Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə18/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   14   15   16   17   18   19   20   21   ...   122

46
BÖYÜK 
SADİQLİK
-cı
gün
“Siz burada nə edirsiniz?” – onlar qışqır-
dılar. “Öz xəyali Allahınıza ibadət edirsiniz?” 
Məbəd üzvləri skamyalarına qısıldılar, çöldə 
daha çox əsgərin və silahın olub-olmadığını 
bilmək istədilər. 
“Allaha sadiq olanlar hamısı məbədin sağ 
tərəfinə çəkilsin” – əsgərlərdən biri dedi, 
onun üzündə nifrət var idi. “Siz imanınıza 
görə güllələnəcəksiniz. Kim evə gedib öz 
həyatını qorumaq istəyirsə, sol tərəfdə da-
yansın. Siz ölməyi və ya yaşamağı özünüz 
seçməlisiniz. Amma bu ‘Allaha’ sadiq qa-
lanlar öləcəklər. Onu inkar edən şəxs azad 
olacaq.”
On dəqiqə bundan əvvəl hamı bir nəfər ki-
mi xorla ilahi oxuyurdu. İndi isə “ölüm-qalım” 
məsələsi idi. Bəziləri sol tərəfdə dayandılar, 
sanki üzrxahlıq edərək kədərlə sağ tərəfdə da-
yananlara baxırdılar. Bəziləri isə sağ tərəfdə 
dayandı, onlar sonuncu dəqiqələrin dualarını 
etmək üçün gözlərini bağlamışdılar. 
“Sol tərəfdə olanlar, siz azadsınız, 
gedə  bilərsiniz” – bir neçə saniyədən sonra 
əsgərlərdən biri dedi. Sol tərəfdə düzülmüş 
insanlar tezliklə öləcək insanlara axırıncı 
dəfə baxdılar. Yalnız sağda dayanan insanlar 
qalanda əsgərlər öz silahlarını yerə qoydu-
lar. “Biz də məsihçilərik, amma biz ikiüzlülük 
etmədən xidmət etmək istəyirik” – onlar dedilər. 
Böyük tərəflər 
RUSİYA: İKİÜZLÜLƏR 
Əsgərlər içəriyə daxil olanda onlar xorla oxuyurdular. Rus əsgərləri imanlıların sifətlərinə 
vəhşi nəzərlərlə baxarkən xidmət dayandı. 
Həlledici  anlar  bizə  o  vaxt  gəlir  ki, 
biz  onları  az  gözləyirik.  Biz  onlara  ha-
zırlaşa  bilmərik.  Biz  onlar  gələrkən  on-
ları  necə  varsa,  eləcə  qəbul  etməliyik  və 
nəticələrindən  öyrənməliyik.  Həlledici  an-
lar  istənilən  vəziyyətdə  xasiyyəti  aşkara 
çıxarır.  Ola  bilsin  ki,  imanımıza  sadiqli-
yimizi tələb edən təqibçilər məbədə soxula 
bilərlər.  Ya  da  biz,  sadəcə,  kənara  çəkilə 
bilərik. Bizim müəyyən anlarda cavabdeh-
liyimiz bizi ya Məsihəbənzər, ya da şübhəli 
bir vəziyyətə çəkəcək. Hazır olsaq da, ol-
masaq da, kənara çəkilməyə qərar verəndə 
biz öz xasiyyətimiz ilə üz-üzə gəlirik. 
Mənimlə olmayan Mənə qarşıdır 
və Mənimlə yığmayan dağıdır.
Matta 12:30


47
gün
-ci
BÖYÜK 
SADİQLİK
Hass on beşinci əsrdə reformasiya 
gətirmişdi. O, cənnət qəbzlərini (nəticəsi ol-
mayan günah etmək haqqına malik olmaq) 
satan kahinlərə etirazını bildirmişdi və ədalət 
üçün Müqəddəs Kitabdakı standartları tələb 
etmişdi. Hassa söz vermişdilər ki, özünü 
müdafiə etmək üçün kralın himayədarlığı 
olacaq. Amma indi o, zindanda ölümünü 
gözləyirdi və Allaha fəryad edirdi. 
9 iyul 1415-ci ildə Hass soyundurulub 
dirəyə zəncirləndi. Onun ətrafında alov alış-
mağa başlayan kimi Hass dua etdi: “Rəbb 
İsa Məsih, mənim səbir və təvazökarlıq ilə 
bu dəhşətli, biabırçı və əzablı ölümə düçar ol-
mağım Müjdənin və Kəlamın vəzi üçündür.” 
Onun ətrafında alov yuxarı qalxdıqca Hass 
öz son nəfəsində Allahı çağırdı: “Yaşayan Al-
lahın Oğlu Məsih, mənə mərhəmət elə.” 
Hassın şəhadətliyi cənnət qəbzlərinin sa-
tılmasının sona yetməsində və məsihçilərin 
Kəlamdakı təlimlərə qayıtmasında həlledici 
rol oynadı.
Daha böyük dua 
BOHEMİYA: CON HASS 
“Ey ən mərhəmətli Məsih, bizə cəsarətli ruh ver ki, hazır olaq. Əgər cismimiz zəifləsə, qoy 
sənin lütfün qarşıda getsin, çünki biz Sənsiz heç nə edə bilmərik və hər şeydən əvvəl acı 
ölümlə üzləşə bilmərik. Bizə cəsarət və düzgün iman, möhkəm ümid və kamil şəfqət ver ki, 
böyük səbir və sevinclə həyatlarımızı sənə verə bilək. Amin”, bu sözləri Con Hass öz edamını 
gözləyərkən yazmışdı. 
Dua. Ən çox işi görən budur, amma biz 
onu ən az edirik. Dua bizim ruhani döyüşə 
qarşı  birinci  müdafiəmizdir,  amma  çox 
vaxt  sonuncu  sığınacağımızdır.  İmanına 
görə  təqib  olunanlar  duanın  əsas  olduğu-
nu öyrədir. Onların sonuncu sözləri döyüş 
sözləri deyil. Onların yer üzündə sonuncu 
hərəkətləri  müqavimət  deyil.  Əslində,  itti-
hamçılarını  mat  qoyaraq  və  başqalarının 
qəti  imanlarına  əmin  edərək,  dua  –  ölən 
nəfəsdir.  Tarix  göstərir  ki,  təqib  olunmuş 
müqəddəslər  əgər  yaşamış  olsaydılar, 
ölərkən etdiyi dualar başqalarına Müjdəni 
yaymaqda  çox  güclü  təsir  göstərməzdi. 
Sizin  həyatınız  çətin  olanda  və  “alov-
lar”  ətrafınızda  isti  olanda  duaya  tərəf 
çevriləcəksinizmi?  Başqaları  sizin  ilk  və 
son  müdafiənizin  göylərdəki  Atanız  ilə 
ünsiyyətiniz olduğunu görəcəklərmi?
Saleh adamın duası çox güclü  
və təsirlidir.
Yaqub 5:16


48-ci
gün
BÖYÜK 
SADİQLİK
Nəhayət, hökumət rəhbərləri məktublara 
qoyduqları qadağanı götürdülər. Pastor Nqu-
yen Lap Ma öz evinə gələn məktublara görə 
çox sevindi. “Şəhidlərin səsi” pastor Nqu-
yen Lap Manın hekayəsini və ünvanını ça-
pa verdi. Tələbələr, evdar qadınlar, pastorlar 
və biznesmenlər ona və ailəsinə ruhlandırıcı 
məktublar yazdılar. Vyetnam polisi onların 
üç yüzdən artıq məktub aldıqlarını görəndə 
məəttəl qaldı. 
“Mən hər bir məktubu dualar və göz 
yaşları ilə oxudum” – pastor Lap Ma dedi. 
“Mən hər məktubu axıra qədər oxuyub ora-
dakı Kəlamın ayələri üzərində düşünürəm. 
Sonra mən vyetnam dilində yazılmış bu ruh-
landırıcı sözləri və Kəlamdakı ayələri ailəmlə 
bölüşürəm. Onlarda yazılan sözlərə görə biz 
çox sevinirik və ruhlanırıq.”
“Allah bizi gücləndirib və yardım edib” – 
pastor davam etdi. “Ona görə də biz Ona 
ümid etməkdə davam edirik və gözlərimizi 
Ona dikirik. Biz ölüm anınadək onun rüs-
vayçılığını ələ salan çarmıxına dözmək 
üçün Onun ardınca gedirik. Biz yaşadığımız 
müddətdə Allah bizdən başqa əzab çəkən 
məsihçilərə də təsəlli vermək üçün istifadə 
edir.” Onlar başqa imanlıları sevinə-sevinə 
ruhlandırdıqca məktublar onları ruhlandırır. 
Böyük ruhlanma
VYETNAM: PASTOR NQUYEN LAP MA
Kommunistlər Vyetnamda hakimiyyəti ələ keçirəndə pastor Nquyen Lap Ma Kan Toda olan 
Məsihçi Müjdəçilik Birliyi Məbədini atmaq istəmədi. Bu “cinayət”ə görə o və bütün ailəsi ev 
dustağına çevrildi. Həmin ev kiçik bir kənddə idi, oraya gediş-gəliş mümkün deyildi və ilk on 
iki il heç bir məktub yollamaq olmazdı. 
Ruhlanma məsihçilər üçün lazımi yana-
caqdır.  Ruhlanma  olmadan,  qaçan  şəxsin 
suyu  olmadığı  kimi  heç  kim  uzun  üzü-
cü  məsafəni  qaça  bilməz.  Biz  səyahətə 
çıxarkən öyrənirik ki, ruhlanma qarşılıqlı-
dır. Biz başqalarını ruhlandıranda biz də 
başqa imanlılardan, hətta Allahın özündən 
ruhlanma əldə edirik. Azacıq ruhlanma yor-
ğunu  qüvvətləndirə  və  imanı  zəifləyənləri 
gücləndirə bilər. Biz çox vaxt görürük ki, 
ətrafımızda  bizim  üçün  dua  edənlərdən 
əldə  etdiyimiz  ruhani  həvəslənmə  ikinci 
məsafə  üçün  bizi  cavanlaşdırır.  Bəzi  hal-
larda bu, imanımıza görə həbsxanada da-
ha on iki il qalmaqdır. Digər hallarda isə 
bu, sadəcə, daha bir gün də dözmək baca-
rığıdır. 
Çünki sizi qüvvətləndirmək üçün 
sizə ruhani bir ənam çatdırmaq 
məqsədindəyəm; buna görə də 
sizi görmək üçün həsrət çəkirəm. 
Daha doğrusu, mən aranızda 
olarkən bir-birimizin imanı ilə 
qarşılıqlı halda ruhlanaq.
Roma. 1:11-12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə