Böyük Azərbaycan yolçusu
1
BÞYÖK AZßRBAYCAN
YOL×USU
“Elm və təhsil”
Bakı - 2014
Böyük Azərbaycan yolçusu
2
Tərtibçi:
Fərzuq Seyidbəyli
Redaktorlar:
Məmməd Tahir
Etibar Qərib
Böyük Azərbaycan yolçusu.
Bakı, “Elm və təhsil”, 2014, 176 səh.
Kitab Milli Azadlıq Hərəkatının fəallarından, Naxçıvanda Xalq
Hərəkatına rəhbərlik edənlərdən və AXC Naxçıvan təşklatının
qurucularından biri Bünyamin Qəmbərlinin 50-ci doğum gününə həsr
olunub. Kitabdakı yazılar müxtəlif şəxslərə aid olmasına baxmayaraq, Milli
Azadlıq Hərəkatı ilə bağlı tarixi faktlarla zəngindir. Bu dövrü öyrənən və
araşdıranlar üçün qaynaq ola bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
ISBN 978-9952-8176-6-9
© «Åëì âÿ òÿùñèë», 2014
Böyük Azərbaycan yolçusu
3
ÖN SÖZ
Belə bir məsəl var, deyirlər “hər şeyin təzəsi, dostun köh-
nəsi”. Həqiqətən də belədir. Çünki dostun köhnəsi dostluğunu
sübut edib, sınaqlardan çıxıb ki, dost adını qazanıb. Və bu
dostların hesabınadır ki, bu kitab ərsəyə gəlib. 50-ci doğum
günü qeyd olunan Bünyamin bəy, təkidlə xahiş etdi ki, bu
kitabın hazırlanmasında və ərsəyə gəlməsində əməyi olan hər
kəsə, o cümlədən bu kitabın hazırlanmasında və materialların
toplanmasında əməyi olan Fərzuq bəyə, kitabın redaktorları
Məmməd Tahirə və Etibar Qəribə, bir çox materialların və
şəkillərin toplanmasında, faktların dəqiqləşdirilməsində
yardımçı olan Əli Şamilə, dəyərli məsləhətləri ilə kitabın daha
oxunaqlı və səviyyəli olmasında yardımçı olan Arif
Rəhimoğluna
və Heydər Oğuza, materialların hazırlanmasında
yaxından köməyi olan BAXCP Mətbuat Xidmətinin rəhbəri
Arzu xanım Şirinovaya dərin təşəkkür etdiyi qeyd olunsun.
Qeyd etmək yerinə düşər ki, yazması nəzərdə tutulan və
müraciət olunanlardan yalnız Aydın Kərimov və Mikayıl
Rəhimov məlum olmayan səbəblərdən (düzdü çox uzun
sürədən sonra səbəb dedilər, ancaq bu deyilənlər yazmamağa
səbəb deyildi) yazı vermədilər. Digər 27 nəfərin hər biri deyilən
vaxtda öz yazılarını təqdim etdi. Bu kitabda yazmağı nəzərdə
tutulan insanlar xüsusi ilə seçilib. Burda yaşından , elmi
dərəcəsindən, gizli təşkilat və xalq hərəkatında iştirakından,
cəmiyyətdə tutduğu mövqedən olan bütün təbəqələr təmsil
olunub. Yubiliyar öz dəyərli yazıları ilə onun
keçdiyi ömür
yoluna və çağdaş tariximizə ışıq tutmağa çalışan sevdiyi və
seçdiyi bu 27 nəfərin hər birinə dərin təşəkkürünü bildirir.
Böyük Azərbaycan yolçusu
4
Möhtərəm oxucu! Bəlkə də bu kitabın da bir çox yubiley
kitabları kimi yalnız yubiliyardan bəhs edən və ya yubiliyarı
haqq edib etməməyindən asılı olmayaraq mədh edən bir kitab
olduğunu düşünəcəksən. Amma inan ki, belə deyil. Bu kitab
Bünyamin Qəmbərlinin 50-ci doğum günüm münasibəti ilə
hazırlansa da, əmin ol ki, bu kitabda
Azərbaycan tarixinin ən
şərəfli dövrlərindən biri olan Gizli təşkilatlar dövrü, Milli
Azadlıq hərəkatı, Sərhəd hərəkatı, bu hərəkatın şərəfli
iştirakçıları, millətimizin çox şərəfli böyük şəxsiyyətləri və ən
nəhayət bu qeyd olunanlara maraqlı yanaşmalar səniçün çox
maraqlı və dəyərli olacaq.
Böyük Azərbaycan yolçusu
5
ALİM BAXIŞI
Əli Nəcəfqulu oğlu Nuriyev
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi,
Dövlət mükafatı laureatı,
k.e.d.,prof.
ONU BELƏ TANIDIM
“Ağıllı adamla dost olsan əgər,
Elmi, mərifəti sənədə keçər.”
Nizami Gəncəvi
Hər hansı bir adam haqqında yazmaq çətin və məsuliy-
yətli işdir. Bu baxımdan Bünyamin Kərbəlayi Nağdalı oğlu
Qəmbərli haqqında yazmaq daha çox məsuliyyətlidir. Çünki
həm Bünyamin müəllimi tanıdığım vaxt çox az müddətdir (bu
qısa müddətdə bir insanı tanımaq və onun haqqında danışmaq
çox çətindir), həm də bu qısa vaxtda Bünyamin müəllim məndə
çox xoş və müsbət fikirlər yaratdı. Bununla yanaşı Bünyamin
müəllim nehrəmlilər və onu tanıyanlar tərəfindən çox sevilən,
hörmət edilən, inanılan, sayılıb-seçilən bir ziyalıdır. İndi bütün
bunları nəzərə alaraq mən gərək Bünyamin müəllim haqqında
Böyük Azərbaycan yolçusu
6
elə yazam ki, həm özüm yanlışlığa
yol verməyim, həm də onu
cəmiyyətə düzgün təqdim edə bilim.
2009-cu ilin iyun ayı idi. Mənə tanımadığım bir nömrədən
zəng gəldi. Nehrəmli olduğunu, Bakıda müəllim işlədiyini və
mənimlə görüşmək istədiyini söylədi. Görüşdük. Özünü tanış
verdi. Atasını və yaxın qohumlarını yaxşı tanıdım. Mənə
“Nehrəm” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi haqqında qısa
məlumat verdikdən sonra məni “Nehrəm” Xeyriyyə Cəmiyyəti
İctimai Birliyinə üzv olmağa və keçiriləcək yığıncağa dəvət
etdi. Yığıncaqda Bünyamin Qəmbərli cəmiyyətin sədri, mən,
İqt.e.d. Əli Əlirzayev, İqt.e.n. Əbdüləzim Ələkbərov, f-r.e.n.
Zəfər Qədiroğlu və f.e.n. Şəmil Sadiq İdarə Heyyətinin üzvü
seçildik. Bünyamin Qəmbərli sədr seçiləndən sonra vəzifəsin-
dən və mövqeyindən asılı olmayaraq imkanı olan nehrəmlilər
Bünyamin müəllimə olan inam və etibarın hesabına
cəmiyyətə
hər cür yardım etməyə başladı. Qısa zaman ərzində kifayət
qədər vəsait toplandı, cəmiyyətin internet saytı quruldu, Neh-
rəm kəndindən çıxmış görkəmli ictimai-siyasi xadimlər, elm,
ədəbiyyat, mədəniyyət, əmək adamları və idmançılar, II Dünya
müharibəsi və Vətən (Qarabağ) müharibəsində iştirak edən və
şəhid olanlar haqqında məlumatlar toplanıb saytda yerləşdirildi,
Nehrəmin təbliği ilə bağlı müxtəlif təbliğat materialları və vasi-
tələri hazırlanıb yayıldı, bir çox qeyri-hökumət təşkilatı, dövlət
strukturu, xarici
və beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif
ölkələrində yaşayan nehrəmlilərlə ciddi əlaqələr quruldu.
Bütün bu proses ərzində mən Bünyamin müəllimi öz işinə
məsuliyyətlə yanaşan, bacarıqlı, ağıllı, çox tələbkar olduğu
qədər də çox diqqətli və qayğıkeş bir insan kimi tanıdım. Bir
çox məsələləri dərindən araşdırması, qarşıya çıxan çətinliklərə
və problemlərə təmkinlə yanaşması, insanlara, hətta ona qarşı
qərəzli olanlara belə səbr və dözüm göstərməsi, sonradan isə
həmin adamlara obyektiv və ədalətli olması onun ən böyük
insani keyfiyyətləridir. Bu qısa müddətdə mən onu tanıyan