Böyük Azərbaycan yolçusu
7
insanların onu niyə çox sevməsinin əsas səbəbini də tapdım.
Bünyamin müəllimdə əsas və vazkeçilməz keyfiyyət olan
dürüstlük, böyüyə hörmət, kiçiyə qayğı, dediyi sözün sahibi
olmaq, haqsızlıq və saxtakarlıq etməmək, eyni zamanda cəsur
və qorxmaz olmaq kimi xüsusiyyətlər onu tanıyanlara sevdirən
əsas xüsusiyyətlərdir.
Bünyamin müəllimin keçdiyi yol çox enişli-yoxuşlu olub.
Həyat onun başına sığal çəkməyib, əksinə öz sərt və şıltaq
üzünü ona daha sərt göstərib. Amma onu məğlub edə bilməyib.
Mən Bünyamin müəllimlə birinci tanışlıqdan sonra onun
haqqında soruşduqda mənə onun Naxçıvan Muxtar
Respublikasına
necə deputat seçilməsi, deputat fəaliyyəti,
torpaqlarımızın qorunması uğrunda apardığı mübarizə və s.
haqqında müsbət mənada çox şey danışdılar.
Bünyamin
müəllim haqqında deyilən bütün müsbət fikirlərə baxmayaraq
mən onu daha yaxından tanıdıqca məndə ona hörmət və
məhəbbət daha da artdı. Bugün bizim aramızda böyük yaş fərqi
olmasına baxmayaraq mən onu özümə dost bilirəm. Çünki,
yaxınlıq etdiyimiz bu qısa vaxt ərzində mən Bünyamin
müəllimin nəcib və müsbət əməllərini, Vətənimizə, Millətimizə
və Dövlətimizə bağlılığını gördükcə, onun həyatını araşdırdıqca
mənə aydın oldu ki, Bünyamin
Qəmbərli təkcə Nehrəm
kəndinə və ya Naxçıvan torpağına deyil, bütövlükdə hər yönü
ilə Azərbaycan xalqına layiq bir insan, bir ziyalı ömrü yaşayıb.
Bütün yuxarıda deyilənləri yekunlaşdıraraq demək
istəyirəm ki, Bünyamin müəllim, 50 yaşın mübarək olsun.
Sənin bütün çətinliklərinə baxmayaraq sınmadığın, bugünədək
şərəflə yaşadığın bu həyatda, bütün varlığınla sevdiyin və
uğrunda canını verməkdən belə çəkinmədiyin bu vətəndə
yaşamağa haqqın daha çoxdur. Bundan sonrakı həyat
fəaliyyətində sənə yeni-yeni uğurlar diləməklə,
yeni zirvələr
fəth etməni, ömrünün müdrik vaxtında Uca Tanrıdan sənə
möhkəm can sağlığı və uzun ömür arzulayıram!
Böyük Azərbaycan yolçusu
8
MUXTAR KAZIMOĞLU
AMEA Folklor İnstitutunun
Direktoru, f.e.d.
ŞAİR TƏBİƏTLİ CƏNGAVƏR
Keçən əsrin 80-ci illərində Bakıda yaşca, peşəcə fərqli
adamların az-çox bir araya gəlməsində çayxanaların xüsusi rolu
vardı. Çayxana həvəskarı oldun - olmadın, çayxanaya getməli,
orada dost-tanışla görüºməli, dərdləşməli olurdun. Mənə qalsa,
mən çayxana həvəskarı olmayanlar sırasında idim. Bunun belə
olduğunu universiteti bitirib üç il kənddə müəllim işləyən vaxt
özüm üçün aydınlaşdırmışdım. Kənddəki tay-tuşlarım hərdən
məni
çəkib çayxanaya aparsalar da, orada çox duruş gətirə
bilmirdim. Başı nərdə, dominoya və şahmata qarışan tay-
tuşlarımla uzağı yarım saatdan sonra xudahafizləşib evə
gedirdim. Bakıda isə vəziyyət başqa cür idi. Burada ünsiyyətdə
olduğumuz dost-tanışın çayxanalarda nərd, domino və şahmat
oynamaqla işi yox idi. Onların işi ədəbiyyatdan, tarixdən,
siyasətdən milli məsələ üstündə danışmaq idi. Yəni nədən
danışılır-danışılsın, söhbət gəlib milli məsələ üstünə çıxırdı.
Sən söhbətə qoşulmasaydın belə,
durub getmək istəmirdin,
çünki söhbət maraqlı, danışılanlar cəlbedici idi.
Böyük Azərbaycan yolçusu
9
O vaxt Bədən Tərbiyə İnstitutunda tələbə olan
Bünyamin Qəmbərli ilə mənim tanış olmağımda da, yəqin ki,
Bakı çayxanalarının rolu olub . Onunla ilk dəfə ya çayxanada,
ya da hardasa başqa bir yerdə “çayxana dostlarım”dan birinin
vasitəçiliyi ilə görüşmüşəm. Aramızdakı yaş və peşə fərqi
ünsiyyətimizə mane ola bilməyib. Qısa bir zamanda bir-
birimizə isinişməyimizin bir səbəbi “antisovet” əhvali-
ruhiyyədə köklənməyimiz idisə, başqa bir səbəbi də xasiyyətcə
az-çox oxşar olmağımız idi. O vaxt olduğu kimi,
indinin
özündə də insanlara münasibətdə xasiyyət-xarakter məsələsi
məndən ötrü çox vacibdir. Kəlməbaşı “millət, millət” deyən,
amma üç qəpiklik adamlığı olmayan kəslərlə oturub-durmaq
məndən ötrü o vaxt da məşəqqət idi, indi də məşəqqətdir.
Bünyamin Qəmbərli heç də “millət, millət” demirdi. O, daha
çox sual verirdi, dünənimizin, bu günümüzün qaranlıq
nöqtələrini özü üçün aydınlaşdırmaq istəyirdi. Verilən suallar,
suallar müqabilində nələrisə özü üçün aydınlaşdırmaq cəhdləri
ədəb-ərkan çərçivəsində olurdu. Bünyamin Qəmbərli böyük-
kiçik
yeri bilirdi, onun danışıq və davranışında utancaqlıq
qarışıq bir ifal olurdu.
Bu gün yaşı əllini haqlamış Bünyamin Qəmbərlinin
həmin ədəb-ərkan və ifalı qoruyub saxlaması adamı sevindirir.
Sevinirsən ki, namərdlik qarşısında əyilməyən cəngavər dostun
zərif bir ürək sahibidir. Bu zərif ürək sahibi zəng vurub
deyəndə ki, “şeirlərimi oxumaq üçün sənə vermək istəyirəm”,
mən zərrə qədər təəccüblənmədim. Çünki Bünyamin
Qəmbərlinin şair təbiətli olduğunu mən çoxdan bilirdim. Onu
da bilirdim ki, şair təbiətli adam şeir yaza da bilər, yazmaya da
bilər. Bünyamin Qəmbərli şeir yazırsa, demək, onu dost kimi
bir az da yaxından tanımaq imkanı qazanırsan. Bünyamin
Qəmbərlinin səninlə olan söhbətlərini onun öz-özü ilə olan
daxili söhbətləri (yəni şeirləri) hesabına bir də götür-qoy
edirsən, sənin indiyə qədər tanıdığın Bünyamin Qəmbərlini
Böyük Azərbaycan yolçusu
10
onun − ilk dəfə oxumağa başladığın − şeirlərində axtarmağa
başlayırsan. Görürsən ki, çoxusu keçən əsrin 80-ci illərində
yazılan bu şeirlərdə Bünyamin Qəmbərli sənin o vaxt tanıdığın
Bünyamin Qəmbərlidir. Ürəyi Vətən eşqi ilə döyünən, öz
xoşbəxtliyini Vətənin xoşbəxtliyində görən Bünyamin
Qəmbərli...
24 noyabr 2013-cü il