22-ci
gün
BÖYÜK
SADİQLİK
Sənəddə yazılmışdı: “Əgər hansısa bir in-
san, qəbilə, ailə məsihçilik və ya başqa dinlərə
inanmaqla aldansalar, onlar əvvəlki dinlərinə
qayıtmalıdırlar.” “Həmin dini yaymaq qada-
ğandır. Əksinə, həmin imanlılar yeni ərazilərə
köçüb yaşamalıdırlar. Əgər başqa dinə ina-
nan hansısa kənd və ya ailə varsa,…partiya
komitəsinin üzvləri statistik məlumatları
toplamalı və həmin insan qruplarının siya-
hısını tutmalıdırlar…və Tikinti üçün Cəbhə
idarəsinə göndərilməlidir. Biz bu rayonda
xüsusilə, nə qədər insanın İsaya inandığını,
nə qədər insanın məsihçi olduğunu bilmək
istəyirik.” Sənəd 1996-cı il, 18 iyul tarixində
“Tikinti üçün Cəbhənin Komitəsi” tərəfindən
imzalanıb.
Çox vaxt laoslu məsihçilərə silah tuşla-
naraq məcbur ediliblər ki, məsihçiliyi qəbul
etdiklərini inkar edən sənədi imzalasınlar. Bu
yaxınlarda da laoslu məsihçilər buna məcbur
ediliblər. Ateist hökumətdə, belə görünür ki,
İsa Məsihə ibadətdən başqa, istənilən din da-
ha qəbul edilən sayılır.
Hökumətin səylərinə baxmayaraq,
məsihçilər cəsarətlə imanlarını bölüşdükcə
Laosda məbəd böyüyür.
Böyük fərman
LAOS: MƏSİHÇİLƏR
Səhifənin aşağısında hədələyici qırmızı bir möhür Laosun həmin ərazisindəki rayon kommu-
nist məmurunun nişanı idi. Yerli məsihçilər üçün bu sözlər daha hədələyici idi.
İnsan səlahiyyəti Allahın əmrlərinə zidd
gedəndə xətt çəkilir; seçim etmək lazım
gəlir. Ya biz insan səlahiyyətinə tabe ola-
cağıq, ya da özümüzü Allahın əmrlərinə
bağlayıb özümüzü təhlükə altına salaca-
ğıq. Sülh bizim başlıca məqsədimiz oldu-
ğu üçün insan tələbləri içərisində ümdə
məsələlərimizin yerini dəyişə bilmərik.
Məsələn, ABŞ hökuməti məktəbdə duanın
qeyri-qanuni olduğunu bəyan edib. Am-
ma onlar öz Allahları ilə ünsiyyət qurmaq
istəyən şagirdlərdən və müəllimlərdən,
həqiqətən, duanı götürə bilməzlər. Başqa-
ları buna oxşar və ya bundan da pis dini
məhdudiyyətə sərəncam verə bilər. Amma
Allah onların səlahiyyətlərini qəbul etmir,
insan ürəyi üzərində yalnız o, padşahdır.
Biz iradəmizin hərəkəti kimi arxayıncası-
na insan səlahiyyətindənsə, Allaha itaət
etməyi seçməliyik.
Peter və başqa həvarilər belə cavab
verdi: “İnsana deyil, Allaha itaət
etmək daha vacibdir.”
Həv. İş. 5:29
23
gün
BÖYÜK
SADİQLİK
-cü
Mao hökumətinin rəhbəri Çində məsihçiliyin
yayılması ilə əlaqədar hiddətlənmişdi. Bu
“yad kultun” yayılmasının qarşısını almaq
üçün bütün xarici müjdəçiləri güclə ölkədən
qovmuş və ya öldürmüş, eləcə də minlərlə
Çin məbədlərinin rəhbərlərini həbs etmiş, ya-
xud “islah etmək üçün əmək düşərgələrinə”
göndərmişdilər. Amma məbəd hələ də artırdı.
Polis Ninin yazdığı gözəl, güclü ruhlan-
dırma məktublarının həbsxanadan kənarda
olan məsihçilərə gedib çıxdığını görəndə on-
lar mühafizəçilərin sayını iki dəfə artırdılar
və heç vaxt Ninin otağının qarşısında eyni
mühafizəçini dayanmağa qoymurdular. Onlar
növbəni qısaldıb altı saat etmişdilər ki, Ninin
mühafizəçini imana gətirməyə vaxtı olmasın.
Ni mühafizəçiyə Atanın sevgisi haqqında
danışdı və mühafizəçinin göylərdə əbədi ya-
şaması üçün Allahın öz bədənindən və qanın-
dan keçdiyini ona söylədi. “Kommunizm səni
göylərə apara bilməz” – deyə, Ni əlavə etdi.
“Yalnız İsa Məsihin qanı bunu edə bilər.”
Vəzin beşinci saatında göz yaşı içərisində
mühafizəçi Məsihi qəbul etdi. Başqa bir qəlb də
padşahlığa daxil oldu və Vatçmen Ninin başqa
məktubları da təhlükəsiz mənzil başına çatdı.
Böyük qaçaqmalçı
ÇİN: VATÇMEN Nİ
Çində məbəd rəhbəri olan Vatçmen Ninin yalnız altı saatı qalmışdı. O, həbsxananın qarşısında
olan mühafizəçini Məsihə gətirməli idi ki, azadlıqda olan məsihçilərə yazdığı ruhlandırma
məktubu onlara çatsın.
Əgər məsihçi şəhidlər bizə nəsə
öyrədirsə, bu, odur ki, biz Müjdəni yay-
maq üçün yaradıcı bir enerjidən istifadə
etməliyik. Onların bacarıqları, cəsarətləri
və hətta gözüaçıqlıqları Xoş Xəbəri yay-
maq üçün bizim ruhumuzu oyatmalıdır.
Məhdudiyyət qoyulmuş ərazilərə Kəlamı
qaçaqmalçılıq etməyə hamının imkanı ol-
masa da, biz padşahlıq üçün xidmətçilər
ola bilərik. Bu, yolun kənarında qonşula-
ra yemək paylamaq ola bilər. Qeyri-imanlı
insanlarla görüşmək üçün qolf dərslərinə
və ya başqa ictimai dərslərə yazılmaq ola
bilər. Şəhadətlik etmək üçün yeni metod bi-
zi həmişə təhlükə altına sala bilər. Amma
biz babat həyat tərzindənsə həmişə riskə
getməyə hazır olmalıyıq. Bu gün sizin
müjdəçilik həyatınız necə təsvir olunur?
Dünyəvi, yoxsa babat? Yoxsa Məsih üçün
yaradıcı bir enerji ilə dolu?
Bu məqsədlə də zəhmət çəkirəm
və Onun məndə qüdrətlə
fəaliyyət göstərən qüvvəsi ilə
mübarizə aparıram.
Kolos. 1:29
24
BÖYÜK
SADİQLİK
-cü
gün
Keçən gecə partizanlar tərəfindən öldürül-
müş başqa bir pastorun cənazəsi kiçik kənd
evinin içərisində pastor Zapatanın qarşısında
yerə uzadılmışdı. Onun cəsədi sadə bir
ədyal ilə örtülmüşdü, ətrafında isə şamlar və
kədər içində olan ailə üzvləri yığışmışdı.
Bayırda yağışın altında isə həmin mərhum
pastorun məbədi xor şəklində izzət ilahiləri
oxuyurdu. Onların ayaqqabıları palçıqda bat-
mışdı. Partizanlar onların məbədlərini dağıt-
mış və bir çoxlarının evlərini yandırmışdı.
Amma onlar hələ də izzət ilahisi oxuyurdular.
Məsihçilər təhlükədən kənar deyildilər,
çünki partizanlar istənilən vaxt qayıda
bilərdilər. Pastorlar çox vaxt ayrılırdılar, çün-
ki pastorlar bütün kəndi marksist basqınına
qarşı dayanmaqda ruhlandırırdılar.
Pastor dinləyicilərə xatırlatdı ki, Müqəddəs
Kitab Allahın əlindən gələn maddi xeyir-dua-
ları deyil, Allahı axtarmağa bizi səsləyir. “Siz
niyə köynək alırsınız?” – deyə, o, insanlar-
dan soruşdu. “Ondan istifadə etmək üçün.”
“Onda İsa sizi nəyə görə xilas edərək öz
qanı ilə satın alıb? Öz padşahlığında istifadə
etmək üçün.”
Bu kasıb imanlılar hazır idilər ki, Allah on-
ları istifadə etsin.
Böyük əmlaklar
PERU: PASTOR ZAPATA
“Peruda məsihçilər İsaya xidmət etmələrinə görə nəsə əldə etməyi düşünmürlər” – pastor
Zapata dedi. “Onlar nəsə verməyi düşünürlər.” Sakit dağlıq bir kəndin kənarında pastor Zapata
öz qonaqlarına əl ilə düzəldilmiş ağ çarmıxlar cərgəsini göstərdi, onların hər biri kommunist
qiyamçıları tərəfindən öldürülmüş məsihçini təmsil edirdi.
Biz imanımıza görə təqib olunan-
da itkilərimizə həddən artıq diqqətimizi
cəmləmək asandır. İmanımıza görə bi-
zi rədd edən keçmiş dostlarımıza görə
qüssələnə bilərik. Biz əvvəllər əlimizdə olan
biznes imkanlarımızı itirə bilərik. Biz sosi-
al dairəmizdən çıxanda öz halımıza acı-
yırıq. Amma maddi əmlakdan və ya səthi
ünsiyyətlərdən daha çox şeylər itirmiş in-
sanlar var. Bu cəsur imanlılar diqqətlərini
artıq itirdikləri şeylərə deyil, Məsihin
xidmətinə verilməli olan qalan şeylərə
cəmləyirlər. Onların çoxu dini təqibə görə
öz məbədlərini, evlərini, işlərini, ailələrini
itiriblər. Buna baxmayaraq, onlar Məsihə
daha çox şeyləri qurban verməyə hazırdır-
lar. Onlar yer üzündəki itkilərini başqa bir
insanın xilas əldə etmək üçün imkanı he-
sab edirlər.
Çünki insanın həyatı var-yoxunun
bolluğundan asılı deyil.
Luka 12:15
Dostları ilə paylaş: |