Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə25/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
105 
 
 
   
MƏHƏMMƏD CƏFƏR 
OĞLU MƏMMƏDLİ 
 
Tələbəsi 
 
              
 
 
 
 
 
Mən azadlıq cəbhəsində bir fədai əsgərəm, 
Çün azadlıq istiyirəm, bir də azad bir Vətən! 
Qoy səngərlər evim olsun, dağlar başı məskənim, 
Quzğunlardan, bayquşlardan təmizlənsin gülşənim! 
Qoy gül açsın bundan sonra çəmənlərdə nəstərən
Çün azadlıq istiyirəm, bir də azad bir Vətən!                                                                                 
                           Səhənd 
 
1986-cı il Sovet imperiyasının milli ruhlu, azadlıq 
yanğısını ürəyində  gəzdirənləri amansız təqib etdiyi ildə tanış 
olduq. O zamanlar əlbəttə ki, tam olaraq milli kimlik və Vətən 
haqda açıq fikirlər deyilməsə  də Bünyamin müəllimin hələ 
həyata təzə  qədəm qoyan 3-cü sinif şagirdi ilə maraqlanması 
milli ruhu aşılaması sonradan kimliyin tanınmasında çox 
əhəmiyyətli idi.  
Çox ehtiyatla: - Şah  İsmayılı tanıyırsanmı? sualına 
çiyinlərimi çəkmişdim.  Əvəzində bir gün sonra qəribə  də olsa 
“mükafat” – Fərman Kərimzadənin “Xudafərin körpüsü” 
kitabını almışdım. Al, oxu! Şah  İsmayılın kim olduğunu 
Böyük Azərbaycan yolçusu 
 
 
106
bilərsən, demişdi mənə. Sonradan bu kitab həyatıma işıq 
olacaqdı. Nəinki  Şah  İsmayılı tanıyacaq böyük ulusumun 
görkəmli  şəxslərini məhz Bünyamin müəllimin sayəsində 
tanıyıb, sevəcəkdim. Onun zəngin kitabxanası sanki Vətən 
tarixinin səhifələri idi. Hər səhifə isə bir başqa dünya. 
Beləcə başladı tanışlığımız.  
Sonradan milli azadlıq hərəkatı geniş vüsət aldı.  Əlbəttə 
ki, artıq Bünyamin müəllimin  ətrafında demək olar ki, hər 
təbəqə  və yaşda adamlar vardı. Xüsusən Bünyamin müəllimin 
məktəbdəki  şagirdlərlə yorulmadan apardığı davamlı  təşviqat 
işləri bir çoxlarının həyatında dönüş yaratdı. Yadıma gəlir hələ 
5-ci sinifdə oxuyanda sinifimizin “Fədailər” divar qəzeti də 
məhz Bünyamin müəllimin tövsiyyə  və tapşırıqları ilə  çıxırdı. 
O qədər həvəsli idik ki, sinif yoldaşlarımızdan birinin atasının 
evdəki çap makinasında onu çap variantında hazırlayardıq. 
Başqa bir sinif isə “Qızılbaşlar” adlı divar qəzeti çıxarırdı. 
Milli ruhun, özünüdərkin və kimliyin şagirdlərə aşılanma-
sında Bünyamin müəllim bütün günü yorulmadan çalışırdı. Bu 
gün təqvimimizə bayram kimi çox sonralar salınan, bəzilərinin 
isə hələ də salınmadığı bayramlarda tədbirlərin təşkil edilməsi 
və demək olar ki, məhz milli oyanışa xidmət edən  şeirlərin, 
mahnıların həmin tədbirlərdə ifası buna nümunədir. Yuxarıda 
Səhəndin həmin tədbirlərdən birində dediyim  üçün yadımda 
qalan və sonralar həyat himnimə çevrilən misralarıdır. 
Bu gün də Bünyamin müəllim Vətən və dövlət qarşısında 
əsl vətəndaş borcunu yerinə yetirir. Neçə-neçə  tələbənin 
gələcək fəaliyyətinə işıq saçır.  
Bünyamin müəllim haqqında çox danışmaq, çox yazmaq 
olar. Bünyamin müəllim sözün əsl mənasında MÜƏLLİMDİR. 
Vətən sevgisini, millət eşqini məndə oyatdığınıza görə Sizə 
minnətdaram əziz MÜƏLLİMİM. 
Əziz müəllimim, 50 yaşınız mübarək! 50 yaş  nədir ki, 
hələ Sizin Bütöv Azərbaycanı görmək arzunuz var. Arzu 


Böyük Azərbaycan yolçusu 
 
 
107 
edirəm ki, sizin 51 yaşınızı Cıdır düzündə, 52 yaşınızı Şuşada, 
53 yaşınızı Göyçə mahalında, 54 yaşınızı Borçalıda, 55 yaşınızı 
Dərbəndin Narınqalasında, 60 yaşınızı Təbrizdə - Ərk qalasının 
ətəyində keçirmək şərtilə 100 yaşınızı qeyd edək inşallah. Sizə 
ehtiyacı olan hələ neçə-neçə  tələbə var. Bu müqəddəs yolda 
Sizə  uğurlar diləyərək, Tanrıdan möhkəm can sağlığı  və uzun 
ömür arzulayıram! 
Nə yaxşı ki, varsınız! 
 
                                                      Sonsuz hörmət və ehtiramla 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
108
 
ÞZÖNDßN GÞRÖNßN ÞMÖR 
 
      ÖZLÜYÜM (Tərcümeyi-halım) RƏQƏMLƏRLƏ 
 
        Anam  Lala  Əli qızı  məni 1964-cü il martın 20-də 
(Nehrəmdə buna Bayram ayı deyirlər) plovu süzüb dəmə 
qoyduqdan sonra dünyaya gətirib. Evin sonbeşiyi  olmuşam. 
        1969-cu il dekabrın 31-də dədəm Kərbəlayi Nağdalı Hacı 
Nəzəralı oğlu ALLAHIN rəhmətinə qovuşub. 
        1971-ci ildə Nehrəm kənd C. Məmmədquluzadə adına orta 
məktəbin I sinfinə getmiş,1981-ci ildə  həmin məktəbin X 
sinfini bitirmişəm. 
        1980-ci  ildə X sinifdə oxuyarkən Naxçıvanda fəaliyyət 
göstərən gizli təşkilata üzv qəbul olundum. 
        1981-ci  ildə Sergey Mironoviç Kirov adına Azərbaycan 
Dövlət Bədən Tərbiyə İnstitutuna qəbul olmuş, 1985-ci ildə isə 
həmin institutu bitirmişəm. 
        1985-ci ildə Babək rayon Nehrəm kənd 8-illik məktəbində 
müəllim kimi fəaliyyətə başlamış  və 1996-cı ilə  qədər həmin 
məktəbdə (1987-ci ildə orta məktəbə çevrildi) işləmişəm. 
       1990-cı ildə Nehrəm kəndindən Naxçıvan MSSR Ali 
Sovetinə (1990-cı il noyabrın 17-dən Naxçıvan MR Ali 
Məclisi) deputat seçildim. 
       1991-ci ildə evləndim. 
       1993-cü  ildə ilk övladım dünyaya gəldi. Adını  Əbülfəz 
Elçibəy (Allah rəhmət eləsin) Bayxan qoydu. Amma Bayxan 
beş aylığında dünyasını dəyişdi. 
       1995-ci ildə ikinci övladım dünyaya gəldi və anamın adını 
qoydum. 
       1996-cı ildə Azərbaycan Respublikasının o vaxtkı Cinayət 
Məcəlləsinin 220-ci maddəsinin I hissəsi (qanunsuz silah 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə