Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
141 
bacım oğlu Zakir, dayım oğlanları  Əbülfəz  və    Fərhad 
maraqlanırdı. 
      15.  1990-cı ildə keçirilən seçkilərdə Xalq Cəbhəsinin 
üzvlərindən mən, Mərdan Novruzov, Əsgər  Əsgərov, Rüstəm 
Həsənov, Mikayıl Rəhimov Babəkdən, Asif Kələntərli, Telman 
Quliyev, Qafar Məmmədov, Elman Cəlilov Naxçıvan 
şəhərindən, Bayram Muradov, Eyvaz Həsənov, Ramiz Tağıyev, 
Əşrəf bəy Culfadan, Vaqif Almuradov, Becan Fərzəliyev, 
Həbib İsmayılov, İntiqam bəy, Xəncan Ağrılı, Rövşən Şəfiyev, 
İlqar Məmmədov, Həsən Əliyev Ordubaddan, Telman Siyabov, 
İlyas Abdullayev, Namiq Talıbov, Səməd Hüseynov, Nizami 
Tahirov (Allah rəhmət eləsin), Mirabbas Seyidov, Həbib Ələk-
bərov, Yusif bəy, Səfər  İbrahimov, Vaqif Mustafayev, Həsən 
Mehdiyev (Allah rəhmət eləsin), sonradan Fərəməz Allahver-
diyev Şərurdan, Xəqani Hüseynov, Telman Sadiqov Şahbuzdan 
Naxçıvan MSSR Ali Sovetinə deputat seçildik. Amma Heydər 
Əliyevin (Allah rəhmət eləsin), Eynulla Mədətovun, Fəxrəddin 
Şirzadovun, Mirhəşim Seyidovun, Muxtar Paşayevin və Rza 
İbadovun da qatılması ilə demokratik blokda 41 deputat oldu. 
       16.  Səhv etmirəmsə 1991-ci il martın  12-i idi. Mənim 
toyuma hazırlaşırdıq. Gecə saat 1 olardı.  Əmim oğlu Səməd 
həkimlə (Hacıyev) Sabir Novruzov (həkim) gəldilər. Bir az 
söhbətdən sonra onları Rayon kompartiyanın I katibi Əkbər 
Əliyevin göndərdiyini dedilər. Məndən  Əkbər  Əliyevin Ali 
Məclisin sədri seçilməsinə  dəstək istədilər. Söhbət etdik 
getdilər. Üstündən 1 ya 2 gün keçmişdi məktəbdə dərsdə idim. 
Bəxşiş Hüseynəliyev (bilmirəm Babək partiya komitəsində idi 
ya  rayon komsomolunun I katibi idi) gəldi ki, Əkbər müəllim 
(Əkbər Əliyev ) səninlə görüşmək istəyir. Gələcəyimi dedikdə 
“kabinetdə yox, başqa yerdə” deyə cavab verdi. Bəxşişin Zapa-
rojesi ilə getdik. Yolun yarısında düşüb Əkbər Əliyevin maşını-
na (vəzifə maşını) mindim. “Qarğa bazarı”na (bura Nehrəmlə 
Culfa arasında qayalıq bir yerdi) gəldik. Qayalıqların arasında 
Böyük Azərbaycan yolçusu 
 
 
142
Əkbər  Əliyevlə söhbət etdik. Söhbətdən sonra Əkbər müəllim 
mənə müəyyən təkliflər etdi. Mən bu təkliflərdən qəti imtina 
etdim.  
Əkbər  Əliyev Ali Məclisin sədri seçiləndən sonra 
keçirdiyi ilk yığıncaqda-Şərur rayonunda partiya-təsərrüfat 
fəallarının yığıncağıda mənim haqqımda çox nalayiq ifadələr 
işlədərək pis sözlər demişdi. Mən buna çox da əhəmiyyət 
vermədin. Xatırladım ki, Əkbər Əliyev sədr seçiləndən-1991-ci 
ilin mart ayından iyul ayının sonuna qədər demək olar ki, 
Naxçıvanda ciddi bir mitinq olmadı. Amma Siyaməkin Nehrəm 
keçid məntəqəsində tutulması  və  İrana təhvil verilməsi çox 
səhv addım oldu. Siyamək tutulanda mən onun buraxılması 
üçün bir neçə  dəfə  Əkbər  Əliyevlə görüşdüm və bu işin çox 
səhv addım olduğunu dedim. Amma Əkbər  Əliyev  mənim 
dediklərimə  əhəmiyyət vermədi. Nəticəsi isə bir aydan sonra 
Ali Məclisin sədirliyindən çıxarıldı  və Heydər  Əliyev Ali 
Məclisin sədri seçildi. Qismət olsa xatirələrimi yazanda bütün 
bunları  ətraflı və dəqiq yazacağam.  
        17. Bu dövrün mənə ən çox təsir edən olaylarından biri 21 
iyun 1991-ci  ildə Güney Azərbaycanın Zəncan vilayətində baş 
verən güclü zəlzələ idi. Bu zaman Naxçıvanın özü blokadada 
olmasına, bir çox ərzaq məhsullarına və tibbi avadanlıq və da-
va-dərmana ehtiyacının olmasına baxmayaraq Zəncana kimsə-
nin düşünəməyəcəyi səviyyədə yardım etməsi oldu.Təkcə Neh-
rəm kəndindən 5-6 maşın un, tonlarla şəkər tozu və qənd, yağ, 
nə qədər dava-dərman və yatacaq dəsti və s. yola salındı. Eyni 
zamanda Naxçıvanda daimi atışmalar və yaralılar olmasına 
baxmayaraq yüzlərlə həkim Zəncana getdi. 
         18.  Rəsmi olaraq Naxçıvan 1990-cı il yanvarın 19-da 
Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə SSRİ-nin tərkibindən 
çıxdığını elan etdi və bu haqda müraciətini dünya dövlətlərinə 
çatdırmaq və danışıqlar aparmaq üçün Türkiyəyə  və  İrana 
nümayəndə heyyətləri göndərildi. Amma Naxçıvan 1990-cı il 


Böyük Azərbaycan yolçusu 
 
 
143 
17 noyabr günü Naxçıvan MR Ali Məclisinin Heydər Əliyevin 
sədrlik etdiyi ilk yığıncağında da MSSR sözündəki Sovet 
Sosialist sözlərindən və Azərbaycan SSR-in bayrağından imtina 
edərək ADR-in üçrəngli bayrağını dövlət bayrağı kimi qəbul 
etməklə  də faktiki olaraq SSRİ-yə tabe olmadığını ortaya 
qoydu. 
          19.  Bir  gün  məni təcili evə çağırdılar və çox vacib bir 
qonaq olduğunu dedilər. Gəldim ki, Rəsul Quliyevin yaxın 
qohumu ilə evli olan dayım Yadulla ilə    Azərbaycan Milli 
Məclisinin deputatı Qüdrət Quliyev  gəlib. Biraz söhbətdən 
sonra Qüdrət Quliyev Afiyəddin Cəlilovun məni vəzifəyə  (bir-
neçə  vəzifənin adını  çəkdi) təyin etmək istədiyini dedi. Mən  
etiraz etdikcə evdəkilərin hamısı  mənə qarşı  çıxdılar.  Ən 
nəhayət mən Qüdrət Quliyevə  qəti  şəkildə    bu  söhbətə son 
qoymasını dedim və  təcili getməli olduğumu bildirib evdən 
çıxdım. Bunu qeyd edim ki, Heydər  Əliyev də Naxçıvan Ali 
Məclisinin sədri olandan sonra Naxçıvanın digər rayonlarında 
Xalq Cəbhəsinin sədrlərinə olduğu kimi mənə  də bir-neçə 
vəzifə  təklif etdi. Hətta bu məsələni özü Ali Məclisin 
sessiyalarından birində  də dedi. Amma mən vəzifəyə getmək 
istəmədiyimi bildirdim. Heydər Əliyev israr etdi, mən vəzifəyə 
getmək istəmədiyimi, mənim yerimə Mikayıl Rəhimovun təyin 
edilməsini istədim. Bu məsələ bir-neçə  həftə bizim aramızda 
müzakirə olunduqdan sonra Heydər  Əliyev Babək rayon  
Məclisinin sədri Tahir  Əliyevi də çağırdı  və üçümüz birlikdə 
söhbət edib razılaşdıq. Mikayıl Rəhimov Babək rayon İcraiyyə 
Komitəsinin sədri təyin olundu (indi Mərkəzi Seçki 
Komissiyasının katibidir).  
        20. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olanadək 
ayda 3-4 dəfə görüşürdük. Amma sədr seçiləndən sonra isə heç 
olmasa həftədə 2-3 dəfə görüşürdük. Görüşlərimizin 30 
dəqiqədən 4 saata qədər çəkdiyi vaxtlar olub. Görüşlərimizdə 
Böyük Azərbaycan yolçusu 
 
 
144
Azərbaycanla bağlı bütün mövzularda söhbətlərimiz və 
müzakirələrimiz olub.          
           21. 1992-ci il mart ayının ortaları idi.Bir gün H. Əliyev 
məni çağırdı. Biraz girişdən sonra “öyrənmişəm ki, bu 
yaxınlarda  ad günün olacaq, istəyirəm sənə bir hədiyyə verim“ 
dedi və  mənə bir ev vermək istədiyini bildirdi. Elə  həmin 
dəqiqə Naxçıvan MR Nazirlər Kabinetinin Baş Naziri Becan 
Fərzəliyevə zəng edərək mənə bir ev verilməsini tapşırdı. Əgər 
xatirələrimi yazası olsam həm Heydər Əliyev və həm də bütün 
bu olub bitənlər haqqında da geniş yazacağam. 
          22.  Heydər  Əliyev Naxçıvanda olanda İlham  Əliyev də 
gəldi. Bu dövrdə İlham Əliyevlə bir neçə dəfə görüşümüz oldu. 
İlk görüşdə Heydər  Əliyev söhbətimizin alınmasına yardımçı 
oldu. Amma sonralar rahat söhbət edirdik. Bir də  İlham 
Əliyevlə bir maraqlı yolçuluğumuz oldu. 
          23.  Hər il fevralın 2-12 arası  İranda  İnqilabın il 
dönümünü –Dəhi fəcri qeyd edirlər. 1992-ci ildə Naxçıvandan 
da nümayəndə heyyəti dəvət etmişdilər. Nümayəndə heyyətinə 
Ali Məclis sədrinin I müavini Rəşid Həsənov rəhbərlik edirdi. 
H.Əliyev getməzdən qabaq R.Həsənovu və  məni çağırtdı. 
R.Həsənova dedi ki, sən təbrik edərsən, amma əsas çıxışı 
Bünyamin eləsin. Böyük bir nümayəndə heyyəti ilə getdik. 
Nehrəm keçid məntəqəsini keçəndə İran rəsmiləri məni ayrıca 
ağırlamaq istədiklərini bildirdilər. Mən nümayəndə heyyətindən 
ayrılmaq istəmədiyimi bildirəndə onlar kimi istəsəm götürə 
biləcəyimi dedilər. Arif Rəhimoğlu, Asif Kələntərli və  mən 
birlikdə getdik. Bizi Qərbi Azərbaycan Ostandarının (baxın ki, 
İran  əsarətdə saxladığı halda belə Azərbaycanın bütövlüyünə 
razı olmur) Maku şəhərindəki qonaq evinə apardılar. Sabahı 
gün Makuda İran  İnqilabının il dönümü ilə bağlı  tədbir oldu. 
Bizə verilən proqrama görə tədbir 4 saat davam edəcəkdi. Zal 
basabas dolu idi. Hətta ayaq üstə durmağa da yer yox idi. İlk 
çıxış edən Qərbi Azərbaycan Ostandarı, sonra Türkiyənin 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə