Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə12/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
47
təyinatla Naxçıvandakı  “Şərq qapısı” qəzetində  işləməyə 
getmişdim.  İşimlə  əlaqədar Nehrəm kəndinə tez-tez gedirdim. 
Burada  çoxlu tanışım olsa da oturub-durduğum, necə deyərlər 
söhbətim tutanların sayı bir əlimin barmağını keçən  deyildi. 
1988-ci ildən isə onların sayı sürətlə artdı. Buna da səbəb xalq 
hərəkatı oldu. Hərəkatçılar arasında  mübariz,  əqidəsindən 
dönməyən, xalqının azadlığı  uğrunda canından keçməyə hazır 
olan insanlar gördüm. Onlardan biri də Bünyamin Qəmbərli idi. 
Bünyamin bəy tariximizi, ədəbiyyatımızı tanıdığım tarix, 
ədəbiyyat müəllimlərinin çoxundan gözəl bilirdi. Lakin bilgisi ilə 
heç vaxt da qürurlanmırdı. Necə deyərlər savadını gözə soxmağa 
çalışanlardan deyildi. Əksinə həmişə özünü qınayır, bilgisinin az 
olduğundan gileylənir, əlinə keçən sənədləri, kitab və məqalələri 
acgözlüklə oxuyurdu. 
Dövrün bir çox aydınları kimi yazılanlara kor-koranə 
inanmır, necə deyərlər daha çox bir təbliğat vasitəsi kimi baxırdı. 
Bu təbliğatın arxasında nə durduğunu aydın görürdü. Çox vaxt 
faktları  öz məntiqi və hissləri ilə  təhlil edirdi. Məqalə, kitab 
müəllifinin məşhur elm, mədəniyyət,  ədəbiyyat, yaxud dövlət 
adamı olması onu təsir altına salmırdı. Vətənin başı üzərini almış 
təhlükəni  aydın görürdü. Odur ki, yorulmaq bilmədən insanlarla 
görüşür, kiçik bir işartı gördüyü adamlarla dəfələrlə görüşür
söhbətləşir, ona kitablar, məqalələr aparmaqdan, oxuduqlarını 
birgə müzakirə etməkdən yorulmurdu.  Yaxşı bilirdi ki, təkbaşına 
heç bir iş görmək olmaz. Vətənsevərləri bir təşkilat  ətrafında 
birləşdirmək  lazımdır. Bunun üçün də əlindən gələni əsirgəmirdi. 
Gizli təşkilat quruculuğunda olduqca fəallıq göstərən, 
soydaşlarının maariflənməsi üçün müxtəlif formalar axtarıb tapan 
Bünyamin Qəmbərlinin bu fəallığı mühafizəkarları, mütiləri, qul 
psixologiyası ilə yaşayanları  və söz pəhləvanlarını heç də razı 
salmırdı. Bünyamin onlar üçün özündən razı, nihilist, neçə 
deyərlər axının  əksinə üzənlərdən idi. Belələri onun dediklərini,  
hərəkətlərini düzgün başa düşə və anlaya bilmirdilər.  Qəribəsi bu 
Böyük Azərbaycan yolçusu 
 
 
48
idi ki, onlar 5-6 il sonra Bünyamin Qəmbərlinin fikirlərini 
təkrarlayanda, neçə deyərlər onun söylədiklərinə müticəsinə əməl 
edəndə və onun istəklərini yerinə yetirəndə də Bünyaminə düşmən 
kimi baxır, yenə  də onun əleyhinə  çıxır, onu inkar etməyə 
çalışırdılar.  
1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq 
Cümhuriyyətinin üç rəngli bayrağını düzəltdirib təbliğ edəndə, 
məktəbdən, evlərin üstündə asanda, küçədə gəzdirəndə ona təzyiq 
göstərənlər sonralar həmin bayrağı öpərək başları üzərinə 
qaldırdılar və o bayrağın altında rüşvət toplamağa başladılar. 
Bünyamin isə o bayrağın daşıdığı ideyaya bağlı idi. Onun 
ucaldılmasında heç bir maddi marağı yox idi.  
O, 1988-1991-ci illərdə üçrəngli bayrağı  cıranlara, onun 
insanların başı üzərində dalğalanmasına əngəl olmağa çalışanlara 
qarşı necə münasibət bəsləyirdisə, indi də həmin bayrağın altında 
rüşvət toplayanlara, saxtakarlıq edənlərə  həmin cür münasibət 
bəsləyir.  
Zaman Bünyamin Qəmbərlinin haqlı olduğunu sübut edirdi. 
Amma ona qarşı duranlar yenə də bunu görmək istəmirlər. 
Bünyamin Qəmbərli və onun kimi azsaylı  vətənsevər gizli 
dərnək üzvlərinin zəhməti öz bəhrəsini verdi. Yaratdıqları dayaq 
dəstələri qanunsuz da olsa açıq fəaliyyətə keçdilər. Bu gücə qarşı 
hakimiyyət orqanları dura bilmirdilər. Lakin onları rəsmi şəkildə 
tanımaq da istəmirdilər. Özlərini görməməzliyə, eşitməməzliyə 
vurur, keçirilən mitinqlərin qətnamələrini bir küncə atır, onları 
hətta qeydiyyata almağa belə cəsarət etmir, yuxarıdan göstərişlər 
gözləyirdilər.  
Xalq cəbhəsi  ətrafında toplaşanlar isə soydaşları olan 
hakimiyyət nümayəndələri ilə onların özləri kimi sərt davranmır, 
mübarizəni dinc yolla aparırdılar. Xalq cəbhəsinin tanınması üçün 
hökumətə edilən rəsmi müraciətə onminlərlə imza toplanmışdı. 
Bu imza toplanması kompaniyasında nehrəmlilər birinci idilər. 
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qarşısında 


Böyük Azərbaycan yolçusu 
 
 
49
keçirilən üç günlük kütləvi aclıq aksiyasının təşkilat komitəsinə 
Bünyamin Qəmbərli rəhbərlik edirdi. 1989-cu ildə Naxçıvanda 
Xalq Cəbhəsinin birinci konfransının keçirilməsində necə  fəallıq 
göstərirdisə, Araz boyu çəkilmiş, Azərbaycanı ikiyə bölən sərhəd 
məftillərinin sökülməsində də həmin fəallığı göstərirdi. 
O, həm təkliflər verir, həm təkliflərin həyata keçirilməsi üçün 
adamları  səfərbərliyə alır, həm də xalq cəbhəsinin qəbul etdiyi 
qərarların icrasında sıravi bir üzv kimi iştirak edirdi. 1989-cu ilin 
noyabrında Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı 
məclisində Azərbaycanı ikiyə bölən tikanlı  məftillərə etiraz 
kompaniyası müzakirə ediləndə ən çox fəallıq göstərənlərdən biri 
də Bünyamin Qəmbərli oldu. Tikanlı  məftillərə etiraz əlaməti 
olaraq Araz qırağında dəfələrlə kütləvi mitinqlər təşkil edildi. 
Mitinqlər bir nəticə verməyəndə  sərhəd məftilləri sökülənədək 
çadırlar quraraq orada qalmağı  qərarlaşdırdılar. Etirazın bu 
formasının baş tutacağına nə sərhədçilər, nə partiya-sovet işçiləri, 
nə xüsusi xidmət orqanlarının əməkdaşları, nə də bəzi cəbhəçilər 
inanırdılar. Çünki Naxçıvan kimi qışı  sərt keçən bir yerdə  qışın 
ortasında qızdırılması mümkün olmayan çadırlarda yaşamaq 
bilərək ölümün ağuşuna atılmaq demək idi. Naxçıvanlı  gənclər 
bunu etdilər. Bünyamin Qəmbərlinin rəhbərlik etdiyi Nehrəm 
dayaq dəstəsinin üzvlərinin dözümü Moskvadan gələn jurnalistləri 
də, generalları da heyrətə salmışdı.  
Bünyaminin o dövrdə jurnalistlərin verdiyi suallara cavabları, 
generallarla, rəhbər partiya-sovet işçiləri ilə söhbətləri xalqımızın 
mübarizə tarixinin ən  şərəfli səhifələrindəndir. Bunun üçün 
Moskvada çap olunmuş qəzet və jurnallara baxmaq kifayət edər. 
Sərhəd boyundakı tikanlı  məftillər söküləndən sonra 
vəziyyətlə yerindəcə tanış olmaq üçün Sov.İKP MK katibi 
Girenko, SSRİ Millətlər Sovetinin sədri Nişanov, SSRİ Dövlət 
Təhlükəsizliyi Komitəsinin bir neçə generalı, Sov.İKP MK-nın 
işçiləri, Azərbaycan KP MK-nın birinci katibi Vəzirov 1990-cı 
ilin yanvarın 5-də Naxçıvana gəlmişdilər. Onları  gətirən qatarın 
Böyük Azərbaycan yolçusu 
 
 
50
qarşısının Qızılvənd dəmiryol stansiyasında nehrəmlilər tərəfindən 
kəsilməsi və orada olan söhbətlər ayrıca bir mövzudur.   
Qəribəsi bu idi ki, gizli təşkilatın  ətrafında birləşənlərin bir 
qismi rəhbərliyə seçilmək üçün dəridən qabıqdan çıxırdılar. Onları 
seçməyənlərdən inciyir-küsür, narazılıqlarını bildirirdilər. 
Bünyamin isə seçilməyə, rəhbər heyətə düşməyə can atmırdı. 
Amma həmişə onu seçir, ona etimad göstərirdilər. Bu seçimlər də 
nə pul, nə var dövlət, nə şöhrət qazandırırdı, əksinə əzab-əziyyət, 
yuxusuz gecələr, yorğunluq, ailənin onsuz da az olan büdcəsindən 
kəsib ümumi işə  xərcləmək, təqib və  təhqir olunmaq, hətta 
həyatını təhlükə altında qoymaq vardı. Buna baxmayaraq vətən və 
millət sevgisi Bünyamini və Bünyaminkimilərini məmnunluqla bu 
işi boyunlarına götürməyə vadar edirdi.   
Təmənnasız vətəni və milləti üçün iş görmək istəyən belə 
insanların haqqında dedi-qodu, şər-şamata yaymaqdan belə 
çəkinmirdilər.Buna bir misal çəkəcəm. 1990-cı ilin 20 yanvar 
hadisələrindən sonra Xalq Cəbhəsinə axın edənlər, ona maddi 
yardım göstərənlər olduqca çoxalmışdı. Çünki, 1918-1920-ci 
illərdə rusların yardımı ilə erməni silahlı  dəstələri naxçıvanlı 
müsəlmanlara hansı divanlar tutduqları, onların qəddarlıqları 
yaddan çıxmamışdı. 
Bir az keçmədi ki, hər yerdə dedi-qodu yayılmağa başladı ki, 
cəbhəçilər yedi-dağıtdı! “Yedi-dağıtdı”  şayələrində Bünyaminin 
adının da çəkilməsi məni çox üzürdü. Çünki, Bünyamin Qəmbərli 
cəbhəçilər arasında  ən gözü-könlü tox olan birisi kimi tanınırdı. 
Nehrəm kəndindəki Xalq Cəbhəsinin dayaq dəstəsi də ən güclü və 
mütəşəkkil bir təşkilat idi. Naxçıvan şəhərində keçirilən mitinqlər 
çox vaxt nehrəmlilər gəlməmiş baş tutmurdu. Çünki onların sıx 
birliyini heç bir milis dəstəsi, hökumət məmuru poza bilmirdi.  
Rusların təhriki ilə erməni silahlı dəstələri Kərkiyə, Sədərəyə 
basqın edəndə  də müdafiə  xəttinin önündə  həmişə nehrəmliləri 
görmək olurdu. Partiya-sovet işçiləri də, milislərin bir çoxu da 
onlarla qürur duyduqlarını söyləyirdilər. Belə bir vəziyyətdə 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə