Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
125 
İsmayıla,  Şah  İsmayıldan  Cavad xana və  ən nəhayət 
Azərbaycanın ikiyə bölünərək işğal olunmasını  əhatə edən bir 
çıxış etdim və sonda isə hamıya Azərbaycanın birləşdiyi günü 
görməyi arzuladım. Bayram təşkilatçılarından iki nəfər gəlib 
məni yuxarı başa dəvət etdi və aparıcı “dilə bizdən, nə dilərsən“ 
deyə arzumu sordu. Mən aşığın bir Ruhani havası çalmasını 
istədim və  gəldiyim kimi hiss olunmadan çadırın  arasından 
çıxıb getdim.  
       9.  Bir  həqiqət var ki, gizli təşkilatdan olan dostlarımızın 
hamısı eyni imkanlara sahib idi. Bütün günü müzakirələr, ora-
bura yol döyəndən sonra çox vaxt günorta yeməyimizi ya 
Əsgər Qəliloğlunun atasının çayxanasında  Əsgərin, ya da 
Məmməd  İsmayılovun işlətdiyi çayxanada Məmmədin hesa-
bına yeyirdik. Bu gün çox yuxarıdan baxıb bəzi dostlarımızı, o 
cümlədən  Əsgəri görməyənlər o zaman Əsgərin atasının 
çayxanasında çayçı işləyirdi. Qismət olsa xatirələrimi yazanda 
bu mövzunu daha geniº və dəqiq iºləyəcəm. 
     10.  İnstitutu qurtarıb kəndə qayıdandan sonra Gizli 
Təşkilatdakı dostlarımla əlaqələrim daha da artdı. 1987-ci ildə 
soyadımın sonluğunu dəyişdim. Naxçıvan  şəhərində    Tarix 
muzeyində  qurduğumuz “Yurd” birliyi fəaliyyətini 1987-ci 
ildə daha da genişləndirib  qısa müddətdə çox məşhurlaşaraq 
ətrafına həddən çox dinləyici və üzv topladı. Həm mə-
dəniyyətimizə xidmət etmək üçün, həm də izi azdırmaq üçün 
Bəhruz Kəngərlinin qəbrinin və İmamzadə türbəsinin abadlaş-
dırılması ilə bağlı  işlər gördük. Bu dövrdə  mən də Nehrəmdə 
bir qrup nehrəmli ilə “Aşkarlıq” birliyini qurdum. ”Aşkarlıq” 
birliyinin tədbirlərindən Novruz bayramı, Amerikada yaşayan 
nehrəmli Məmmədhüseyn Niftəliyevlə, Qaqauz türklərindən 
Tudora Arnaut, Altay türklərindən Ejer Çolakov, Almaniyada 
yaşayan Gündüz Varolla görüş, tanınan nehrəmlilərlə 
müzakirələr, ərəb əlifbası və rus dili öyrənmə kursları oldu. 
                     
Böyük Azərbaycan yolçusu 
 
 
126
TƏLƏBƏLİK İLLƏRİ 
 
       1.  1981-ci  ildə orta məktəbi bitirdim. Mən  əsasən həmin 
dövrün  ən nüfuzlu Ali məktəbi  və yeganə universiteti olan 
Azərbaycan Dövlət Universitetinə hazırlaşırdım, amma 
evdəkilər mənim  əmim oğlu Məmməd Hacıyevin işlədiyi 
Politexnik  İnstitutunda oxumağımı istəyirdilər. Mən bunu 
istəməsəm də onlara heç nə demir əl altından həm də  Bədən 
Tərbiyəsi institutu üçün sənəd hazırlayırdım. 
       2.  Sənəd qəbulu vaxtı qardaşım Hüseynlə birlikdə  gəldik 
Bakıya. Getdik əmim oğlu Məmməd müəllimgilə. Söhbət 
əsnasında  əmim oğlunun yoldaşı  Şəfiqə xanım  əmim oğluna 
çox qəti və  sərt  şəkildə “ana tərəfindən kim gəlib kömək 
eləmisən. Dədə  tərəfindən birinci adamdı. Buna da kömək 
eləməyib kimə kömək edəcəksən?  Əlindən nə  gəlirsə kömək 
elə” dedi. Bu sözdən sonra əmim oğlu Məmməd müəllim 
qardaşım Hüseynə sabah aparın sənədləri verin gedin kəndə bir 
də imtahanlarda gələr. Özüm nə lazımsa həll edəcəm deyə 
mənə  hər cür kömək edəcəyini bildirdi. Və beləliklə 
əmioğlumgildən çox xoş və razı halda ayrıldıq. Səhər  sənədləri 
verməmiş  mən qardaşım Hüseyni kəndə yola saldım və 
sənədlərimi isə Politexnik İnstitutunun  əvəzinə Bədən Tərbiyə 
İnstitutuna verdim. Qəbul olandan sonra kəndə teleqramma 
vuranda qardaşım çox hirslənsə  də, anamgil qəbul olduğum 
üçün onu mənə mehriban olmağa razı salmışdılar. 
       3.  Yuxarıda qeyd etdiyim kimi 1981-ci ildə Sergey 
Mironoviç Kirov adına (bunu qəsdən yazıram: 1. Bilinsin ki, 
bir zamanlar Azərbaycanda yer adları, müəssisə adları  və s. 
adlar rus imperiyasının diktəsi və assimlriyasiya siyasəti 
məqsədi ilə Azərbaycana yad olan adamların adı ilə 
adlandırılırdı, 2. Bu adlar bir anda bir qərarla ləğv olundu) 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi  İnstitutuna (indiki 
ADBTİA ) qəbul oldum.          


Böyük Azərbaycan yolçusu 
 
 
127 
        4.  Həm qəbul vaxtı, həm də  qəbul olduqdan sonra bir 
müddət bacım qızı Zeynəbgildə qaldım. Zeynəbin yoldaşı 
Yasin çox gözəl insandı. Mənə  və Bakıya gələn bütün 
qohumlarımıza o qədər mehriban idi ki... Elə bu mehribanlığın  
hesabına idi ki, beş uşaqları olmasına baxmayaraq Bakıya gələn 
bütün qohumlarımız onların evinə qonaq düşürdü. Sonralar 
əvvəl  Əhmədlidə, sonra Binəqədidə  və Sovetskidə kirayə 
qaldım. Yasamalda qalanda isə böyük bir qrupla davaya 
güşdüm. Buna görə  də Muxtar bəyin (Kazımoğlu və 
Məmmədəli bəyin (Qıpcaq) məsləhəti ilə bir müddət 
Məmmədəli bəyin rəssamlıqda oxuyan qardaşı ilə birlikdə 
Dərnəgüldə qaldım. 
      5.  Tələbəlik dövrüm çox maraqlı  və qaynar keçib. Bizim 
74108-ci qrup əsasən güləşçilərdən və boksçulardan ibarət idi. 
2-3 nəfər isə başqa idman növləri ilə  məşğul olurdu. 
Mühazirələrdə    birləşdiyimiz  (potok olduğumuz ) 74109-cu 
qrup isə əsasən futbolçulardı. Elə ilk vaxtlardan uşaqlarla yaxşı 
münasibətim yarandı. Amma mən həm də  uşaqlara gizli 
təşkilata üzv olmaları baxımından yanaşırdım. Buna görə 
Borçalıdan olan Bayram Hümbətov (Allah rəhmət eləsin
Rusiyada qətlə yetirildi), Göyçədən olan  Mirsənhan 
Bayramov, Qəmbər Cəfərov  və Bakıdan , Hökməli kəndindən 
olan Elçin Novruzovla və bir də başqa qrupda olan ordubadlı 
Maqsudla daha sıx ünsiyyət qurmağa başladım.  İnstitutu 
qurtaranda Bayram Hümbətov demək olar ki, hazır idi. Bayram 
millətçi və  vətənsevər kimi digər uşaqlardan çox fərqlənirdi. 
Arxangelskdə tələbə inşaaat dəstəsində olanda da mən, Bayram 
və Mirsənhan (mən ona hər zaman Ya Şeyx deyə müraciət 
edirdim) hər zaman birlikdə olurduq. Tələbə yoldaşlarımızdan 
Masallıdan  Əliniyaz Mirzəyev, Nehrəmdən Səməd Bağırov, 
Hacıqabuldan Zakir Həsənov, Qazaxdan Tapdıq Hacıyev, 
Culfadan Hidayət Behbudov  və Naxçıvandan Zakir Babayev 
bizdən yaşlı idilər. Tələbə yoldaşlarım Sumqayıtdan Nuşirəvan 
Böyük Azərbaycan yolçusu 
 
 
128
Abdullayev, Zöhrab Eyvazov, Sərdar  Şükürov,  Xəqani 
Şəbiyev, Nazim Nuriyev, Bakıdan Nazim Mirhüseynov, Asəm 
Əliyev, Gəncədən Hüseyn Hüseynov, Siyəzəndən Yavər 
Ramazanov, Mingəçevirdən Fəxrəddin Şaxtaxtiniski, Ağdaşdan 
Loğman Mirzəliyev sonradan bizim qrupa gələn Şəkidən Azər 
Sadiqov, Sabirabaddan Təyyar Hüseynov  və Tərtərdən Elbrus 
Qəndilov hərəsi bir sahədə uğur qazandı. İndi biz  tez-tez əlaqə 
saxlayır və ara-sıra görüşürük. 
       6. Dərslər başlayandan bir neçə həftə sonra İnstitutun Rus 
dili kafedrasının müdiri Arif Əliyevlə tanış oldum. Arif 
müəllimlə tanışlıq mənim tələbə  həyatıma və sonrakı 
fəaliyyətimə ciddi təsir elədi. Belə ki, sonradan mən Arif 
müəllimin təklifi ilə elmi məqalələr işləyərək Tələbə elmi 
cəmiyyətində  və konfranslarda iştirak edib I yerə layiq 
görüldüm. Daha sonra isə həmin araşdırmaları davam etdirərək 
“Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə 
məsələləri” mövzusunda diplom işi yazdım və uğurla müdafiə 
elədim. Bu araşdırmaları apararkən Respublika Əlyazmaları 
İnstitutndakı materiallardan  da istifadə etmək lazım gəldi. 
Burda isə  rəhmətlik  Əbülfəz bəylə tanış oldum. Əbülfəz bəy 
mənə  “Şah İsmayıl “ dastanının oxunmasında və tərcüməsində 
kömək etdi. Arif müəllim sonralar çox təkid elədi ki, mən bu 
mövzunu biraz da genişləndirib namizədlik dissertasiyası edim, 
amma həm vaxtım olmadığı üçün, həm də maddi cəhətdən 
imkansılığıma görə razılıq vermədim. Buna baxmayaraq 
respublika mətbuatında bu mövzuda bir-neçə elmi məqaləm 
çap olundu. 
       7. İşlərim çox yaxşı gedirdi. Elə birinci kursda ikən sərbəst 
güləş üzrə respublika yığma komandasına dəvət olundum. Həm 
məşqlər, həm dərslər və  həm də gizli təşkilat maraqlarına 
uyğun fəaliyyəti heç cür çatdıra bilmirdim. II kursda artıq 
məşqlərdən imtina etdim və əsas vaxtımı elmə və gizli təşkilat 
fəaliyyətinə verdim.  


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə