Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə32/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

37.Uelsin milli mətbəxi
Vallilərin mətbəxinin əsasını kelt mətbəxi təşkil edir və vali mətbəxi rəngarəngliyi ilə seçilmir.12-ci əsrin əlyazmalarına nəzər saldıqda məlum olur ki, Vallilər əsasən yulaf, süd, pendir və yağ ilə qidalanırlar. Valli evinin mərkəzi açıq ocaq olub. Bu ocaqda yemək hazırlanırdı. Ən geniş yayılmış yeməyi xav supudur. Onu böyük qazanda dana, quzu yada donuz ətini qaynadaraq içinə bitkilər, bəzən isə qatılaşdırmaq üçün yulaf da qatırlar.Bütün bunlardan əlavə olaraq təzə balıq, süd məhsulları, təzə meyvələr və giləmeyvələr qida rasionunu genişləndirir. Qışda isə əti, balığı hətta pendiri duzlayırdılar, qurudurdular, hisə verirdilər, mürəbbələr hazırlayırdılar. Buna görədə adi vallilərin evi həmişə marinad və mürəbbələr ilə dolu olub.
Süd məhsullarından heyrətamiz valli yağından başqa 60 cür fermer pendiri mövcuddur. Uelsin mülayim iqlimi ona çoxlu yabanı giləmeyvələrin barın verib. Meşə göbələkləri, yabanı bitkilər, sarımsaq və daha müxtəlif dadlı bitkilər vallilərin mətbəxini rəngarəng edir. Uels öz dəniz məhsullarının və balıqların növbənövlüyü ilə öz əla qoyun əti ilə fəxr edir.
Uels emblemlərində nərgizdən əlavə kəvərdə var. Vallilərin mətbəx simvolu kəvərdir. Əfsanəyə əsasən Vallilərin himayədarı müqəddəs David ancaq kəvərlə qidalanırmış. Uels əsgərləri döyüşə özləri ilə kəvər apararmışlar. Müasir dövrdə mətbəxlərində kəvər əsas yer tutur . Bundan başqa balıq yeməkləri geniş yayılıb. Müxtəlif malyuskalar, xərçənglər, dəniz bitkiləri və s. valli mətbəxində geniş yer tutur.Çaylardan tutulan dəniz forelinin müxtəlif növlərinə rast gəlmək olar.Dəniz məhsulları təzə olmaqla yanaşı həm də çox dadlı hazırlanır. Uelsin müxtəlif ərazilərində həmin yerlərə məxsus delikateslər ( xüsusi resept əsasında zövqlə hazırlanmış qidalar) olur. Məsələn cənub qərbdə Penklod molyuskaları və “ laverbred”( zəif odda hazırlanmış qırmızı yosunlar), şimalda yeyilən dəniz ilbizi və ya “ ingilis hamleti”- kartofun, porey – soğanın və yumurtanın qarışığından ibarət ləzzətli yeməklər turistlər tərəfindən çox sevilir.
Uels mətbəxinin rəmzi porey – soğan ( leek-soğanın bir növü) hesab olunur. Lakin bununla bərabər qırmızı yosunlardan bişirilmiş çörək, pendirdən çörəkdən, otlardan və porey-coğandan hazırlanmış qlamerqan sosikaları ( Glamorqan sausaqes) səciyyəvi yemək növləri sayılır.
Yulafdan da istifadə edirlər. Süddən hazırlanmış yeməklər ənənəvi hesab olunur. Pendir, qaymaq geniş yayılıb. Hər bir vallinin evində çuqun tava olması məcburidir. Vallilər ət, balıq konservlərindən də geniş istifadə edirlər. Vallilər müxtəlif mürəbbələr hazırlayırlar. Vallilər meşədə yabanı giləmeyvələrdən, göbələklərdən və bir sıra yabanı bitkilərdən istifadə edirlər. Valli qoğalları Britaniyada məşhurdur. Ənənəvi olaraq ədviyalardan hazırlanmış, baldan hazırlanmış şərab geniş yayılıb. Çay valli mətbəxinin əsas hissəsidir. Meyvələrdən hazırlanmış soyuq çay içirlər. Meyvə, tərəvəzlərdən çox istifadə edirlər. Göylərdən cəfəri yeyirlər. Müxtəlif cür salatlar Uels mətbəxinin əsas elementlərini təşkil edir.
Uels mətbəxinin özünəməxsus cəhətlərindən biri də müxtəlif səciyyəvi şirniyyat növlərinin olmasıdır.
Anqlsi tortu. Ueisdə Anqisi adasında daha çox kasıbların toy mərasimində verilən tortdur. XVIII əsrdən geniş yayılmışdır. Çəkər tozu baha olduğundan tortu şirin etmək üçün patkadan ( nişastaya bənzər maddə) istifadə edirlər.
Valli piroqları. Undan, kərə yağından, şəkərdən, kişmişdən və digər müxtəlif ədviyyatlardan hazırlanan bu kətələr çuğun tavada zəif odda bişirilir. Yeyərkən üzərinə az da olsa şəkər tozu əlavə edilir. Bunlara həftənin hər günü Svonsi bazarında rast gəlmək olar.
Bara brit. Bu şirniyyat növü quru meyvələrdən, yumurtadan, undan, baldan və müxtəlif ədviyyatlardan hazırlanır. Valli dilindən tərcüməsi “ləkəli çörək” deməkdir.Üzərinə duzlu valli yağı yaxıldıqda daha dadlı olur.
Ballı bulkalar. Bal, süd, un, yumurta sarısı və ağı ayrı –ayrı, qəhvəyi şəkərdən hazırlanır. Uelsdə çay məclislərinə xüsusi diqqət verildiyindən bu cür məclislər üçün əvəzedilməzdir.
Bundan başqa müxtəlif növ içkilər, o cümlədən Uels nektarı ( üzüm şirəsi və limondan hazırlanır), bal içkisi ( bal, limon, qərənfildən hazırlanır).


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə