilk 
qoşulanlar sırasında idi. Az sonra, 1980-ci illərin əvvəllərindən 
başlayaraq artıq ikinci nəsil aktiv işə başladı  və onlardan 
Bünyamin Qəmbərli, Vaqif Əhmədov (Allah rəhmət  eləsin!), 
Fərəc Yusifbəyli, Elçin Səlcuq (Allah rəhmət eləsin!), Qəzənfər 
Oğuzbəy, Fərəc Quliyev... ən çox yadımda qalanlardı. Rejissor 
Vaqif  Əhmədov (Allah rəhmət eləsin!) təşkilatımızın  ən 
umudverici gənclərindən biri idi, Qarabağda şəhid oldu...  
 1985-dən – Qorbaçovun yenidənqurmasından sonra isə 
təşkilatda üçüncü nəsil ortaya çıxdı... Sonradan eşitdiyim 
məlumata görə, 1988-ci il başlarkən Naxçıvan Respublikası 
üzrə  təşkilatımızın 96 üzvü olmuşdu.  Ancaq Əsgər 
Məmmədovun aktiv fəaliyyəti səbəbinə Azərbaycanın başqa 
yerlərində  də bizim təşkilatla bağlılığı olan şəxslər vardı. 
Onların içərisində Göyçaydan Talıb Tağıoğlunu daha çox 
tanıyırdım. Bakıda,  İmişlidə  və başqa yerlərdə adamlarımızın 
olduğunu bilsəm də, onlarla bağlı elə bir bilgim yoxdu.   
 Naxçıvan üzrə bölmə  rəhbərlərinin qatılması ilə ümumi 
toplantılarımızı keçirərdik. 1985-ci ilədək keçirilən ümumi 


Böyük Azərbaycan yolçusu 
 
 
41
toplantılardan Köhnə qala (Naxçıvan), Uzunoba gölü (Babək), 
Şəfa bulağı (Üstüpü, Ordubad), Şıxmahmud meşəsi (Babək), 
Qaraqaya (Şahbuz) yığıncaqları daha səmərəli olmuşdu. 
Adətən, toplantılarımıza yeyib-içmə məclisi görüntüsü verirdik, 
öncə süfrəmizi açıb bir tikə çörək yeyir, sonra iclasımızı keçirir, 
daha sonra da yeməyi davam etdirir və iy gəlməsi üçün 15-20 
adama bir, ən uzağı iki araq içirdik.   
 
Bəzən toplantılarımız evlərdə olurdu. Rəhmətlik Mehman 
Məmmədovun (Mehman Qaraağac) oğlu Qorqudun doğum 
günü məclisi, Muxtar Rzayevin evindəki məclis belə 
toplantılarımızdan idi.  
 
O vaxt Naxçıvanda bizdən başqa ayrı bir təşkilat da vardı. 
Öncə Turan, yoxsa Bütöv Azərbaycan qurulmalıdır? 
məsələsində bir-birimizdən fərqlənir və tez-tez dartışırdıq. 
Onlar Turançı, biz isə Azərbaycançı sayılırdıq. Oqtay Daşoğuz, 
Gülağa Mirzəyev (Allah rəhmət eləsin! Duzdağda bir təsadüfün 
qurbanı oldu), Fəxrəddin Şeyxələsgərsoy (Allah rəhmət eləsin!) 
ilə  bəhslərimizi daha çox xatırlayıram. Birgə  işlədiyimiz 
müəllim dostum Aydın Qasımovun (Aydın Mədətoğlu) təkidi 
ilə 1982-ci ildə bu iki təşkilat arasında yaxınlaşma oldu və 
Novruz bayramında Turançılar  Şahab məhəlləsində qurduqları 
bayram çadırından bizim bayram çadırımıza Novruz xonçası 
gətirdilər, biz də onlara Novruz xonçası apardıq və sonralar bu 
işə başqa məhəllələr də (Çuxur və b.) qatıldı. Növbəti ilin 
Novruz bayramında Turançılar Haçadağ da deyilən İlanlı dağda 
üç tonqal qaladılar (təkər yandırmışdılar). Ondan sonra isə 
Naxçıvandan görünən Güneydəki bir dağda tonqal qalanması 
bizi çox etgilədi... Yadımdadır ki, hər iki xətt öz doğruluğunu 
göstərmək üçün tez-tez Əbülfəz müəllimə söykənməyə 
çalışırdı. Sonralar isə  Əbülfəz bəy bu məsələyə tam aydınlıq 
gətirdi və dedi ki, Turanın yolu Bütöv Azərbaycandan keçir!  
 
1984-cü ilin başlarında Asəf Quliyevin təşəbbüsü ilə 
Naxçıvan Tarix Muzeyində “Yurd Tarix-Etnoqrafiya Birliyi” 
Böyük Azərbaycan yolçusu 
 
 
42
yaradıldı və bu birlik bizim gizli təşkilatın çox uğurlu bir açıq 
fəaliyyət forması oldu.  
 
Təşkilatın üzvü olmasa da, o zaman Naxçıvan radio-
televiziyasında və “Şərq qapısı” qəzetində bizə ən çox yardım 
edən  Əli  Şamil idi (Sonradan bildim ki, o özü də Sumqayıtda 
təşkilatda olubmuş 
və bizi də danışıqlarımızdan, 
hərəkətlərimizdən yaxşı tanıyır, ona görə də yardım edirmiş).   
 1988-ci 
ildə başlayan Milli Hərəkat, Xalq Cəbhəsinin 
yaranması, Naxçıvandakı döyüşlərdə  şərəflə vuruşmuş Milli 
Müdafiə  Şurası vb. məsələlərdə gizli təşkilat üzvlərinin çox 
ciddi rol oynamasına baxmayaraq, mən bu mövzulara 
toxunmaq istəmirəm. Ancaq Sərhəd Hərəkatına toxunmamağım 
mümkün deyil.  
 Naxçıvan Xalq Cəbhəsi Məclisinin 1989-cu il noyabr 
toplantısı ilə  qərarlaşdırılıb sərhəd boyunca keçirilən 4 və 12 
dekabr tədbirləri, 19 dekabrdan sərhəddə çadırların qurulması, 
31 dekabrdan sonra da bir-birini arayıb-tapan qohum-qardaşın 
aylar uzunu sürmüş çayüstü görüş-söhbətləri unudula bilməz. 
Vurğulayım ki, Sərhəd Hərəkatı gizli təşkilatın fəaliyyətində 
zirvə nöqtəsi idi. Yalnız 1989-cu il dekabrın 31 səhər saat onda 
Naxçıvana gəlib sərhəd simləri söküləndə  şəkil və video 
çəkdirən, sonra da “Sərhəd Hərəkatını mən yaratdım” deyən, ya 
da 1988-ci il Meydan Hərəkatının birinci ildönümü keçirilərkən 
“Çadırı elə yerdə quracayıq ki, o taydan da görünsün” 
deməkdən başqa ayrı bir iş görməyən, sonra da Sərhəd 
Hərəkatını öz adına çıxan, yaxud da “Sərhəd Hərəkatı KQB-nin 
işidi” iftirasını  təkrarlamağı özünə peşəyə çevirən  şəxslərlə 
işim yox. Kim nə deyir-desin, Sərhəd Hərəkatı birbaşa bizim 
gizli təşkilatımızın illər uzunu apardığı  fəaliyyətin sonucu idi. 
Heç yadımdan çıxmaz, simlər qırılandan sonra başqaları deyib-
güləndə,  şəkil və video çəkdirəndə gizli təşkilat üzvləri öz 
xəyallarını gerçəkləşdirə bildikləri üçün bir-birlərini qucaqlayıb 
sevincdən ağlaşırdılar...  


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə