Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə21/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
85
 
 
 
 
EYVAZ MƏHƏRRƏM  
OĞLU HÜSEYNOV 
 
Naxçıvan MR-in keçmiş Millət 
vəkili 
 
 
 
 
 
 
BAYRAQDAR ! 
 
          Həyatın enişli-yoxuşlu yollarında ulu babamız həmişə 
irəliyə baxmağı, gələcəyə doğru inamla addımlamağı bizlərə 
tövsiyə ediblər. Amma hər bir insan bəzən arxada qoyduğu 
illərə -həyatı  mənası olan illərə dönüb bir də baxmalı, nələri 
tapıb, nələri itirdiyini dərindən düşünməlidir. Dünya möcüzəsi 
yeddi olsa da, kəşflər çoxdur. Mənim kəşfim 1988-ci ildir. 
Çünki özümü tapdım. Bu ildə mən Mənliyimi tapdım. Mənlərin 
olduğu Azərbaycan dünyası yarandı, Turana gedən uzaq bir yol 
açıldı qarşımızda. Bu yol uzaq bir yoldu, amma bizlərin yolu 
idi. Yol uzaq,  yolçusu insan. Bu yolçulardan biri də Bünyamin 
Qəmbərli idi. Boyu o qədər uca olmasa da, özü uca idi. 
Qəlbində vətənə sədaqət eşqi ilə, azadlığa qovuşmaq amalı ilə 
uca idi. Həyatda nəyi isə çalxalasan onun içindən mütləq və 
mütləq nə isə bir şey çıxacaq. İnsan dənizi də belədir. 1988-ci 
ildə insan dənizi çalxalandı, üzə  çıxan minlər oldu. Biri də 
Bünyamin Qəmbərli idi. Bəzən səbrli, bəzən səbrsiz Bünyamin 
Böyük Azərbaycan yolçusu 
 
 
86
Qəmbərli. Tələsirdi, sanki bir günlükdü Azərbaycan 
dərdi.1988-ci il -Milli  Azadlıq Hərəkatı “sovet” qazanında 
bişirilmiş milyonları  dəyişdirdi, Bünyaminlər yetişdi. Ya 
tamam yan, ya azad ol, Azərbaycan! Deyən oğullar dünyası 
yarandı. Buna görə  də elin, oban, böyük kəndin səni millət 
vəkili seçdi.1990-1995-ci illər  tək bir Nehrəm üçün deyil, 
Azərbaycan dünyası üçün, Turan dünyası üçün sözünü dedin, 
mübarizəni apardın. Naxçıvan MR Ali Məclisinin 17 noyabr 
1990-cı il tarixli yığıncağı oraqlı çəkicli sovet bayrağına gözləri 
öyrəşmiş deputatların qorxu hissini dağıtdı. Demokratik blokun 
qaldırdığı  məsələ  qəbul edildi. Üçrəngli bayrağımız Naxçıvan 
MR-in Dövlət bayrağına çevrildi. Bünyamin Qəmbərli  əlində 
üçrəngli bayrağımız, yanında  əqidə yoldaşı, yenicə  həbsdən 
azad olunmuş Fərəməz bəylə salona daxil oldular. Meydanlarda 
ucalan bayraq Dövlət Bayrağına çevrildi. Bayrağı daşıyan 
bayraqdar oldu Bünyamin. Parlamentdə bayrağı dalğalandır-
maq sənə  nəsib oldu. Sən nə xoşbəxtsən, Bünyamin ! Doğum 
tarixin də  gözəldir. Novruzun  gəlişi, təbiətin oyanışı, Bün-
yamin qardaşımızın doğuşu. Allahın verdiyi paya bax! Ağsaq-
qala, ağbirçəyə görüş üçün aparılan hədiyyə, Bünyaminin ata-
anasına verilən pay –Bünyamin payı. Ad günün mübarək! 50 
yaş gözəl ömür yoludur. Əvvəli xeyirli oldu, davamı da uğurlu 
olsun. 
 
    Qaranlıqdan aydınlığa   
        Bir yol gedir. 
           Ya şətin , ya asan 
               Yolçusu insan, 
                   Yolu mübarizə. 
       Yol  uzaq,  yolçu  az. Azlar çox-milyonlar içində! Içinə 
qapılmış milyonlar. 
Görünməyən tərəfdən görünən milyonlar. Sən də 
onların birisən. Tək olmaq Allaha məxsusdur. Biri olmaq isə 


Böyük Azərbaycan yolçusu 
 
 
87
insanlıq dünyasında yaşam deməkdir. Biri olmağı başardın. 
Özünü  şagirdlərinlə, tələbələrinlə paylaşmağa-bölüşməyə 
hazırladın. Bu çox gözəl seçim. Gələcək üçün seçim yolu. 
       Azadlıq! Sədası yüksələn meydan yolu keçdin, Sədərək, 
Şada, Kərməçataq-səngər yolu keçdin. Göndərişlə gedən yox, 
Vətən-Torpaq harayına gedən  əsgər oldun. Vətən daşı olmaq 
üçün –ölkə vətəndaşı olmaq üçün. 
50 yaşın mübarək! Öyrəndiklərin nə qədər çoxdursa, bildiklərin  
də o qədər çoxdur. Bildiklərin, keçdiyin həyat yolu gənclə-
rimizə lazımdır. 
       Əsrlər boyu bölmə- bölmə azalan Azərbaycan dünyasına 
qoruqçular indi daha çox lazımdır. Bizlər özümüzdə görmək 
istədiyimiz günahı Arazda axtardıq.  Arazı günahkar bildik.Ona 
görə  də Azərbaycan dünyasından Turan dünyasına baxan qo-
ruqçular yetişdir. Bu müqəddəs amala xidmətdə Sənə uğurlar. 
 
Qartalları  haray salan eləyin! 
Bu torpağı “Qoruq”elan eyləyin! 
Biz hamımız qoruqçuya dönməsək, 
“Qoruğu” da yalan elan  eyləyin! 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
88
 
 
     
 
DƏRVİŞ CAVANŞİR 
 
 
 
 
 
 
 
 
 
 
                              SƏN ŞAİRSƏN,BÜNYAMİN... 
 
        -Diqqət!Diqqət! 
       Hörmətli sərnişinlər, birazdan “Bakı-Şərur” qatarı yola 
düşəcək. Yola salan vətəndaşlardan xahiş olunur ki, vaqonları 
tərk etsinlər. 
       İnşaallah belə bir gün tezliklə olacaq. Belə bir xoş günün 
səbəbkarı da sən olacaqsan, Bünyamin bəy! Mən buna həmişə 
qəlbən inanmışam. 
       Səninlə qoşa bu qatarda Xudafərin körpüsünü keçəcəyik. 
Axşam qaş qaralanda Xan Arazdan əsən Qiblə yelləri 
könlümüzü oxşayacaq. Naxçıvan havası vuracaq üzümüzə... 
Cənub nəfəsi dolacaq sinəmizə... 
       Bax  bu  cəsarətinə görə  də Bakı  səni köynəyindən 
keçirəcək. Bu paytaxt şəhəri sənə övladım deyəcək. Sənə ürəyi 
isinəcək Bakı  şəhərinin. Sənlə doğmalaşacaq bu şəhər. Araz 
axıb Xəzərə qovuşduğu kimi Naxçıvanımız da torpaq yollarla 
qollarını salacaq Bakımızın boynuna... 


Böyük Azərbaycan yolçusu 
 
 
89
 
Hər gün neçə dəfə 
         keçdiyimiz yollar, 
              insanların ömrüdü. 
...Şose yolu, 
        dəniz yolu, 
              hava yolu, 
                     dəmir yolu. 
Biz də ömrümüzü 
              vaxta tökə-tökə, 
                       baxtımızı  
                       ovuclara bükə-bükə, 
Tanrı duasından, 
         ana laylasından, 
                 yerin-göyün bəlasından 
                          keçə-keçə yol salırıq. 
Adına da deyirik 
                 Ömür yolu... 
 
        Bünyamin,  qardaş, sənin bu şerini  əl havasına bura 
köçürmədim. Doğrudan da sənin ömür yolun bu torpaqla bağlı 
bir ömürdü. Sənin bu könül nəğmələrini-şeirlərini oxuduqca 
sinəndə  vətəndaş  şairin ürək döyüntülərini eşidirəm. Sənin 
şairliyin vətəndaşlığından gəlir. 
        Sən “ömrünün tumurcuq vaxtı Vətənin uçmuş qalasına daş 
qoydun”, ”uğrunda baş qoyacağın”  bu torpaq  səni ilk gündən 
özününkü bildi. 
        Bünyamin,  sənin hətta ataya-anaya yazdığın  şeirlərdə  də 
əsl vətəndaş  qəlbi döyünür. Anana həsr etdiyin şerin bu üçcə 
misrası heç zaman oxucu yaddaşından silinməyəcək. 
 
     
Böyük Azərbaycan yolçusu 
 
 
90
    Quyladı göbəyimi 
        Anam odun közünə, 
        Mən yurdumda bəy oldum! 
 
        Sənin bu şeirlərini oxuyandan sonra bir daha qəti qərara 
gəldim ki, sən şairsən, üstəlik də vətəndaş şairsən. Ona görə də 
mən sənin adını dost kimi andım,  şair kimi adına  şeir 
bağışladım. Sənin  şeirlərin çox şairə örnək olacaq bir poetik 
ovqatın məhsuludur. 
Bir sözlə sən şairsən, qardaş! 
                                                                                                                          
                                                                      23.XII.2013 
 
                               Salam,dan yerim... 
                                           Bu şeirimi Bünyamin Qəmbərlinin 
                                        adına bağışladım. 
 
Arazda çırpınan qürub günəşim, 
Üfüqdən boylanan dan yerim, salam. 
Qaranlığı yaran odum, atəşim, 
Kürək söykədiyim Əlincə qalam. 
 
Qədəmi sayalı, bacı həyalı, 
Ay dili nəğməli, Qızlar bulağı,- 
Min dərdin davası suyu şəfalı, 
Məcnun söyüdlərin gəlin duvağı. 
 
Üfüqlərdə üzən Gəmi qayası, 
Yeddi kimsənənin sirli dünyası... 
Nə qədər yüksəkdən baxsam da yenə
Bu dağlar əl çatmaz görünür mənə. 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə