Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
77
Məclisinə sədr seçilməsində AXC-dən olan deputatların, xüsusi 
ilə Bünyamin bəyin rolu böyük idi. Yeri gəlmişkən onu da qeyd 
edim ki, Naxçıvanda, xüsusi ilə Ordubadda AXC-nin nüfuzu 
çox yüksək olduğundan həm Azərbaycan Parlamentinə, həm də 
Naxçıvan Ali Məclisinə seçilən deputatların da sayı çox idi. 
        Bünyamin  bəy müxtəlif məsələlərin müzakirəsində  ağıllı, 
müdrik fikirlər yürüdürdü. Onun mənəviyyat,  əxlaq, 
demokratiya, azadlıq, insan haqqları, milli dövlətçiliyə aid 
mülahizələri Böyük bəyin sadiq və inanclı  tələbəsi olduğunu 
təsdiqləyirdi. Milli azadlıq hərəkatının lideri Elçibəy başda 
olmaqla Azərbaycanda dövlətçiliyin 
əsasını qoymaq, 
demokratik cəmiyyət qurmaq, Azərbaycanı beynəlxalq aləmdə 
tanıtmaq, dünya siyasətini müəyyən edən ölkələrin 
Azərbaycana münasibətini dəyişmək, milli ordu yaratmaq və s. 
AXC-yə  nəsib oldu. Sonda əsas məqsəd isə Bütöv və Böyük 
Azərbaycan idealı idi. Təəssüf ki, birləşmək  əvəzinə yenə 
bölündük, torpaqlarımızın 20% - ini də itirdik. Böyük bəyimiz 
dözmədi. Ulu Tanrı onu alıb bizdən uzaqlaşdırdı. Biz lidersiz 
qaldıq.  İndi vətənini, elini Elçibəy qədər sevən, öz azadlıq 
yolunu düzgün müəyyən etməyə çalışan çox az adam tanıyırıq. 
Bunlardan biri, bəlkə də birincisi səmimi insan, sədaqətli dost, 
qayğıkeş ailə başçısı, müdrik ata, qardaşım kimi sevdiyim 
Bünyamin Qəmbərlidir. Qəlbində  Təbriz həsrəti, Qarabağ 
yarası daşıyan Bünyamin bəy, qəlbindəki nisgil və yaraların 
sağalmasını, Bütöv və Vahid Azərbaycanın qalib vətəndaşı 
olmağını arzulayıram. Bünyamin bəy, ALLAH yardımçın 
olsun! Amin!  
 
Böyük Azərbaycan yolçusu 
 
 
78
 
 
 
SEVİL SƏLİMOVA 
 
Vəkil 
 
                          
 
 
 
 
ETİBARLI DOST, SƏMİMİ İNSAN 
 
        Mən Bünyamin Qəmbərlini sadə  və  səmimi bir insan kimi 
tanıdım. Onunla ilk tanışlığım 1990-ci ilin mart ayında olmuşdur. 
Belə ki, o zaman mən Ordubad rayon Xalq Cəbhəsinin fəal 
üzvlərindən biri idim. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Muxtar 
Respublika  şöbəsi  İdarə Heyyətinin üzvü və Nehrəm Xalq 
Cəbhəsinin sədri kimi Bünyamin bəy haqqında şifahi məlumatım 
olsa da onu şəxsən tanımırdım. Bünyamin bəylə ilk dəfə 
tanışlığım sərhəd hərakatndan sonra, yəni 1990-cı ilin mart ayı, 
Novruz bayramı  ərəfəsində oldu.1990-cı ilin Novruz bayramı 
günü qəfildən xəbər gəldi ki, kim istəyir Cənubi Azərbaycana 
gedib ordakı soydaşlarımızla görüşə bilər. Bu təbii ki, bizim 
çoxdankı arzumuz idi. Gedib oradakı soydaşlarımızı görək,  ən 
əsası da Təbrizimizi görək. Mən Ordubad Xalq Cəbhəsinin 
fəallarından olan Həmidə  xanım, onun həyat yoldaşı Məhərrəm 
müəllim, qızı  İlhamə, qardaşı  və qardaşının həyat yoldaşı Sona 
xanımla dərhal  Culfa rayonuna yollandıq. Burada xeyli adam var 
idi. Bilmirəm təsadüfdənmi, yoxsa zərurətdənmi həmin vaxt 
Bünyamin Qəmbərli də orada idi və biz birlikdə  Cənubi 
Azərbaycana getməli olduq. Biz üç gün ərzində birlikdə  Cənubi 


Böyük Azərbaycan yolçusu 
 
 
79
Azərbaycanda müxtəlif ailələrdə bərabər qonaq qaldıq. O zaman 
Bünyamin Qəmbərlinin  şən, zarafatcıl, səmimi olduğu qədər də 
ciddi, məsuliyyətli və etibarlı bir oğlan olduğunun şahidi oldum. 
Üç gün ərzində biz Ələmdarı, Mərəndı, Təbrizı  və  Cənubi 
Azərbaycanın digər şəhər və kəndlərini gəzdik. Biz hara gedirdik-
sə bizi çox hörmət və sevgi ilə qarşılayırdılar. Qonaq olduğumuz 
hər bir evdə bizi ən gözəl şəkildə əzizləyirdilər. Bünyamin bəy və 
Həmidə xanım isə getdiyimiz hər yerdə imkan düşən kimi Şimali 
Azərbaycandan, burda gedən proseslərdən, sərhədlərin 
Azərbaycanı ikiyə bölməsindən və birləşməyin zərurətindən geniş 
söhbət edirdilər. Bütün bunlarla yanaşı biz hər getdiyimiz yerdən 
xatirə olsun deyə  şəkillər çəkdirirdik. Lakin o zaman texnika 
indiki kimi inkişaf etmədiyindən və vaxtın azlığından həmin 
şəkilləri çıxartdıra bilmədik. Üç gündən sonra biz Naxçıvana 
qayıtdıq. Mən bəzən mitinqlərdə Bünyamin bəyi görürdüm. 
Amma 1990-cı ilin sonunda mən ailə quraraq  Bakıya köçdüm. 
Bünyamin haqqında hər dəfə  Həmidə xanımla  əlaqə saxlarkən 
eşitsəm də onu bir də yalnız 19 ildən sonra Bakı  şəhərində 
Ordubad Xalq Cəbhəsinin keçmiş  sədri, indi millət vəkili olan 
Fərəc Quliyevin atasının yasında gördüm. Köhnə dostlar kimi çox 
səmimi görüşdük, keçmiş günləri xatırladıq. Bünyamin bəy o vaxt 
çəkdirdiyimiz  şəkilləri çıxartdırdığını  və  mənim üçün də  şəkillər 
saxladığını dedi. Sonradan biz görüşdük və mən 19 il sonra həmin 
şəkilləri ilk dəfə görərək bir daha o günləri xatırladım. 
       Bünyamin  bəylə yenidən görüşdükdən sonra indiyə  qədər 
dostluğumuz davam edir. Biz artıq ailəliklə dostuq, bir birimizin 
evinə gedib-gəlir, tez-tez zəngləşirik. Bu illər  ərzində  mən 
dəfələrlə onun dürüst və etibarlı dost, mehriban ailə başçısı, 
səmimi, qayğıkeş, verdiyi sözə və öz işinə məsuliyyətlə yanaşan 
bir insan olduğunun  şahidi olmuşam. Belə bir insanla dost 
olduğum üçün qürur duyuram. Və ona 50 yaşın mübarək deyib, 
daha çox uğurlarla dolu, sağlıqlı və uzun ömür diləyirəm!  
Böyük Azərbaycan yolçusu 
 
 
80
 
 
 
 
NASİR RƏHBƏRİ 
(SİYAMƏK) 
Təbrizli, xalq hərəkatının 
iştirakçısı 
 
 
HƏQİQİ VƏ ETİBARLI DOST 
 
          1989-cu  il  dekabr  ayının  ortalarında  mən  DTK-nın 
həbsxanasından  azad olundum - yəni cinayət işim xətm 
olundu, bu şərtlə ki, mən 3 gün müddətində Azərbacanı  tərk 
edib xarici ölkəyə gedim. Azad olandan  sonra gördüm ki, 
ölkəni qarışıq vəziyyətdə  tərk etsəm mənim üçün cox çətin 
olacaq. Baxmayaraq ki, məni tez bir zamanda viza hazırlayıb 
Isveçə göndərmək istəyirdilər, lakin mən imtina edib bir 
müddət gözdən uzaq həyat sürdüm. Sonradan  20 yanvar 
hadisələri başladı. 20 yanvar hadisələrindən sonra rus qoşunları 
komendant saatı elan etdilər. DTK həbsxanasının kaşasının 
qoxusu canımdan çıxmamiş, mənə  xəbər catdı ki, mən də bir 
çoxları kimi yenidən tutula bilərəm.Yəni rəhmətlik Xəlil Rza, 
Hatəmi ve başqaları artıq tutulmuşdular. Mənim artıq Bakıda 
qalmağım təhlükəli idi və cəbhə dostlarım məsləhət gördülər ki, 
əgər tutulmaq istəmirəmsə, getməliyəm Naxçıvana. Mən yalnız 
Naxçıvanda təhlükəsiz ola bilərəm. Çünki Naxçıvanda  Xalq 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə