Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
137 
prosesin başlama təklifini isə bizim Gizli Təşkilat 
dostlarımızdan Asəf Quliyev verib. Biz əvvəlcə dekabırın 4-də 
Güney Azərbaycandan görünə biləcək, sərhəddə yaxın 
təpələrdə tonqal qaladıq. Məqsədimiz  əhalinin, Naxçıvan və  
Azərbaycan rəhbərliyinin, sərhədçilərin və eyni zamanda 
güneyli qardaşlarımızın reaksiyalarını yoxlamaq idi. Bütün 
tərəflərin reaksiyası bizim istədiyimiz kimi oldu. Bu tədbirdən 
sonra 21 Azər (12 dekabr) inqilabının ildönümü günü bütün 
sərhəd boyu zəncirvari düzülərək güneyli qardaşlarımızla 
həmrəylik aksiyası keçirdik. Bu aksiyamızın da çox uğurlu 
alınması bizi üçüncü mərhələyə daşıdı. Üçüncü mərhələ 
əvvəlcə  sərhəddin içərisində qalmış  əkinə yararlı torpaqların 
istifadəyə verilməsi tələbi ilə  sərhəddin müəyyən yerlərində 
çadırlar qurulması oldu. Dekabrın 17-də (bəzi dostlarımız bu 
aksiyanın dekabrın 19-dan başladığı fikrindədirlər, ancaq 
mənim yaddaşımda 17-i qalıb) biz Araz çayının kənarında 
Nehrəmə yaxın təpələrdə çadır qurduq. Naxçıvanın o sərt 
şaxtasında bu aksiyanın belə möhtəşəm  şəkildə baş tutacağına 
inanan çox az idi. Amma hər  şey bizim düşündüyümüz və 
istədiyimiz kimi gedirdi. Bir neçə gün çadırda qaldıqdan sonra  
(hər gün çadırda qalanların sayı artırdı), biz sərhədlərin tamamı 
ilə sökülməsi və Güneylə Qüzey Azərbaycan arasında ayrı 
düşmüş ailələrin ünsiyyətinə  şərait yaradılması  və gediş-gəliş 
olması  tələbini irəli sürdük. Ən nəhayət Naxçıvan  şəhərində 
keçirilən mitinqdə  “əgər dövlət özü sərhədləri sökməsə biz 
dekabırın 31-i saat 12-də    Naxçıvanın hər yerində  sərhədləri 
sökəcəyimizi bildirdik. Və 1989-cu il dekabırın 31-də günorta 
saat 12-də Naxçıvanın hər yerində sərhədləri sökdük. Bu SSRİ 
tarixində heç kimin düşünmədiyi və gözləmədiyi bir aksiya idi. 
       9. Bu dövrdə istər Azərbaycanda istərsə də SSRİ-nin digər 
yerlərindəki rəsmi mətbuatda bizim haqqımızda hər cür pis 
ifadələr işlədilir, bizi ən pis adlarla adlandırırdılar. Bizim isə bu 
təbliğatı neytrallaşdırmaq, həqiqəti dünyaya catdırmaq 
Böyük Azərbaycan yolçusu 
 
 
138
imkanımız yox idi. Belə bir vəziyyətdə  Moskvadan müxtəlif 
qəzet, jurnal və televiziyalardan 50-yə yaxın jurnalist gəldi 
Naxçıvana. Sərhəd hərəkatının zirvə dövrü idi. Naxçıvan 
Sərhəd dəstəsinin rəisi Jukovun təklifi ilə onunla birlikdə 
mətbuat konfransı keçirdik. Demək olar Moskvadan gələn 
bütün jurnalistlər və Azərbaycandan olan bəzi jurnalistlər də  
orada idi. Jukov öz çıxışında bizi yıxdı-sürüdü. Ən sərt sözləri 
də o idi ki, görün bunların vəhşiliyi nə həddə çatıb ki, bunların 
hesabına 15-20 gündü bizim şəxsi heyyət ailələrindən ayrı 
yaşayır” . Orada olan bütün zabitlər və jurnalistlər bu sözə 
həmrəylik bildirdi. Mən özümlə  tərcüməçi götürmüşdüm. 
Novbə  mənə çatdı. Mən biraz girişdən sonra Jukovun qeyd 
etdiyim sözlərinə  gəldim. Burda əvvəlcə Jukovun haqlı 
olduğunu, insanların ailələrindən ayrı salınmasının 
yolverilməzliyini və s. bu kimi fikirlər bildirəndən sonra 
jurnalistlərə dedim ki, ”niyə siz Jukovdan soruşmursunuz ki, o 
burada neyləyir? Niyə siz Jukovdan soruşmursunuz ki, o 
burada kimi kimdən qoruyur? Niyə siz demirsiniz ki, əgər biz 
alkoqolik, narkaman, təxribatçı  və anarxistləriksə niyə bugünə 
qədər heç bir hadisə olmayıb, heç bir əsgərin burnu qanamayıb? 
Niyə soruşmursunuz ki, biz şəxsi heyyətin 15-20 gün ailəsindən 
ayrı yaşamasına narahat olduğumuz halda Jukov və ona əmr 
verənlər 70 ildi bizə niyə zülm edirlər, bizim parçalanmış 
ailələrimizin, bir-birindən ayrı düşmüş qardaşların, ana-balanın 
bir-birinə qovuşması bir yana bir-birini görməsinə belə imkan 
vermirlər? Niyə siz demirsiniz ki, əgər bir ailənin 15-20 gün 
ayrı düşməsinə  səbəb olmaq vəhşilikdirsə, 70 ildir ki, ailələri 
parçalamaq, bir-birindən ayrı salmaq, ananın bala həsrəti ilə 
ölümünə  səbəb olmaq nədir bəs?”  Mənim belə  çıxışım sər-
hədçiləri necə ürkütdüsə  mətbuat konfransını  tələsik dayan-
dırdılar və jurnalistlərə sual verməyə belə imkan vermədilər. 
Amma biz jurnalistlərlə ayrılıqda görüşüb fikirlərimizi bildirdik 


Böyük Azərbaycan yolçusu 
 
 
139 
və bunlar tam olmasa da həmin dövrün mətbuatında öz əksini 
tapdı.  
      10.  Heç  unudulmayacaq  hadisələrdən biri 1990-cı il 
yanvarın 5-də Sov. İKP MK Katibi Girenkonun, SSRİ Millətlər 
Sovetinin sədri Nişanovun, Azərbaycan KP MK-nın I katibi 
Əbdürrəhman Vəzirovun Bakıdan Naxçıvana gəldiyi qatarı 
gecəyarı saat 4-ün yarısında Nehrəm kəndinə yaxın olan 
Qızılvəng stansiyasında səhərə  qədər saxlamağımız və  səhər 
tezdən sovet ordu hissələri ilə  sərhədçilərin yolu açmaq üçün 
həm bizi, həm də qatarı mühasirəyə almağıdır. Bu hadisədə 
bütün cəbhəçi dostlarımın, xüsusi ilə  rəhmətlik  Əli 
Bayramovun çox ağıllı və riskli hərəkəti bütün hərbiçiləri geri 
çəkilməyə məcbur etdi. 
      11.  1988-ci  ilin  noyabırında və 1990-cı il yanvarın 20-də 
Naxçıvanda da iki dəfə Fövqəladə vəziyyət və komendant saatı 
elan etdilər. Birincində general Makaşov, ikincində isə general 
Dubinyak Naxçıvanın komendantı oldu. Amma nə Makaşov və 
Dubinyak komendantlıq edə bildi, nə də Naxçıvanda fövqəladə 
vəziyyəti saxlaya bildilər. Çünki hadisələrə tamamı ilə bizim 
nəzarət etməyimiz onların eləmək istədikləri təxribatların 
qarşısını aldı. 
      12.  Nehrəmdə AXC-nin qurulmasında və idarə olunma-
sında  Hüseyn Əliyevin, Əli Bayramovun, Əli Rzayevin, Etibar 
Babayevin, Səfəralı Məmmədovun, Camal Fətullayevin, Abasət 
İbrahimovun,  sonralar Vaqif Mirzəliyevin,  Əli  Ələkbərovun, 
Tağı Tağıyevin müdafiə  dəstələrinin hazırlanmasında və idarə 
olunmasında Hidayət  Əsgərovun və Vaqif Bayramovun, 
torpaqlarımızın qorunmasında Sabir İsmayılovun, Qafar Məm-
mədovun, Aşur Müştəliyevin (Allah rəhmət etsin), Əsgər 
Həsənovun (Əlqafaroğlu), Cavid  Salmanovun, Vəli 
Həmzəyevin,  Əjdər Mustafayevin, Cəmil Məhərrəmovun,   
Akif Hüseynovun (Kotu), Bilal Məmmədovun, Vaqif Cəfəro-
vun,  Məhəmməd Mehdiyevin, sərhəd hərəkatında və bir çox 
Böyük Azərbaycan yolçusu 
 
 
140
tədbirlərin hazırlanmasında  Hacı  Səməd  Əhmədovun,  Əmir 
Kərimovun,  Əlövsət və  Ədalət  İbrahimov qardaşlarının, Vaqif 
Axundovun, Qüdrət Mirzəliyevin,  Əsgər Babayevin, Fərzalı 
Vahabovun,  Əli  İbrahimovun, Məhərrəm  Əlimərdanovun, 
Baxşəli Məmmədovun (qaqet), Ədalət Vəliyevin (bobul), Zakir 
Hüseynovun, Bayram və Məhəmməd Ələkbərov qardaşlarının, 
Əhməd Vahabovun, Akif  Heseynov Novruzəli oğlunun və bir 
çoxlarının, tədbirlərimizin foto və videosunun hazırlanmasında 
İsmayıl Qurbanov və Əli Məhərrəmovun, nəqliyyat ilə yardım 
məsələsində Allahverdi Həsənovun,  Əli Novruzovun, Rafiq 
Əliyevin, Adil Novruzovun, İstiqlal qəzetinin çıxmasında  Əli 
Şamilin böyük əməyi olub. Qismət olsa xatirələrimi yazanda 
burda rolu olan hər bir adam və görülən işlər haqqında geniş 
yazacam.  
         13.  1990/91-ci illərdə Nehrəm kəndinin təxminən 10 min 
nəfər əhalisi olduğu halda AXC Nehrəm dayaq dəstəsinin 1000 
nəfər  ətrafında üzvü olub (uşaqları  və qadınları  çıxsaq (bu 
dövrdə Nehrəmdə qadınlar siyasi işlərə qarışmırdı) təxminən 2-
2.5 min kişi qalırdı ki bunun da yarısı Xalq Cəbhəsinin üzvü 
idi). 1990-cı ildə Nehrəm cəbhəsinə 23 min rubl ianə toplandı 
ki, bunun da  bir hissəsi geri qaytarıldı, qalan hissəsi isə  
torpaqlarımızın qorunması məqsədi ilə istifadə olundu.  
         Eyni zamanda bu dövrdə  Nehrəm dayaq dəstəsi “İstiqlal” 
adlı  qəzət çıxardı.  İnanın ki, A3 formatında və 1000 nüsxə 
tirajla çıxan bu İstiqlal qəzeti bugün bir çox adını müstəqil 
qoyan müxtəlif qruplaşmalara (cammaat arasında bu 
qruplaşmaların bəzilərinə partiya deyirlər) xidmət edən indiki 
hər səhifəsi A3 formatında olmaqla 16 səhifə  çıxan çox çap 
məhsulundan təsirli və dəyərli idi. 
       14.  Vəziyyət olduqca ağır idi. Mən daimi olaraq 
sərhədlərdə  və aksiyalarda olduğum üçün bəzən elə olurdu 
həftə ilə evə  gələ bilmirdim. Ailəmizin problemləri ilə bacım 
oğlu  Ədalət (bu mən həbs olunanda da çox əziyyət çəkdi), 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə