Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
69
 
 
 
 
TEYYUB QƏNİOĞLU 
 
İ.e.d.,prof. 
BAXCP Ali Məclisinin sədri
 
 
 
 
 
 
 
İNANDIRMAĞI  BACARAN SİYASƏTÇİ 
 
Mən Bünyamin Qənbərlini Azərbaycanın müstəqilliyi, 
ölkəmizdə azad, ədalətli, demorkatik, insanın insan kimi 
yaşamasını  təmin edəcək cəmiyyət quruculuğu uğrunda bir 
mübariz, vətənpərvər kimi tanımağıma baxmayaraq onunla 
ciddi təmaslarım olmamışdı. Son dövrlər  ərzində BAXCP-də 
birgə fəaliyyətimiz zamanı Bünyamin bəyin həm insan, həm də 
siyasətçi kimi bir sıra müsbət keyfiyyətlərə  malik olduğunu 
məmnunluqla hiss etmişəm. Bünyamin bəy öz işini dərindən 
bilən, təşəbbüskar, yenilikçilik qabiliyyətinə malik olan, 
özünün baxışlarını  və fikirlərini həmsöhbətinə  səmimiyyətlə 
izah etməyi, onu gətirdiyi ciddi arqumentlərlə    inandırmağı  
bacaran siyasətçidir. Bünyamin bəy kifayət qədər yüksək 
təşkilatçılıq qabiliyyətinə, bacarığına malikdir və bunu 
BAXCP–nın təşkilati məsələlər üzrə katibi vəzifəsində işlədiyi 
qısa müddət ərzində sübut etmişdir.  
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan-
da konstruktiv müxalifətçiliyin əsasını qoyan, öz fəaliyyətində 
Böyük Azərbaycan yolçusu 
 
 
70
ölkəmizin milli-dövlətçilik maraqlarını əsas tutan az saylı siyasi 
partiyalardan biri və mübaliğəsiz demək olar ki, ən birincisidir. 
BAXCP-nin amalı dövlətimizin  ərazi bütövlüyünün təmin 
edilməsi, süverenliyinin qorunması, ölkəmizdə qanunların 
aliliyinə  əsaslanan demokratik cəmiyyətin qurulması  və 
Azərbaycanın BÜTÖVLÜYÜ uğrunda mübarizədir. BAXCP 
tarixən Azərbaycana qarşı edilən haqsızlıqları, ərazisinin parça-
parça bölünməsini, Azərbaycan türklərinin bir-birindən ayrı 
salınmasını, ölkəmizə qarşı  tətbiq edilən ikili standartları çox 
yaxşı görür. Eyni zamanda, BAXCP öz fəaliyyətində reallığın 
nəzərə alınmasını, hər zaman kəsiyində mümkün olanın 
reallaşdırılmasını, ölkəmizə qarşı tarixən baş verən 
ədalətsizliklərin mərhələ-mərhələ aradan qaldırılmasını, yaxın 
gələcəkdə dünya azərbaycanlılarının mənəvi bütövlüyünün, 
beynəlxalq hüqüq normaları əsasında Azərbaycanın ərazi bütö-
vlüyünün təmin edilməsini əsas götürür və bu istiqamətdə əzm-
lə çalışır. BAXCP Azərbaycanımızın qarşılaşdığı problemlərin 
həlli istiqamətlərində, siyasi baxışlarından asılı olmayaraq, 
ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrlə əməkdaş-
lıq etməyə hazırdır.   
Təbiidir ki, bu istəklərin daşıyıçısı olan Bünyamin bəy 
BAXCP yaradılarkən kənarda qala bilməzdi və qalmadı da! 
BAXCP-nin formalaşmasında, onun ideya və baxışlarının cə-
miyyətə  təqdim edilməsində, partiya strukturlarının fəaliyyəti-
nin təşkilində və tənzimlənməsində Bünyamin bəyin kifayət qə-
dər xidmətləri olmuşdur.   Əminliklə demək olar ki, Bünyamin 
bəy bundan sonra da BAXCP-nin qarşısında duran məsələlərin 
həllində yaxından iştirak edəcək, öz bilik və bacarığını 
əsirgəməyəcəkdir!  
 
Mən Bünyamin bəyi 50-ci doğum  günü münasibəti ilə 
ürəkdən təbrik edirəm, ona möhkəm can sağlığı, sevdiyi insan-
larla birlikdə xoşbətxlik, işlərində müvəffəqiyyət arzulayıram!    


Böyük Azərbaycan yolçusu 
 
 
71
 
 
 
 
VAQİF  ABIŞOV 
 
BAXCP-nin katibi,t.e.n
 
 
 
 
 
 
 
 
MƏNİM TANIDIĞIM BÜNYAMİN BƏY 
 
1920-ci ilin aprelin 28-də öz müstəqilliyini müvəqqəti 
itirən Azərbaycan xalqı  həmişə dövlət müstəqilliyinin bərpası 
uğrunda mübarizə aparmışdır. Bu mübarizənin davamı 1988-ci 
ildə yenidən başlamış  və 1991-ci ilin oktyabrın 18-də dövlət 
müstəqilliyimiz bərpa olunmuşdur. 
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı  əvvəlcə 
ərazi iddiası, sonra isə  hərbi təcavüzə başlaması xalqın bir 
yumruq kimi birləşməsinə  səbəb oldu. Belə bir vaxt 
Azərbaycanın hər yerində kütləvi hərəkat başladı. Bu hərəkat 
1990-cı ildən başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin 
bərpası uğrunda mübarizə ilə yeni bir mərhələsinə daxil oldu. 
Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda da 
milli-azadlıq hərəkatı geniş vüsət almışdır. O vaxtlar indiki 
kimi rabitə  əlaqələri geniş deyildi. Ona görə  də  hərəkatda 
iştirak edən insanların, xüsusilə  hərəkatın aparıcı  şəxslərinin 
bir-birlərini yaxından tanımaları çətin idi. Lakin hərəkat özünün 
Böyük Azərbaycan yolçusu 
 
 
72
yüksələn xəttilə getdiyi zaman ayrı-ayrı  şəxslər tanınmağa və 
kütlələri öz arxasınca aparmaq bacarığı olduğunu göstərməyə 
başlamışdır. Belə bacarıqlı şəxslərdən biri Bünyamin bəy idi. 
Ümumiyyətlə, Bünyamin bəy Naxçıvanda olduğu 
müddətdə buranın-Bakının ictimai-siyasi həyatında fəal iştirak 
edən şəxslərdən biri olmuşdur. 
Mən Bünyamin bəyi 1988-ci ildə Azərbaycanda milli-
azadlıq hərəkatı başlayandan sonra, əvvəlcə qiyabı, hərəkatın 
sonrakı mərhələsində isə daha yaxından tanımağa başladım. 
Bünyamin bəy sərhəd dirəklərinin sökülməsi prosesində, 
həmin dövrlərdə Naxçıvanda keçirilən kütləvi aksiyaların 
təşkilində yaxından və fəal iştiak etmişdir. 
Bəzən insanlar bir işi görəndə gördüyü işin müqabilində 
müəyyən təmənna güdür. Lakin Bünyamin bəy 1988-ci ildən 
başlanan hərəkatın iştirakçısı kimi təmənna ummadan, bütün 
varlığı ilə mübarizə aparmışdır. Həmin vaxtlar mən, Xalq 
Cəbhəsinin Lənkəran şöbəsində fəaliyyət göstərirdim. Təşkilati 
işlərlə  əlaqədar tez-tez Bakıya gəlməyim Bünyamin bəy 
haqqında bilgilərimin artmasına, onu daha yaxından 
tanımağıma səbəb oldu. 
BAXCP-də 12 il siyasi fəaliyyət göstərən Bünyamin bəy 
partiya rəhbərliyinin etimadını qazanmışdır. Partiyada uzun 
müddət fəaliyyətini və təşkilati işlərdə təcrübəsini nəzərə alaraq 
Bünyamin bəy Təşkilati işlər üzrə katib təyin olunmuşdur. 
Bünyamin haqqında onu deyə bilərəm ki, o, sadə, 
zəhmətkeş, halal zəhmətilə dolanan, dostluğun qiymətini bilən, 
bütöv Azərbaycan torpağını  dərindən sevən, onun azadlığı 
uğrunda yorulmaq bilmədən çarpışan insanlardandır. 
Bünyamin bəy uzun müddətdən bəri mübarizə 
meydanlarında uğrunda mübarizə apardığı Azərbaycanın  ərazi 
bütövlüyü və son məqsəd olan bütöv Azərbaycan ideyasının 
əsas daşıyıcılarından biridir. Bu yolda Bünyamin bəyə siyasi 
iradə və son həddə çatmaq mübarizliyi arzulayıram. 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə