Böyük Azərbaycan yolçusu
165
bölünmüş olması ilə bağlı çıxışlarına və bütövlük şüarlarına
bağlayırdılar. Mən indi həmin qüvvələrdən soruşmaq istəyi-
rəm: İndi ki, Əbülfəz Elçibəy yoxdur, indi ki, Azərbaycan
rəhbərliyi İranın əleyhinə çıxışlar etmir, bəs indi niyə İran bizə
qarşı hər cür basqıya, şantaja, sabotaja, təxribata əl atır, Azər-
baycanın müsəlman xalqını məhv etmək istəyən, torpaqlarını
işğal edən Ermənistana hər cür,-hərbi, iqtisadi, siyasi və
təşkilati yardım edir? Üzümü bir zamanlar Əbülfəz Elçibəyi və
bizi siyasi savadsızlıqda və naşılıqda günahlandıranlara tutub
deyirəm: biz savadsız və naşı deyildik, həmçinin siz də savad-
sız deyilsiz. Biz İranın Azərbaycana qarşı mənfi münasibətini
(İran bağımsız Azərbaycan dövlətinin olmasına qarşıdır) və bu
münasibətin səbəblərini (İran Bağımsız Azərbaycan dövlətinin
olmasının Bütöv Azərbaycan dövlətinin qurulmasına gətirib
çıxaracağına qəti əmindir,amma ən çox qorxduğu isə İran adlı
dövlətin ləğv olunaraq tarixi Azərbaycan dövlətləri Səfəvilər,
Əfşarlar və Qacarlar dövründə olduğu kimi bütün İran
ərazisinin Bütöv Azərbaycan dövləti ilə birlikdə Azərbaycan
türklərinin hakimiyyətində olacağı düşüncəsidir) bildiyimiz
kimi siz də bilirsiniz. Amma sadəcə biz bütün fəaliyyətimizdə
Azərbaycanın milli maraqlarını və dövlətçilik mövqeyini əsas
götürdüyümüz halda, siz isə öz kirli və kiçik maraqlarınız -
separatizm üçün İrandan alacağınız siyasi (mənəvi, ideoloji,
təbliğat və təşkilati) , maddi və hərbi yardımlar xatirinə (bu
separatizm İranın maraqlarına tam uyğun idi) milli və
dövlətçilik maraqlarını qurban verdiz.
15. Biz tarixdən oxuyuruq ki, filankəs saray şairi idi və ya
filan dövrdə filan mədhiyyələr yazılıb. Amma bu gün
Azərbaycanda bütün sahələri əhatə edən çox böyük saray
zümrəsi, məddahlar ordusu formalaşıb. İndi siz düşünün ki,
XXI yüzildə saray ədəbiyyatı, saray musiqisi, saray incəsənəti,
saray kinematoqrafiyası, saray heykəltaraşlığı , saray jurnalisti-
kası və s. var. Bunların demək olar ki, hamısı öz işini sevgidən
Böyük Azərbaycan yolçusu
166
yox, rahat yaşamaq və çoxlu pul qazanmaq, dəbdəbəli həyat
sürmək xatirinə edirlər. Sonradan isə, hamısı da, elədikləri
bütün iyrəncliklərə baxmayaraq, hakimiyyətdə istifadə müddəti
başa çatdıqdan və ya ordan qovulduqdan sonra, müxalifət
düşərgəsində özünə layiqli yer tapır. Bunun da səbəblərindən
biri odur ki, nə vaxta qədər həqiqətən bu yurda, bu millətə və
dövlətə xəyanət edənlər – cavidlərin üzünə dirənənlər,
müstəqilliyimizə qarşı çıxanlar, vətənimizin, millətimizin və
dövlətimizin əleyhinə çasusluq edənlər, torpaqlarımızın işğal
olunmasında rolu olanlar, millətimizin və dilimizin əleyhinə
olanlar adbaad açıqlanmayıb və ən azından, elin töhmətinə,
ictimai qınağa tuş gəlməyiblərsə bu belə də davam edəcək.
16. XX yüzillikdə Azərbaycanın şimalında qurulan
dövlətin bu gün müstəqil olaraq yaşaması 3 böyük şəxsin adı ilə
bağlıdır. M.Rəsulzadə – bu dövlətin qurucusu, Ə.Elçibəy – 70
illik fasilədən sonra bu dövlətin bərpaçısı və H.Əliyev – bir çox
iç və dış güclərin işbirliyi ilə parçalanmaq, dağılmaq ərəfəsində
olan müstəqil dövlətimizin qoruyucusudu. Mən düşünürəm ki,
hakimiyyət həm M.Rəsulzadəyə, həm də Ə.Elçibəyə müna-
sibətini dəyişməlidir. H.Əliyevin olduğu kimi, M.Rəsulzadənin
də , Ə.Elçibəyin də bir çox yerdə heykəlləri qoyulmalıdır. Eyni
zamanda mən düşünürəm ki, müstəqil dövlətimizin bu günə
gəlib çatmasında müstəsna xidmətləri olan hər üç şəxsin –
M.Rəsulzadənin, Ə.Elçibəyin və H.Əliyevin bütün dövlət
idarələrində istər birlikdə, istərsə də ayrılıqda şəkilləri asıl-
malıdır. Əgər 70 illik sovet rejimi M.Rəsulzadəni Azərbaycan
tarixindən və xalqımızın yaddaşından silə bilmədisə, heç bir
güc nə Ə.Elçibəyi, nə də H.Əliyevi Azərbaycan tarixindən və
xalqımızın yaddaşından silə bilməyəcək.
Böyük Azərbaycan yolçusu
167
SON SÞZ ßVßZÈ
ETİBAR QƏRİB
“ÖMÜR” – DEDİKLƏRİ...
İnsanoğlu tarixən, bugün isə daha qabarıq ºəkildə
maddiyyatı önə gətirməklə, üzərinə düşən insanlıq missiyasını
unutmuş, insanın ən ali dəyəri olan – mənəviyyatı,
qəbulolunmaz dərəcədə aşağı mərtəbəyə yendirmişdir. Hələ bu
azmış kimi, öz günahlarını zaman-zaman yaşadığı dövrün
boynuna yükləməklə yanaşı, “maddiyyatına” dırnaq arası uğur
donu geyndirmiş, maddiyyatıyla-mənəviyyatı arasına
bərabərlik işarəsini qoymağa belə, çaba göstərməmişdir. Başqa
sözlə desək, insan nəfsinə uymaqla, təkcə insanlığa deyil, həm
də günəşə möhtac olan, hər bir canlının haqqına təcavüz edir,
Qiyamət gününü yaxınlaşdıran əlamətlərin daşıyıcısına
çevrilir... Bütün bu qüsur və xətalara baxmayaraq, hər dövrdə
Böyük Azərbaycan yolçusu
168
olduğu kimi bugün də, ümidlərin bitmədiyi nöqtələr
mövcuddur. Az qala bəşəriyyətin yüzdə - doxsanı “Allah-
Allah” – deyə şeytana yenilmiş durumda olsa belə, geriyə qalan
yüzdə onu, öz yaxşı əməllərilə, Allah dərgahında, ucada
olduqları qədər də, Haqq carçılarıdır ki, onların sayəsində
günəş hər sübh doğmalı olduğu yerdən doğur, ümidləri
cücərdir, yaraları qaysaqlandırır...
Dəyərli oxucu! Bu gün isə mənim üzərimə düşən mənəvi
iş, qələmə alacağım düşüncələrimlə, heç bir tərifə və təhrifə yol
vermədən , tərifin yalnız Allaha məxsus olduğunu unutmadan,
haqqında bəhs edəcəyim insanı, bildiyim-bacardığım qədər
sənə təqdim etməkdir. Öncədən, Milli və mənəvi ruhu
damarlarında daşıdıqca qürurlanan, Şəriətdən Mərifətə yol
gedən Bünyamin bəyə, eləcə də, bu kitabın araya-ərsəyə
gəlməsində zəhməti olan, onun könül dostlarına və onu
Millətimizə bəxş edən, Ata-Anaya minnətdarlıq hissiylə
Allahdan, rəhmət diləmək istəyirəm!
Bünyamin bəyin yarıməsrlik ömrünə qələmdaşların,
məsləkdaşların gözü ilə nəzər yetirərkən, yadıma belə bir
əhvalat düşdü: Üç eyni işi görən ustadan ayrılıqda soruşurlar ki,
“nə iş görürsən?”. Üçü də müxtəlif cavablar verir. Biri deyir:
“daş yonuram”, o biri deyir: ”çörək pulu qazanıram”, üçüncüsü
də deyir: “ məbəd tikirəm”. Eyni iş, fərqli yanaşma...Bəli,
insanların bir iş və yaxud bir insan haqda fikirləri, ona görə
fərqlənir ki, onların iç dünyası, baxış bucaqları fərqlidir.
Bünyamin Qəmbərlinin 50 yaşına həsr olunmuş bu kitabda da,
söz deyən qələm adamlarının hər biri, bir “MƏBƏD”in inşasına
çalışır, bir insan ömrünə fərqli bucaqlar altında güzgü tuturlar.
Bu kitabın ilk oxuculardan biri kimi bunu deyə bilərəm ki,
Bünyamin Qəmbərli, ömrünün 50-ci baharına heç də hamar
yollarla gəlib yetişməyib. Uşaqlıq həyatı başqalarından çox
fərqlənməsə də, sonrakı illər onun və onu tanıyanların
yaddaşında dərin izlər buraxıb. Xüsusilə də Gizli Təşkilat, Milli
Böyük Azərbaycan yolçusu
169
Azadlıq Hərəkatı, məhbus həyatı – Onun bir Vətənsevər,
Millətsevər, Dostcanlı, Ailəcanlı bir insan kimi yetişməsinə
vəsilə olub. Bu mövzuda, Onu yaxından tanıyan insanlar, öz
xatirələrini yazıb, fikirlərini deyiblər...
Bəs tanıdığımız Bünyaminin 50 yaşına daha nə demək olar?!
Bu yaş haqda nə demək olmaz ki ;
İki igidin ömrü də demək olar bu yaşa...
Məktəb partası arxasından indicə duran bir yeniyetmə də...
İctimai nəqliyyatda durub yer də vermək olar, “ağsaqqal” –
deyə...
Ona qoşulub, dünyasını dəyişmiş valideynlər üçün kövrəlmək
də olar...
Bu yaşın yükünü isə çəkmək hər kişinin işi deyil...
Çəkməsən nə bilərsən, bu yaşda Bünyamin Qəmbərli nə çəkib...
Bu gün haqqında nə yazsan, az olar..
Az olduğu qədər də bitməmiş olar...
Doğru olanı bir özü, bir də Allahı bilər...
Biz bildiyimiz, onun görünən ömrüdü...
Bəs görünməyən tərəfini kim yazacaq, mələklərmi?
Onlar da Gizli Təşkilatda olduğundan, Milli Azadlıq hərəka-
tındakı fəaliyyətindən, məhbus həyatındanmı yazacaqlar...
Kim bilir, Allahdan başqa...
Biz səni güzgüdə görürük, Bünyamin Qəmbərli...
Güzgü isə qarşısına keçəni tərs göstərir...
Sağını – sol , solunu – sağ kimi...
Sən kimsən, özün bilirsən...
Azca da bizlər bilirik – silahdaşların, məsləkdaşların...
Ki, sən sadə bir TÜRK ÖVLADISAN...
Bu biz dostlara da, mənsub olduğun Millətə də, Arazın iki gözü
olan – AZƏRBAYCANA da bəs edər...
Mən sənə zirvə arzulamıram, çünki sonrası enişə gedir...
Amma Savalan zirvəsinə gedən YOLu arzulayıram...
Bu yol əbədiyyata gedən, enişsiz bir YOLdur...
Böyük Azərbaycan yolçusu
170
YOLUN UĞURLU OLSUN, EY TÜRK!!!
Adına bağladığım bu kiçik yazıyla yanaşı böyük ürəklə bu şeir
parçasını da sənin 50 yaşına ithaf edirəm :
O necə qış idi, odsuz-ocaqsız,
Bu necə bahardı, bacam isinmir.
Dağın o üzündə, baş daşım – adsız,
Dağın bu üzündə, tarixçi dinmir...
Bəlkə ucalıqdan büdrəyib o daş,
Bəlkə dağ selinə yenilib gəlib?!
Daşın, daş üzündə oxunur təlaş:
“Bir də o zirvəyə çətin yüksəlim”
Daş deyil büdrəyən insandı bəlkə,
Haçansa hörülüb divara, daştək...
Ucada daş olmaq asandı bəlkə,
Çətindir büdrəyib ayağa düşmək...
Mən indi anlayıb-duyan olmuşam,
Ucadan büdrəyib düşən daşları...
Bir zaman tapdayıb keçən olmuşam,
Daş kimi ayağa düşən başları.
Niyə buz bağlayıb ürəyim, niyə,
Niyə lal olubdu dilim danışmır?!
Sabahım dönübdü, çətin tənliyə,
Bugünüm həllinə qəlbən çalışmır.
Nə deyir səbrimi kəsən boz külək?!
Dost əli döyməyən qapımı döyür...
“Ömür” – dedikləri, su dolu çəllək,
Boşalır.., baxıram gözümü döyüb.
Böyük Azərbaycan yolçusu
171
Könül! dağ arayıb, dərə qatlama:
Demə : “Gün batınca üzə, ay doğur!”
Bir də ərənlərin, haçan atlana?!
İndi oğulları – səngərlər deyil,
Haramdan yapılmış, saraylar doğur...
Böyük Azərbaycan yolçusu
172
Kitabın içindəkilər
Ön söz ........................................................................................... 3
Əli Nəcəfqulu oğlu Nuriyev. Onu belə tanıdım ......................... 5
Muxtar Kazımoğlu. Şair təbiətli cəngavər ................................... 8
Əli Qəmbərali oğlu Əlirzayev. Bünyamin Qəmbərli
orijinal adamdır ............................................................................ 11
Arif Əli oğlu Əliyev.Əlli yaşın mübarək! .................................... 14
Nəsir Nəsirli. Qətiyyətli və yorulmaz təbliğatçı ......................... 19
Xəliyəddin Dəsgirali oğlu Xəlilli. Adınla yaşa ............................ 22
Qəmbər Məhərrəm oğlu Cəfərov. Enişli-yoxuşlu ömür yolu ...... 26
Cabbar Hüseynqulu oğlu Həsənov. Adı ilə çağrılmayan
qəhrəman ...................................................................................... 29
Cıэırdaшların yaddaшından
Arif Rəhimoğlu. Orda bir yol var – uzaqda... .............................. 34
Əli Şamil. Xalq hərəkatımızın təmənnasız döyüşçüsü ................. 45
İnqilab Orxan. I məktub ............................................................ 54
Fərzuq Seyidbəyli. Yadımda qalan və qalmayan Bünyamin ........ 58
Sèyasèlÿrèn gþzöndÿ
vÿ sþzöndÿ
Qüdrət Müzəffər oğlu Həsənquliyev. İdeyalarına bağlı insan ..... 61
Fərəc İbrahim oğlu Quliyev. Qazavatın, əbədiyaşarlığın
mübarək! ....................................................................................... 64
Sərdar Cəlaloğlu. Vətən daşları ................................................... 66
Teyyub Qənioğlu. İnandırmağı bacaran siyasətçi ....................... 69
Vaqif Abışov. Mənim tanıdığım Bünyamin bəy .......................... 71
Dost animi
Həmidə Məhərrəm qızı Məmmədova. Bütöv və
böyük Azərbaycan yolçusu ........................................................... 74
Sevil Səlimova. Etibarli dost, səmimi insan ................................. 78
Böyük Azərbaycan yolçusu
173
Nasir Rəhbəri (Siyamək). Həqiqi və etibarlı dost ........................ 80
Eyvaz Məhərrəm Oğlu Hüseynov. Bayraqdar! ............................ 85
Dərviş Cavanşir. Sən şairsən, Bünyamin... .................................. 88
Məmməd Tahir. “Sınıq könüllərə payız tez gəlir” ....................... 92
Heydər Oğuz. Şərəfli bir ömrün yarıməsrı .................................. 97
Hacı Səyavuş Mustafayev. Həyatımızın çox hissəsi oxşar olub . 102
Məhəmməd Cəfər oğlu Məmmədli .............................................. 105
Þzöndÿn gþrönÿn þmör
Özlüyüm (tərcümeyi-halim) rəqəmlərlə ....................................... 108
Nehrəm ......................................................................................... 110
Ailəm ............................................................................................ 113
Parta arxasında .............................................................................. 118
Gizli təşkilatla bağlı ...................................................................... 120
Tələbəlik illəri .............................................................................. 126
Müəllimlik fəaliyyətim ................................................................. 132
Milli Azadlıq Hərəkatı dövrü ....................................................... 135
Məhbəs həyatım ............................................................................ 147
III Bakı dövrü ............................................................................. 151
Düşüncələrim ................................................................................ 155
Son sþz ÿvÿzè
Etibar Qərib. “Ömür” – dedikləri... ........................................... 167
Böyük Azərbaycan yolçusu
174
BÖYÜK AZƏRBAYCAN YOLÇUSU
Böyük Azərbaycan yolçusu
175
«Åëì âÿ òÿùñèë»
няшриййатынын äèðåêòîðó:
ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ
Äèçàéí:
Zahid Məmmədov
Техники редактор:
Рювшаня Низамигызы
Böyük Azərbaycan yolçusu
176
Éûüûëìàüà âåðèëìèø 14.01.2014
×àïà èìçàëàíìûø 14.02.2014
Øÿðòè ÷àï âÿðÿãè 11. Ñèôàðèø ¹
54
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500
Êèòàá «Åëì âÿ òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà
ìöÿññèñÿñèíäÿ ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð.
E-mail: nurlan1959@gmail.com
Òåë: 497-16-32; 050-311-41-89
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4.
Document Outline
Dostları ilə paylaş: |