Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə10/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

22-ci
gün
BÖYÜK 
SADİQLİK
Sənəddə yazılmışdı: “Əgər hansısa bir in-
san, qəbilə, ailə məsihçilik və ya başqa dinlərə 
inanmaqla aldansalar, onlar əvvəlki dinlərinə 
qayıtmalıdırlar.” “Həmin dini yaymaq qada-
ğandır. Əksinə, həmin imanlılar yeni ərazilərə 
köçüb yaşamalıdırlar. Əgər başqa dinə ina-
nan hansısa kənd və ya ailə varsa,…partiya 
komitəsinin üzvləri statistik məlumatları 
toplamalı və həmin insan qruplarının siya-
hısını tutmalıdırlar…və Tikinti üçün Cəbhə 
idarəsinə göndərilməlidir. Biz bu rayonda 
xüsusilə, nə qədər insanın İsaya inandığını, 
nə qədər insanın məsihçi olduğunu bilmək 
istəyirik.” Sənəd 1996-cı il, 18 iyul tarixində 
“Tikinti üçün Cəbhənin Komitəsi” tərəfindən 
imzalanıb. 
Çox vaxt laoslu məsihçilərə silah tuşla-
naraq məcbur ediliblər ki, məsihçiliyi qəbul 
etdiklərini inkar edən sənədi imzalasınlar. Bu 
yaxınlarda da laoslu məsihçilər buna məcbur 
ediliblər. Ateist hökumətdə, belə görünür ki, 
İsa Məsihə ibadətdən başqa, istənilən din da-
ha qəbul edilən sayılır. 
Hökumətin səylərinə baxmayaraq
məsihçilər cəsarətlə imanlarını bölüşdükcə 
Laosda məbəd böyüyür.
Böyük fərman
LAOS: MƏSİHÇİLƏR
Səhifənin aşağısında hədələyici qırmızı bir möhür Laosun həmin ərazisindəki rayon kommu-
nist məmurunun nişanı idi. Yerli məsihçilər üçün bu sözlər daha hədələyici idi.
İnsan səlahiyyəti Allahın əmrlərinə zidd 
gedəndə  xətt  çəkilir;  seçim  etmək  lazım 
gəlir. Ya biz insan səlahiyyətinə tabe ola-
cağıq,  ya  da  özümüzü  Allahın  əmrlərinə 
bağlayıb  özümüzü  təhlükə  altına  salaca-
ğıq.  Sülh  bizim  başlıca  məqsədimiz  oldu-
ğu  üçün  insan  tələbləri  içərisində  ümdə 
məsələlərimizin  yerini  dəyişə  bilmərik. 
Məsələn,  ABŞ  hökuməti  məktəbdə  duanın 
qeyri-qanuni  olduğunu  bəyan  edib.  Am-
ma onlar öz Allahları ilə ünsiyyət qurmaq 
istəyən  şagirdlərdən  və  müəllimlərdən, 
həqiqətən,  duanı  götürə  bilməzlər.  Başqa-
ları buna oxşar və ya bundan da pis dini 
məhdudiyyətə  sərəncam  verə  bilər.  Amma 
Allah onların səlahiyyətlərini qəbul etmir, 
insan ürəyi üzərində yalnız o, padşahdır. 
Biz iradəmizin hərəkəti kimi arxayıncası-
na  insan  səlahiyyətindənsə,  Allaha  itaət 
etməyi seçməliyik.
Peter və başqa həvarilər belə cavab 
verdi: “İnsana deyil, Allaha itaət 
etmək daha vacibdir.”
Həv. İş. 5:29


23
gün
BÖYÜK 
SADİQLİK
-cü
Mao hökumətinin rəhbəri Çində məsihçiliyin 
yayılması ilə əlaqədar hiddətlənmişdi. Bu 
“yad kultun” yayılmasının qarşısını almaq 
üçün bütün xarici müjdəçiləri güclə ölkədən 
qovmuş və ya öldürmüş, eləcə də minlərlə 
Çin məbədlərinin rəhbərlərini həbs etmiş, ya-
xud “islah etmək üçün əmək düşərgələrinə” 
göndərmişdilər. Amma məbəd hələ də artırdı. 
Polis Ninin yazdığı gözəl, güclü ruhlan-
dırma məktublarının həbsxanadan kənarda 
olan məsihçilərə gedib çıxdığını görəndə on-
lar mühafizəçilərin sayını iki dəfə artırdılar 
və heç vaxt Ninin otağının qarşısında eyni 
mühafizəçini dayanmağa qoymurdular. Onlar 
növbəni qısaldıb altı saat etmişdilər ki, Ninin 
mühafizəçini imana gətirməyə vaxtı olmasın.
Ni mühafizəçiyə Atanın sevgisi haqqında 
danışdı və mühafizəçinin göylərdə əbədi ya-
şaması üçün Allahın öz bədənindən və qanın-
dan keçdiyini ona söylədi. “Kommunizm səni 
göylərə apara bilməz” – deyə, Ni əlavə etdi. 
“Yalnız İsa Məsihin qanı bunu edə bilər.” 
Vəzin beşinci saatında göz yaşı içərisində 
mühafizəçi Məsihi qəbul etdi. Başqa bir qəlb də 
padşahlığa daxil oldu və Vatçmen Ninin başqa 
məktubları da təhlükəsiz mənzil başına çatdı.
Böyük qaçaqmalçı 
ÇİN: VATÇMEN Nİ 
Çində məbəd rəhbəri olan Vatçmen Ninin yalnız altı saatı qalmışdı. O, həbsxananın qarşısında 
olan mühafizəçini Məsihə gətirməli idi ki, azadlıqda olan məsihçilərə yazdığı ruhlandırma 
məktubu onlara çatsın.
Əgər  məsihçi  şəhidlər  bizə  nəsə 
öyrədirsə,  bu,  odur  ki,  biz  Müjdəni  yay-
maq  üçün  yaradıcı  bir  enerjidən  istifadə 
etməliyik.  Onların  bacarıqları,  cəsarətləri 
və  hətta  gözüaçıqlıqları  Xoş  Xəbəri  yay-
maq  üçün  bizim  ruhumuzu  oyatmalıdır. 
Məhdudiyyət  qoyulmuş  ərazilərə  Kəlamı 
qaçaqmalçılıq  etməyə  hamının  imkanı  ol-
masa  da,  biz  padşahlıq  üçün  xidmətçilər 
ola  bilərik.  Bu,  yolun  kənarında  qonşula-
ra yemək paylamaq ola bilər. Qeyri-imanlı 
insanlarla  görüşmək  üçün  qolf  dərslərinə 
və ya başqa ictimai dərslərə yazılmaq ola 
bilər. Şəhadətlik etmək üçün yeni metod bi-
zi həmişə təhlükə altına sala bilər. Amma 
biz  babat  həyat  tərzindənsə  həmişə  riskə 
getməyə  hazır  olmalıyıq.  Bu  gün  sizin 
müjdəçilik  həyatınız  necə  təsvir  olunur? 
Dünyəvi,  yoxsa  babat?  Yoxsa  Məsih  üçün 
yaradıcı bir enerji ilə dolu?
Bu məqsədlə də zəhmət çəkirəm 
və Onun məndə qüdrətlə 
fəaliyyət göstərən qüvvəsi ilə 
mübarizə aparıram.
Kolos. 1:29


24
BÖYÜK 
SADİQLİK
-cü
gün
Keçən gecə partizanlar tərəfindən öldürül-
müş başqa bir pastorun cənazəsi kiçik kənd 
evinin içərisində pastor Zapatanın qarşısında 
yerə uzadılmışdı. Onun cəsədi sadə bir 
ədyal ilə örtülmüşdü, ətrafında isə şamlar və 
kədər içində olan ailə üzvləri yığışmışdı. 
Bayırda yağışın altında isə həmin mərhum 
pastorun məbədi xor şəklində izzət ilahiləri 
oxuyurdu. Onların ayaqqabıları palçıqda bat-
mışdı. Partizanlar onların məbədlərini dağıt-
mış və bir çoxlarının evlərini yandırmışdı. 
Amma onlar hələ də izzət ilahisi oxuyurdular. 
Məsihçilər təhlükədən kənar deyildilər, 
çünki partizanlar istənilən vaxt qayıda 
bilərdilər. Pastorlar çox vaxt ayrılırdılar, çün-
ki pastorlar bütün kəndi marksist basqınına 
qarşı dayanmaqda ruhlandırırdılar. 
Pastor dinləyicilərə xatırlatdı ki, Müqəddəs 
Kitab Allahın əlindən gələn maddi xeyir-dua-
ları deyil, Allahı axtarmağa bizi səsləyir. “Siz 
niyə köynək alırsınız?” – deyə, o, insanlar-
dan soruşdu. “Ondan istifadə etmək üçün.” 
“Onda İsa sizi nəyə görə xilas edərək öz 
qanı ilə satın alıb? Öz padşahlığında istifadə 
etmək üçün.” 
Bu kasıb imanlılar hazır idilər ki, Allah on-
ları istifadə etsin.
Böyük əmlaklar
PERU: PASTOR ZAPATA
“Peruda məsihçilər İsaya xidmət etmələrinə görə nəsə əldə etməyi düşünmürlər” – pastor 
Zapata dedi. “Onlar nəsə verməyi düşünürlər.” Sakit dağlıq bir kəndin kənarında pastor Zapata 
öz qonaqlarına əl ilə düzəldilmiş ağ çarmıxlar cərgəsini göstərdi, onların hər biri kommunist 
qiyamçıları tərəfindən öldürülmüş məsihçini təmsil edirdi. 
Biz  imanımıza  görə  təqib  olunan-
da  itkilərimizə  həddən  artıq  diqqətimizi 
cəmləmək  asandır.  İmanımıza  görə  bi-
zi  rədd  edən  keçmiş  dostlarımıza  görə 
qüssələnə bilərik. Biz əvvəllər əlimizdə olan 
biznes imkanlarımızı itirə bilərik. Biz sosi-
al  dairəmizdən  çıxanda  öz  halımıza  acı-
yırıq. Amma maddi əmlakdan və ya səthi 
ünsiyyətlərdən daha çox şeylər itirmiş in-
sanlar var. Bu cəsur imanlılar diqqətlərini 
artıq  itirdikləri  şeylərə  deyil,  Məsihin 
xidmətinə  verilməli  olan  qalan  şeylərə 
cəmləyirlər. Onların çoxu dini təqibə görə 
öz məbədlərini, evlərini, işlərini, ailələrini 
itiriblər.  Buna  baxmayaraq,  onlar  Məsihə 
daha çox şeyləri qurban verməyə hazırdır-
lar. Onlar yer üzündəki itkilərini başqa bir 
insanın xilas əldə etmək üçün imkanı he-
sab edirlər.
Çünki insanın həyatı var-yoxunun 
bolluğundan asılı deyil.
Luka 12:15


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə