Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə9/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
35
daha çox dünənə üz tutar, keçmişi xatırlayar və olub-bitənləri 
fikirləşər. Artıq indi mənim dünəni düşünmə zamanım gəlib və 
hərdən xatirələrim baş alıb gedir. Ömür yetərsə  və yazmaqda 
olduğum kitablarımı bitirsəm, yazdığım kitabları da çap etdirə 
bilsəm, yəqin ki, başqa mövzu axtarmayıb xatirələrimi 
yazaram. Ancaq elə indidən bildirim ki, sən, mən və başqa 
dostlarımız da daxil bizim hamımız çox dəyərli bir həyat 
yaşadıq. Vətən və millət qarşısında alnımız açıq, üzümüz ağ 
oldu, çünki çoxları uydurma Sovet məfkurəsinə  və Rus 
imperiyasına qulluğu özü üçün şərəf saydığı bir çağda biz gizli 
təşkilat qurub Azərbaycan üçün, Azərbaycanın bütövlüyü üçün 
əlimizdən gələn işləri görməyə çalışdıq, 1988 – 1992-ci 
illərdəki Milli Hərəkatın da öndə gedənlərin içərisində olduq. 
 
Bir-iki il bundan qabaq bir adamla telefonda danışırdım. 
O, sözü səndən saldı və mən də dedim ki, Bünyamin uşaqlıqdan 
bizim gizli təşkilatın üzvü olub. Adam qəzəbləndi və az qala 
məni yalançılıqda suçladı. Çünki gerçəyi bilmirdi və suç da 
bizdə idi: indiyədək biz gizli təşkilatımız haqqında 
danışmamışdıq, susmuşduq, düşünmüşdük ki, ayıbdı, deyərlər 
bəs özümüzü öyürük.  
 
İlk dəfə 1993-cü ildə gizli təşkilatımızla bağlı mətbuatda 
bir neçə  qısa cümlə demişdim. Sonra 1998-ci ildə Bütöv 
Azərbaycan Birliyi (BAB) iclaslarının birində yeri gəldiyi üçün 
gizli təşkilatımız və onun strukturu haqqında bir az danışdım. 
Bütöv Azərbaycan Yolunun böyük yolbayı Əbülfəz bəy (Ruhu 
şad olsun! Məzarı nurla dolsun!) dedi ki, bu haqda mən 
danışsam, deyəcəklər özündən deyir, gərək elə sizlər, o 
təşkilatın üzvü olmuş adamlar bu haqda danışsın ki, camaat da 
gerçəyi bilsin.  
 Onda 
hələ özümü orta yaşlı bilir və dünəndən çox sabahı 
düşünürdüm...  
 Bünyamin 
bəy! İndi elə bilirəm ki, gizli təşkilatla bağlı öz 
bildiklərimin bir qismini yazmağım və yazdığımın da sənin 
Böyük Azərbaycan yolçusu 
 
 
36
əllinci ad günün münasibətilə hazırlanacaq kitabda çap 
olunması yerinə düşər. Çünki bu xatirələr sən də daxil bizim 
hamımızın keçdiyi yoldur və onlar məhz sənin ad gününlə bağlı 
yada düşdü...  
 1972-ci 
ildə Azərbaycan Dövlət Universitetinin filoloğiya 
fakültəsinə  qəbul oldum. Məndən yuxarı kursda oxuyan və 
yataqxanada qonşu otaqda qalan tələbə dostumuz Gədəbəyli 
Zirəddin Məmmədovla parçalanmış Azərbaycana yönəlik tez-
tez söhbətlər edərdik. Söz vaxtına çəkər: 1972-ci ilin qışında bu 
söhbətlər məni gizli təşkilata üzv olmağa gətirib çıxardı. Bəlli 
oldu ki, Azərbaycanın bütövlüyü uğrunda mübarizəni öz 
qarşısına məqsəd qoymuş bir gizli təşkilat var və Zirəddin də 
onun üzvüdür (onda hələ “bəy” sözünü işlətmirdik). Mən də 
qoşulmaq istəsəm, Zirəddin, mən və bir də üçüncü bir nəfər 
birgə olacağıq. Başqa heç kimi tanımayacaq və yalnız biz 
üçümüz birgə  fəaliyyət göstərəcəyik. Bir müddət sonra isə, 
özümüzü doğrultsaq, mənə də icazə veriləcək ki, öz üçlüyümü 
yaradım.   
 Razılaşdım və bəlli oldu ki, bizim üçlüyün üçüncü adamı 
Zirəddinin otaq yoldaşı, Babək rayonu Zeynəddin kəndindən 
olan tələbə dostumuz Salman Hüseynovdur. Üçümüz birlikdə 
çox söhbətlər edir, Azərbaycan Demokrat Firqəsi üzvlərinin 
bizimlə oxuyan və “demokrat” adlandırılan uşaqları – tələbə 
yoldaşlarımızın  əli ilə üstüörtülü biçimdə Güney Azərbaycana 
yönəlik bilgi toplamağa çalışır, “Amerikanın səsi” və başqa 
xarici radiostansiyaları gizlicə dinləyir, özəlliklə  də  bədii 
ədəbiyyatdan və əldə edə bildiyimiz elmi ədəbiyyatdan nələrsə 
öyrənməyə çox önəm verirdik. Təbii ki, bu öyrəndiklərimizin 
bəlli bir qismi çevrədəki adamlarla söhbətlərdə işimizə yarayır 
və biz öz təbliğatımızı aparırdıq. O dövrdə  ən çox yadımda 
qalan işlər içərisində  Səttarxanın  şəkillərini yaymağımızı, 
Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının hər səhifəsini 
ayrı-ayrı adamlara köçürtdürüb gizlicə paylamağımızı, 


Böyük Azərbaycan yolçusu 
 
 
37
Şəhriyarın “Heydərbabaya salam” əsəri, Səhəndin  şeirləri, 
Cənub mövzulu ədəbiyyatımız haqqında hər yanda 
danışmağımızı ayrıca vurğulayım.   
 1975-ci 
ilədək işlərimiz belə getdi. 1975-ci ildə bir gün 
axşamüstü Zirəddin çox həyəcanlı bir halda bizim otağa gəldi. 
O gün dərsdə eşitmişdik ki, tarix fakültəsinin müəllimi Əbülfəz 
Əliyevi antisovet təbliğat üstündə  həbs ediblər. Ancaq mən 
Əbülfəz müəllimi tanımır və  mənimlə bir kursda oxuyan 
dəyərli insan Nəsibə xanımın qohumu olmasından başqa 
haqqında heç nə bilmirdim. Yadımdadır, Zirəddin çox boğuq 
bir səslə dedi ki, rəhbərimizi tutublar. Onda ilk dəfə eşitdim ki
gizli təşkilatın rəhbəri Əbülfəz müəllim imiş... 
 Zirəddin, Salman və  mən  Əbülfəz müəllimin 
məhkəməsinə getdik. Salmanla Zirəddin içəri keçə bilsələr də, 
gənclərin çoxunu, o sıradan da məni içəri qoymadılar. 
Məhkəmə binası qarşısında qaldıq. 
 1976-cı ilin Novruz bayramında ilk açıq tədbirimiz – 
yürüş  və mitinqimiz keçirildi:  biz Universitet tələbələri 
C.Cabbarlı kino-teatrı qarşısında, başqa dəstələrdən bir qismi 
“Almaz” mağazası  tərəfdə  və üçüncü bir qrup da qəbristanlıq 
tərəfdə  yığışdıq, sonra dördyol qovşağında birləşərək birgə 
Fəxri Xiyabana yürüdük, başda Şıxəli Qurbanov (Allah rəhmət 
eləsin!) olmaqla bir neçə  məzarı ziyarət etdik, qısa çıxışlar 
oldu, sonra da Nərimanovun heykəli önünə getdik, əklil qoyub 
dağılışdıq. Çevrəmizi saran şübhəli  şəxsləri və mülki geyimli 
dövlət məmurlarını çıxsaq, tədbirə qatılanlarımızın sayı  ən azı 
iki yüz nəfərdən çox idi...  
 1976-cı ilin payızında Zirəddin mənə dedi ki, təşkilatın 
qərarı var, artıq təkcə Bakıda yox, rayonlarda da 
təşkilatlanmalıyıq. Naxçıvan sənə tapşırılır.  
 
Təbii ki, söhbətimiz uzun çəkdi və  mən Naxçıvandakı 
dostlarımdan bir neçəsinə çox umud etdiyimi, onların bu işə 
qatılacağına inandığımı dedim. Hamıdan daha çox iki dostuma 
Böyük Azərbaycan yolçusu 
 
 
38
– Naxçıvan  şəhərindən Asif Kələntərliyə  (İndi Haqqın 
rəhmətinə qovuşub. Allah rəhmət eləsin!) və Culfanın Milax 
kəndindən Bayram Muradova inanır, onların təşkilata 
girəcəklərini düşünürdüm. Rəhmətlik Asiflə bir-birimizi neçə 
illərdi tanıyırdıq, Bayram da bizə qonşu olan bir qohumugilə 
arasıra gəldiyindən onu da uşaqlıqdan tanıyırdım. 
Azərbaycanın bölünməsi haqqında hər ikisi ilə  də  dəfələrlə 
danışmışdıq.  
 Bayram 
kənddə olurdu deyə onu bir az sonra, 1977-ci 
ildə gördüm və gizli təşkilat məsələsində  tərəddüd eləmədi, 
qoşuldu və elə  həmin il onu Zirəddinlə  də görüşdürdüm 
(Zirəddini bir də 1993-cü ildə gördüm. Xanlarda müəllim 
işləyirdi).  
 
Rəhmətlik Asifin məndə ev telefonu vardı. Ona zəng 
etdim və ordan-burdan danışıb sonra Bakıya haçan gələcəyini 
soruşdum. İki ay sonra, 1976-cı ilin sonlarında gəldi və soyuq 
olsa da, bulvarda, “Sahil” restoranının çayxanasında oturub 
danışdıq, tam razılaşdıq. Rəhmətlik Asif öz tanıdığı bir neçə 
adamın – tələbə yoldaşlarının adını  çəkdi və onlarla Cənubi 
Azərbaycan haqqında tez-tez söhbətlər etdiklərini bildirdi (O 
dönəmdə Sovet siyasəti “İran Azərbaycanı” adında israrlı idi, 
biz isə bu adı  qətiyyən qəbul etmir, Cənubi Azərbaycan 
deyirdik). Qərarımız belə oldu ki, Asif gedib inandığı bir neçə 
yaxın adamla bu məsələni danışır, təşkilatı qurur və 1977-ci 
ildə də mən Universiteti bitirib gəlirəm Naxçıvana, o təşkilata 
qatılıram.  
 Danışdığımız kimi də oldu və 1976-cı ilin sonu - 1977-ci 
ilin başlarında artıq Naxçıvanda təşkilat qurulmuşdu. Mən 
1977-ci ilin yayında işləmək üçün Naxçıvana gəldim və 
rəhmətlik Asifin qurduğu bu təşkilata qatıldım (Hər zaman 
sadəcə  təşkilat dedik, daha ayrıca bir özəl adımız olmadı). 
Əsgər Məmmədovun atası  Qəlil kişinin çayxanası bizim əsas 
görüş yerimizə çevrilmişdi və doqquz nəfərlik mərkəz daha çox 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə