Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə21/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   17   18   19   20   21   22   23   24   ...   122

55
gün
-ci
BÖYÜK 
SADİQLİK
Ali şuranın baş kahini müttəhimə dedi: 
“Nə deyə bilərsən?”
O, sakitcə ayağa qalxdı və mülayim səsi 
dəyişildi. “Sizin əcdadlarınız İsanın gəlişi 
haqqında danışan hər bir kəsi öldürdülər. Və 
siz də öz dini ənənələrinizi qoruyub saxladı-
nız – siz hamınız satqınlar və qatillərsiniz. 
Sizə mələklər vasitəsilə Allahın qanunu ve-
rildi. Bu sanki bükülü bir hədiyyə idi, amma 
siz onu dəyərləndirmədiniz!”
Bu sözlərə cavab olaraq çığırtılar və 
lənətlər eşidildi, amma Stefan öz fikrindən 
dönmədi. O, gözlərini göyə dikib dedi: “Ba-
xın, mən göylərin yarıldığını və Bəşər Oğlu-
nun Allahın sağında dayandığını görürəm!” 
Onlar qulaqlarını əlləri ilə tutdular, üstünə 
hücum çəkib şəhərdən kənara çıxardılar. 
Şaul adlı fariseylərdən biri adamların paltar-
larını sakitcə yığdı ki, Stefanın qanı onları 
ləkələməsin. 
Daşlar Stefanın bədəninə dəydikcə o, Al-
laha yalvardı: “Ya Rəbb İsa, ruhumu qəbul 
et.” Sonra o, diz çöküb hər bir kəsin eşidə 
biləcəyi bir səslə dua etdi: “Ya Rəbb, bunu 
onlara günah sayma.” Bu, onun son sözləri 
idi. Sonra o öldü. 
Həv. İş. 6:11-7:60-dan parafraz edilmiş 
halda götürülüb. 
Böyük hikmət
İSRAİL: STEFAN 
Şahidlər yalandan ona qarşı şəhadətlik etdilər. “Bu adamın həm Musaya, həm də Allaha qarşı 
küfr dolu sözlər dediyini eşitmişik. Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qar-
şı danışır. ‘Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri 
dəyişəcək’ dediyini özümüz eşitmişik”.
Çətin  vəziyyətlərdə  soyuqqanlı  olmaq 
ən  müdrik  hərəkətdir.  Yolda  başqa  maşı-
nın  qabağımıza  çıxıb  yolumuzu  kəsməsi, 
məktəbdə aşağı qiymət almağımız və işdə 
töhmətlənməyimiz  kimi  xırda  şeylər  bi-
zi  qəzəbləndirir.  Amma  gərgin  qeyri-adi 
vəziyyətlər  vasitəsilə  hərəkət  etmək  təkcə 
sağlam  düşüncəni  deyil,  daha  çox  şeylər 
tələb edir. Bu, ilahi hikməti tələb edir. Yan-
lış ittihamlar, hətta ölüm təhlükəsi ilə qar-
şılaşanda Stefan həqiqi hikmətdən istifadə 
etdi. O, qisas almadı. O öz ittihamçılarını 
lənətləmədi.  O,  sadəcə  həqiqi  bildiyi  və 
fariseylərin  inanmaq  istəmədikləri  şeyə 
–  İsa  Allahın  Oğludur  –  yapışdı.  Stefan 
ölərkən  onu  qucaqlayan  həmin  İsa  Allah-
dan gələn hikmətə ehtiyacınız olanda sizi 
də qucaqlayacaq. 
Əgər sizlərdən birinin müdrikliyi 
çatışmırsa, hər kəsə səxavətlə və 
məzəmmət etmədən verən Allahdan 
diləsin və ona veriləcək.
Yaqub 1:5


gün
56
BÖYÜK 
SADİQLİK
-cı
Mən ölənə qədər vəz edəcəyəm. 
Çinli pastor Li Deksian – icazə olmadan vəz etdiyinə görə iyirmi 
dəfədən artıq həbs olunmuş ev toplantısının rəhbəri. 


57
gün
-ci
BÖYÜK 
SADİQLİK
Əziz atam və anam, mən sizi Məsihin sev-
gisi ilə salamlayıram. Mən lap yaxşıyam və 
xeyir-dualıyam. Sinif yoldaşlarımdan biri Vari-
ya Kommunist Gənclər Təşkilatının üzvüdür. 
Mən ona şəhadətlik etmişəm və artıq hiss 
edirəm ki, o, yavaş-yavaş anlayır. Təzəliklə o 
dedi: “Mən səni heç başa düşə bilmirəm. Bu 
qədər şagird səni incidir, xətrinə dəyir, amma 
sən onları sevirsən.” 
Mən ona dedim ki, Allah bizə təkcə bi-
zi sevənləri deyil, hamını sevməyi öyrədib. 
Xüsusilə də, bizə qarşı sərt davrananları 
sevməliyik ki, bizdə olan Allahı görsünlər. 
Variya məni ələ salıb incidənlərə qoşulanlar-
dan biridir, amma bu, mənə kömək etdi ki, 
onun üçün daha çox dua edim. 
Bu gün o, məndən soruşdu ki, onu da 
həqiqətən sevə bilərəmmi? Biz hər ikimiz 
qucaqlaşdıq və ağlamağa başladıq. Mən ina-
nıram ki, o, Məsihi qəbul etmək üçün çox 
yaxındır. Xahiş edirəm, onun üçün dua edin.
Allahı uca səslə inkar edənlərə qulaq 
asanda elə bilirsən ki, həqiqətən, onlar belə 
düşünürlər. Amma həyat göstərir ki, onlardan 
çoxunun ürəklərində, həqiqətən, böyük istək 
var. Onların ürəyində iniltini eşidə bilərsiniz
onlar nəsə axtarırlar və allahsızlıqları ilə da-
xili boşluqlarını örtməyə çalışırlar. 
Mən tezliklə yenə yazacağam. Evdəkilərə 
hamıya sevgimi çatdırın. 
Mariya
Böyük məktublar – birinci hissə
RUSİYA: MARİYA 
Allah  insanları  daxillərində  ruhani 
boşluq  ilə  yaradıb,  bunu  da  yalnız  Özü 
tamamilə  doldura  bilər.  Biz  məsihçiliyə 
qarşı  qatı  düşmən  olan  insanı  görəndə 
biz  həmin  insanın  həyatında  nəhəng  eh-
tiyacların  olduğunu  özümüzə  xatırlada 
bilərik.  Düşməninizin  döş  qəfəsində  dərin 
boşluğu  –  ürəksiz  bir  bədəni  təsəvvür 
edin.  Bu  daxili  boşluq  bir  çox  insanları 
ruhani  axtarışa  gətirib  çıxarır.  Onlar  ya 
iman  ilə  cavab  verirlər,  yəni  həmin  boş-
luğu  doldurmaq  üçün  Məsihin  təklifini 
qəbul etmək istəyirlər, ya da qəzəb ilə ca-
vab  verirlər,  yəni  Məsihi  bütünlüklə  rədd 
edirlər. Çox vaxt məsihçinin hüzuru Məsihi 
rədd  edənlərə  sadəcə  öz  həyatlarında  ol-
mayan  şeyi  xatırladır.  Onlar  şəxsən  sizə 
hirslənmirlər. Onlar sizin təqdim etdiyinizə 
hirslənirlər.
Sizə dəfələrlə söylədiyim kimi, 
indi də göz yaşları içində təkrar 
deyirəm: bir çoxları Məsihin 
çarmıxına düşmən olaraq həyat 
sürür.
Filip 3:18


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə