Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
97
 
 
HEYDƏR  OĞUZ 
 
“Ədalət” partiyasının sədr 
müavini, şair, publisist 
 
 
 
 
 
 
ŞƏRƏFLİ BİR ÖMRÜN YARIMƏSRİ 
 
           Zaman  insan  hafizəsinin silgisidir. Uşaqlıqdan bəri 
yaddaşa toplanan acılı-şirinli xatirələr bir müddətdən sonra 
beynindən silinib gedir, öz yerini yeni anılara buraxır. İnsanın 
ən dogma  xatirələri  ən uzun yaşayanlardır. Uşaqlıqdan bəri 
beynində qoruduğun hadisələr ömrünün axırına qədər sənə 
yoldaşlıq edirsə, sevinməyə dəyər. Deməli, sən də yaşayıbsan. 
Uşaqlıqda tanıdığın insanlarla üz-üzə  gələndə oturub keçmiş 
günlərini xatırlayırsansa, deməli, özünə yaxşı dost, sirdaş 
tapıbsan.  
          Etiraf  edim  ki,  mən bu sarıdan bəxti gətirənlərdənəm. 
Hələ 11 yaşımdan məşğələlərinə getdiyim ədəbi yaradıcılıq 
dərnəyində tanış olduğum bir çox dəyərli şəxsiyyətlərlə bu gün 
də görüşür, hal-əhval tutur, ölkəmizdə baş verənləri birgə 
müzakirə edir və yaşanan olayları keçdiyimiz yolun 
konteksindən dəyərləndirməyə çalışıram.  Ən çox görüşdüyüm 
insanlardan biri, bəlkə də birincisi Bünyamin Qəmbərlidir. 
           Bünyamin  məndən 5 yaş böyükdür. Bu günün 
nəzərləriylə baxanda bu yaş  fərqi o qədər də çox görünməyə 
bilər. Fəqət bir də 11 yaşlı  uşaqla ondan 5 yaş böyük birini 
Böyük Azərbaycan yolçusu 
 
 
98
müqayisə edəndə bu fərqin düşünüldüyü qədər də az olmadığı 
məlum olur.  
           Onunla 
ilk 
tanışlığımız bərabər məşğələlərinə 
qatıldığımız  ədəbi yaradıcılıq dərnəyində olub. Sovet 
hakimiyyətinin qılıncının dalı da, qabağı da kəsdiyi bir 
zamanda məşğələlərində iştirak etdiyimiz dərnək bir növ leqal 
struktur içində  fəaliyyət göstərən gizli təşkilatdı. Daha aydın 
təbirlə desəm, adı ədəbi yaradıcılıq dərnəyi olsa da o, istedadlı 
azyaşlı  vətənpərvərləri öz ətrafında toplayıb gələcəyin milli 
məfkurəli gəncləri, kadrları kimi yetişdirməyi hədəf almışdı. 
Etiraf etməliyəm ki, bütün keşməkeşlərlə, qarşılaşdığı 
problemlərə baxmayaraq ədəbi sözü gedən  ədəbi yaradıcılıq 
dərnəyi qismən də olsa öz hədəfinə çata bildi. Bu gün 
Azərbaycan siyasi arenasında öz dəsti-xəttilə seçilən bir çox 
siyasətçinin ortaya çıxmasında hardasa 30-35 il əvvəl fəaliyyət 
göstərən həmin yarı leqal, yarı gizli təşkilatın da böyük 
xidmətləri olmuşdur. Hazırda millət vəkili olan Fazil Mustafa
milli azadlıq hərəkatında öz əvəzsiz xidmətləriylə seçilən 
Bünyamin Qəmbərli, vaxtaşırı yazıları və şeiriylə cərgədən geri 
qalmamağa çalışan bəndəniz  ədəbi yaradıcılıq dərnəyinin 
yetişdirdiyi insanlardır. Bu gün üzdə olmayan, bəlkə  də 
ərtaflarındakı insanlara öz məfkurələrini aşılamağa can atan 
Ələddin Çıraq, soyadını unutduğum Məhsəti xanım və s. kimi 
milli məfkurə daşıyıcıları da bizimlə birgə  həmin təşkilatın 
şinelindən çıxanlardır. 
          Dərnəyə o vaxt rəhmətlik Asif Kələntərli rəhbərlik edirdi. 
Milli-azadlıq hərəkatının ilk dövrlərində Heydər  Əliyev siyasi 
kursuna meyllənən Asif bəy bu hərəkətiylə bir çoxları üçün 
mübahisəli insan kimi xatırlansa da bizim kimi insanların 
yetişməsində  əvəzsiz xidmətləri olmuşdur. Asif Kələntərlidən 
başqa dərnək vasitəsilə tanış olduğumuz dəyərli ziyalılarımız 
da vardı və onlar bu gün də ölkənin ictimai siyasi həyatında öz 
sözünü deməyə çalışır, bacardıqları  qədər mübarizə aparır. 


Böyük Azərbaycan yolçusu 
 
 
99
Milli Azadlıq hərəkatının  ən dönməz insanı kimi tanıdığımız 
İbrahim İbrahimli, həyatını ideoloji mübarizəyə həsr etmiş Arif 
Rəhimli, bu gün üzdə görünməsə  də  həmişə yanımızda 
gördüyümüz Kazım Teymurlu, Əsgər Qəliloğlu kimi ziyalılar 
əllərindən su içdiyimiz şəxsiyyətlərdəndir. 
          Ədəbi yaradıcılıq dərnəyinin mənimlə tanış etdiyi ən 
dəyərli  şəxsiyyətlərdən biri də sözsüz ki, Bünyamin 
Qəmbərlidir. Uşaqlıqdan tanıdığım və həmişə böyük qardaşım 
kimi qəbul etdiyim Bünyaminin ən gözəl  xüsusiyyəti özünü 
heç vaxt kimdənsə üstün görməməsi, böyüklə böyük, kiçiklə 
kiçik kimi davranmağıdır. Yuxarıda da qeyd etdiyim kimi 
aramızda yaş  fərqi olmasına baxmayaraq onunla sözümüzün 
tutmasının başlıca səbəbi bəlkə  də budur. Naxçıvanın sosial 
aktivlik baxımından  ən fəal kəndlərindən olan Nehrəmdə 
doğulması  bəlkə  də onun elə anadangəlmə  vətənpərvər doğul-
masının ilkin səbəbidirsə,  şəxsiyyət kimi formalaşmasında bu 
milli məfkurəli çevrənin də mühüm rolu olmuşdur.  
           Ədəbi yaradıcılıq dərnəyində tanış olduğum Bünyamin 
öz gözəl  şeirləri və  vətənpərvər mövqeyilə  həmişə  rəğbət 
bəslədiyim dostlardan olub. Onun şeirlərində  vətənpərvərlik 
hissi həmişə ön planda olub. Naxçıvanın çılpaq təbiəti, 
iqliminin sərtliyi bu uşaqlıq dostumun şəxsiyyəti kimi 
yaradıcılığına da hopub. Bünyamin xarakter etibarilə  nə  qədər 
sərt təbiətli olsa belə, Vətən, millət sevgisi qarşısında bir o 
qədər də incəqəlblidir. Onun müstəqillik idealına və Azərbay-
canın bütövlüyünə bağlılığı, bu dəyərləri hər  şeydən üstün 
tutması  bəzən məni çox heyrətləndirir. Onunla söhbətlərimdə 
məni az qala çıldırdan bir xüsus var. Bünyamin üçün 
yaşadığımız ölkənin siyasi xarakteri qətiyyən maraqlı deyil, 
ölkəmiz qeyri-demokratik üsul-idarə ilə idarə oluna, ona şahlar, 
krallar rəhbərlik edə bilər. Təki, Azərbaycan müstəqil olsun. 
Cənubi və  Şimali Azərbaycan birləşsin. Təki, biz bir dövlət 
kimi rusun, farsın və ya ingilisin əsarəti altında olmayaq. Mən 
Böyük Azərbaycan yolçusu 
 
 
100
isə ölkəmizin müstəqilliyinin də, vahidləşmə idealının da əsas 
şərtini demokratikləşmədə görürəm. Bir an öncə bu idealın 
reallaşmasını istəyirəm. Bəzən özüm də  tələskənliyimizin 
fərqindəyəm. Fəqət yenə  də dostumun bu qədər təmkinini 
anlamaqda çətinlik çəkirəm. 
           Nəzərə alsaq ki, Bünyamin bəy 50 yaşına qədəm qoyur, 
mən isə ondan sadəcə 5 yaş kiçiyəm və zaman bizim 
əleyhimizə işləyir, mənim tələskənliyimi anlamaq mümkündür. 
Mən demokratikləşən cəmiyyətimizin meyvəsini dadaraq onun 
toprağına çevrilmək istəyirəm. Bünyamin isə bu meyvəni 
özünün olmasa da gələcək nəsillərin dadacağından  əmindir. 
Görünür, onun  təmkininin başlica səbəbi bununla bağlıdır. 
Başqa sözlə desək, demokratiyanın meyvəsini şəxsən dadmağı 
arzuladığıma görə mən əslində vətənpərvərliyimə öz nəfsimi də 
əlavə edirəm. Bünyaminin vətənpərvərliyində isə öz 
ambissiyası  qətiyyən yoxdur. Bu vətənpərvərlik kristal kimi 
təmizdir. Məhz bu kristal ruhluluq dostumun ən böyük və gözəl 
tərəfidir. 
           Bəzən mənə elə  gəlir ki, Bünyamin Qəmbərlinin bu 
kristal ruha sahibliyi onun məndən fərqli olaraq həm də Bakı 
mühitində yetişməsinin nəticəsidir. Onun yaşının verdiyi 
avantaj məndən 5 il əvvəl Naxçıvan mühitindən ayrılmasına, 
Bakı mühitinin  ziyalılarının  əhatəsində böyüməsinə  şərait 
yaratmışdır. Bildiyimə görə, o, Bakı mühitində şəxsən Elçibəy 
məktəbinin müdavimlərindən olmuşdur. Dolayısıyla, o dövrdə 
getdikcə pöhrələnən Milli Azadlıq hərəkatının ən saf və təmiz 
bulağından su içmişdir. Zənnimcə, Kristal ruhluluğun başlıca 
səbəbi də budur. 
           Bir  çoxlarından fərqli olaraq Bünyamin Qəmbərli Bakı 
mühitinin gətirdiyi 
şan-şöhrətin cazibəsinə qapılacaq 
xarakterdən də uzaqdır.  Əslində onun indi ictimai həyatda 
özünə layiq yer tuta bilməməsi bəlkə də bununla bağlıdır. O, bir 
çoxlarından fərqli olaraq müstəqillik uğrunda mübarizə 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə