Böyük Azərbaycan yolçusu
117
Toy başlayanda çadırda yalnız nehrəmlilər idi. Yer
olmadığından qohum-əqraba və qonum-qonşu gözləyirdi ki, bu
qonaqlar durandan sonra onlar oturar. Təxminən toyun
başlamasından yarım saat keçmişdi ki, Ordubaddan, Sərurdan
və Naxçıvandan 8 avtobus və bir neçə minik maşını cəbhəçilər
gəldi. Hamı narahat oldu ki, bir belə qonağı necə və hara yer-
ləşdirəcəyik. Heç kimin gözləmədiyi halda bütün nehrəmlilər
durub yerini verdi gələn qonaqlara (bax nehrəmlilərin gözəlliyi
də, özəlliyi də budur. Nəsiminin bir beyti yadıma düşdü: “Heç
kimsə Nəsimi sözünü fəhm edə bilməz, Bu quş dilidi, bunu
Süleyman bilir ancaq!”. Həqiqətən
də nehrəmlilərin o gözəl
keyfiyyətlərini-saflığını, mərdliyini, qonaqpərvərliyini başa
düşmək və düzgün qiymətləndirmək çox az adama qismət olan
keyfiyyətdir). Qonaqlar yeyib-içib, çalıb-oynayıb gedəndən
sonra nehrəmlilər təzədən oturdu və toyu davam etdirdilər.
12. Yoldaşım Nailə xanım fizika-riyaziyyat müəllimidir.
Nailəni bir gəlin kimi anam da, bacı və qardaşlarım da həddən
çox bəlkə də məndən çox istəyirdilər (ona görə istəyirdilər ki,
indi onların çoxu dünyasını dəyişib. Dəyişməyənlər isə indi də
istəyir). Nailə mən olanda da, olmayanda da anama öz anası
kimi baxıb. Anam hər zaman Nailədən razılıq edirdi. Mən
həbsdə olanda mənim müəllim yoldaşlarım belə qərara
gəlirlər
ki, mənim dərslərimi desinlər, amma pulunu alıb versinlər
bizim evə. Yoldaşım bu təklifi qəbul etmir. Məsələ mənə
çatanda məhbəsdən məktub yazıb səbəbini soruşdum. Mənə
qısa bir cavab yazdı : “Sənin qürurun mənimçün hər şeydən
üstündü. Mən razı olmaram ki, sən qayıdandan sonra onlar sənə
minnət vursunlar!”
13. Məhəlləmizi və qonşularımızı çox sevirəm. Çünki,
məhəlləmizdə pis hadisələr demək olar ki, olmazdı. Mən tələbə
olanda bizim evdə telefon olmadığı üçün hər zaman Cəfər
əmigilə və Qulu müəllimgilə (hər ikisi Tarquliyevdir) zəng
edərdim. Bir də qonşularımızla hər zaman çox mehriban
Böyük Azərbaycan yolçusu
118
olmuşuq. Yusif əminin (Allah rəhmət eləsin) arvadı Səkinə
xala, Əli əminin (Allah rəhmət eləsin) arvadı Papıl xala, Cəfər
əminin arvadı Fatma xala (Allah rəhmət eləsin), Həsənalı
əminin (Allah
rəhmət eləsin, məhəllədə hamı Həsi baba
deyərdi) arvadı Sara xala anama övlad kimi idilər. Zeynal
əminin arvadı Həlmə xala (Allah hər ikisinə rəhmət eləsin) isə
anamın yoldaşı-söhbətdaşı idi. Hərdən ürəyim qonşularımızı
çox istəyir.
14. 2010-cu il iyunun 9-da gündüz saat 12-də qardaşım
Hüseyn, düz 1 il 1 saat sonra isə ( 2011-ci il iyunun 9-da)
qardaşım Nəzəralı rəhmətə getdi. Qardaşlarımın bir il ara ilə
eyni gündə ölməsi bacılarımı və qardaşım Nəzəralının qızlarını
bərk narahat etmişdi. Elə yas dövrü məni bir qurban kəsməyə
məcbur elədilər. Düşünürdülər ki, növbəti il mənə nəsə olar.
Düzü mən özüm də növbəti il növbənin mənim olacağı
düşüncəsində idim. Elə buna görə də Bakıya qayıdanda hamı
ilə bir-bir görüşüb halallıq aldım.
PARTA ARXASINDA
1. Məktəb illərim çox maraqlı və ağır olub. İnsanlarda
tərəfbazlıq, saxtakarlıq və ikiüzlülük gördüyüm hallar çox olub.
Kasıb olduğumuz üçün hələ I sinifə gedəndə guya yaxşı
müəllimlər məni öz sinfinə götürmədi. Buna görə də
məhəlləmizin uşaqları ilə eyni sinifdə oxumamışam. Mənə
qarşı münasibət heç də hər zaman yaxşı olmayıb. Bir çox
müəllim mənim hansısa uğuruma istehza ilə yanaşıb, mənim
uğur qazanmağıma nəinki inanmayıblar, hətta açıq şəkildə çox
acı və iyrəndirici formada rişxənd ediblər. Amma məni hər
zaman
dəstəkləyən, ruhlandıran müəllimlərim də olub. İbtidai
sinif müəllimim Bayram müəllim, sonralar riyaziyyat
müəllimləri Mehriban xanım, Sona xanım, Bağır müəllim
Böyük Azərbaycan yolçusu
119
Məmmədov, ədəbiyyat müəllimi Almaz xanım, Heydər
müəllim İsmayılov, rəsmxət müəllimi Rövşən müəllim, ingilis
dili müəllimi Nazim müəllim Ələkbərov, coğrafiya müəllimi
(bəlkə də o zaman müəllim deyildi) Arif müəllim,
fizika
müəllimi Rəşad müəllim və s.
2. Bütün uşaqlar kimi futbola marağım çox idi. IV sinifdə
oxuyanda çox qısa müddətdə sambo və cüdo ilə məşğul oldum.
Sambo məşqləri axşamlar olurdu ki, mənim üçün də axşamlar
məşqə getmək çətin idi. Samboya getsəm də futbolu daha çox
sevirdim. Amma məni futbola qəbul etmədilər və mən VI
sinifdə oxuyanda Naxçıvan şəhərindən gələn Məhəmməd
müəllimin (soyadı səhf etməsəm Zeynalov idi) açdığı sərbəst
güləş bölməsinə getməyə başladım. Güləşə getdiyim müddətdə
çıxdığım Naxçıvan MSSR səviyyəli bütün yarışlarda I yeri
tutmuşam. Hətta bəzən məni özümdən çəkisi daha ağır olan
insanlarla güləşdirirdilər. Bir dəfə isə Bakı şəhərində keçirilən
Azərbaycan birinciliyində III - IV yeri bölüşdürmüşəm.
3. Orta məktəbdə oxuyarkən şeir yazmağa və Mirzə
Cəlilin Molla Nəsrəddinini yamsılamağa (parodiya eləməyə)
başladım. Buna görə məktəbdə keçirilən bir çox tədbirlərdə öz
“yaradıcılığımla” çıxış edirdim. Bir
çox ədəbiyyat müəllimi və
şair mənə yol göstərmək, istiqamət vermək, məni ruhlandırmaq
əvəzinə mənə gülür, məni ələ salır, yazdıqlarımı lağa qoyurdu.
Amma mən bütün bunlara baxmayaraq hər gün yeni şeirlər
yazırdım.
4. Səhv etməsəm ya 1977-ci ilin payızında, ya da 1978-ci
ilin əvvəllərində məktəbimizə təzə gələn fizika müəllimi Rəşad
müəllim mənim şeir yazdığımı bilib məni Naxçıvan şəhərindəki
V. İ. Lenin adına Pioner və məktəblilər sarayında fəaliyyət
göstərən ədəbiyyat dərnəyinə göndərdi. Dərnəyin rəhbəri Asif
Kələntərli (ALLAH rəhmət eləsin) adında cavan bir oğlan idi.
Asif müəllim məktəbimizdəki ədəbiyyat müəllimlərindən fərqli
olaraq mənim şeirlərimə gülmədi, əksinə həm isti, həm də
Böyük Azərbaycan yolçusu
120
ruhlandırıcı münasibət göstərdi.
Beləliklə mən orta məktəbi
bitirənə kimi həmin dərnəyin üzvü oldum.
5. Bu dərnək sadəcə mənim bədii yaradıcılığımı deyil
bütövlükdə həyatımı dəyişdi. Burda mən təkcə poeziyanın
incəliklərini öyrənmədim, eyni zamanda çox yaxşı dostlar
qazandım. Bunlarla yanaşı bu dərnək həm də mənim xarakter
və xasiyyətimin, fikir və düşüncələrimin formalaşmasında da
mühüm rol oynadı.
6. 1979-cu ildə ilk dəfə Naxçıvan televiziyasına çıxdım və
bir şeirimi oxudum. Sonralar radioda və qəzetlərdə müxtəlif
çıxışlarım oldu.
7. Sinifimizdə səhv etməsəm 43 şagird vardı. Çoxluğu
qızlar təşkil edirdi. İndi sinif yoldaşlarımdan Baba Həmzəyev,
İsmayıl Əlirzayev, Məhərrəm Bayramov, Yavər Rüstəmov,
Ədalət Sadiqov, Qüdrət Bağırov, Əmir Bağırov, Malik Əliyev,
Tağı Ələkbərov, Sadıq İsmayılov, Arif Həsənov və Akif
Əliyevlə imkan düşdükcə görüşür və ya yığışaraq gəzintiyə
gedirik.
8. Bu dövrdə iki dəfə əməliyyat olunmuşam. Əməliyyatları
cərrah Sabir Novruzov Adil həkimlə (Məmmədov)
birlikdə
edib. Allah hər ikisindən də razı olsun.
GİZLİ TƏŞKİLATLA BAĞLI
1. Bu dərnəyə gələn Fazil Mustafa, Cəhri kəndindən
Ələddin, Heydər Oğuz və adlarını unutduğum bir çox məktəbli
ilə dostlaşdıq. Amma ən əsası isə bizdən yaşca çox böyük olan
Arif Rəhimoğlunun, Əsgər Qəliloğlunun, Məmməd İsmayılo-
vun, Qılman Əhmədovun, İlyas Axundovun, Kazım Tey-
murlunun, Asəf Quliyevin və b. bizə marağı, bizimlə dostluq
etməsi idi. Bizdən yaşca böyük olan bu adamların təkcə
ədəbiyyatdan deyil, çox vaxt Azərbaycan tarixindən,
Təbrizdən,
Araz çayının Azərbaycanı bölməsindən və s. olan söhbətləri