Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə26/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
109 
saxlama) ilə saxta ittihamla həbs edilmiş, 1997-ci il dekabr 
ayının 30-u sərbəstliyə  buraxılmışam. 
       Həbsdən çıxdıqdan sonra əvvəlki işimə bərpa olundum  
       1998-ci ildə üçüncü övladım Uğur dünyaya gəldi. 
       1999-cu ildə anam haqqın rəhmətinə qovuşdu. 
        2003-cü  ildə Azərbaycan Respulikası Cinayət Məcəlləsi-
nin 315-ci maddəsi ( vəzifəli  şəxsi vəzifə başında döymək 
ittihamı ) ilə 3 il 6 ay müddətinə  şərti cəza ilə  məhkum 
olundum 
        2008-ci  ildə Bakı  şəhərinə köçdüm və Yasamal rayonun-
da, 20 saylı  məktəb-liseydə müəllim fəaliyyətimi davam 
etdirdim. 
       2009-cu  ilin  iyun  ayında  “Nehrəm” Xeyriyyə  Cəmiyyə-
tinin sədri seçildim və 2010-cu ilin dekabr ayında istefa verdim. 
         2009-cu  ildən Azərbaycan Turizm İnstitutunda müəllim 
işləyirəm. 
         2012-ci ilin martında BAXCP sədrinin müşaviri, 2013-cü 
ilin yanvarında isə BAXCP Təşkilat Məsələləri üzrə katibi 
təyin olundum. 
         Bu  mənim rəqəmlərlə olan ömür cizgilərim idi. İndi isə 
bu cizgilərdə gizlənən yaşantılarımdan yadımda qalanların 
bəzilərini paylaşmaq istəyirəm. 
 
                                 
Böyük Azərbaycan yolçusu 
 
 
110
 
NEHRƏM 
 
        Doğulduğum Nehrəm kəndi Azərbaycanın  ən maraqlı 
yerlərindən biridir. Nehrəmə fenomen kənd də deyə bilərik. 
Çünki, bu kənddə olub bitənləri,  əhalinin yaşam tərzini, adət-
ənənəsini, daxili münasibətlər sistemini, ailə münasibətlərini, 
düşüncə tərzini və s. öyrənəndə görürsən ki, həqiqətən Nehrəm 
fenomen bir kənddir. Mənim düşüncəmlə Nehrəmdə baş 
saxlamaq  asandır,  amma ad saxlamaq çətin. Yəni son dövrlərə 
qədər Nehrəmdə heç bir dava üçün, hətta qan tökülsə, ölüm 
olsa belə  şikayət edilməz, adam tutdurmazdılar.  İki ağsaqqal 
düşərdi qabağa istənilən məsələni yoluna qoyardı. Amma kim 
olmağından asılı olmayaraq hər bir adam xasiyyətinə, 
xarakterinə, insanlara münasibətinə, işinə-peşəsinə görə  və 
elədiyi  əməllərə uyğun ayama-ad qazanardı. Çox az adam 
olardı ki, əlavə adı - ayaması olmasın. Bu indi də belədir. 
       İki nehrəmli hətta düşmən olsa belə Nehrəmdən kənarda 
başqa nehrəmlinin döyülməsinə, təhqir olunmasına, 
alçaldılmasına dözməz, düşmən olmalarına  baxmayaraq orda 
həmin düşmənini müdafiə edər, kənddə isə düşmənliyini davam 
etdirərdi. Burda iki incə məsələ var: 
-Bir nehrəmlinin kənarda döyülməsi, söyülməsi və ya 
alçaldılması  hər bir nehrəmli üçün qəbuledilməzdi, buna 
qarşı çıxmamaq isə təsibsizlik və qeyrətsizlik sayılır; 
     -İki nehrəmlinin düşmənliyi bir ailənin iki fərdinin 
münasibəti kimidi və kənar adamların o ailənin bir üzvünə qarşı 
hərəkəti bütün ailəyə edilmiş hesab olunur. 
       Nehrəmin tarixi demək olar ki, öyrənilməyib. Təkcə elə 
kəndin adı haqqında  bir çox versiya var. Nehrəm sözünü ərəb 
dilində olan “nehr” – çay sözü ilə  əlaqələndirən də var, 
ALLAHIN Elçisi həzrəti Nuhla əlaqələndirən də. Naxçıvan 
sözünün də Nuhla əlaqələndirilməsini, Haçadağ  və  Gəmiqaya 


Böyük Azərbaycan yolçusu 
 
 
111 
haqqında əfsanələri və s. nəzərə alsaq Nehrəmin adının Nuhla 
bağlı versiyası  məncə daha çox məntiqli olar. Eyni zamanda 
Nehrəmin tarixi ilə bağlı  kənddəki bir çox tikili  (o cümlədən 
XVIII  əsrə aid hamam dağılıb), kəndin həm tarixini, həm 
mədəniyyətini özündə yaşadan bir çox adət-ənənə, mərasim və 
oyunlar unudulub ki, bunların da öyrənilməsi həm kəndin 
vətənimizin tarixinə, həm də millətimizin tarixinə  və 
mədəniyyətinə ışıq tutmaq üçün çox yararlı olardı.  
         Nehrəmin bir çox mənəvi-psixoloji ölçülərə görə belə saf 
və  təmiz qalmasının  əsas səbəblərindən biri də  kəndin yüz 
illərlə qapalı  həyat yaşaması, başqa yaşayış  məskənləri ilə 
əlaqələrinin ailə bağı ilə yox yalnız ticarət və heyvandarlıq 
əlaqəsində olması ilə bağlıdır. Hətta yüz illər boyu başqa 
yerlərdən yaşamaq üçün Nehrəmə  gələn ailələri və insanları 
belə  kəndin içərisində  məskunlaşmağa qoymayıb kəndin 
kənarlarında onlara yaşayış haqqı tanıyıblar. Məncə burda bir 
neçə səbəbi əsas götürüblər: 
-Yeni gələnlərin  əxlaqi, mənəvi, psixoloji vəziyyətlərini 
bilmədiklərindən onların yerli əhaliyə  mənfi təsir edəcəyi 
düºünülüb; 
-Yeni gələnlərin məqsəd və  məramını bilmədiklərindən kəndə 
verə biləcəkləri zərəri heçə endirmək hesablanıb; 
-Kəndə qarşı  kənardan ola biləcək bir çox təhlükələrin 
(oğurluq, soyğunçuluq və s.) qarşısını almaq məqsədi ilə bufer 
zona yaratmaq nəzərdə tutulub
-Kəndin bütün müsbət keyfiyyətlərini qorumaq məqsədi ilə qan 
qarışığının qarşısının imkan daxilində alınması  məqsədi ilə 
kənar yerlilərlə ailə münasibətlərinin qarşısının alınması  əsas 
götürülüb. 
          Kənardan gələn ailələr tamamı ilə kəndin adət-ənənəsinə, 
psixologiyasına və ruhuna uyğunlaşana qədər kənd  əhalisi ilə 
qaynayıb qarışmasının qarşısının alınması hesabınadır ki, bu 
gün də Nehrəmdə Türkə  məxsus bir çox müsbət (mərd, 
Böyük Azərbaycan yolçusu 
 
 
112
qorxmaz, etibarlı, sözü bütöv, düz, qeyrətli, namuslu, iradəli, 
əliaçıq və gözü-könlü tox, dostluğa sadiq və düşmənə amansız 
olmaq və s.) keyfiyyətlər, adət-ənənə (bir çox bayramlar
mərasimlər və oyunlar) qorunub saxlanıb. 
         Nehrəmdə elə  təkcə  məhəllələrin adının (kəndin  əsas 
qədim məhəllələrinin adları  Qumqala, Təpəbaşı, Çaylaq, 
Xəndək (Xəndək deyilən məhəllə heç də çuxur, çökək deyil, 
məncə bu söz təhrif olunub),  Bağarası)  araşdırılmasının özü 
həm kəndin və vətənimizin tarixi, toponomikası və həm də bu 
kənddə yaşayan əhalinin kimliyi və necəliyi haqqında çox ma-
raqlı bilgi verir. Nehrəmdəki məhəllələrin adları bütün türk-
lərdə olduğu kimi əsasən yerin xüsusiyyətinə uyğun adlan-
dırılıb.  
        Nehrəmin tarixinin araşdırılması baxımından dinə 
münasibətinin də öyrənilməsi vacibdir. Belə ki, kəndin qədim 
hissəsində (yəni qədimdən yaşayış  məskəni olan hissəsində) 
dörd məscid bir İmamzadə olub ki, böyük bir ərazini əhatə edən 
və Nehrəmin tarixinin araşdırılmasında xüsusi əhəmiyyətli olan 
kənd qəbristanlığı da bu İmamzadənin ətrafında salınıb (və ya 
İmamzadə bu qəbristanlığın ortasında tikilib). İslam dininə 
mənsub bir belə ibadət yeri olmasına və Cəfəri məzhəbinin çox 
bərk oturuşmasına baxmayaraq burda Novruz bayramının 
qorunub saxlanılması, odun müqəddəsliyinə inam və bir çox 
oyunların bu günə  qədər yaşamasının özü ayrıca araşdırmanın 
mövzusu ola bilər. Bir sözlə Nehrəm həqiqətən çox maraqlı 
kənddir və  mən də NEHRƏMLİ OLMAĞIMLA QÜRUR 
DUYURAM! 
         Bu gün xarakterimdə, xasiyyətimdə, əməllərimdə yaxşı nə 
varsa bunun üçün ATA-ANAM BAŞDA OLMAQLA 
AİLƏMƏ, MƏNSUB OLDUĞUM UCA TÜRK MİLLƏTİNƏ 
və DOĞULDUĞUM NEHRƏM KƏNDİNƏ BORCLUYAM! 
 
                         


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə