Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə22/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   18   19   20   21   22   23   24   25   ...   122

58-ci
gün
BÖYÜK 
SADİQLİK
Əziz atam və anam, keçən məktubumda 
yadınızdadırsa, ateist qız Variya haqqında 
yazmışdım. İndi sizə şad xəbəri çatdırmaq 
üçün elə sevinirəm: Variya Məsihi qəbul etdi! 
O, tamamilə fərqlidir və artıq hər bir kəsə 
açıqcasına şəhadətlik edir. 
Variya təzə iman edəndə özünü daxilən 
təqsirkar hiss edirdi. Məncə o, özünü ona 
görə pis hiss edirdi ki, uzun müddət Allahın 
olmadığına inanmış və başqalarına da bunu 
söyləmişdi. O, elə düşünürdü ki, buna görə 
əzab çəkməlidir.
Biz birlikdə allahsızların (Kommunist 
Gənclər Təşkilatının) toplantısına getdik. 
Baxmayaraq ki, mən ona əvvəlcədən demiş-
dim ki, özünü saxlasın, amma bu, faydasız 
idi. Kommunist himnini oxumaqdan imtina 
etdikdən sonra Variya qabağa çıxıb bütün 
toplantıya müraciət etdi. O, cəsarətlə hamı-
ya Məsihi bir Xilaskar kimi qəbul etdiyini 
söylədi! 
O, hamıya yalvardı ki, günahdan üz 
döndərsinlər və Məsihə gəlsinlər. Hamı 
susmuşdu. O, danışığını qurtardıqdan son-
ra gözəl səsi ilə köhnə himni oxudu: “Mən 
ölmüş Məsihi bəyan etməkdən, əmrlərini 
qorumaqdan və çarmıxının gücündən utan-
mıram.” Onu tutub aparanda mən heç bir 
kömək edə bilmədim. Bu gün 9 maydır və biz 
onun haqqında heç nə eşitməmişik.
Mariya
Böyük məktublar – ikinci hissə 
RUSİYA: MARİYA 
Məsihçiliyin  ən  böyük  düşmənləri  dua 
üçün baş hədəflərdir. Tarsuslu Şaul kimi keç-
miş düşmənin Məsihin nümayəndələrindən 
birinə  çevrilməsi  mümkündür.  Amma  dua 
olmadan  bu,  yalnız  bir  mümkünlük  kimi 
qalacaq. Onlardan qorxmaq və ya onlara 
qəzəblənmək  əvəzinə  biz  cəmiyyətimizdə, 
ölkəmizdə  və  dünyanın  hər  bir  yerində 
qəzəblə  Məsihə  qarşı  duranlar  üçün  dua 
etməliyik.  Biz  imansızlar,  hətta  ateistlər 
üçün  dua  edən  vaxt  onların  enerjiləri 
Məsihə  qarşı  deyil,  Məsihə  doğru  tuşlan-
sa,  baş  verəcək  dəyişiklikləri  təsvir  edə 
bilərik.  Onlar  Allahın  lütfü  barədə  güclü 
şəhadətlik  etmək  üçün  növbəti  müjdəçiyə 
çevrilə bilərlər. Bizim düşmənlərimizin heç 
biri  Allahın  təsir  dairəsindən  kənar  deyil 
və dua onları Onun əlində saxlayır. 
Deməli, kim Məsihdədirsə, yeni 
yaradılışdır, köhnə şeylər keçib-
getdi, təzə şeylər gəldi.
2 Kor. 5:17


59
BÖYÜK 
SADİQLİK
-cu
gün
Əziz anam və atam, dünən avqustun 2-si 
mən Variya ilə həbsxanada danışa bildim. O, 
arıq və solğun idi, amma onun gözləri Allahın 
sülhündən və səmavi sevincdən parlayırdı. 
Mən onun haqqında düşünəndə ürəyim 
parçalanır. Onun on doqquz yaşı var. Bir 
imanlı kimi o, hələ ruhani körpədir. Amma 
Rəbbi bütün ürəyi ilə sevir və dərhal ən çətin 
yolu seçir. 
Xahiş edirəm, onun üçün dua edin. Onlar 
Variyanın geyindiyi paltarlardan başqa hər 
bir şeyini ondan alıblar. Biz xeyli şey yığıb 
onun üçün göndərdik, amma düşünmürəm ki, 
göndərdiyimiz hər bir şeyi alır. 
Mən Variyadan etdiklərinə görə peşman 
olduğunu soruşanda, o dedi: “Xeyr, əgər on-
lar məni azad etsələr, yenə də danışacağam. 
Elə fikirləşməyin ki, mən əzab çəkirəm. Mən 
şadam ki, Allah məni çox sevir və adına görə 
dözmək üçün sevinc verir.” 
Mən Allaha minnətdaram ki, bunu başa 
düşmək üçün bizim sülhümüz var. Əgər biz 
Məsihdəyiksə, bizi heç bir peşmançılıq və ya 
əzablar dayandıra bilməz. Mən yalnız dua 
edə bilərəm ki, əgər onun yerində olsam, 
imanım onunku kimi güclü olsun. 
Biz indi inanırıq ki, Variya Sibirə əmək 
düşərgəsinə göndəriləcək. Mən inanıram ki, 
Allah ona dözmək üçün qüvvət verəcək. 
Sizin Mariyanız
Böyük məktublar – üçüncü hissə 
RUSİYA: MARİYA 
Məsihçilik  100  metrlik  qısa  məsafəyə 
qaçış  deyil.  Bu,  dözüm  marafonu-
dur.  Kəlam  bizə  öyrədir  ki,  qartal  ki-
mi  yüksəklərə  uçacağımız  və  qaçanda 
taqətdən  düşməyəcəyimiz  vaxtlar  var. 
Amma  həyatlarımızda  elə  vaxtlar  var  ki, 
qarşımızda uzun, tənha yollar uzanıb ge-
dir. Həmin vaxtlarda biz yalnız huşumuzu 
itirmədən  daha  çox  qüvvə  əldə  edənədək 
yaxşı irəliləyə bilirik. Bu, əslində təqib al-
tında  olanların  təsviridir.  Təqib  zamanı 
biz, sadəcə, təslim olmadan növbəti addı-
mı atmağı öyrənirik. Sadəcə dözmək Alla-
ha izzət gətirən böyük qələbədir. Əgər siz 
anlamadığınız  bir  sınaqdan  keçirsinizsə, 
gözləyin  və  orada  dayanın.  Siz  hər  gün, 
bəzən dərk etmədən güclənirsiniz. Tezliklə, 
siz yenidən qartal tək uçacaqsınız. 
Rəbbə ümid bağlayanlarsa yeni 
qüvvət alar, qanad açıb qartal kimi 
yüksəklərə uçar, qaçanda taqətdən 
düşməzlər, yol gedib yorulmazlar.
Yeşaya 40:31


60
BÖYÜK 
SADİQLİK
-cı
gün
Əziz Mariya, axır ki, sənə məktub yaza 
bilirəm. Biz sağ-salamat yeni düşərgəyə gəlib 
çıxdıq, bu yer şəhərdən on beş kilometr uzaq-
lıqda yerləşir. Mən buradakı həyatı təsvir 
edə bilmirəm, amma Allaha şükür edirəm ki, 
kifayət qədər sağlamam və işləməyə gücüm 
var. 
Mənə maşın sexində işləməyi tapşırıblar, 
yanımda bir bacı da var, amma onun sağ-
lamlığı çox pis vəziyyətdədir. Mən hər iki-
mizin işini görməliyəm, yoxsa hər ikimizi 
cəzalandırarlar. Biz gün ərzində on iki-on üç 
saat işləyirik, yemək də çox az verirlər. Am-
ma mən şikayət etmək istəmirəm. 
Mən sənə demək istəyirəm ki, məni 
Məsihə gətirdiyin üçün çox sağ ol. İlk dəfədir 
ki, həyatımın məqsədi olduğunu hiss edirəm 
və kimin üçün əzab çəkdiyimi bilirəm. Bu-
radakıların hər birinə xilasın böyük sevinci 
barədə danışmaq üçün ürəyim alışıb yanır. 
Sakit qala bilmədiyim üçün işdə məni sö-
yüb cəzalandırırlar. Necə sakit qalım axı? Nə 
qədər ki danışa bilirəm, Onun böyük sevgisi 
haqda hər bir kəslə bölüşəcəyəm.
Burada çoxlu imanlılar var. Keçən gecə 
gizlincə çaya gedə bildik, yeddi qardaş və 
bir də mən vəftiz olduq. Mən bu gözəl gü-
nü heç vaxt yaddan çıxarmaram! Xahiş 
edirəm, mənim üçün ağlama. Mənim burada 
məqsədim aydındır və imanım da güclüdür. 
Səni sevirəm, Sənin Variyan
Böyük məktublar – dördüncü hissə 
RUSİYA: VARİYA 
Bəziləri  bunu  tale  adlandırır.  Bəziləri 
buna  qismət  deyir.  Buna  baxmayaraq, 
çox insanlar özlərini müəyyən səbəbə həsr 
etmək istəyirlər. Məsihçilər bunu “çağırış” 
– Allahın onların həyatları üçün məqsədi 
adlandırır.  Biz  şəxsi  həyatlarımız  üçün 
Allahın  məqsədini  həyata  keçirəndə  daha 
böyük  mənzərənin  bir  hissəsinə  çevrilirik. 
Biz  razılaşırıq  ki,  hər  nə  ediriksə  və  hər 
nə başımıza gəlirsə, İsa Məsihin Müjdəsini 
irəliyə  çəkir.  Biz  əlaqələnmişik.  Faydalı-
yıq.  Vəziyyətlər  hər  nə  cür  olursa  olsun, 
həyatlarımızda ilk dəfə biz hiss edirik ki, 
özümüzdən  kənar  bir  şeyə  yardım  edirik. 
Bu məqsəddən yapışdıqdan sonra heç kim 
sizi məğlub edə bilməz. Sizcə həyatınızda 
ən böyük məqsədiniz nədir? 
Qardaşlar, bunu sizə bildirmək 
istəyirəm ki, başıma gələnlər Müjdə 
yaymağı daha da irəli apardı.
Filip. 1:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə