Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə11/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
43
 
Sərhəd Hərəkatı Asəf Quliyevin təklifi ilə başladı (elə 
ona görə  də, təklifi verən Asəf Quliyev Təşkilat Komitəsinin 
sədri seçildi. O vaxt qaydamız belə idi ki, təklifi verənin özü 
qabağa düşürdü). Gizli təşkilat üzvləri onun təklifini çox qızğın 
şəkildə dəstəklədilər, Naxçıvan Respublikası üzrə Xalq Cəbhəsi 
rəhbərliyinin mütləq çoxunluğu gizli təşkilat üzvləri olduğu 
üçün bu təklif bütün Xalq Cəbhəsinin və  Cəbhənin fəaliyyəti 
səbəbinə də Naxçıvan əhalisinin ümumi işinə çevrildi. Təsadüfi 
deyildi ki, Sərhəd Hərəkatı  Təşkilat Komitəsinin on beş 
üzvündən on ikisi gizli təşkilatdan olanlar idi. Bünyamin bəy! 
Sən də o on iki nəfərdən biriydin və Babək bölgəsi üzrə 
sorumlu idin. Yaşadığın Nehrəm kəndində nə qədər adamın öz 
boynuna kəfən dolayaraq Sərhəd Hərəkatına qatılması təbii ki, 
heç vaxt yaddan çıxmaz...  
 
1989-cu il 26 dekabrda Naxçıvanda keçirilən mitinqdə 
Asəf Quliyev bildirdi ki, 31 dekabr saat 12.00-da sərhəd 
simlərini sökəcəyik və bundan sonra hər ilin 31 dekabrını 
Azərbaycan Türklərinin Milli Birlik və Milli Həmrəylik günü 
olaraq bayram edəcəyik. Bu sözlər indiki 31 Dekabr Milli 
Həmrəylik günü bayramımızın ilk elanı idi... 
  
Bünyamin 
bəy! Əbülfəz bəyin bizə sevdirdiyi “Orda bir 
yol var – uzaqda...” şeiri yadında olar. O yol bizim yolumuz idi 
və biz o yolu getdik də, o yola vardıq da! Elə bu gedişimiz, bu 
varışımız sonucu idi ki, Sərhəd Hərəkatı adı ilə tarixə düşən 
böyük bir olay – Bütöv Azərbaycan Yolunun ilk açıq kütləvi 
hərəkatı ortaya çıxdı  və bununla da gizli təşkilatımız öz işini 
uğurla başa çatdırdı, Bütövlük uğrundakı mübarizə dalğası 
Arazdan keçib Güneyi də etgiləməyə başladı...   
 Xatirələr baş alıb gedir və söz çox uzanır. On ildən artıq 
bir sürə boyunca görülmüş  təşkilatı  işlər, dostlarımız alma 
yığımından qayıtdıqdan sonra ortaya çıxan ilişmə  təhlükəsi, 
KQB qorxusu ilə üzləşmələrimiz, sənədlərimizin məhv 
edilməsi ilə bağlı dartışmalarımız, o taydan çap materialları  
Böyük Azərbaycan yolçusu 
 
 
44
gətirmələri üçün Culfa qatar  maşinistləri içərisində aparılan 
işin baş tutmaması, keçirdiyimiz çoxsaylı  tədbirlər, 
Azərbaycanın hansı formada birləşə biləcəyi ilə bağlı müzakirə 
və mübahisələrimiz, Təbrizə ilk və sonrakı  səfərlərimiz, 
Güneydəki fəaliyyətlərimiz və  nə  qədər başqa məsələlər var 
yazmağa. Ancaq qorxuram ki, bir az da dostlarla danışıb 
unutduqlarımı yada salsam, ya da gördüyümüz işlərin hamısı 
haqqında bildiklərimi yazmalı olsam, sənin  əlli illiyinə  həsr 
edilmiş kitab elə  mənim xatirələrimdən ibarət ola... Ona görə 
də, elə burada dayanır və bir daha səni ürəkdən təbrik edirəm.  
 
Dəyərli Bünyamin bəy! Əllinci ad günün qutlu olsun!  
 Bütövlük 
qibləsi Savalana gedən qutsal yolumuz 
mübarək!  İnanıram ki, mənzil başına yetdiyimiz gün də 
gələcək. Ulu Tanrıdan uğurlar diləyirəm!       
                                                              
                                                     Yöteburq, İsveç. 06.12.2013.    
 
 
 
 


Böyük Azərbaycan yolçusu 
 
 
45
 
 
 
 
ƏLİ ŞAMİL 
 
 
 
 
 
 
 
 
XALQ HƏRƏKATIMIZIN 
TƏMƏNNASIZ DÖYÜŞÇÜSÜ 
 
Peşəmlə bağlı olaraq  müxtəlif  sahələrdə çalışan  
insanlarla tez-tez görüşməli olurdum. Şairlər, yazıçılar, 
jurnalistlər, sənət və elm adamları arasında millətçi, vətənsevər, 
üsyankar insanlara daha çox rast gəlirdim. Onlar azadlıqdan, 
vətənin xilasından,  insanların xoşbəxt gələcəyindən toylarda, 
yeyib-içmək məclislərində gözəl nitqlər söyləyirdilər. 
Heyranlıqla onları dinləyir, onlarla qürur duyur, onlarla oturub 
durmağa, dostluq etməyə can atırdım. 
Elə ki, 1988-ci il gəldi, elə ki Rusiyanın təhriki ilə erməni 
separatçıları Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan  
qoparıb Ermənistan Respublikasına birləşdirmək istədilər onda 
tamam başqa bir mənzərənin  şahidi oldum. Gördüm ki, 
vətənsevər, millətçi, inqilabçı kimi tanıdıqlarımın  bir çoxu 
icazəli qəhrəmanlar imiş. Onlar bu işə etiraz səslərini 
ucaltmadılar. Küncdə-bucaqda danışsalar da, narazılıqlarını 
bildirsələr də  rəsmi toplantılarda, rəhbər vəzifəlilərin yanında 
Moskvanın buyruqlarını  təkrarladılar, hakimiyyətdəkilərin 
Böyük Azərbaycan yolçusu 
 
 
46
dediklərinə haqq qazandırmağa, neçə deyərlər onların 
əmirlərini xalqa sırımağa, milləti sakitləşdirməyə, etiraz 
dalğasını söndürməyə çalışdılar.  
Onlardan : “Nədən səsinizi ucaltmırsınız, nədən etiraz 
etmirsiniz ?” deyə  xəbər aldıqda isə sakitliklə “Biz mədəni 
ziyalılarıq, qaraguruh kimi hay-haray qopara bilmərik” 
deyirdilər. Xalqın ziyalı, millətin düşünən beyni, görən gözü 
kimi tanıdığı ziyalılar hakimiyyət orqanlarının təşkil etmədiyi 
toplantılara qatılmırdılar.  Özləri xalqın qarşısına çıxıb onu 
təşkilatlandırmaq  əvəzinə küncə-bucağa çəkilərək mitinqləri 
kənardan seyr edir, onu təşkil edənləri, çıxışçıları, 
savadsızlıqda, bacarıqsızlıqda ittiham edirdilər.  Ən cəsarətliləri 
mitinqləri kənardan seyr etməklə öyünürdü: “Mitinqlərə getdik, 
yumruq qaldırdıq” deməklə kifayətlənirdilər.    
Cəmiyyətdəki bölgüdən narazı qalanların da böyük bir qismi 
isə xalq hərəkatına qoşuldu. Onların bəzilərini vətən və  vətənin 
düşdüyü girdab o qədər də maraqlandırmırdı. Quruluşun 
dəyişməsini, Azərbaycanın əsarətdən qurtarmasını da istəmirdilər. 
İstədikləri toplumun gücündən yuxarılara təzyiq vasitəsi kimi 
istifadə edərək vəzifə almaq idi. 
Kiçik bir qrupun gücü ilə təşkil olunan mitinqlərə gələnlərin 
sayı isə çox olurdu. Hakimiyyətdən narazı  olan bu qüvvələrin 
maraq, istək və amalları  fərqli-fərqli idi. Onların çox az qismi 
Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasını, Avropa 
ölkələrindəki kimi dövlət qurulmasını, insan haqlarına  əməl 
edilməsini, rüşvətxorluğa, yaltaqlığa, saxtakarlığa qarşı  mübarizə 
aparılmasını,  gələcəkdə Araz çayı boyu uzanan sərhəddin aradan 
qaldırılmasını istəyirdi. Belə insanlardan biri də Bünyamin 
Qəmbərli idi.   
Bünyamin bəyi mən tanıyanda 23-24 yaşı olardı.  Bakıda 
institutu bitirib, doğulub boya- başa çatdığı Nehrəm kəndinə 
dönərək idman müəllimi işləyirdi. Mən də 1973-cü ildə Bakıda 
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə