Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə20/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
81
Cəbhəsi həm çox güclü idi, həm də orada etibarlı  dostlar çox 
idi.  Heç vaxt yadımdan çıxmaz, cəbhəçi dostlarım məni gizli 
surətdə yük təyyarəsində Bakıdan Naxçıvana yola saldılar. Yük 
təyyarəsində bir çox şeylər vardı,- kitablar, qəzetlər və s.. Mən 
də kitablara, qəzetlərə baxa-baxa çatdım Naxçıvana. Sağ 
olsunlar, məni Naxçıvandakı  cəbhəçi dostlarımız qarşiladı. 
Oradan birbaşa getdik Naxçıvan AXC - nin qərargahına. 
Oradakı  İdarə Heyyətinin üzvləri ilə görüşdük.  İlk dəfə 
Bünyamini orada görüb tanış oldum.  Orada vəziyyəti müzakirə 
elədik və  cəbhəçi dostlarım  belə  qərara gəldilər ki, mənim 
təhlükəsizliyim üçün bir müddət yarımgizli formada Nehrəmdə 
qalım. Nehrəm kənd olmağına baxmayaraq həm cəbhə burada 
çox  güclü idi, həm də deyilənə görə Nehrəm kəndinin insanları 
çox mərd, etibarlı və cəsur insanlardı. Mən ilk gündən gördüm 
ki, Nehrəm kəndi haqqında deyilənlər doğrudur. Həqiqətən də 
nehrəmlilərin və o cümlədən Bünyaminin ailəsinin necə 
səmimi, qonaqpərvər, açıqürəkli olmaqla yanaşı, necə  mərd, 
cəsarətli və etibarlı olduğunu gördüm. Bünyaminin qoca anası 
məni doğma övladı kimi qəbul elədi və  mən orada yaşadığım 
müddətdə onu  öz anam kimi sevdim. Hətta bəzən başımı 
dizinə qoyurdum və o da məni doğma balası kimi oxşayırdı. 
Bünyaminlə bir çox siyasi məsələdə tez-tez dartışmağımıza, 
hətta bəzən çox sərt mübahisələr etməyimizə baxmayaraq mən 
orada yaşadığım müddət Bünyamingilin  ailəsinə elə alışdım ki, 
ailənin hər bir üzvünü özümə doğma bacı – qardaş hesab 
edirdim. 
        Naxçıvanda olarkən mənə çox tez müddətdə aydın 
olduki, Azərbaycan Xalq Hərəkatının  əsas hərəkətverici 
qüvvəsi və sükanı Naxcıvan xalqı  və o cümlədən Nehrəm 
camaatıdır. Heç yadımdan çıxmaz ki, dəfələrlə    Naxçıvanda  
hökumət məsulları  tələblərə soyuq yanaşıb, istəklərə  məhəl 
qoymayıb, amma Bünyamin və ya nehrəmlilər gələndən sonra 
məmurlar ehtiyatlı davranıb, təşvişlə  məsələləri həll etməyə 
Böyük Azərbaycan yolçusu 
 
 
82
çalışıblar. Həqiqət naminə deyə bilərəm ki, Nehrəm camaatı 
olduqca cəsarətli və prinsipial insanlardı.  O dövrdə bütün ov 
tüfənglərini camaatdan yığmaqlarına baxmayaraq, ermənilər 
Sədərəyə  və başqa kəndlərə hücum edəndə camaat da dədə-
babalarından qalma köhnə paslı  qılıncı, qəməsi, bir sözlə  nəyi 
vardısa onunla silahlanıb, təpədən dırnağa silahlanmiş 
ermənilərlə döyüşə gedirdilər. Bünyaminin də o dövürdə 
‘’əldəqayırma’’ bir tapancasi vardı ki, 25 – 30 metr məsafəni 
ancaq vururdu. Bununla belə Bünyamin cox sevinirdi ki, 
ermənilərlə döyüşməyə onun silahi var. Ümumiyyətlə Nehrəm 
camaatında orta və ikiüzlü adam yoxdu. Ya lap yaxşı  və 
səmimidir, ya da pis adamdı. O pislərin sayi çox azdı və adətən 
onların adlarının əvvəlində ya sonunda ləqəbi olur.  
        Mən Nehrəmdə olarkən, Sədərəyə ermənilərin hücumu 
xəbəri Nehrəmə çatdı. Bir saat içində mindən yuxarı qocalı-
cavanlı  əllərində    “əldəqayirma’’ silahlarla, köhnə qilinclarla 
cəbhə  qərargahının qarşısına yığışdılar və  mən orada 
Bünyaminin çox yaxşı bir sərkərdə olduğunu və camaatın ona 
necə sədaqətlə inandığının şahidi oldum. Hətta yaşli bir kişinin 
camaatın icindən  ALLAHU ƏKBƏR, BÜNYAMİN 
RƏHBƏR—sədaları ile irəliyə keçdiyini gördüm. O kişinin bu 
şüarı mənə İran-İraq müharibəsinin şüarlarından birini  xatırlat-
dı: -ALLAHU  ƏKBƏR-XUMEYNI RƏHBƏR. Tarixçilərdən 
eşitdiyim 1918-ci ildəki, Nehrəm  camaatının erməni  
Andranikin qoşunlarının qarşısında necə mərdliklə, cəsarətlə və 
qətiyyətlə müqavimət göstərməkləri bir daha mənə sübut oldu. 
1990-cı ildə ermənilər Qarabağın  işğalından  çox Naxçıvanın 
işğalını  düşünürdülər və mütəmadi olaraq Naxçıvan kəndlərinə 
hücum edirdilər. Görünür onlara da sübut oldu ki, belə bir 
xalqın torpağını  əlindən almaq heç də asan deyil ve sonradan 
ermənilər hücumu Qarabağdan etməyi planlaşdırdılar.  
       O  zaman    Azərbaycan  Ali Məclisinə  deputat seçkiləri  
idi. Nehrəmdən Bünyaminin namizədliyi  irəli sürülmüşdü. 


Böyük Azərbaycan yolçusu 
 
 
83
Lakin  sonradan  rəhmətlik Heydər Əliyevin də namizədliyinin 
verilməsi məsələsi ortaya çıxdı. O vaxt Xalq Cəbhəsində  həm 
Bakıda və  həm də Naxçıvanda H.Əliyevin seçilməsinin vacib 
olduğu fikri vardı. Uzun müzakirələr gedirdi. Heydər  Əliyevi 
elə yerdən namizəd vermək lazım idi ki, onun seçilməsinə heç 
kim mane ola bilməsin. Cəbhənin ən güclü olduğu yer Nehrəm 
idi. Burdan da Bünyaminin namizədliyi vardı. O zaman Bünya-
min öz namizədliyini geri götürüb Heydər  Əliyevin namizəd-
liyinin verilməsini dedi və Heydər  Əliyevin namizədliyi Neh-
rəmdən verildi. Azərbaycan hakimiyyəti Heydər Əliyevə qarşı 
olduğundan seçkilər zamanı rəhmətlik Heydər Əliyev camaatla 
görüşə gələndə Bünyamin şəxsən özü H.Əliyevin mühavizəsini 
təşkil edərək, onu xoşagəlməz hadisələrdən qorumağa çalışdı. 
Beləliklə  Heydər  Əliyev Azərbaycana, Bünyamin isə Nax-
çıvana Nehrəmdən deputat seçildilər.   
       Sonradan  Azərbaycanın müstəqilliyi, azadlığı  və bütöv-
lüyü uğrunda mübarizə aparanların  əksəriyyəti, xüsusi ilə 
Naxçıvan cəbhəçiləri çox ciddi basqı və sıxıntılar yaşadı. Onla-
rın əksəriyyəti Elçibəy hakimiyyətdən gedəndən sonra  həbsxa-
nalara atıldı. Düzdür  məni də    Nehrəm keçid məntəqəsində 
tutub İrana təhvil verdilər və çox ciddi  acılar yaşadım. Amma 
Bünyaminin 1996-cı ildə  həbs olunması  mənə daha çox pis 
təsir elədi. Çünki Bünyaminin Heydər  Əliyevin deputat 
 
seçilməsində bir elə  əməyi olduğu halda saxta ittihamla həbs  
olunması çox ağır gəldi mənə. Bir müddət sonra mən yenidən 
Bakıya qayıtdım, Bünyamin isə  həbsdən çıxdı  və bizim 
dostluğumuz yenə davam edir. Bu gün  biz hər görüşəndə 
1990-cı illərdəki kimi keçmişdən, hərəkat dövründən
dostarımızdan tutmuş bugünkü hadisələrə qədər çox məsələləri 
müzakirə edir, bəzən isə  əvvəllər olduğu kimi çox sərt 
mübahisələr edir və hətta savaşırıq. Yeri gəlmişkən qeyd edim 
ki, Bünyamin çox küsəyəndi. Adi şeydən o dəqiqə inciyib 
küsür. Hər il azı 4-5 dəfə məndən küsür və hər dəfə də mən onu 
Böyük Azərbaycan yolçusu 
 
 
84
danışdırıb barışıram. Amma burdaca deyirəm ki, 50 yaşından 
sonra  bir də küssə bu dəfə daha mən barışan deyiləm, zəhmət 
çəkər özü gələr barışarıq. Bütün bunlara baxmayaraq biz 
həqiqətən  çox yaxın dostuq. Ancaq mən qətiyyətlə deyə 
bilərəm ki, Bünyamin çox məsələlərdə  geri çəkilsə də, güzəştə 
getsə  də  heç güzəştə getmədiyi məsələ milli məsələ  və 
dövlətçilik məsələsidir.  
       Bu  yazını yazmağımın, xatirələri yenidən yaşamağımın 
əsas səbəbi Bünyaminin 50 yaşı ilə bağlı kitab hazırlanmasıdır. 
Mən 50-ci doğum günündə əziz və yaxın  dostum Bünyaminə 
ən xoş arzularımı bildirir və ona tezliklə ən böyük arzusu olan 
Bütöv Azərbaycanı görməyi arzulayıram. 
 
 
 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə